Təxirə salınmış "Neftçi" - "Qarabağ" matçının TARİXİ .....                        Daha 50 nəfər Azərbaycana təxliyə edildi .....                        Qadın güləşçimiz Avropa ikincisi oldu .....                        Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatdı .....                        Ərdoğandan İrandan raket atılmasına REAKSİYA .....                        İsrail İrana endirdiyi zərbələrin sayını açıqladı .....                        İran diplomatları sığınacaq istəyirlər .....                        Rusiya İrana kömək edir - Tramp .....                        “İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” .....                       
Tarix : 10-01-2026, 15:30
Tehranda 200-dən çox etirazçı öldürülüb - “Time” jurnalı


Tehranda 200-dən çox etirazçı öldürülüb - “Time” jurnalı

İrandakı etiraz aksiyalarında ölənlərin sayı ilə bağlı yeni məlumat yayılıb.
“Time” jurnalı İran paytaxtındakı bir klinikanın həkiminə istinadən təkcə Tehranda 200-dən çox etirazçının öldüyünü iddia edib.
Mənbə bildirib ki, Tehranın yalnız altı klinikasında 217 cəsəd var və qurbanların əksəriyyəti - əsasən gənc kişilərdir - güllə yaralarından ölüb.
“Time”a danışan mənbə bildirib ki, hakimiyyət orqanları cəsədləri 9 yanvar cümə günü xəstəxanalardan çıxarıb.
Lakin digər mənbələr İrandakı etirazlarda ölənlərin sayını fərqli qiymətləndirir.
İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyi (HRANA) ekspertlərinin fikrincə, son 13 gündə İranda ən azı 65 nəfər, o cümlədən 50 etirazçı və 14 təhlükəsizlik qüvvəsi ölüb.
“Time” bildirilən rəqəmlərin heç birini müstəqil şəkildə təsdiqləyə bilmədiyini etiraf edib, lakin HRANA-nın yalnız müəyyən edilmiş ölüm hallarını saydığını qeyd edib.
İranda etirazlar 28 dekabrda Tehranın əsas bazarında başlayıb. Əvvəlcə dükan sahibləri və tələbələr etirazlara qoşularaq milli valyutanın kəskin şəkildə ucuzlaşması və qiymətlərin artması fonunda hökumətin hərəkətlərindən narazılıqlarını bildiriblər. Etirazlar başladıqdan qısa müddət sonra İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin istefa verib.
Nümayişlər isə digər şəhərlərə də yayılıb.
9 yanvarda Tehran meri Əlirza Zəkani kütləvi etirazçıların İran paytaxtında 26 bankı və 25 məscidi vandalizm yolu ilə dağıtdığını bildirib. İranın Ali Lideri Əli Xamenei 9 yanvarda xalqa müraciətində İrandakı etirazçıların “əlləri iranlıların qanı ilə ləkələnmiş" ABŞ prezidenti Donald Trampı razı salmağa çalışdıqlarını bildirib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!