Paşinyan II Qareginin fərmanını rədd etdi"Mən artıq bildirmişəm ki, Ktriç Nersisyan (II Qaregin) bütün ermənilərin katolikosu deyil və buna görə də onun verdiyi qərarlar bizim üçün heç bir dəyər kəsb etmir və etibarsızdır".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin bu gün imzaladığı fərmanları şərh edərkən haqqında bildirib.
Qeyd edək ki, II Qareginin 10 yanvar tarixli fərmanı ilə yepiskop Gevork Saroyan Masiatsotn yeparxiyasının primatı vəzifəsindən uzaqlaşdırılıb.
Gevork Saroyanın dini postdan çıxarılmanın əsas səbəbi kimi vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifələrini yerinə yetirməməsi və yeparxiyanın ruhanilərinə qarşı təzyiq və zorakılıq tətbiq etməsi göstərilib.
II Qareginin digər fərmanı ilə yepiskop Ruben Zarqaryan yeparxiyanın rəhbəri təyin edilib.
Nikol Paşinyan isə II Qreginin sözügedən fərmanlarını rədd edərək deyib:
“Yepiskop Gevork Saroyan hələ də Erməni Apostol Müqəddəs Kilsəsinin Masiatsotn yeparxiyasının primatı olaraq qalır", - deyə Baş nazir vurğulayıb.