İran diplomatları sığınacaq istəyirlər .....                        “İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” .....                        Yunanıstan səfirliyini Bakıya köçürdü .....                        İsrail “Hizbullah”ın daha bir ofisini vurdu .....                        ABŞ-də sinaqoqa terror hücumu edildi .....                        Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA .....                        İsrail Tehranda “Bəsic” postlarını bombaladı .....                        Baş katibə Atatürk mükafatı verildi .....                        Ağ Ev həmin xəbəri təkzib etdi .....                       
Tarix : 11-01-2026, 22:00
Tramp İranda hərəkətə keçir


Tramp İranda hərəkətə keçir

ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Vaşinqtonun İranda ölkə boyu davam edən etirazlara mümkün reaksiyalarına dair qapalı məruzə alacaq.
Bu barədə "The Wall Street Journal" nəşri administrasiyadakı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, planlaşdırılan görüş yüksək vəzifəli rəsmilərin iştirakı ilə keçiriləcək və ABŞ-ın atacağı növbəti addımlar müzakirə olunacaq.
Mənbələrin bildirdiyinə görə, müzakirə olunan variantlar arasında İranda anti-hökumət mənbələrinin internet üzərindən daha fəal dəstəklənməsi, İranın hərbi və mülki obyektlərinə qarşı kiberəməliyyatların aparılması, əlavə sanksiyaların tətbiqi, eləcə də mümkün hərbi zərbələr yer alır. Bununla belə, qeyd olunur ki, bu mərhələdə yekun qərarların qəbul edilməsi gözlənilmir, çünki proses ilkin müzakirə səviyyəsindədir.
Qapalı toplantıda ABŞ dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin iştirakı nəzərdə tutulur.
Hadisələr fonunda hazırda sürgündə yaşayan iranlı şahzadə Rza Pəhləvi də ABŞ prezidentinə müraciət edib. O, Trampı İranda “azadlıq uğrunda səyləri” dəstəkləməyə çağırıb. Pəhləvi bildirib ki, Tramp artıq sülhə və “şər qüvvələrlə mübarizəyə” sadiq lider kimi öz siyasi irsini formalaşdırıb və İranda bəzi insanların onun şərəfinə küçələrin adını dəyişməsi bunun göstəricisidir. Onun sözlərinə görə, məqsəd bu irsi möhkəmləndirərək İranın “azad edilməsi” və iki ölkə xalqları üçün daha yaxşı gələcək qurmaqdır.
Bu arada yerli və beynəlxalq KİV-lərin məlumatına əsasən, İranın Luristan əyalətində keçirilən etiraz aksiyaları zamanı polis 100-dən çox etirazçını saxlayıb. Saxlanılan şəxslərə qarşı irəli sürülən ittihamlar və onların sonrakı taleyi barədə rəsmi qurumlar hələlik ətraflı açıqlama verməyib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!