Su anbarında batan gənclər hələ də tapılmayıb - Axtarışdan GÖRÜNTÜLƏR .....                        Putinlə Zelenski görüşməlidir .....                        Yas mərasimində yeməkdən boğulub öldü .....                        İraqda 5 terrorçu zərərsizləşdirildi .....                        Kişi liftdə arvadını və 4 yaşlı oğlunu bıçaqladı .....                        İslam Həmrəylik Oyunlarının vaxtı AÇIQLANDI .....                        Qarlı hava 165 nəfəri xəstəxanalıq etdi .....                        Ən çox uzun müddət evli olanlar boşanır - STATİSTİKA .....                        Rusiya ilə ABŞ yaxınlaşır? - Zelenskinin hakimiyyəti sual altında .....                       
Tarix : 26-10-2016, 10:13
Minsk Qrupunun həmsədrləri bəyanat yaydı


Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıb.

Butov.az Report-a istinadən xəbər verir ki, bəyanatda həmsədrlər atəşkəs barədə razılığa əməl edilməsinin cari danışıqlar üçün lazımi əsas verdiyini, Vyana və Sankt-Peterburqda keçirilən görüşlərdə qəbul edilən qərarların tam həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

"Görüşlər zamanı tərəflər yerlərdə vəziyyətin nisbətən sakit oduğunu təsdiq edib" - vasitəçilər vurğulayıb.
Həmsədrlərin bəyanatında, həmçinin Azərbaycan və Ermənistan prezidentləri ilə görüş zamanı dövlət başçılarının da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin səlahiyyətlərinin genişləndirilməsini təsdiq etdikləri və bu məsələylə bağlı detalların hələ müzakirə olunduğu bildirilib.

"Həmsədrlər dekabrda Hamburqda keçiriləcək Xarici İşlər Nazirləri Şurası (XİNŞ) iclası çərçivəsində ilk fürsətdə prezidentlərin görüşünün təşkil edilməsinin mümkünlüyünü müzakirə etmək məqsədilə nazirlərlə görüşməyi planlaşdırır. Yüksək səviyyədə belə dialoq nizamlanma prosesində irəliləyişə nail olmaq üçün zəruridir", - bəyanatda vurğulanıb.

Regiona səfər çərçivəsində vasitəçilər Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə görüşüb. Görüş zamanı Komitənin münaqişənin gedişində itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi üzrə işi müzakirə edilib.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!