Külək güclənəcək - XƏBƏRDARLIQ .....                        Müəllimini güllələyən şagird HƏBS EDİLDİ .....                        Güllələnən müəllim palataya köçürüldü .....                        Qohumları ilə dalaşan kişi infarktdan öldü .....                        75 illik mənalı ömür yolu .....                        Milyardlarla dollar ziyan: Ukraynanın enerji sektoruna ağır zərbə .....                        Fransada gözəllik salonuna qumbara atılıb - Yaralananlar var .....                        Ekrem İmamoğlunun qaynı həbs edilib .....                        Yolumuzu gözləyən var... .....                       
Tarix : 26-01-2017, 19:35
Şoyqu Mahaçqala limanını alır - İddia

Rusiya Müdafiə Nazirliyi Mahaçqala dəniz ticarət limanının ərazisinin əhəmiyyətli hissəsini almağa hazırlaşır.

Butov.az Virtualaz.org-a istinadən xəbər verir ki, müdafiə naziri Sergey Şoyqu artıq bu barədə hökumətə müraciət edib. Bildirilir ki, Müdafiə Nazirliyi Mahaçqala limanının ərazisində hərbi donanma yerləşdirməyə hazırlaşır. Hökumətdə bu məsələdə Sergey Şoyqunun xeyrinə lobbiçilik imkanlarının kifayət qədər güclü olduğunu nəzərə alaraq demək olar ki, özəlləşdirilməyə çıxarılan limanın əhəmiyyətli hissəsi MN-nin balansına veriləcək.

Mahaçqala dəniz ticarət limanı ətrafında söz-söhbətlər, qalmaqallar xeyli müddətdir davam edir. Bu liman formal olaraq federal mülkiyyətdə olsa da əslində onu dağıstanlı klanlar ələ keçirib. Mahaçqala limanından nəql edilən neftin bir hissəsi stabil olaraq oğurlanır və qeyri-leqal neftayırma zavodlarına ötürülür.

Mahaçqala limanı üzərindən Türkmənistan, Qazaxıstan və Azərbaycan neftinin bir qismi, o cümlədən “Lukoil”un Xəzərdəki yataqlardan hasil etdiyi nəql olunur. Neft tankerlərlə limana daşınır, orada “Daqnefteprodukt” şirkətinin rezervuarlarına doldurulur və daha sonra “Transneft” şirkətinin kəmərlər sisteminə vurulur. Lakin son illərdə oğurluğa görə şirkətlər Mahaçqala limanı üzərindən neft nəqlindən imtina edirlər.

Federal hökumət limanı ötən il özəlləşdirməyə hazırlaşırdı. Əsas iddiaçılar isə dağıstanlı milyarder Süleyman Kərimov, habelə Telman İsmayılovun da paya malik olduğu türk şirkəti “Yılport Holding” hesab olunurdu. Lakin bu günlərdə limanı almağa əsas namizədin İran olduğu açıqlandı. Dağıstan rəhbəri Ramazan Abdulatipov bildirib ki, limanın səhmlərini almaq uğrunda Çin, Türkiyə, Azərbaycan və Vyetnamdan olan investorlar da mübarizə aparır.

Rusiya Müdafiə Nazirliyinin Mahaçqala limanının əhəmiyyətli hissəsini almağa maraq göstərməsi bu ölkənin Xəzər donanmasını daha da gücləndirmək planlarından xəbər verir. Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər donanmasının əsas bazası Həştərxandadır. Donanmanın tərkibində bir neçə briqada və gəmi diviziyonları, aviasiya, sahil mühafizə qüvvələri var. Donanmanın hava yastıqlı artilleriya katerləri briqadasının isə Mahaçqala və Kaspiysk sahillərində bazaları var. Rusiya Xəzər donanmasını durmadan yeniləyir və onu ən yeni gəmilərlə, silahlarla təchiz edir. Ötən ilə olan məlumata görə donanmanın 85 faizi yenilənib.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!