Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                       
31-10-2022, 13:30
Rusiyanın daha bir Su-25 təyyarəsi vuruldu


Rusiyanın daha bir Su-25 təyyarəsi vuruldu

Ukrayna hərbçiləri cənubda Rusiyanın Su-25 hücum təyyarəsini vurub. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb."Rusiyanın Su-25 hücum təyyarəsi cənub istiqamətində zenit-raket bölməsi tərəfindən vurulub", - məlumatda bildirilib. Bundan əlavə, oktyabrın 30-da Xarkov vilayətində Ukrayna hərbçiləri Rusiyanın hücum helikopterini məhv ediblər. Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya Silahlı Qüvvələri Ukraynada azı 252 helikopter itirib.
30-10-2022, 19:25
Quterreş Ukraynaya görə səfərini təxirə saldı


Quterreş Ukraynaya görə səfərini təxirə saldı

BMT-nin baş katibi Antonio Quterreş taxıl müqaviləsi ilə bağlı yaranmış vəziyyətə görə Ərəb Liqasının Əlcəzairdə keçiriləcək sammitinə səfərini təxirə salıb. Bu barədə Quterreşin ofisi məlumat yayıb.“Baş katib Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı vəziyyətdən dərin narahatdır. O, diqqətini bu məsələyə yönəltmək üçün Əlcəzairdə Ərəb Liqasının sammitinə səfərini bir gün təxirə salmaq qərarına gəlib”, - deyə açıqlamada bildirilib. İyulun 22-də İstanbulda Ukrayna taxılının və ərzaq məhsullarının Qara dəniz vasitəsilə ixracı üçün dəhlizin yaradılmasına dair saziş imzalanıb. Dünən Rusiya Müdafiə Nazirliyi ərzaq sövdələşməsindən çəkildiyini açıqlayıb.
30-10-2022, 19:18
İsveç Ukraynaya müasir silahlar göndərəcək


İsveç Ukraynaya müasir silahlar göndərəcək

İsveç hakimiyyəti Ukraynaya müasir və daha ağır silahlar verməyə hazırlaşır. Bunu İsveçin yeni müdafiə naziri Pol Yonson deyib. Yonson Ukraynaya hansı silahların göndəriləcəyini açıqlamayıb. O, Ukraynanın daha güclü hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğunu qeyd edib:“Mən Kiyevə daha müasir silahlar verməyə hazıram. Mənim ilk ikitərəfli görüşüm Ukrayna müdafiə naziri Aleksey Reznikovla olub. Artıq biz razılaşmışıq".
30-10-2022, 19:16
Zelenski ilə razılaşmaq olar, amma... - Peskov


Zelenski ilə razılaşmaq olar, amma... - Peskov

Ukrayna üzrə danışıqlar ilk növbədə Vaşinqtonla aparılmalıdır, çünki Kiyev “kənardan gələn sifarişlə” hərəkət edir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Rusiya rəsmisi bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə müəyyən razılaşmalar əldə etmək mümkündür:"Buna baxmayaraq, razılaşmaların heç bir dəyəri yoxdur, çünki xaricdən tələb olunarsa, dərhal ləğv edilə bilər".
30-10-2022, 15:46
"Molla rejimi"nə qarşı çıxanların məhkəməsi başladı


"Molla rejimi"nə qarşı çıxanların məhkəməsi başladı

İranın Ədliyyə Nazirliyi son bir ay ərzində baş verən iğtişaşlarda həbs olunanların hazırlıq məhkəməsinin keçirildiyi barədə məlumat verib. Butov.az xəbər verir ki, hazırlıq məhkəməsində həbs olunanlar və onların vəkilləri iştirak ediblər. Müxtəlif maddələrlə açılan cinayət işləri üzrə ittihamlar irəli sürülüb. Ədliyyə Nazirliyinin məlumatına əsasən, bu günə kimi Kirmanda 25, Semnanda 89, Zəncanda 119, Xuzistanda 105, Qəzvində 55, Kürdüstanda 110, Tehranda 315 nəfər həbs edilib. Cinayət işlərinə inqilab məhkəməlində baxılacaq. Həbs olunanlar bankları dağıtmaqda, polis, təcili tibbi yardın və yanğınsöndürən avtomobillərinə zərər vurmaqda ittiham edilirlər.
30-10-2022, 15:21
"Molla rejimi"nə qarşı çıxanların məhkəməsi başladı


"Molla rejimi"nə qarşı çıxanların məhkəməsi başladı

İranın Ədliyyə Nazirliyi son bir ay ərzində baş verən iğtişaşlarda həbs olunanların hazırlıq məhkəməsinin keçirildiyi barədə məlumat verib. Butov.az xəbər verir ki, hazırlıq məhkəməsində həbs olunanlar və onların vəkilləri iştirak ediblər. Müxtəlif maddələrlə açılan cinayət işləri üzrə ittihamlar irəli sürülüb. Ədliyyə Nazirliyinin məlumatına əsasən, bu günə kimi Kirmanda 25, Semnanda 89, Zəncanda 119, Xuzistanda 105, Qəzvində 55, Kürdüstanda 110, Tehranda 315 nəfər həbs edilib. Cinayət işlərinə inqilab məhkəməlində baxılacaq. Həbs olunanlar bankları dağıtmaqda, polis, təcili tibbi yardın və yanğınsöndürən avtomobillərinə zərər vurmaqda ittiham edilirlər.
30-10-2022, 15:19
Lavrovdan Kiyevə çağırış: Danışıqlara hazırıq!


Lavrovdan Kiyevə çağırış: Danışıqlara hazırıq!

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlara hazırdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, Rusiyanın danışıqlarla bağlı mövqeyi dəyişməz olaraq qalır. Bundan əlavə, Lavrov Rusiyanın gərginliyi azaltmaq üçün Qərbin təkliflərini dinləməyə hazır olduğunu bəyan edib. Qeyd edək ki, Ukrayna Rusiya ilə dialoqdan rəsmən imtina edib. Prezident Volodimir Zelenski bildirib ki, Rusiya işğal etdiyi ərazilərdən geri çəkilməyənə qədər danışıqlardan söhbət gedə bilməz.
30-10-2022, 15:17
Hellouin faciəsi: Ölənlərin sayı 153-ə çatıb


Hellouin faciəsi: Ölənlərin sayı 153-ə çatıb

Cənubi Koreyanın Seul şəhərində şənlik zamanı yaranan kütləvi izdiham nəticəsində ölənlərin sayı 153 nəfərə çatıb. Bu barədə "Yonhap" informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, ölənlər arasında 97 qadın var.
30-10-2022, 15:15
Etirazçılar xüsusi təyinatlıları qovdular


Etirazçılar xüsusi təyinatlıları qovdular

İranın Astara şəhərində etirazçılar hökumət qüvvələrini və xüsusi təyinatlıları meydandan qovub çıxarıblar. Bu barədə “Azad İran” teleqram kanalında məlumat paylaşılıb. Bildirilib ki, narazı kütlə xüsusi təyinatlıların motosikletini də yandırıb. Hazırda etirazlar davam edir. Qeyd edək ki, ötən aydan başlayaraq İranda kütləvi aksiyalar keçirilir.
30-10-2022, 15:08
Ermənistan ordusunda insident - Ölən var


Ermənistan ordusunda insident - Ölən var

Ermənistan ordusunun hərbi qulluqçuları arasında silahlı insident baş verib. Hadisə zamanı bir nəfər ölüb. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, oktyabrın 29-da hərbi hissələrdən birinin döyüş mövqeyində xidmətdə olan əsgər hərbçi yoldaşı Misak Petrosyanla mübahisə edib. Mübahisə zəminində o, avtomatdan atəş açıb. Başından ağır yaralanan Petrosyan hadisə yerində keçinib. Cinayət törədən erməni hərbçi daha sonra özünü ayağından vurub. Faktla bağlı cinayət işi başlanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!