Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
10-10-2022, 21:29
Lukaşenko Belarusun suverenliyini satır - Podolyak


Lukaşenko Belarusun suverenliyini satır - Podolyak

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin suverenliyini Rusiyaya satmaqda davam edir. Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviter hesabında yazıb. Onun sözlərinə görə, Kiyev bütün riskləri qiymətləndirir: "Biz istənilən təhlükəyə hazırıq. Durum nəzarət altındadır”. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinlə Aleksandr Lukaşenkonun regional qoşun qruplaşmasının birgə fəaliyyəti haqqında razılığa gəlmələri barədə məlumat yayılıb.
10-10-2022, 21:24
Mişeldən Kiyevin bombalanmasına sərt reaksiya


Mişeldən Kiyevin bombalanmasına sərt reaksiya

Avropa İttifaqı (Aİ) Ukraynanı dəstəkləməyə və Rusiya məsuliyyətə cəlb etməyə davam edəcək. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün "Twitter" hesabında yazıb. Mişel qeyd edib ki, Rusiyanın Kiyevə və digər şəhərlərinə qarşı hücumları Kremlin çarəsizliyini göstərir: “Bu hücumlar müharibə cinayətidir”. Qeyd edək ki, bu gün Rusiya Kiyev şəhərinə və Ukraynanın digər vilayətlərinə raket zərbələri endirib. Hücumlar nəticəsində 11 nəfər həlak olub, 87 nəfər yaralanıb.
10-10-2022, 21:23
Ukrayna Zaxarovanı da axtarışa verdi


Ukrayna Zaxarovanı da axtarışa verdi

Ukrayna Milli Təhlükəsizlik Xidməti Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanı axtarışa verib. Bu barədə TASS məlumat yayıb. Qeyd edək ki, bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik Xidməti Rusiyanın sabiq prezidenti, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevi də axtarışa verib.
10-10-2022, 21:19
Qazaxıstan vətəndaşlarını Ukraynadan çıxarır


Qazaxıstan vətəndaşlarını Ukraynadan çıxarır

Qazaxıstanın Kiyevdəki səfirliyi Rusiyanın Ukraynanın mülki infrastrukturuna endirdiyi raket zərbələri ilə əlaqədar bu ölkədəki vətəndaşlarına müraciət edib. Butov.az xəbər verir ki, səfirlik vətəndaşları Ukraynanı tərk etməyə çağırıb.“Ukrayna ərazisində mülki infrastruktura və dövlət obyektlərinə hücumların artması ilə əlaqədar Qazaxıstan Respublikasının səfirliyi öz vətəndaşlarını Ukraynaya səfərdən çəkinməyə, Ukraynada olanları isə hava reydləri siqnallarına qulaq asmağa və bomba sığınacaqlarında qalmağa çağırır”, - Qazaxıstan səfirliyinin yaydığı məlumatda qeyd olunub.
10-10-2022, 21:17
Bayden Rusiyanın hücumlarını vəhşilik adlandırdı


Bayden Rusiyanın hücumlarını vəhşilik adlandırdı

ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrini pisləyib. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb."Birləşmiş Ştatlar Rusiyanın bu gün Ukrayna ərazisinə, o cümlədən Kiyevə endirdiyi raket zərbələrini qətiyyətlə pisləyir. Bu hücumlar dinc əhalinin ölümünə və yaralanmasına səbəb olub və heç bir hərbi məqsəd daşımayan hədəflər vurulub. Bunlar bir daha Putinin Ukrayna xalqına qarşı qanunsuz müharibəsinin tam vəhşiliyini nümayiş etdirir", - deyə Bayden bildirib.
10-10-2022, 17:51
Rusiya bizi İran PUA-ları ilə vurur - Zelenski


Rusiya bizi İran PUA-ları ilə vurur - Zelenski

“Rusiya bizi İranın “Şahed” pilotsuz uçuş aparatları (PUA) ilə vurur”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb."Qarşı tərəf enerji obyektlərini hədəf almaqla enerji sistemimizi məhv etmək, xaos yaratmaq istəyir. İkinci hədəf isə mümkün qədər çox insanın ölümünə səbəb olmaqdır. Hazırda Ukrayna terrorçularla mübarizə aparır", - Zelenski vurğulayıb. Ukrayna lideri əhaliyə çağırış edərək “Hərbçilərimizin köməyi sayəsində hər şey yaxşı olacaq”, - deyib. Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. Hücum zamanı çox sayda ölən və yaralananların olduğu bildirilib.
10-10-2022, 17:49
Kadırov Zelenskini ölkədən qaçmağa çağırdı


Kadırov Zelenskini ölkədən qaçmağa çağırdı

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət edib. Butov.az xəbər verir ki, Kadırov Zelenskini ölkədən qaçmağa çağırıb. Çeçen lider Ukrayna Prezidentinə Qərb ölkələrinə getməyi məsləhət görüb."Zelenski Kiyevə və digər şəhərlərə atılan raketlərdən şikayətlənir. Bəs sən, Zelenski, necə düşünürdün? Sən bacarırsan, amma başqaları bacarmır? Yəni, səkkiz il ərzində mülki əhalini bombalamaq, şəhərlərin infrastrukturunu dağıtmaq, AES-i mərmilərlə vurmaq, körpüləri partlatmaq, mühüm obyektləri atəşə tutmaq mümkün idi, ancaq başınıza gələndə birdən-birə kimsə üçün qeyri-mümkün oldu?", - deyə Kadırov teleqram kanalında yazıb.
10-10-2022, 17:47
Putin Ukraynanı sərt cavab tədbirlərilə hədələdi


Putin Ukraynanı sərt cavab tədbirlərilə hədələdi

Ukrayna hakimiyyəti terror aktlarına davam edərsə, Rusiya daha sərt cavab verəcək. Bunu Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib. Dövlət başçısı Krım körpüsündə baş verən partlayışın arxasında Kiyev hakimiyyətinin olduğunu vurğulayıb."Məhkəmə-tibbi və digər ekspertizaların məlumatları, eləcə də əməliyyat məlumatları oktyabrın 8-də baş verən partlayışın terror aktı olduğunu göstərir. Bu, Rusiyanın mülki əhəmiyyətli infrastrukturunu məhv etmək məqsədi daşıyan terror hücumudur. Həmçinin aydındır ki, terror aktının sifarişçiləri, təşkilatçıları və icraçıları Ukrayna xüsusi xidmət orqanlarıdır”, - Putin bildirib. Bundan əlavə, Rusiya lideri Ukraynanı nüvə terroru aktlarında - Zaporojye AES-i atəşə tutmaqda və Kursk AES-də təxribat törətmək cəhdlərində ittiham edib. Rusiya lideri Ukrayna hakimiyyətinin “Türk axını” qaz nəqli sisteminin bölmələrindən birini partlatmaq cəhdlərindən də danışıb."Kiyev rejimi öz hərəkətləri ilə əslində özünü beynəlxalq terrorçu təşkilatlarla, ən iyrənc qruplarla bir sıraya qoyub. Bu cür cinayətləri cavabsız qoymaq sadəcə olaraq mümkün deyil", - Putin vurğulayıb. Prezident bildirib ki, Rusiya qoşunları Ukraynada enerji, hərbi komandanlıq və rabitə obyektlərinə böyük zərbə vurub."Əgər ərazimizdə terror aktları törətmək cəhdləri davam edərsə, Rusiyanın cavabları sərt olacaq və miqyasına görə Rusiya Federasiyasının təhdid səviyyəsinə uyğun olacaq. Buna heç kimin şübhəsi olmasın", - deyə dövlət başçısı fikirlərini yekunlaşdırıb.
10-10-2022, 17:38
Rusiya Ukraynanı Xəzərdən vurub - Baş Qərargah


Rusiya Ukraynanı Xəzərdən vurub - Baş Qərargah

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın oktyabrın 10-da səhər saatlarında Ukraynanın dinc şəhərlərində törətdiyi kütləvi terrorla bağlı məlumat açıqlayıb. Məlumatda bu günə qədər 83 raket atıldığı bildirilib. Qeyd edilib ki, hücumlar Xəzər dənizi və Nijni Novqorod sularından həyata keçirilib. Müdafiə nazirinin müavini Anna Malyarın “Telegram” kanalında bu fikirləri paylaşıb:“Bu gün saat 06:20-dən 11:15-dək Rusiya Federasiyası Xəzər dənizi regionlarından və Nijni Novqoroddan Kiyev, Lvov, Priluki şəhərlərində Ukrayna ərazisinə raket-raket və hava zərbələri endirib. Xmelnitski, Dnepr, Nijin, Jitomir, Xarkov atəşə məruz qalıb". Odessa OVA-nın rəhbəri Maksim Marçenkonun verdiyi məlumata görə, vilayətdə üç PUA vurulub:"İşğalçılar həmçinin müvəqqəti işğal olunmuş Krım və Belarus ərazisindən buraxılmış 17 ədəd “Shahed 136” kamikadze pilotsuz uçan aparatdan da istifadə ediblər".
10-10-2022, 17:27
ABŞ vətəndaşlarını Ukraynadan çıxmağa çağırdı


ABŞ vətəndaşlarını Ukraynadan çıxmağa çağırdı

ABŞ-ın Kiyevdəki səfirliyi vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırıb. Bu barədə diplomatik mənbələr məlumat yayıb. Bildirilib ki, buna səbəb Rusiyanın mülki əhaliyə və infrastruktura birbaşa təhlükə yaradan hücumlarıdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!