Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
9-09-2022, 17:45
Rusiyanın daha 660 hərbçisi öldürülüb


Rusiyanın daha 660 hərbçisi öldürülüb

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın müharibə itkilərini açıqlayıb. Butov.az xəbər verir ki, Baş Qərargahın səhər saatlarında yaydığı məlumata görə, son sutkada Rusiyanın 660 hərbçisi zərərsizləşdirilib. Bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 51 900 nəfərə çatıb. Eyni zamanda Rusiyanın 2122 tankı, 4575 zirehli döyüş maşını, 1237 artilleriya sistemi, 306 reaktiv yaylım atəşi sistemi, 159 hava hücumundan müdafiə sistemi, 239 təyyarə, 211 helikopteri, 888 PUA, 214 qanadlı raketi sıradan çıxarılıb. Qeyd edək ki, Rusiya və Ukrayna arasında müharibənin başlamasından 197 gün ötür.
9-09-2022, 17:35
ABŞ Rusiyaya görə İrana sanksiya tətbiq etdi


ABŞ Rusiyaya görə İrana sanksiya tətbiq etdi

ABŞ Rusiyaya pilotsuz uçuş aparatlarını tədarük edən və onların istehsalı ilə məşğul olan İran şirkətlərinə, eləcə də şəxslərə qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, dörd İran şirkəti və fiziki şəxs sanksiyalara məruz qalıb. Rus hərbçilərinin İran və Rusiya arasında uçuşunu həyata keçirən Tehrandakı "Safiran Airport Services" şirkəti də ABŞ-ın sanksiyalar siyahısına daxil edilib. ABŞ-da sanksiyalara məruz qalan fiziki və ya hüquqi şəxslərin əmlakı bloklanacaq.
9-09-2022, 00:12
Moskva üçtərəfli bəyanatların icrasına əhəmiyyət verir - Zaxarova


Moskva üçtərəfli bəyanatların icrasına əhəmiyyət verir - Zaxarova

Rusiya tərəfi yüksək səviyyəli üçtərəfli bəyanatların icrasına, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasına, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyasına, Bakı və Yerevan arasında vətəndaş cəmiyyətləri xətti ilə təmasların möhkəmlənməsinə çox böyük əhəmiyyət verir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Diplomat qeyd edib ki, Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılaşmalarının icrası üçün bütün səviyyələrdə tam həcmdə səy göstərir. “Bu, Cənubi Qafqazda möhkəm sülhün formalaşması üçün şərtləri təmin edir və təkcə region dövlətlərinin deyil, o cümlədən onların qonşularının da maraqlarına cavab verir”, - deyə XİN rəsmisi vurğulayıb.
9-09-2022, 00:07
Xovayev sülh müqaviləsi üçün Bakıya gəldi


Xovayev sülh müqaviləsi üçün Bakıya gəldi

Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıya səfər edib. Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib. O qeyd edib ki, rusiyalı diplomat Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması perspektivlərini müzakirə etmək üçün Bakıya gəlib. Zaxarovanın sözlərinə görə, yaxın vaxtlarda Xovayev bu məqsədlə İrəvana səfər etməyi planlaşdırır.
8-09-2022, 23:14
Türk ordusu 8 terrorçunu zərərsizləşdirib


Türk ordusu 8 terrorçunu zərərsizləşdirib

İraqın şimalında uğurla davam edən Pəncə-Kilit Hərəkatı bölgəsində 8 PKK terrorçusu zərərsizləşdirilib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Qəhrəman Türk Silahlı Qüvvələrimiz terror yuvalarını məhv etmək əzmində və əzmindədir. Qətiyyətlə davam edəcək! Dayanmayın, yorulmayın, mübarizəyə davam edin!", - açıqlamada bildirilib.
8-09-2022, 23:12
ABŞ Ukraynaya daha 675 milyonluq yardım ayırdı


ABŞ Ukraynaya daha 675 milyonluq yardım ayırdı

ABŞ iki ölkənin müdafiə nazirləri arasında keçirilən görüşdən sonra Ukraynaya 675 milyon dollar məbləğində əlavə hərbi yardımın ayrıldığını elan edib. Butov.az xəbər veir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, prezident Co Bayden müəyyən məbləğdə Ukraynaya əlavə silahların ayrılmasını təsdiqləyib. Ostinin sözlərinə görə, Ukraynanın müdafiə naziri Aleksey Reznikovla görüşdə Rusiyanın işğalına qarşı müqavimətdə Kiyevə gələcək dəstək məsələsi müzakirə olunub. ABŞ-dan yardımın ayrılmasını Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak da təsdiqləyib. "Birləşmiş Ştatlar Ukraynaya 675 milyon dollar dəyərində yeni hərbi yardım paketi təqdim edəcək. Müttəfiqlərə təşəkkürlər", - Yermak öz Telegram kanalında yazıb. ABŞ gələcək illər üçün Ukrayna ordusuna dəstək planı üzərində işləyir. Xüsusilə, ABŞ orta və uzunmüddətli perspektivdə Ukrayna Silahlı Qüvvələrinə dəstək planı hazırlayır. Söhbət həm də rus ordusu üzərində qələbədən sonra dəstəkdən gedir.
8-09-2022, 23:05
Avropanı “tarixin ən pis qışı” gözləyir


Avropanı “tarixin ən pis qışı” gözləyir

Avropa İttifaqının iqtisadiyyat üzrə komissarı Paolo Gentilon Avropa qitəsilə bağlı qorxunc proqnoz verib. Butov.az xəbər verir ki, avrokomissar qış fəslinə doğru qazın qiymətinin kəskin bahalaşacağını, Avropada iqtisadi artım tempinin azalacağını bildirib. Onun sözlərinə görə, bu il Avropa qitəsi tarixin ən pis qış fəslini yaşayacaq.

8-09-2022, 23:03
Hökumət insanların çətinliyini anlayır - Baş nazir


Hökumət insanların çətinliyini anlayır - Baş nazir

Hökumət insanların enerji ödənişləri ilə bağlı çətinliyini anlayır. Bunu Böyük Britaniyanın yeni Baş naziri Liz Trass hökumətin enerji ödənişlərilə bağlı planlarından danışarkən bildirib. Baş nazir bu siyasətin həyata keçirilməsi üçün fövqəladə qanunvericiliyin irəli sürüləcəyini qeyd edib. Trass oktyabr ayından etibarən ev təsərrüfatlarının enerji xərclərinin ildə 2500 funt sterlinqlə məhdudlaşacağını bildirib. O əlavə edib ki, eyni tipli dəstək bizneslər üçün də 6 aylıq müddətdə göstəriləcək. Qeyd edək ki, ev təsərrüfatının qaz və elektrik haqqı oktyabrda 1971 funt sterlinqdən 3549 funt-sterlinqə qalxmalı idi. Liz Trassın açıqladığı yeni sxemə əsasən bu məbləğ oktyabr ayından etibarən 2500 funt sterlinqi keçməyəcək.
8-09-2022, 22:58
Daha 5 taxıl gəmisi Ukraynadan yola düşdü


Daha 5 taxıl gəmisi Ukraynadan yola düşdü

Sentyabrın 8-də kənd təsərrüfatı məhsullarının yükləndiyi beş gəmi Odessa limanlarını tərk edərək “taxıl dəhlizi” marşrutu üzrə hərəkətə başlayıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat yayılıb. Bildirilib ki, indiyədək Ukraynadan 2,4 milyon ton kənd təsərrüfatı məhsulu yüklənmiş 101 gəmi yola salınıb. Ukrayna kənd təsərrüfatı məhsullarının 44 faizini Asiya ölkələrinə ixrac edib. Belə ki, 54 gəmi ilə 1,04 milyon ton taxıl Asiya ölkələrinə, 32 gəmi ilə 850 min ton taxıl Avropaya, 16 gəmi ilə 470 min ton kənd təsərrüfatı məhsulu isə Afrikaya daşınıb. Qeyd edək ki, Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı Birgə Koordinasiya Mərkəzinin nəzarət etdiyi humanitar dəhliz vasitəsilə həyata keçirilir. Mərkəzin nümayəndələri hər bir gəmini Bosfor boğazına girməzdən öncə yoxlayır və analoji tədbirlər Odessa limanlarına yüklənmə üçün gedən yük gəmilərinə də şamil olunur.
8-09-2022, 22:55
Pentaqon rəhbəri ukraynalı həmkarı ilə görüşüb


Pentaqon rəhbəri ukraynalı həmkarı ilə görüşüb

ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin ukraynalı həmkarı Oliksiy Reznikovla görüşüb.Bu barədə Pentaqon rəhbəri "Twitter" hesabında bildirib. Ostin bildirib ki, görüş Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasından əvvəl baş tutub. Nazirlər Ukraynadakı durumu, həmçinin Rusiyaya qarşı birgə mübarizəni müzakirə ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!