Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
7-09-2022, 20:11
Rusiya Avropa İttifaqına sanksiya tətbiq etdi


Rusiya Avropa İttifaqına sanksiya tətbiq etdi

Rusiya Avropa İttifaqının yüksək səviyyəli hərbi rəhbərlərini "persona non-qrata" elan edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat yer alıb. Bundan əlavə, məhdudiyyətlər hüquq-mühafizə orqanlarının yüksək rütbəli əməkdaşlarına, eləcə də Ukraynaya arsenal tədarükü ilə məşğul olan silah və hərbi texnika istehsalı üzrə Avropa təşkilatlarının nümayəndələrinə şamil olunub. XİN-dən bildirilib ki, Rusiyaya qeyri-dost hərəkətlərə sərt cavab verəcək.
7-09-2022, 20:09
Serblər Türkiyəyə pasportsuz gedə biləcəklər


Serblər Türkiyəyə pasportsuz gedə biləcəklər

Serbiya və Türkiyə arasında vətəndaşların səyahətlərinin şəxsiyyət vəsiqəsilə həyata keçirməsinə dair müqavilə imzalanıb. Butov.az xəbər verir ki, hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyada səfərdədir. Səfər zamanı Prezident Sarayında Ərdoğan və serbiyalı həmkarı Aleksandr Vuçiçin təkbətək görüşü keçirilib, daha sonra iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair müqavilələr imzalanıb. Mətbuata birgə bəyanatla çıxış edən prezidentlər ikitərəfli əlaqələrin inkişafında məmnunluq ifadə ediblər. Ərdoğan bildirib ki, Serbiya ilə Türkiyə arasında vətəndaşların gediş-gəlişinin şəxsiyyət vəsiqəsi ilə həyata keçirilməsi barədə razılıq əldə olunub.
7-09-2022, 20:05
Rusiya və İran turistlərin vizasız mübadiləsinə başlayır


Rusiya və İran turistlərin vizasız mübadiləsinə başlayır

Rusiya və İran turist qruplarının vizasız mübadiləsinə başlayacaq. Bu barədə Rusiya Turizm Agentliyinin rəhbəri Zarina Doquzova bildirib. Onun sözlərinə görə, ilin sonuna kimi Rusiya və İran turist qruplarının vizasız mübadiləsinə başlayacaq. Qruplar azı 20 nəfərdən ibarət olacaq. Bundan başqa, Doquzova 52 ölkənin, o cümlədən Avropa dövlətlərinin vətəndaşları üçün elektron vizaların tətbiqi məsələsinin müzakirə olunduğunu diqqətə çatdırıb.
7-09-2022, 19:34
Paşinyan Rusiyada özünü gülünc vəziyyətə saldı


Paşinyan Rusiyada özünü gülünc vəziyyətə saldı

Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumuna qatılan Ermənistanın Baş naziri Nikol Paşinyan çıxışı ilə gündəmə gəlib. Butov.az xəbər verir ki, rus dilində normal danışa bilməyən Paşinyan yenə tənqidlərə tuş gəlib. Erməni teleqram kanalları Paşinyanın forumdakı çıxışını ələ salaraq, baş naziri Ermənistan xalqı üçün üz qarası adlandırıblar. Sosial şəbəkələrin Ermənistan seqmentində ermənilər özləri də Paşinyanı məsxərəyə qoyublar. Şərhlərdə bildirilib ki, hökumət rəhbərinin çıxışı zaldakı qonaqlar, xüsusilə də Putin üçün maraqsız olub. Qeyd edək ki, Paşinyan sözügedən çıxışında Rusiya Prezidenti Vladimir Putinin də adını səhv salıb.

7-09-2022, 19:31
Avropa Komissiyası Ukraynaya 5 milyardlıq yardımı təsdiqlədi


Avropa Komissiyası Ukraynaya 5 milyardlıq yardımı təsdiqlədi

Avropa Komissiyası Ukraynaya 5 milyard avroluq makromaliyyə yardımının ayrılmasını təsdiqləyib. Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tviter səhifəsində yazıb. “Ukraynadakı vəziyyət bizim ciddi dəstəyimizi tələb edir. Bu gün Avropa Komissiyası Ukraynaya əlavə 5 milyard avro makromaliyyə yardımı təklif edir. Bu, Avropa İttifaqının maliyyə və humanitar yardım şəklində ayırdığı 10 milyard avronu tamamlayır”, - deyə Ursula Fon der Lyayen vurğulayıb.
7-09-2022, 19:27
Serbiya Türkiyədən "Bayraktar" almaq istəyir


Serbiya Türkiyədən "Bayraktar" almaq istəyir

Serbiya Türkiyədən "Bayraktar" PUA-sı almaq niyyətindədir. Bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib. Prezident deyib ki, bunun üçün danışıqlar aparmaq istəyirlər: “Dövlət büdcəsindən "Bayraktar" almaq üçün bir neçə yüz milyon avro vəsait ayrılıb. Bununla bağlı Türkiyə ilə danışıqlar aparmaq istəyirik”. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda Serbiyada səfərdədir.
7-09-2022, 19:25
Ukraynada qadınların hərbi qeydiyyatı təxirə salındı


Ukraynada qadınların hərbi qeydiyyatı təxirə salındı

Ukrayna Müdafiə Nazirliyi qadınların hərbi xidmətə qeydiyyatını 2023-cü il oktyabrın 1-dək təxirə salıb. Müvafiq əmri nazir Aleksey Reznikov imzalayıb. Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqram səhifəsində məlumat yayıb. Bununla da oktyabrın 1-dən qadınların xaricə getməsinə heç bir qadağa olmayacaq. Anna Malyar xatırladıb ki, müvafiq peşəyə yiyələnmiş və ixtisaslı qadınlarının hərbi qeydiyyata alınması qanunla dəqiq tənzimlənir. Qeyd edək ki, bundan öncə Ukraynada hərbiyə yararlı olan qadınların ölkədən çıxışına qadağa qoyulacağı barədə məlumat verilmişdi.
7-09-2022, 19:17
Albaniya İranla diplomatik əlaqələri kəsir


Albaniya İranla diplomatik əlaqələri kəsir

Albaniya İranla diplomatik əlaqələri dayandırır. Bu barədə TASS agentliyi xəbər verir. Bildirilib ki, Albaniya İran səfirliyinin bütün əməkdaşlarına 24 saat ərzində ölkəni tərk etmək əmri verilib.
7-09-2022, 19:15
Putin və Paşinyan Qarabağı müzakirə etdi


Putin və Paşinyan Qarabağı müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Görüş Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumu çərçivəsində baş tutub. Tərəflər iki ölkə arasında münasibətləri və Qarabağ məsələsini müzakirə ediblər. Putin Qarabağın təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.
7-09-2022, 18:40
Putin dünyanı bürüyən ərzaq qıtlığından danışdı


Putin dünyanı bürüyən ərzaq qıtlığından danışdı

Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar sessiyasındakı çıxışında dünyanı bürüyən ərzaq qıtlığından danışıb. Butov.az xəbər verir ki, Putin dünyada taxılın yalnız Qərbə ixracının humanitar fəlakətə səbəb ola biləcəyini vurğulayıb. Putin deyib ki, inkişaf etmiş ölkələr ərzaq məhsullarını satın aldığından ən yoxsul ölkələr həmin qidalara çıxışı itirirlər. Rusiya prezidenti "dünyada artıq 345 milyon insan ərzaq çatışmazlığından əziyyət çəkir – bu, 2019-cu ildəkindən 2,5 dəfə çoxdur" deyib. Putinin sözlərinə görə, Rusiya Federasiyası özünü təbii sərvətlərlə tam təmin etməyə qadirdir. Prezident, həmçinin bildirib ki, rəsmi Moskva Ukrayna taxılının ixracı və aclıqdan əziyyət çəkən ölkələrin maraqlarının təmin olunması üçün hər şeyi edir. "Praktiki olaraq Ukraynadan çıxarılan bütün taxıl inkişaf etməkdə olan ölkələrə yox, Avropa Birliyinə göndərilib" - Putin vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!