Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
24-08-2022, 22:17
Şoyqu müdafiə nazirlərini Moskvaya dəvət etdi


Şoyqu müdafiə nazirlərini Moskvaya dəvət etdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu təhlükəsizlik məsələlərini müzakirə etmək üçün dekabrda Moskvada Şanxay Əməkdaşlıq Təşkilatına və MDB-yə üzv dövlətlərin, habelə digər dost ölkələrin müdafiə nazirlərinin görüşünün keçirilməsini təklif edib. Butov.az xəbər verir ki, Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin iclasında çıxışı zamanı deyib: "Avqustun 16-da beynəlxalq təhlükəsizlik üzrə onuncu Moskva konfransı keçirildi, konfransda bu sahədəki vəziyyətin ətraflı təhlili aparıldı. Mən müəyyən edilmiş problemlərin müzakirəsini davam etdirməyi və bu ilin dekabrında Moskvada birgə iclas keçirməyi təklif edirəm. İclasa Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin, MDB üzvlərinin, eləcə də digər dost ölkələrin müdafiə nazirlərini dəvət edirəm”. Rusiyanın müdafiə naziri deyib ki, Ukraynada bioloji silahların komponentlərinin hazırlandığı ABŞ-ın hərbi proqramı Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri üçün birbaşa təhlükə yaradır. "Xüsusi əməliyyat zamanı aşkar edilmiş Amerika hərbi bioloji proqramının Ukraynada həyata keçirilməsinə dair faktları xüsusilə qeyd etmək istərdim. Bizim dərc etdiyimiz sənədlər Pentaqonun Ukraynanın 30-dan çox bioloji laboratoriyasını maliyyələşdirdiyini təsdiqləyir. ABŞ-dan olan mütəxəssislərin iştirakı və rəhbərliyi ilə gizli şəkildə yüksək riskli tədqiqatlar aparılıb”.
24-08-2022, 22:14
Ermənistanda ehtiyatda olan hərbçilər təlimlərə çağırılır


Ermənistanda ehtiyatda olan hərbçilər təlimlərə çağırılır

Sentyabrın 15-dən dekabrın 15-dək Ermənistandakı ehtiyatda olan hərbçilər toplanışa çağırılacaq. Butov.az xəbər verir ki, müvafiq qərar avqustun 24-də Ermənistan hökumətinin iclasında qəbul edilib. Təlimin məqsədləri, tərkibi, ümumi sayı və ixtisaslar müəyyən edilir. Təlimlərə 98-i zabit olmaqla 318-dək vətəndaş cəlb olunacaq.
24-08-2022, 22:01
Putin Paşinyanla Qarabağı müzakirə etdi


Putin Paşinyanla Qarabağı müzakirə etdi

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Butov.az xəbər verir ki, dövlət başçıları Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər. Kremldən bildirilib ki, tərəflər Rusiya sülhməramlılarının regionda sabitliyin təmin edilməsindəki rolunu qeyd ediblər. Söhbətin Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutduğu qeyd edilir. "Dağlıq Qarabağ ətrafındakı vəziyyətin müzakirəsi davam etdirilib. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyi təsdiqlənib. Eyni zamanda, Rusiya sülhməramlı kontingentinin regionda sabitliyin təmin edilməsində rolu qeyd edilib”, - deyə Kremlin rəsmi məlumatında bildirilib. Danışıq zamanı Rusiya ilə Ermənistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının bəzi aktual məsələlərinə də toxunulub. Ermənistanın baş naziri ilə Rusiya prezidenti arasında sonuncu söhbət avqustun 8-də olmuşdu. O zaman iki ölkə lideri Qarabağ ətrafında vəziyyətin inkişafı, o cümlədən Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə etmişdilər.
24-08-2022, 21:43
Putinin “qardaşı” Ukraynanı təbrik etdi


Putinin “qardaşı” Ukraynanı təbrik etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib. Butov.az xəbər verir ki, Lukaşenko ukraynalılara dinc həyat, tolerantlıq, cəsarət və güc arzulayıb. "Əminik ki, bugünkü ziddiyyətlər iki ölkə xalqları arasında çoxəsrlik səmimi mehriban qonşuluq münasibətlərinin təməlini məhv edə bilməyəcək. Belarus harmoniyanın qorunub saxlanması, bütün səviyyələrdə mehriban və hörmətli əlaqələrin inkişaf etdirilməsi tərəfdarı olmaqda davam edəcək”- təbrikdə deyilir. Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynanın Rusiya tərəfindən işğalına açıq-aşkar dəstək nümayiş etdirir. O, mətbuata açıqlamalarında Rusiyaya dəstəyini heç vaxt gizlətmir, əksinə Rusiya Prezidenti Vladimir Putini özünün böyük qardaşı adlandırır.
24-08-2022, 21:26
Rusiyanın “Ka-52” helikopteri vuruldu


Rusiyanın “Ka-52” helikopteri vuruldu

Ukraynanın Hərbi Hava Qüvvələri Rusiyaya məxsus "Ka-52" helikopterini məhv edib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri rəsmi məlumat yayıb. "Avqustun 24-ü gecə saat bir radələrində Hərbi Hava Qüvvələrinin zenit-raket qüvvələrinin bölmələri ölkənin şərq istiqamətində rus işğalçılarının "Ka-52" helikopterini demilitarizasiya edib", - məlumatda qeyd olunub.
23-08-2022, 23:23
İtaliya rus məmurlara verilən mükafatları ləğv etdi


İtaliya rus məmurlara verilən mükafatları ləğv etdi

İtaliya 10 rusiyalı məmur və iş adamını dövlət mükafatından məhrum edib. Bu barədə ANSA agentliyi məlumat yayıb. Müvafiq sənədləri prezident Sercio Mattarella imzalayıb. Bildirilir ki, Rusiya xarici işlər nazirlərinin müavinləri Aleksandr Qruşko və Yevgeni İvanov, Dövlət Duması sədrinin müavini Aleksey Qordeyev, Sberbank İdarə Heyətinin sədri German Qref, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev, "Qazprom Neft"in İdarə Heyətinin sədri Aleksandr Dyukov, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) prezidenti Aleksandr Şoxin və iş adamı Andrey Melniçenkonun mükafatları ləğv edilib. Mükafatlardan məhrum edilən digər iki nəfərin kim olduğu məlum deyil. Bu şəxslər müxtəlif dərəcəli "İtaliya Ulduzu" ordeni ilə təltif olunublar. Mükafat İtaliya ilə digər ölkələr arasında əməkdaşlığın inkişafına görə verilir. Artıq İtaliyada Rusiyanın Baş naziri Mixail Mişustin, Baş nazirin müavini və ticarət naziri Denis Manturov dövlət mükafatlarından məhrum ediliblər.
23-08-2022, 23:21
Yaponiya Ukraynanın yenidən qurulmasına dəstək verəcək


Yaponiya Ukraynanın yenidən qurulmasına dəstək verəcək

Yaponiya Ukraynada infrastrukturun yenidən qurulması üçün əlindən gələni edəcək. Bunu İkinci Krım Platforması sammitində onlayn çıxışı zamanı Yaponiyanın Baş naziri Kişida Fumio deyib. O, Yaponiyanın Krım bölgəsi də daxil olmaqla Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Yaponiyanın Baş naziri status-kvonu dəyişdirmək üçün birtərəfli cəhdlərə qəti şəkildə qarşı olduğunu deyib.
23-08-2022, 23:19
ABŞ-dan Kiyevə növbəti yardım - Bu dəfə 3 milyard...


ABŞ-dan Kiyevə növbəti yardım - Bu dəfə 3 milyard...

ABŞ sabah Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyəcək. Bu barədə "Reuters" agentliyi adı açıqlanmayan ABŞ rəsminə istinadən məlumat yayıb. Paketin həcmi 3 milyard dollardır. Məlumata görə, hərbi yardım sabah elan ediləcək. 3 milyard dollarlıq silah paketi Rusiya qoşunlarının hücuma başlamasından sonra Vaşinqtonun Ukrayna üçün ayırdığı ən böyük yardım olacaq.

23-08-2022, 23:14
Rusiya və Fransa arasında Zaporojye müzakirəsi


Rusiya və Fransa arasında Zaporojye müzakirəsi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və fransalı həmkarı Ketrin Kolonna arasında telefon danışığı olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Tərəflər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) missiyasının Zaporojye Atom Elektrik Stansiyasına göndərilməsini müzakirə edib. Bundan əvvəl eyni mövzunu iki ölkənin prezidentləri müzakirə ediblər. “Nazir nüvə təhlükəsizliyi üçün obyektin Rusiya silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı riskləri vurğulayıb” , - Fransa tərəfi danışıqlardan sonra bildirib. Rusiya tərəfinin məlumatına əsasən, Lavrov bəyan edib ki, “Kiyev Avropanın ən böyük AES-i və ona bitişik əraziləri atəşə tutmaqda davam edir, xarici sponsorlarının aşkar razılığı ilə bütün Avropa əhalisini təhlükə altına alır”.

23-08-2022, 23:05
Almaniya Ukraynaya 500 milyon dollarlıq silah verəcək


Almaniya Ukraynaya 500 milyon dollarlıq silah verəcək

Almaniya Ukraynaya 500 milyon avro dəyərində yeni silahlar tədarük etməyi planlaşdırır. Bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Mənbə bildirib ki, Almaniya Ukraynaya əlavə 3 ədəd "İris-T" hava hücumundan müdafiə sistemi, onlarla zirehli xilasetmə maşını, 20 reaktiv yaylım atəşi sistemi, dəqiq idarə olunan döyüş sursatları və pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemləri tədarük etməyi planlaşdırır. Silahların 2023-cü ildə, bəlkə də daha tez çatdırılacağı gözlənilir. Qərar Almaniya parlamenti tərəfindən təsdiq edilməlidir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!