Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
23-08-2022, 20:24
Putin Tacikistan prezidentinə zəng etdi


Putin Tacikistan prezidentinə zəng etdi

Rusiya prezidenti Vladimir Putin Tacikistan prezidenti Emomali Rahmona zəng edib. Kremlin mətbuat xidmətinin məlumatına görə, prezidentlər telefon danışığı zamanı ikitərəfli münasibətlər, həmçinin Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin mövzusunu müzakirə ediblər. “Rusiya-Tacikistan dostluq münasibətlərinin gələcək inkişafının bəzi aktual məsələləri, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrda Səmərqənddə keçiriləcək sammitinin mövzuları müzakirə edilib”, - məlumatda deyilir.
23-08-2022, 19:33
Ermənistandan bizə basqılar olur - Çavuşoğlu


Ermənistandan bizə basqılar olur - Çavuşoğlu

Azərbaycanın Zəfərindən sonra Qafqazda sülh üçün çalışırıq. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib. "Biz eyni zamanda Ermənistanla da münasibətləri yoluna qoymağa çalışdıq. Amma Ermənistan çox da istəkli deyil. Qafqazda uzun müddət sülh istəyiriksə, bu, sadəcə Azərbaycan və Ermənistan arasında bağlanan sülh müqaviləsi ilə mümkün olacaq. Ermənistan bəzən elə davranır ki, sanki üçtərəfli bəyanatı o bağlamayıb. Ermənistan sadəcə Azərbaycanın irəli sürdüyü tələbləri yerinə yetirməlidir", - deyəÇavuşoğlu bildirib. XİN başçısı, həmçinin Ermənistandan Türkiyəyə təzyiqlərin olduğunu söyləyib: "Bəzən Ermənistanın daxilindən bizə qarşı basqılar olur. Ölkə içərisində fanatiklər var. Onlar bizə heç nə edə bilməzlər. Hazırda Ermənistanda Paşinyanın arxasında çox güclü qüvvələr var. Onada görə də Ermənistanda separatçı qüvvələr heç bir şey edə bilməz. Sadəcə biz əl-ələ verib Cənubi Qafqazı daha da gücləndirməliyik".
23-08-2022, 19:23
Rusiyaya mane olan ölkələr var - Türkiyə XİN


Rusiyaya mane olan ölkələr var - Türkiyə XİN

Ukrayna taxılının təhlükəsiz daşınmasının qarşılığında Rusiyanın da bəzi tələbləri var. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib. "Rusiya bu yolda gübrə və taxılının yolunda əngəllərin aradan qalxmasını istəyir. Amma buna mane olan ölkələr var. Eyni zamanda iki ölkə arasında münasibətlərin normallaşmasını istəməyən qüvvələr də var. Türkiyə bu ölkələrlə də əlaqə qurmağa çalışır. Hazırda 33 gəmi Ukraynadan çıxıb, Afrikaya gedib", - XİN başçısı vurğulayıb.
22-08-2022, 22:06
3 ölkə “Şimal-Cənub” dəhlizinin onurğa sütunudur - İran səfiri


3 ölkə “Şimal-Cənub” dəhlizinin onurğa sütunudur - İran səfiri

İran, Azərbaycan və Rusiya “Şimal-Cənub” dəhlizinin onurğa sütununu təşkil edir. Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Twitter" səhifəsində yazıb. O bildirib ki, bu gün tranzitin asanlaşdırılması üçün imzalanmış üç tərəfli anlaşma memorandumu ölkənin xarici ticarətində sıçrayışın baş verməsindən xəbər verir. “3 ölkənin qonşuluq siyasəti kölgəsində Hindistanın da bu mexanizmə qoşulması yolun inkişafını daha da canlandıracaq”, - deyə səfir vurğulayıb.
22-08-2022, 22:04
Ərdoğan Putinlə Zelenskini görüşdürmək istəyir


Ərdoğan Putinlə Zelenskini görüşdürmək istəyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna dövlət başçıları Vladimir Putinlə Volodimir Zelenski arasında görüş təşkil etmək niyyətindədir. Butov.az xəbər verir ki, Ərdoğan bu barədə Nazirlər Kabinetinin toplantısından sonra mətbuata açıqlamasında deyib. Türkiyə lideri bildirib ki, prezidentlərin görüşü böhranı kökündən həll etmək üçün yol açmağa kömək edəcək. “Hədəfimiz yaxın tarixdə Putinlə Zelenski arasında İstanbulda görüş təşkil edərək, böhranı kökündən həll etməkdir”, - Ərdoğan vurğulayıb.
22-08-2022, 21:59
Rusiya Zaporojye ilə bağlı BMT-nin iclasını çağırdı


Rusiya Zaporojye ilə bağlı BMT-nin iclasını çağırdı

Rusiya Zaporojye Atom Elektrik Stansiyasındakı (AES) vəziyyətlə əlaqədar avqustun 23-də BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi ilə bağlı sorğu göndərib. Bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib. Onun sözlərinə görə, təşkilatın baş katibi Antonio Quterreşdən iclasda çıxış etməsi xahiş olunub. “Biz BMT Təhlükəsizlik Şurasının gündəmdəki “beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər” bəndi üzrə təcili iclasının keçirilməsini xahiş etdik”, – deyə Polyanski "Telegram" kanalında yazıb.

22-08-2022, 21:57
Rusiyanın 26 regionunda meşələr yanır


Rusiyanın 26 regionunda meşələr yanır

Qonşu Rusiyada meşə yanğınları davam edir. Butov.az xəbər verir ki, hazırda 26 regionda yanğınla mübarizə tədbirləri davam etdirilir, 105 min 810 hektar sahədə 92 yanğın mənbəyi hələ də qalmaqdadır. Ryazan vilayətində meşə yanğınlarını söndürmək mümkün olmayıb. Moskva meri Sergey Sobyanin vəziyyətin mürəkkəb olduğunu deyib. Onun sözlərinə görə, Ryazanda yanğınla mübarizəyə 8 mindən çox insan cəlb olunub.
22-08-2022, 21:41
Fələstin prezidenti Türkiyəyə gəldi


Fələstin prezidenti Türkiyəyə gəldi

Fələstin Prezidenti Mahmud Abbas Türkiyədə rəsmi səfərdədir. Butov.az xəbər verir ki, onu Ankara səfərində geniş nümayəndə heyəti müşayiət edir. Səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulub. Hələlik səfərin gündəliyi və müzakirə olunacaq mövzular ictimaiyyətə açıqlanmayıb.
22-08-2022, 21:38
İrəvanda Paşinyana qarşı yeni mitinqlər başlayır


İrəvanda Paşinyana qarşı yeni mitinqlər başlayır

Ermənistan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri, müxalifətdəki Vətən Partiyasının sədri Artur Vanetsyan ictimai-siyasi xadim Edqar Qazaryanın təşəbbüsü ilə keçiriləcək etiraz aksiyasına dəstək verib. Butov.az xəbər verir ki, A.Vanetsyan Paşinyan hakimiyyətinə qarşı istənilən aksiyanı dəstəkləyəcəyini bəyan edib. O, tərəfdarlarını Edqar Qazaryanın sabah saat 17:00-a təyin etdiyi mitinqdə iştiraka çağırıb. Xatırladaq ki, Edqar Qazaryan Müstəqillik Hərəkatının yaradılmasına başladığını elan edib və Nikol Paşinyanın istefasına nail olana kimi aksiyalar keçiriləcəyini deyib. Avqustun 23-də İrəvanda hərəkatın ilk mitinqi planlaşdırılıb.
22-08-2022, 21:27
Ukrayna öz itkilərini elan etdi


Ukrayna öz itkilərini elan etdi

Rusiya ilə müharibədə 9 minə yaxın ukraynalı döyüşçü həlak olub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujni bildirib. “Müharibədə təkcə hərbi qulluqçular, əlinə silah götürənlər deyil, bizim balaca övladlarımız da iştirak edir. Körpələrin yeganə günahı bu dövrdə doğulmasıdır” - o çıxışında deyib. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi bu ilin fevralın 24-dən başlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!