Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
3-08-2022, 16:12
Rusiya İran üçün “Xəyyam” peykini hazırladı


Rusiya İran üçün “Xəyyam” peykini hazırladı

Avqust ayının 9-da Rusiyanın Baykonur kosmodromundan “Soyuz” raketi İranın sifarişi ilə yaradılmış “Xəyyam” peykini orbitə çıxaracaq. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. “2022-ci il avqustun 9-da Baykonur kosmodromundan göndəriləcək "Xəyyam" peyki Rusiya tərəfindən istehsal edilib”,- məlumatda deyilir.
3-08-2022, 16:06
İran Çini dəstəklədi - ABŞ aranı qarışdırmağa çalışır


İran Çini dəstəklədi - ABŞ aranı qarışdırmağa çalışır

“İran ölkələrin ərazi bütövlüyünə hörmət edir və bunu özünün xarici siyasətinin əsası hesab edir. Bu kontekstdə İran Çin siyasətini dəyişməz olaraq dəstəkləyir". Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Nasser Kenani bildirib. “Ölkələrin ərazi bütövlüyünə hörmətin BMT-nin əsas prinsiplərindən biri olduğunu vurğulayırıq. ABŞ administrasiyası Çinin daxili işlərinə qarışmağa çalışır. Bu, ölkənin ərazi bütövlüyünü pozan gərginliyə səbəb olan addımlardır”,- XİN nümayəndəsi şərhində deyib. Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri Vaşinqton və Pekin arasında siyasi qalmaqala səbəb olub.
3-08-2022, 15:45
Antalyada zəlzələ oldu


Antalyada zəlzələ oldu

Türkiyənin Antalya şəhərində 4,2 bal gücündə zəlzələ baş verib. Butov.az xəbər verir ki, hadisə Kumluca ərazisində qeydə alınıb. Zəlzələnin episentri 11 kilomertr olub. Dağıntı və tələfat barədə açıqlama verilməyib.
2-08-2022, 21:56
ABŞ yüzlərlə rusiyalıya sanksiya tətbiq etdi


ABŞ yüzlərlə rusiyalıya sanksiya tətbiq etdi

ABŞ Rusiyanın 893 vətəndaşına viza sanksiyaları tətbiq edib. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat yayıb. Siyahıda milyarderlər Dmitri Pumpyanski, Andrey Melniçenko və Aleksandr Ponomarenkonun da adı var. Bundan əlavə, ABŞ Rusiyanın texnologiya sektoru və müdafiə sənayesindən olan daha 24 şirkətə sanksiya tətbiq edib.
2-08-2022, 21:51
Lvova raket zərbələri endirildi


Lvova raket zərbələri endirildi

Ukraynanın Lvov vilayətinə raket zərbələri endirilib. Rusiya qoşunlarının atdığı raketlər Çervonoqrad rayonuna düşüb. Bu barədə Lvov Hərbi Vilayət Administrasiyasının rəhbəri Maksim Kozitski məlumat yayıb. “İlkin olaraq raket zərbəsi nəticəsində Çervonoqrad rayonu ərazisində partlayış baş verib”, - deyə Maksim Kozitski bildirib. Hücum nəticəsində itkilər barədə əlavə məlumat verilməyib.
2-08-2022, 21:33
Lavrov Asiya səfərinə çıxdı - Nazirlərlə görüşəcək


Lavrov Asiya səfərinə çıxdı - Nazirlərlə görüşəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyaya səfər edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. Lavrov avqustun 3-də Myanmaya səfər edərək xarici işlər naziri Vunna Maun Lvinlə danışıqlar aparacaq. Bundan sonra o, Kambocaya uçacaq və orada Rusiya-ASEAN formatında xarici işlər nazirlərinin görüşündə, Şərqi Asiya Sammitində və regional təhlükəsizlik forumunda iştirak edəcək. Zaxarova, həmçinin qeyd edib ki, rusiyalı nazirin səfəri ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi kimi təxribat deyil, əməkdaşlıq üçündür.

2-08-2022, 21:22
Puta Dəniz Limanında gəmi yanır


Puta Dəniz Limanında gəmi yanır

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə yanğın olması barədə məlumat daxil olub. Butov.az xəbər verir ki, məlumat qəbul edildikdən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

2-08-2022, 20:11
Küveyt parlamenti buraxıldı


Küveyt parlamenti buraxıldı

Küveyt parlamenti rəsmi olaraq buraxılıb. Məlumatı “KUNA” dövlət informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, Küveyt vəliəhdi şahzadə Мəşəl əl-Əhməd əl-Caber əs-Sabah parlamenti növbədənkənar seçkilər keçirməyə çağırıb.
2-08-2022, 19:27
Paşinyan Putinə zəng etdi  - Razılığa gəldilər


Paşinyan Putinə zəng etdi - Razılığa gəldilər

Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə Kreml rəsmi məlumat yayıb. Bildirilib ki, danışıqlar zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020 və 2021-ci illərdə imzalanmış üçtərəfli bəyanatların həyata keçirilməsinin praktiki aspektlərinə toxunulub. Məlumata görə, Ermənistan və Rusiya liderləri müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!