AYB-NİN MİNGƏÇEVİR BÖLMƏSİ-25 .....                        İlk səfərini Türkiyəyə edəcək .....                        Taleh Yüzbəyovun xanımı qəzaya düşdü .....                        Samuxda ağır qəza: Ölən var .....                        Samuxda ağır qəza: Ölən var .....                        Aşıq Əlixanın adı ehtiramla xatırlanır .....                        Lüksemburq parlamenti siyasi avantüra meydanına çevrilib - BƏYANAT .....                        Rəsulzadənin sözləri "20 Yanvar"a qayıdacaq? - Rəsmi açıqlama .....                        Azərbaycanda yeni bulvar salınacaq .....                       
Tarix : 7-08-2022, 17:05
Ərdoğandan Qərbi təşvişə salan addım - Putin “Yox” demədi...


Ərdoğandan Qərbi təşvişə salan addım - Putin “Yox” demədi...

Avqustun 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri kifayət qəfər məhsuldar keçib. Rusiya lideri Vladimir Putinlə Soçidə bir araya gələn Ərdoğanın gündəliyində bir sıra aktual mövzuların yer aldığı bildirilirdi. 2 saatdan artıq davam edən görüşdən sonra tərəflər mediaya açıqlama verərək, danışıqların nəticələrini elan edib, fərqi mövqedə olmalarına baxmayaraq, razılığa gəldiklərini bildiriblər. Belə ki, Soçi görüşünün nəticəsi olaraq, Türkiyə Rusiyadan alınan təbii qazın qismən rublla ödənilməsinə razılıq verib. Bundan əlavə, tərəflər ticarət mübadiləsində rubldan istifadə olunmasına razılaşıblar. "Kim ölkəmizə sərmayə qoymaq istəyirsə, ona hər cür dəstəyi veririk. Çünki Türkiyə təkcə son hadisələrlə bağlı deyil, həm də dünyada azad bazar iqtisadiyyatının ən mühüm açıq qapısıdır. Təbii ki, Soçi səfərinin bir yaxşı cəhəti də o idi ki, cənab Putinlə rublla bağlı razılığa gəldik. Mübadilələri rublla edəcəyik. Bu da təbii ki, maliyyə məsələlərində Türkiyə ilə Rusiya arasında ayrı bir güc mənbəyi olacaq və daha çox qazanc gətirəcək", - Ərdoğan Rusiyadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib. Əlbəttə, Soçi görüşündə Ukrayna müharibəsi də diqqətdən kənarda qalmayıb. Tam təfərrüatlarına varılmasa da, Türkiyə lideri rusiyalı həmkarına Ukrayna lideri Volodimir Zelenski ilə görüşməyi təklif etdini açıqlayıb. Putinin təklifə necə reaksiya verdiyi hələlik məlum deyil. Soçi görüşünün əhəmiyyəti barədə danışan politoloq İlqar Vəlizadə bildirib ki, hazırda dünyada baş verən qlobal böhran fonunda müxtəlif tərəflərin fikir ayrılıqları iri və ya kiçik lokal problemlərin yaranmasına səbəb olur. Bunun fonunda çox fərqli, özünəməxsus siyasəti ilə səciyyələnən ölkələrin başçıları nəinki bir araya gəlir, eyni zamanda ziddiyyətli məsələləri birgə həll edirlər. Deməli, danışıqlar əsasında problemlərin həlli mümkündür. Türkiyə və Rusiyanın mürəkkəb oyunçular olduğunu deyən politoloq hesab edir ki, fikir ayrılıqlarına baxmayaraq, tərəflərin ortaq məxrəcə gələ bilmələri müsbət haldır: “Belə deyə bilərik ki, çox fərqli, bəzi hallarda ziddiyyətli siyasət aparırlar. Ancaq danışırlar, ortaq məxrəcə gəlirlər, eyni zamanda ortaq layihələr həyata keçirirlər. Necə olur ki, Türkiyə kimi oyunçu ilə Rusiya danışa bilir, ortaq məxrəcə gələ bilir, mürəkkəb məsələlərdə anlaşmaya gələ bilir, ancaq digər ölkələr bunu bacarmırlar?Aydındır, çox vaxt Rusiyanın yürütdüyü siyasəti əsas gətirib, onu günahlandırırlar. Rusiyanın siyasəti çox təhlükəlidir və mənfi nəticələrə səbəb olur. Bəs niyə Türkiyə və Azərbaycanla münasibətlərdə bunu görmürük? Deməli, burada başqa problem var. Problem də ondan ibarətdir ki, daha böyük oyunçular Rusiya və Rusiya kimi ölkələrlə normal qarşılıqlı maraqlara əsaslanan əlaqələrdən boyun qaçırırlar. Nəticədə ortada dayanan ölkələr bu siyasətin qurbanına çevrilirlər. Ona görə də Soçi görüşünün indiki dönəmdə əsas geosiyası mahiyyəti iki fərqli siyasətçinin görüşüb anlaşa bilməsindən ibarətdir”.



İlqar Vəlizadə Türkiyənin danışıqlarda öz maraqlarını qoruduğunu sözlərinə əlavə edib: “Konkret məsələlərə gəlincə, biz bilirik ki son aylar ərzində Türkiyə Suriyada mürəkkəb və həlledici antiterror əməliyyatı keçirmək niyyətindədir. Türkiyə fikrindən dönməyib. Ancaq son görüşdə Türkiyə Rusiyanın narahatlığını nəzərə aldı. Eyni zamanda onu da demək lazımdır ki, Rusiya da Türkiyənin mövqeyini nəzərə aldı, nəticədə Suriya məsələsində ortaq mövqeyə gələ bildilər. Razılığa əsasən, Türkiyə indiki durumda əməliyyat aparmayacaq. Digər tərəfdən Türkiyəyə qarşı proseslər getsə, Ankara hərəkətə keçməyə bilməz. Ona görə də Rusiya müəyyən məsələlərdə zəmanətçi qismində çıxış edir. Rusiya zəmanət verir ki, bu dövrdə xoşagəlməz hadisə baş verməyəcək. Yəni demək istəyirlər ki, "mənim ərazimdə kürd terrorçular sənə hansısa təhdid, problem yaratmayacaq". Əlbəttə, bu aralıq anlaşmasıdır. Son nəticə deyil. Əməliyyat plandadır. Ancaq tərəflər bunu həyata keçirməyib. İstisna deyil ki, geosiyası vəziyyət pisləşə bilər. İndi heç kim istəmir ki, dünyada olan problemlərə birini də əlavə etsin. Cənubi Qafqazda zaman-zaman xoşagəlməz hallar baş verir. Həm Türkiyə, həm Rusiya istəyir ki, vəziyyət yaxşılaşsın, kommunikasiyalar açılsın. Həm də çalışırlar ki, üçüncü tərəfdən bölgəyə təsirli müdaxilə olmasın. Çox güman ki, bu məsələdə də razılıq əldə olunub”.



Politoloq Türkiyə və Rusiya arasında qaz razılaşmasının önəmini xüsusilə vurğulayıb: “Burada qaz məsələsi önəmlidir. Rusiya tərəfi açıq deyib ki, Avropa İttifaqı indiyədək qaz ixrac etməyimizə görə Türkiyəyə sağ ol deməlidir. Burada, əlbəttə həqiqət də var. O cümlədən, taxıl ixracı ilə bağlı məsələ də onu göstərir ki, Türkiyənin vasitəçiliyi həlledici rol oynayır. Türkiyə və Rusiyanın nüfuzu olan ölkələrdə nisbi sakitlik yaşanır. Buna misal olaraq Cənubi Qafqazı, Şimali Suriyanı və başqalarını göstərə bilərik”. Qeyd edək ki, Qərb hökumətləri Türkiyə ilə Rusiya arasında iqtisadi əlaqələrin dərinləşməsindən təşvişə düşüb. "Financial Times" qəzetinin yaydığı məlumata görə, Türkiyə Rusiyanın sanksiyalardan yayınmasına kömək edərsə, Ankaraya da təzyiqlər edilə bilər.



Paylaş



Bölmə: Siyasət / Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!