Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
29-07-2022, 19:35
Gürcüstanda helikopter qəzaya uğradı


Gürcüstanda helikopter qəzaya uğradı

Gürcüstanın Qudauri kurort zonasında Daxili İşlər Nazirliyinin sərhəd xidmətinə məxsus helikopter qəzaya uğrayıb. Bu barədə Gürcüstan DİN məlumat yayıb. Bildirilib ki, qəzaya uğrayan helikopterin göyərtəsində DİN-in Fövqəladə Halların İdarəetməsi Xidmətinin xilasediciləri və tibb işçiləri olub.



29-07-2022, 19:23
Meymunçiçəyinə görə fövqəladə vəziyyət elan edildi


Meymunçiçəyinə görə fövqəladə vəziyyət elan edildi

ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində meymunçiçəyinə yoluxma hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib. Butov.az-ın məlumatına görə, bu qərar yerli hakimiyyət orqanlarına xəstəliklə mübarizə üçün daha çox əməkdaş səfərbər etməyə imkan verəcək. Qeyd olunur ki, iyulun 29-dək şəhərdə meymunçiçəyinə 291 yoluxma aşkar edilib. Statistikaya əsasən, ABŞ-da indiyədək qeydə alınan 4,9 min yoluxmanın 40 faizdən çoxu San-Fransisko və Nyu-York ştatının payına düşür.
29-07-2022, 19:10
Marmarisdə güclü meşə yanğını başlayıb


Marmarisdə güclü meşə yanğını başlayıb

Türkiyənin Marmaris bölgəsində güclü meşə yanğını başlayıb. Butov.az xəbər verir ki, yanğın ərazisi yaşayış yerlərinə yaxın olduğundan ciddi təhlükə yaradıb. Yanğının söndürülməsinə 5 təyyarə və 8 helikopter, həmçinin yanğınsöndürən avtomobillər cəlb edilib.

29-07-2022, 19:06
Yarış partlayışla bitdi - Yaralılar var


Yarış partlayışla bitdi - Yaralılar var

Əfqanıstanda kriket oyunu zamanı partlayış baş verib. Bu barədə ölkənin Kriket Şurası məlumat yayıb. Yerli liqa matçı zamanı Kabilin əsas kriket stadionunda baş verən partlayışda 4 nəfər yaralanıb. Məlumata görə, oyunçulardan heç bir xəsarət almayıb.
27-07-2022, 21:49
Makron qiyamçıları vurmaq üçüm PUA-lar göndərir


Makron qiyamçıları vurmaq üçüm PUA-lar göndərir

Fransa Beninə regionu təhdid edən qiyamçılarla mübarizə aparmağa kömək etmək üçün pilotsuz uçuş aparatları (PUA) və daha mürəkkəb silahlar verə bilər. Bu barədə Fransa Prezident Emmanuel Makron çərşənbə günü deyib. Makron bildirib ki, Fransa artıq Beninə kəşfiyyat, təlim dəstəyi və digər mülki yardımlar təqdim edir. O, tezliklə nəqliyyat vasitələri, mina təmizləmə avadanlığı, gülləkeçirməz jiletlər və gecəgörmə avadanlığı tədarük edəcəyini bildirib.
27-07-2022, 20:17
Filippin Rusiyadan helikopter almaqdan imtina etdi


Filippin Rusiyadan helikopter almaqdan imtina etdi

Filippin hakimiyyəti Rusiyadan hərbi helikopter almaqdan imtina edib. Bu barədə AP agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Filippin 16 ədəd Mi-17 helikopteri almaq üçün 2021-ci ildə Rusiya ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 227 milyon dollardır. Mənbələr bildirir ki, Filippin ABŞ-ın sanksiyalarına məruz qalmamaq üçün müqaviləni ləğv etmək niyyətindədir. Hələlik rəsmi qərar olmasa da, müqavilənin tezliklə ləğv ediləcəyi vurğulanıb.
27-07-2022, 20:14
Putin Kadırovu mükafatlandırdı


Putin Kadırovu mükafatlandırdı

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovu mükafatlandırıb. Bu barədə Kadırov teleqram kanalında məlumat paylaşıb. Çeçen lider bildirib ki, Putin onu regionun sosial-iqtisadi inkişafına verdiyi töhfəyə görə "Aleksandr Nevski ordeni" ilə təltif edib. Kadırov bundan sonra da Rusiyanın rifahı naminə fədakarlıqla xidmət edəcəyinə söz verib: "Mənim üçün Rusiya Prezidentindən mükafat almaq ən böyük şərəfdir. Mən Vladimir Vladimiroviç Putinə etimada və regionumuzun inkişafına göstərdiyi daimi diqqətə görə təşəkkür edirəm”.
27-07-2022, 20:08
Almaniya Ukraynaya artilleriya satılmasına razılıq verdi


Almaniya Ukraynaya artilleriya satılmasına razılıq verdi

Almaniya hökuməti Ukraynaya 100 ədəd "Panzerhaubitze 2000" özüyeriyən artilleriya qurğularının satılmasına razılıq verib. Bu barədə Almaniyanın “Spiegel” nəşri məlumat yayıb. Bildirilir ki, "Krauss-Maffei Wegman" şirkəti aprel ayında Ukraynaya 1,7 milyard avro dəyərində artilleriya qurğuları satılmasına icazə istəyib. Almaniya hökuməti icazəyə müsbət cavab verib. İlk haubitsaların Ukraynaya nə vaxt çatacağı hələlik bəlli deyil. Haubitsaların istehsalı bir neçə il üçün nəzərdə tutulub. Bundan əvvəl Almaniya Ukrayna 7 ədəd artilleriya qurğuları göndərib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!