27-07-2022, 19:49
Ukraynanın yeni baş prokuroru seçildiUkraynanın yeni baş prokurorunun adı məlum olub.
Butov.az "Unian"a istinadən xəbər verir ki, namizədliyi Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən irəli sürülən Andrey Kostinin Baş prokuror təyin olunması ilə bağlı səsvermə keçirilib. 299 millət vəkilinin dəstəyi ilə Andrey Kostin Ukrayna baş prokuroru postuna seçilib. O, bu postda İrina Venediktovanı əvəz edib.
27-07-2022, 19:31
Polşa Cənubi Koreyadan külli miqdarda hərbi texnika aldıPolşa Cənubi Koreyadan 1000 ədəd K2 tankı, 600-dən çox K9 artilleriya qurğuları və üç eskadrilya FA-50 hərbi təyyarəsi alıb. Bu barədə Polşa müdafiə naziri Mariuş Blaşçak bildirib. O qeyd edib ki, razılaşmalar imzalanıb, zirehli texnikalar bu il Polşaya gəlməyə başlayacaq. Müqavilənin məbləği açıqlanmır. Razılaşmanın şərtlərinə görə, yaxın illərdə müqavilədə sadalanan silahların istehsalı üçün Polşada müəssisə qurulacaq. Blaşçak bildirib ki, bu, Polşanın müdafiə sənayesi üçün əla fürsətdir. İlk təyyarə gələn il Polşa Hərbi Hava Qüvvələrinə təhvil veriləcək. Blaşçak qeyd edib ki, yeni təyyarələr keçmiş SSRİ ölkələrindən gətirilən təyyarələrin dəyişdirilməsinə və pilotların hazırlığının gücləndirilməsinə şərait yaradacaq. Polşa ordusunun güclənməsinin səbəblərini şərh edən Mariuş Blaşçak qeyd edib ki, ölkə Ukraynadakı hazırkı münaqişədən nəticə çıxarır.
27-07-2022, 19:16
Bayden Ağ evə qayıdırABŞ Prezidenti Co Bayden koronavirusdan tam sağalıb. Bu barədə o, özünün "Twitter" hesabında məlumat yayıb. Bayden testinin neqativ nəticəsinin fotosunu paylaşıb. “Ağ Evə dönürəm. Dəstəyə görə təşəkkür edirəm”, - o qeyd edib.
27-07-2022, 19:13
Lavrov sabah Özbəkistana gedirRusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 28-də Özbəkistanın paytaxtı Daşkəndə səfər edəcək.
Butov.az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Lavrov Şanxay Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasına qatılacaq. Səfər iki gün davam edəcək.
26-07-2022, 21:37
Səudiyyə şəhzadəsi Avropaya səfər edəcəkSəudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Avropaya səfər edəcək. Bununla bağlı Səudiyyənin SPA xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, Salman Yunanıstan və Fransada olacaq və vacib görüşlər keçirəcək. Bu, vəliəhd şəhzadənin 2018-ci ildə səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra Avropa İttifaqı üzvü olan dövlətə ilk səfəridir.
26-07-2022, 21:21
İsrail İranı güclü zərbə endirməklə hədələdiİsrail İranın nüvə proqramının qarşısını almaq üçün zərbə endirə bilər.
Butov.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Benni Qantz deyib. O bildirib ki, İsrail İranla gözlənilən yeni nüvə sazişindən narazıdır. Yerli "Kanal 13" adlı televiziya kanalına müsahibəsində Qantz vurğulayıb ki, İran İsrail üçün qlobal və şəxsi problemdir. Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üçün aparılan müzakirələrdən danışan Benni Qantz İsrailin razılaşmadan çox narazı olduğunu vurğulayıb. O qeyd edib ki, bu, sanksiyaların müvəqqəti gecikdirilməsini nəzərdə tutur, bunun sayəsində İran iqtisadiyyatı güclənə biləcək. Nazir yaxın bir neçə gün ərzində razılığın əldə oluna biləcəyini etiraf edib. Xatırladaq ki, 2015-ci ildə İran ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Almaniya, Fransa ilə JCPOA sazişini imzalayıb. Plan nüvə proqramını məhdudlaşdırmaq müqabilində Tehrana qarşı iqtisadi sanksiyaların mərhələli şəkildə ləğvini nəzərdə tutur. 2018-ci ildə ABŞ-ın o vaxtki Prezidenti Donald Tramp sazişdən çıxdığını elan edib və İrana qarşı sanksiyaları təzələyib. Bu səbəbdən Tehran JCPOA-ya əməl etməkdən imtina edib. 2021-ci ilin dekabrında Vyanada JCPOA üzrə danışıqların səkkizinci raundu keçirilib, bundan sonra iştirakçılar fasilə veriblər. 2022-ci ilin iyununda MAQATE-nin Rəhbərlər Şurası İranı nüvə proqramı ilə bağlı tam məlumat vermədiyinə görə tənqid edib. Elə həmin ay İran Xarici İşlər Nazirliyi nüvə sazişi üzrə danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb.
26-07-2022, 20:48
Rusiya XİN-dən İsrailə ittihamlar - Səbəb UkraynadırRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrailin Ukrayna ilə bağlı “qeyri-konstruktiv” və “qərəzli” ritorikadan istifadə etdiyini bildirib. Bu barədə o, "YouTube" kanalında danışıb. “Bu, bizim üçün tamamilə anlaşılmaz və qəribədir", - deyə Zaxarova söyləyib. O, Rusiya ilə İsrail arasındakı münasibətlərin öz-özünə pisləşmədiyini deyib. İsrailin anti-Rusiya mövqe sərgilədiyini və yalnız Ukraynanı dəstəklədiyini qeyd edən Zaxarova bunun Qərbin yanaşmasına uyğun olduğunu və "sual işarələri yaratdığını" vurğulayıb. Qeyd edək ki, ötən həftə Rusiya Ədliyyə Nazirliyi İsrail Yəhudi Agentliyinin (JAFI) Rusiyadakı nümayəndəliyinin ləğvi ilə bağlı müraciət edib. Bu barədə ilkin dinləmənin iyulun 28-də keçiriləcəyi gözlənilir. Məsələni müzakirə etmək üçün Rusiyaya getmək istəyən İsrail hüquq komitəsinin hələ də Moskvadan razılıq ala bilmədiyi qeyd olunub. Kremlin sözçüsü Dmitriy Peskov isə iyulun 22-də mövzu ilə bağlı açıqlamasında JAFI-nin Rusiya nümayəndəliyinin bağlanması tələbinin Rusiya qanunvericiliyi ilə əlaqəli olduğunu bildirib.
25-07-2022, 20:55
Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar apardı
ABŞ müdafiə naziri Lloyd Ostin türkiyəli həmkarı Hulusi Akarla telefon danışığı aparıb.
Butov.az xəbər verir ki, məlumatı Türkiyə tərəfi yayıb. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, nazirlər ikitərəfli və regional məsələləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər müdafiə və təhlükəsizlik məsələləri, Ukraynadan taxıl daşınması, terrorla mübarizə, Türkiyə-Yunanıstan münasibətləri və F-16 təyyarələrinin tədarükünü müzakirə ediblər.
25-07-2022, 20:49
Erməni hərbçi Zəngəzurda yandıZəngəzur bölgəsində yerləşən Ermənistan ordusunun hərbi hissəsində hərbi qulluqçulardan biri ağır yanıq xəsarətləri alıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, hadisə iyulun 17-də baş verib. İnsidentin hansı şəraitdə baş verdiyi açıqlanmayıb. Qeyd olunub ki, Palyan Poğosyan adlı müddətli hərbi qulluqçu 2-ci dərəcəli yanıq xəsarəti ilə Zəngəzur hərbi hospitalına, daha sonra İrəvana aparılıb.
25-07-2022, 20:41
Zelenski xüsusi təyinatlı qüvvələrin komandanını dəyişdirdiUkrayna Prezidenti Volodimir Zelenski ölkənin xüsusi təyinatlı qüvvələrinin komandanı Qriqori Qalaqaqanı vəzifəsindən azad edib. Bu barədə Zelenski müvafiq fərman imzalayıb. Qriqori Qalaqan 2020-ci ilin avqustundan bu vəzifəni icra edirdi. Digər bir qərarla Viktor Xorenko Ukrayna xüsusi təyinatlı qüvvələrinin komandanı təyin edilib.