26-03-2022, 09:22
Bayden ağzından qaçırtdı: ABŞ Ukraynaya ordu yeridir..Polşanın Jeşuv şəhərində amerikalı hərbçilərlə görüşən ABŞ Prezident Co Baydenin çıxışı zamanı söylədiyi fikirlər Rusiya mediasında əks-səda yaradıb.
Ağ Ev rəhbəri amerikalı hərbçilərin Ukraynada vəziyyəti dəyərləndirə biləcəyini söyləyib.
“Siz ora (Ukrayna – red.) gedəndə, hər şeyi öz gözlərinizlə görəcəksiniz”, - deyə Ağ Ev rəhbəri bildirib.
Prezidentin bu çıxışı ABŞ-ın Ukraynaya ordu qüvvələri göndərəcəyi yönündə geniş müzakirələrə səbəb olub.
Xatırladaq ki, bundan öncə ABŞ rəsmiləri amerikalı hərbçilərin Ukraynada Rusiyaya qarşı döyüşməyəcəyini dəfələrlə bildiriblər.
24-03-2022, 13:25
Rusiya ABŞ-a nota verdiRusiyanın Ukraynaya hücumlarından sonra ABŞ BMT-nin Nyu Yorkdakı Daimi Nümayəndəliyində çalışan 12 rusiyalı diplomatı ölkədən çıxarıb.
Buna cavab olaraq Rusiya da ABŞ-ın Moskvadakı səfirliyindən yüksək səviyyəli diplomatı arzulanmaz şəxs elan edib.
Rusiya XİN-ə dəvət edilən ABŞ diplomatına isə nota təqdim edilib.
21-03-2022, 13:58
Azərbaycanla birgə işləyəcəyik - BaydenBu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyidir. Bu ildönümünü qeyd etdiyimiz bir zamanda Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir.
Bu ABŞ Prezidenti Co Baydenin Prezident İlham Əliyevə və Azərbaycan xalqına Novruz bayramı münasibətilə təbrikində yer alıb.
“Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”.