Fidan amerikalı həmkarı ilə danışıqlar apardı .....                        Tramp Venesuelaya zərbə endirməyə icazə verəcək .....                        Fərhad Əhmədov məhkəmədə ifadə verdi .....                        Rusiya Mehdiyevi niyə satdı? - ŞƏRH .....                        Avropa İttifaqı Azərbaycanla dostluq körpülərini qurmaqdan məmnundur .....                        Paşinyan 2026-cı il seçkilərində qalib gələcəyini anons etdi .....                        Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı .....                        Azərbaycanla Çinin həkimləri tarixi əməliyyat keçirdilər .....                        Husilərin Baş Qərargah rəisi öldürüldü .....                       
Tarix : 6-04-2022, 12:36
Çin Rusiyanın müharibəni uzatmasından narahatdır

“Moskvanın strateji tərəfdaşı olan Pekin Ukraynada müharibənin uzanmasından narahatlığını bir daha ortaya qoyub”.

Bunu politoloq Elxan Şahinoğlu öz feysbuk səhifəsində yazıb. O qeyd edib ki, Ukrayna və Çin xarici işlər nazirləri Dmitri Kuleba Van İ müharibə başlayandan bəri ikinci dəfədir ki, telefonla danışıblar: “Van İ Kulebaya bildirib ki, müharibənin davamı beynəlxalq ticarətə və qida təhlükəsizliyinə zərbə vurur. Müharibəyə qədər Çinin Ukraynadan qida məhsullarının idxalı ilə bağlı böyük planları var idi. Hazırda bunları reallaşdırmaq mümkün deyil”.

Politoloq vurğulayıb ki, nazirlərin telefon danışığı ilə bağlı Çin Xarici İşlər Nazirliyi də açıqlama yayımlayıb. Açıqlamada müharibənin dayandırılması fikri və bunun Avropa təhlükəsizliyi üçün vacib olduğu vurğulanıb: “Müharibə bütün hallarda bitəcək. Əsas məsələ bundan sonra bölgədə təhlükəsizliyin təminatıdır. Pekin Moskva ilə Kiyev arasında dialoqun davamını dəstəkləyir. Çin müharibənin dayandırılması ilə bağlı hansısa maraqları güdmür”.

Onun sözlərinə görə, Moskvanın strateji tərəfdaşı olan Pekin Ukraynada müharibənin uzanmasından narahatlığını bir daha ortaya qoyub:
“Ukrayna və Çin xarici işlər nazirləri müharibə başlayandan bəri ikinci dəfədir ki, telefonla danışırlar. Kiyevin Pekindən iki gözləntisi var. Birincisi, Kiyev istəyir ki, Pekin Rusiyanın işğalçı müharibəsində məsafə saxlasın, bunu dəstəkləməsin. İkincisi, Pekin müharibənin dayandırılması üçün Kremlə təsir etsin.

Pekin ehtiyatlıdır. Çin nə Kremlin işğalçı müharibəsini pisləyir, nə də müharibəyə haqq qazandırır. Pekin üçün Rusiya-Ukrayna müharibəsində qızıl ortanı tapmaq çətindir. Çünki bir tərəfdə işğalçı, digər tərəfdə işğala məruz qalan dövlət dayanıb. Bu ikisi arasında bərabərlik işarəsi qoymaq problematikdir”.


Paylaş



Bölmə: Siyasət / Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!