Ceyhun Bayramov Macarıstana getdi .....                        907-ci düzəliş ləğv edilir - Proses başladı .....                        Biznesin İnkişafı Fondu ASC-yə çevrildi - SƏRƏNCAM .....                        Prezident 2026–2029-cu illər üçün strategiyanı təsdiqlədi .....                        Azərbaycan qazı Macarıstan üçün strateji əhəmiyyətlidir - Ekspert .....                        Prezident rektoru işdən çıxardı - Yeni təyinat .....                        Qazaxıstandakı diaspor təyyarə istintaqının yekun qərarını gözləyir - AÇIQLAMA .....                        Diplomatlar attestasiyadan keçəcəklər - Qaydalar müəyyənləşdi .....                        Alimentlə bağlı yeni qayda .....                       
27-11-2025, 18:45
Navalninin fondu terrorçu elan edildi


Navalninin fondu terrorçu elan edildi

Rusiya Ali Məhkəməsi mərhum müxalif siyasətçi Aleksey Navalnının təsis etdiyi Korrupsiya ilə Mübarizə Fondunu terror təşkilatı kimi tanıyıb.
Rusiya Ali Məhkəməsi məsələ ilə bağlı ölkənin Baş Prokurorluğunun iddiasını təmin edib.
Qərar qapalı məhkəmə iclasında qəbul edilib və dərhal qüvvəyə minib.
Qeyd edək ki, Korrupsiya ilə Mübarizə Fondu 2011-ci ildə müxalif siyasətçi, 2024-cü ilin fevralında cəzaçəkmə müəssisəsində vəfat edən Aleksey Navalnı tərəfindən yaradılıb. Fond daha əvvəl Rusiyada ekstremist təşkilat və xarici agent kimi tanınıb, təşkilatın fəaliyyəti qadağan edilib.
27-11-2025, 18:08
Müharibə bu halda dayandırıla bilər - Putinin şərtləri


Müharibə bu halda dayandırıla bilər - Putinin şərtləri

Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkek sammitindən sonra keçirdiyi mətbuat konfransında bir sıra mühüm açıqlamalar verib.
Putin bildirib ki, ABŞ-dan yüksək səviyyəli nümayəndə heyətinin gələn həftə Moskvaya səfəri razılaşdırılıb və səfər plan üzrə baş tutacaq.
Rusiya lideri Qərbdə yayılan “Rusiya Avropaya hücuma hazırlaşır” iddialarını təkzib edib: “Bu iddialar yalandır, cəfəngiyyatdır. Avropaya hücum etmək niyyətimiz yoxdur və bunu rəsmi şəkildə təsdiqləməyə hazırıq".
Putin əlavə edib ki, Moskva Avropa təhlükəsizliyi və strateji sabitlik məsələlərini Qərb ölkələri ilə müzakirə etməyə açıqdır.
Rusiya Prezidenti ABŞ-ın təklif etdiyi sülh planı ilə bağlı yayılan məlumatları da şərh edib. Onun sözlərinə görə, ortada “hazır müqavilə layihəsi” olmayıb. Sadəcə müzakirə üçün suallar və mövzular paketi mövcud olub.
Putin deyib ki, ABŞ-ın təqdim etdiyi plan “diplomatik dildə yenidən işlənməlidir”, çünki bəzi maddələr “indiki şəraitdə gülünc səslənir”.
O bildirib ki, Cenevrədə aparılan danışıqlardan sonra tərəflər planın 28 bəndini dörd tematik blok üzrə bölmək barədə razılığa gəliblər.
Putin döyüş zonasındakı vəziyyətə də toxunub: “Əgər Ukrayna ordusu hazırda tutduğu əraziləri tərk etsə, biz hərbi əməliyyatları dayandırarıq. Əks halda, Rusiya öz məqsədinə hərbi yolla çatacaq.”
25-11-2025, 22:14
Tramp arıqlamaq istəyir


Tramp arıqlamaq istəyir

ABŞ Prezidenti Donald Tramp arıqlamaq istədiyini açıqlayıb.
Tramp jurnalistlərlə söhbətində zarafatla bildirib ki, yaxın vaxtlarda çəki azaltmağı planlaşdırır, lakin bu, Şükranlıq Günündən əvvəl baş verməyəcək:
“Bir neçə kilo arıqlamaq istərdim. Amma Şükranlıq Günündə yox. Çünki hinduşka yeyəcəyəm”, – deyə ABŞ prezidenti bildirib.
Rəsmi tibbi müayinələrin nəticələrinə görə, Trampın çəkisi 107 kiloqram, boyu isə 190 santimetrdir. ABŞ lideri heç vaxt fastfud sevər olduğunu gizlətməyib, o, xüsusilə burger, kartof fri və qazlı içkilərə üstünlük verir.
ABŞ-da Şükranlıq Günü 27 noyabr tarixində qeyd olunacaq.
25-11-2025, 22:06
Bütün Türkiyənin danışdığı ailə faciəsində YENİ DETALLAR


Bütün Türkiyənin danışdığı ailə faciəsində YENİ DETALLAR

İstanbulda Böcek ailəsinin müəmmalı ölümü ilə bağlı ilkin tibbi rəy prokurorluğa təqdim edib.
Rəydə ailənin qaldığı otel otağından götürülən nümunələrdə fosfin qazı aşkarlandığı, lakin ailənin yediyi qidalarda heç bir zəhərin tapılmadığı vurğulanır.
Mütəxəssislər fosfinin (taxıl və zərərverici dərmanlamasında istifadə olunan, yüksək dərəcədə zəhərli qaz) ailənin ölümündə əsas şübhə kimi önə çıxdığını bildiriblər. Ailənin dəqiq ölüm yekun rəy ilə müəyyənləşəcək.
Xatırladaq ki, Almaniyadan İstanbula istirahət üçün gələn 4 nəfərlik Böcek ailəsi noyabrın 12-də səhhətlərində yaranan problemlərə görə xəstəxanaya getmiş, həmin gün otelə qayıtmışdılar. Gecə saatlarında vəziyyətləri yenidən ağırlaşmış və xəstəxanaya çatdırılsalar da, uşaqlar həmin gün, ana növbəti gün, ata isə bir neçə gün sonra həyatını itirmişdi.
Həmin oteldə eyni otaqda qalan iki turistdə də oxşar simptomlar müşahidə edildiyi üçün onlar da xəstəxanaya yerləşdirilmişdi. Polis araşdırmasından sonra otel müvəqqəti olaraq bağlanmışdı.
İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 11 nəfər saxlanılıb. Onlardan 8-i — dərmanlama şirkətinin rəhbəri və əməkdaşları, otel işçiləri, eləcə də yaxınlıqdakı qida satıcıları — məhkəmənin qərarı ilə tutulub. Otelin sahibinə isə “ölkədən çıxış qadağası” və “ev dustaqlığı” tədbirləri tətbiq edilib.
25-11-2025, 20:41
Sülh danışıqlarında ciddi irəliləyiş var


Sülh danışıqlarında ciddi irəliləyiş var

“Ukrayna münaqişəsinin həlli üçün qalan məsələlərlə bağlı Moskva, Kiyev və Vaşinqton arasında danışıqlara ehtiyac var”.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, son bir həftə ərzində ABŞ həm Ukraynanı, həm də Rusiyanı danışıqlar masasına gətirərək sülh istiqamətində ciddi irəliləyiş əldə edib:
“Bir neçə incə məsələ qalır. Onların həlli üçün Rusiya, Ukrayna və ABŞ arasında əlavə müzakirələr lazım olacaq”.
Qeyd edək ki, ABŞ daha əvvəl Ukrayna münaqişəsinin həlli üçün yeni plan üzərində çalışdığını açıqlamışdı.
Cenevrədə ABŞ və Ukrayna nümayəndə heyətləri bu planla bağlı məsləhətləşmələr aparıblar.
ABŞ dövlət katibi Marko Rubio həmin görüşü münaqişə tarixində “ən məhsuldar” görüş adlandırıb.
25-11-2025, 18:30
Ərdoğan Ukrayna ilə bağlı sammitdə iştirak edəcək


Ərdoğan Ukrayna ilə bağlı sammitdə iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya–Ukrayna münaqişəsinin həlli üçün bu gün onlayn formatda keçiriləcək “İstəklilər Koalisiyası”nın iclasında iştirak edəcək.
Bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib.
Onun sözlərinə görə, onlayn iclas Türkiyə vaxtı ilə saat 18:00-da başlayacaq.
25-11-2025, 18:00
Putin Qırğızıstana gedib


Putin Qırğızıstana gedib

Rusiya Prezidenti Vladimir Putin 25 noyabr tarixində Bişkekə üç günlük dövlət səfəri edib.
Qonağa Manas hava limanında təntənəli qarşılama mərasimi keçirilib, bayraqlar qaldırılıb və fəxri qarovul düzülüb. Qırğızıstan Prezidenti Sadır Japarov Rusiya liderini təyyarəsinin pilləkənlərində şəxsən qarşılayıb.
Prezidentin xarici siyasət üzrə köməkçisi Yuri Uşakovun sözlərinə görə, səfər anım mərasimi ilə başlayacaq: dövlət başçıları Qələbə meydanındakı Əbədi məşəlin önünə əklil qoyacaqlar. TASS-ın məlumatına görə, bundan sonra Putin və Japarov arasında qeyri-rəsmi şam yeməyi olacaq.
Proqramın əsas hissəsi ertəsi günə planlaşdırılıb, bura protokol tədbirləri və Rusiya-Qırğızıstan danışıqları daxildir. Putinin həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə ayrıca görüşü planlaşdırılır.
27 noyabrda Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək və Kremlin jurnalistlər qrupunun nümayəndələri ilə danışacaq.
25-11-2025, 17:16
Ukrayna ABŞ-nin şərtləri ilə RAZILAŞDI


Ukrayna ABŞ-nin şərtləri ilə RAZILAŞDI

Ukrayna ABŞ tərəfindən təklif olunan sülh planının şərtləri ilə razılaşıb.
Bu barədə “ABC News” anonim ABŞ rəsmisinə istinadən məlumat yayıb.
“Ukraynalılar sülh planı ilə razılaşıblar. Bəzi kiçik detallar həll edilməmiş olaraq qalır, amma ümumilikdə onlar buna razılıq veriblər”, - mənbə bildirib.
Qeyd edək ki, hazırda Əbu-Dabidə ABŞ və Rusiya rəsmiləri arasında Ukrayna sülh razılaşması ilə bağlı danışıqlar gedir. Bundan əvvəl ABŞ tərəfindən təklif olunan 28 maddəli planın müddəalarının 19-a endirildiyi bildirilib.
24-11-2025, 22:46
Ermənistan KTMT sammitinə qatılmaqdan imtina etdi


Ermənistan KTMT sammitinə qatılmaqdan imtina etdi

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etməkdən imtina edib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Ermənistan nümayəndələri 27 noyabrda Bişkekdə keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etməyəcək.
Uşakov bildirib ki, Yerevan sammitə qatılmasa da, əvvəlcədən təşkilatçılara qəbul olunacaq razılaşdırılmış sənədlərə etirazının olmadığını çatdırıb.
24-11-2025, 22:02
Tramp Çin lideri ilə danışıqlar apardı


Tramp Çin lideri ilə danışıqlar apardı

Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Bu barədə Çin rəsmi mediası məlumat yayıb.
Görüşdə Tayvan məsələsi də daxil olmaqla bir sıra məsələlər müzakirə olunub.
Xatırladaq ki, oktyabrın 30-da Cənubi Koreyanın Busan şəhərində Çinin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında görüş olub.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!