Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                       
12-11-2025, 17:27
Paşinyan Zəngəzur dəhlizinin tikilmə vaxtını AÇIQLADI


Paşinyan Zəngəzur dəhlizinin tikilmə vaxtını AÇIQLADI

Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizindən (“Tramp yolu”) danışıb.
Nikol Paşinyanın parlamentdəki bugünkü çıxışı zamanı bildirib ki, "Tramp yolu"nun tikintisinə 2026-cı ilin ikinci yarısında başlanılacaq.
Onun sözlərinə görə, bütün detallar bu ilin sonuna qədər müzakirə olunmalı, bütün plan gələn ilin birinci yarısında kağız üzərində təqdim edilməlidir. Tikinti işlərinə isə 2026-nın ikinci yarısında başlamaq planlaşdırılır.
"Amma mən hələlik bu barədə danışmaq istəmirdim, çünki bu cür planlar həmişə cədvəldən kənara çıxır", - deyə Paşinyan digər məsələlərlə yanaşı, Tramp komandasının iş yükünü də nəzərə almağın vacibliyini qeyd edib.
"Biz nəzərdə tutulan işlərlə bağlı son tarixlərə əməl olunması üçün hər şeyi edəcəyik", - deyə Paşinyan əmin edib.
Baş nazirin sözlərinə görə, Zəngəzur dəhlizindən keçəcək dəmir yolu Sovet dövründən qalma dəmir yolunun marşrutu ilə gedəcək, çünki hər hansı digər marşrut qeyri-real olardı. Qaz kəməri dəhlizdən xeyli şimalda yerləşəcək. Elektrik xətləri də xeyli şimala çəkiləcək. Qaz kəmərinin və elektrik xətlərinin Sünikdə qalıb-qalmayacağı, yoxsa Vayots Dzor bölgəsindən keçəcəyi hazırda məlum deyil.
"Xəritədə hər şey hamar görünür, amma relyef tələbləri diktə edir", - deyə Paşinyan izah edib.
Baş nazir deyib ki, Şərq-Qərb yolları Şimal-Cənub layihəsinə inteqrasiya olunacaq. Seçimlər hələ də müzakirə olunur.
Boru kəmərinin marşrutu hələ də qeyri-müəyyəndir; onun taleyi əsasən neft qiymətlərindən asılı olacaq.
Baş nazir həmçinin Ermənistanın sosial media seqmentinin Bakının yolun Azərbaycan üçün əlverişli şərtlərlə işləyəcəyi barədə açıqlamasına verdiyi reaksiyaya münasibət bildirib.
"Lakin biz şərtlərin qəbuledilməz olduğunu demirik. Biz məqbul şərtlərlə sənəd imzaladıq. Bunlar Ermənistan və Azərbaycan liderləri tərəfindən Vaşinqton sənədində imzalananlardır", - deyə Paşinyan xatırladıb. O, məlum prinsipləri - ərazi bütövlüyü, suverenlik, qarşılıqlı hörmət, sərhədlərin toxunulmazlığı kimi məsələləri sadalayıb.
12-11-2025, 17:26
Təyyarə qəzasında Rusiya izi iddialarına rəsmi cavab: “Düşmən deyilik!”


Təyyarə qəzasında Rusiya izi iddialarına rəsmi cavab: “Düşmən deyilik!”

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi-nəqliyyat təyyarəsi ötən gün Azərbaycandan uçuş zamanı Gürcüstan hava məkanında qəzaya uğrayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə təyyarənin kabinəsi və quyruq hissəsinin parçalandığı görünür.
Bu kadrlar Türkiyə ictimaiyyətində və sosial mediada müxtəlif ehtimallara, o cümlədən, təyyarənin guya “vurulması” ilə bağlı fərziyyələrə səbəb olub.
Hadisədən sonra Rusiyanın Ankaradakı səfirliyi Türkiyəyə başsağlığı verib.
Lakin bəzi sosial media istifadəçiləri qəzada Rusiyanı günahlandırmağa başlayıblar. “Bizim təyyarəmizi Rusiya vurdu” kimi paylaşımlara cavab olaraq səfirlik rəsmi hesabından belə yazıb: “Ümumiyyətlə, sizə bu fikir necə gələ bilər?”
Rusiya səfirliyi daha sonra C-130-un qəzaya uğradığı ərazinin xəritəsini dərc edib, həmin bölgənin Rusiya ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.
Eyni zamanda, səfirlik oxşar ittiham irəli sürən digər istifadəçiyə cavabında qeyd edib: “Biz sizin düşməniniz deyilik. Rusiya və Türkiyə arasındakı münasibətləri yaxşılaşdırmağa çalışırıq.”
Qeyd edək ki, hadisə nəticəsində Türkiyə ordusunun 20 hərbçisi şəhid olub.
12-11-2025, 17:03
Uşaqlıq dostu ilə eyni gündə şəhid oldu...


Uşaqlıq dostu ilə eyni gündə şəhid oldu...

Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi təyyarənin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması nətivəsində şəhid olan hərbçi Ramazan Yağızın hekayəsi Türkiyəni kədərləndirib.
O, üç il əvvəl, 11 noyabr 2022-ci ildə şəhid olan həmkəndlisi və uşaqlıq dostu Emre Sevinci sosial mediada yad etdikdən bir neçə saat sonra özü də şəhid olub.
Ramazan Balıkesir vilayətinin Sındırgı bölgəsində yerləşən Çatalsöğüt kəndinin sakinidir. Şəhidin xəbərini anası Ayşe Yağız Bursa vilayətindəki evində asılıb. Həm doğulduğu kənd, həm də ailəsinin yaşadığı Küçükbalıklı məhəlləsində Türkiyə bayraqları ilə bəzədilib.
Ramazan Yağız sosial media hesabında 11 noyabr 2022-ci ildə şəhid olan dostu Emre Sevinci “Şəhadətinin ildönümündə məkanın cənnət olsun, igidim” sözləri ilə yad edib. Bu paylaşımından bir neçə saat sonra isə onun da şəhid olduğu xəbəri gəlib. Emre Sevinçin atası Mehmet Sevinç sosial şəbəkədə hər iki şəhidin fotosunu paylaşaraq yazıb: “Cənnətdə görüşmək üçün eyni günəmi sözləşdiniz, igidlərim? Eyni torpağın, eyni kəndin övladlarısınız”.
Şəhid Ramazan Yağızın 10 il əvvəl könüllü şəkildə kök hüceyrə (sümük iliyi) bağışladığı məlum olub. 2023-cü ilin iyununda onun hüceyrələrinin xərçəng xəstəsi ilə uyğun gəldiyi təsdiqlənib və Ankara Bilkent Şəhər Xəstəxanasında uğurlu köçürmə əməliyyatı həyata keçirilib.
Ramazan Yağızın nəşi doğulduğu kənddə hərbi mərasimlə torpağa tapşırılacaq.
12-11-2025, 16:50
Putin Tokayevin dəvətini qəbul etdi


Putin Tokayevin dəvətini qəbul etdi

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana səfər edəcək.
Rusiya-Qazaxıstan danışıqları zamanı Kasım-Jomart Tokayev Putini gələn il Qazaxıstana dövlət səfərinə dəvət edib.
"Qazaxıstana getməkdən məmnun olardım", - deyə Putin Rusiya-Qazaxıstan danışıqları zamanı bildirib.
12-11-2025, 16:41
Şagird müəllimi döydü - qadın xəstəxanaya yerləşdirildi


Şagird müəllimi döydü - qadın xəstəxanaya yerləşdirildi

Moskva məktəblərindən birində şok hadisə baş verib: 10-cu sinif şagirdi qadın müəlliminə hücum edib.
Moskva Təhsil və Elm Departamentinin məlumatına görə, tənəffüs zamanı yeniyetmə müəllimin sinifdən çıxmasını gözləyib, daha sonra onun masasından yoxlama işi dəftərlərini götürüb və çantasına qoyub.
Sinfə qayıtdıqdan sonra müəllim dəftərlərin götürüldüyünü görüb və şagirddən onların qaytarılmasını tələb edib, bu zaman şagird onun başına vurmağa başlayıb. Müəllim xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları işə cəlb olunub və məktəb daxili araşdırma aparır.
“Araşdırmadan sonra hücum edən şəxs qanunun bütün tələblərinə uyğun olaraq cəzalandırılacaq. Şagirdin məktəbdən xaric edilməsi ehtimalı da nəzərdən keçiriləcək", - deyə idarədən bildirilib.
12-11-2025, 16:15
19 şəhidin nəşi tapılıb, birinin axtarışı davam edir - Ərdoğan


19 şəhidin nəşi tapılıb, birinin axtarışı davam edir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün hakim Ədalət və İnkişaf Partiyasının iclasında Gürcüstanda baş verən təyyarə qəzasından danışıb.
Ərdoğan bildirib ki, Azərbaycan Respublikasında keçirilən Qarabağ zəfərinin 5 illiyi münasibətilə təşkil olunan tədbirlərdən qayıdarkən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan–Azərbaycan sərhədinə yaxın ərazidə qəzaya uğrayıb.
“Bu faciə nəticəsində 20 qəhrəmanımız şəhid olub. Onların adları ürəklərimizin ən dərin yerinə yazılıb. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin”, - dövlət başçısı deyib.
Ərdoğanın sözlərinə görə, qəza barədə məlumat daxil olan kimi Türkiyənin müdafiə, daxili işlər və xarici işlər nazirləri dərhal həm Gürcüstan, həm də Azərbaycan tərəfi ilə əlaqə saxlayıblar. Axtarış-xilasetmə işləri sürətlə başlayıb, Türkiyəyə məxsus pilotsuz uçuş aparatları bölgəyə göndərilib.
“Axşam saat 17:00-də uçağın qalıqları tapılıb, ərazi təhlükəsizlik məqsədilə nəzarətə alınıb. Hadisə yerinə 46 nəfərlik ixtisaslı araşdırma qrupu göndərilib. Təyyarənin "qara qutusu" tapılıb və araşdırmalara başlanıb”, – Ərdoğan qeyd edib.
Prezident bildirib ki, şəhidlərin 19-nun nəşi tapılıb, sonuncu şəhidin axtarışı davam edir.
Türkiyə lideri həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefon danışığı apardığını söyləyib:
“Azərbaycanlı qardaşlarımız və gürcü dostlarımız bu ağır gündə bizimlə həmrəy oldular. Hər iki ölkə hadisənin araşdırılması və şəhidlərimizin tapılması üçün bütün imkanlarını səfərbər edib”.
Ərdoğan hadisənin bütün detallarının aydınlaşdırılacağını vurğulayıb:
“Türkiyə Respublikası, Azərbaycan və Gürcüstan bu məsələdə birgə hərəkət edir. Heç bir detal diqqətdən kənarda qalmayacaq.”
Ərdoğan sosial şəbəkələrdə yayılan yalan məlumatlara və siyasi məqsədlərlə aparılan manipulyasiyalara qarşı xalqı ehtiyatlı olmağa çağırıb: “Milli Müdafiə Nazirliyi və Kommunikasiya İdarəsi cəmiyyətimizi mütəmadi olaraq məlumatlandırır. Millətimizdən xahiş edirəm ki, bu cür ağrılı hadisələr üzərindən siyasi qazanc əldə etmək istəyənlərə inanmasınlar.”
Sonda Ərdoğan şəhidlərə Allahdan rəhmət, ailələrinə və Türk Silahlı Qüvvələrinə səbir diləyib, həmçinin başsağlığı mesajı göndərən bütün dost ölkələrə təşəkkür edib.
12-11-2025, 16:04
“Kurtlar vadisi”nin aktrisası qəzaya düşdü


“Kurtlar vadisi”nin aktrisası qəzaya düşdü

Türkiyənin məşhur aktrisası Özgü Namalın maşını ağır yol qəzasına uğrayıb.
Qəza zamanı aktrisa iki övladı ilə birgə olub.
Hadisə İstanbul Beykoz istiqamətində baş verib. Özgü Namalın avtomobili başqa bir maşına çırpılıb. Aktrisa “Kıskanmak” serialının çəkilişlərinə gedirmiş. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Yaralanan aktrisa, oğlu və qızı ilkin tibbi müdaxilədən sonra xəstəxanaya aparılıb. Onların həkim nəzarətinə götürüldüyü bildirilir.
Qeyd edək ki, Özgü Namal azərbaycanlı tamaşaçılara məşhur “Kurtlar vadisi” serialından Elif obrazı ilə tanışdır.
11-11-2025, 23:12
Həlledici an yaxınlaşır - Ukrayna təslim ola bilər


Həlledici an yaxınlaşır - Ukrayna təslim ola bilər

Rusiya Ukraynanın yeni ərazilərinə nəzarəti genişləndirmək niyyətindən əl çəkməyib və Donbasdan sonra növbəti hədəfi Xarkov ola bilər.
Bu barədə Amerikanın nüfuzlu "Foreign Affairs" nəşri yazır.
Məqalədə qeyd olunur ki, Rusiya ordusu hələ 2024-cü ilin noyabrında Pokrovsk şəhərini ələ keçirməyə çalışsa da, Ukrayna qüvvələrinin müqaviməti nəticəsində plan uğursuz olub. Hazırda Moskva “plan cədvəlindən bir il geridə qalmasına” baxmayaraq, döyüşlər davam edir və rus dronları Ukrayna ordusunun logistik imkanlarını çətinləşdirir.
Nəşr bildirir ki, Pokrovsk döyüşü genişmiqyaslı hücumun yalnız bir hissəsidir. Rusiya qoşunları Ukrayna mövqelərini əhatəyə almağa çalışır, Dnepr boyunca irəliləmə isə Zaporojye şəhərinə birbaşa təhlükə yaradır.
Ekspertlərin fikrincə, əgər Rusiya Donbasda uğur qazansa, növbəti mərhələdə Xarkovu hədəf seçəcək. Bu şəhərin ələ keçirilməsi Moskvanın Ukraynanın şərq hissəsinə tam nəzarət planlarını gücləndirəcək.
Nəşr yazır ki, son doqquz ayın “faciəvi ironiyası” ondan ibarətdir ki, beynəlxalq səviyyədə atəşkəs və danışıqlar barədə müzakirələr gedərkən, Rusiya döyüşlərin intensivliyini artırıb: “Kreml həm cəbhədə, həm də şəhərlərə zərbələrlə Ukraynanın müqavimət ruhunu qırmağa çalışır.”
Nə Rusiya, nə də Ukrayna hələ sülhə hazır deyil. ABŞ-ın diplomatik səylərinə baxmayaraq, Putin “maksimalist tələblərindən” geri çəkilməyib və müharibəni yalnız Ukraynanın suverenliyi bahasına dayandırmağa hazırdır.
Nəşr iddia edir ki, Rusiya üç mərhələli plan üzrə hərəkət edir. Əvvəlcə işğal etdiyi əraziləri möhkəmləndirib yeni bölgələri, o cümlədən Xarkov, Nikolayev və Odessa vilayətlərini ələ keçirmək istəyir. Daha sonra Ukraynaya atəşkəsi qəbul etdirməyə və iqtisadi təzyiq, siyasi qarışıqlıq yolu ilə Kiyevdə nəzarət yaratmağa çalışacaq. Uzunmüddətli perspektivdə isə Ukraynanı Rusiyadan asılı dövlətə çevirmək.
Ekspertlər xəbərdarlıq edir ki, qarşıdakı qış Ukrayna üçün həlledici ola bilər: “Rusiya indiyədək görünməmiş miqdarda raket istehsal edir, Ukraynanın enerji sistemi isə artıq ölkənin bütün ərazilərini işıqla təmin edə bilmir. Əgər Rusiya bu üstünlüyü artırsa, 2026-cı ildə Ukraynanı itaətə məcbur etməyə cəhd göstərə bilər.”
11-11-2025, 22:08
Ərdoğan Kobaxidze ilə danışıqlar apardı


Ərdoğan Kobaxidze ilə danışıqlar apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri Kobaxidze ilə telefonla danışıb.
Telefon danışığı zamanı Gürcüstanda qəzaya uğrayan hərbi yük təyyarəsinin ətrafında aparılan axtarış-xilasetmə işləri müzakirə edilib.
11-11-2025, 16:10
Türkiyədə helikopter qəzaya uğradı


Türkiyədə helikopter qəzaya uğradı

Türkiyə Silahlı Qüvvələrinə aid olduğu güman edilən hərbi helikopter Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb.
Bu barədə Gürcüstanın “İmedi” telekanalı məlumat yayıb.
Gürcüstanın müvafiq qurumlarından hələlik rəsmi məlumat yoxdur. Qəza nəticəsində ölən və ya yaralananların olub-olmadığı da məlum deyil.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!