Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
31-05-2023, 13:47
Baş nazirin müavini İrəvana səfər etdi


Baş nazirin müavini İrəvana səfər etdi

Macarıstanın baş naziri Viktor Orbanın müavini Zolt Şeymen İrəvana səfər edib. Səfər çərçivəsində o, Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirib. Söhbət zamanı diplomatik münasibətlərin bərpası və ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyinə toxunulub. Bu kontekstdə İrəvan və Budapeşt arasında birbaşa uçuşların bərpasına yönəlmiş addımlara nəzər yetirilib. Görüşdə həmçinin regional və beynəlxalq problemlər, iqtisadiyyat, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq, Laçın dəhlizi ətrafındakı vəziyyət və Qarabağ məsələsi müzakirə olunub.
31-05-2023, 13:32
Türkiyə Prezidentinin yeni hökümət “siyahısı” saxta çıxdı


Türkiyə Prezidentinin yeni hökümət “siyahısı” saxta çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən formalaşdıracağı Nazirlər Kabinetinin kimlərdən ibarət olacağı ilə bağlı sosial şəbəkələrdə yayılan siyahı rezonans doğurub. Həmin siyahıda bəzi sürpriz adlar yer alıb. Müzakirə doğuran siyahı ilə bağlı Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsi açıqlama yayıb. "Saxta infoqrafikalarla yayılan "kabinə siyahıları" həqiqətə uyğun deyil, bu cür xəbərlər dezinformasiyadan başqa bir şey deyil. Cəmiyyətin bu cür dezinformasiyalara inanmaması sağlam siyasi mühit üçün olduqca vacibdir", rəsmi məlumatda qeyd olunub.
31-05-2023, 12:26
Siyasi elita Putinə və onun sözlərinə şübhəylə yanaşır - Podolyak


Siyasi elita Putinə və onun sözlərinə şübhəylə yanaşır - Podolyak

"Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibə dövründə, mayın 30-da Moskvaya edilən PUA hücumuna "güzgü cavabı" ilə hədələmək üçün demək olar ki, bütün silahlı vasitələrindən istifadə etdi". Bunu "1+1" telekanalının efirində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib. “Bəs “güzgü cavab” nədir? Onlar öz şoularından başqa, demək olar ki, bütün alətlərdən artıq istifadə ediblər. Deyirlər ki, indi görəcəyimiz güclü tədbirlər var, hələ başlamamışıq. Yaxşı, başa düşürsən ki, 15 aydan çox müharibədən sonra 400 mindən çox canlı qüvvə itirərək “hələ başlamamışıq” demək Rusiyanın artan qeyri-adekvatlığından xəbər verir", - o söyləyib. Müşavir onu da bildirib ki, siyasi elita Putinə və onun sözlərinə şübhə ilə yanaşır.
31-05-2023, 11:05
Qarabağ məsələsinin təfərrüatlarını indi öyrənirik - Paşinyan


Qarabağ məsələsinin təfərrüatlarını indi öyrənirik - Paşinyan

"Ermənistanda demokratiyanın olmaması ona gətirib çıxardı ki, biz Qarabağ məsələsinin təfərrüatlarını yalnız indi öyrənirik". Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən illik “Erməni Demokratiya Forumu”nda deyib. Paşinyan bildirib ki, bu, onun üzləşməli olduğu ən böyük problem idi. "Biz Qarabağ məsələsi ilə bağlı bütün həqiqəti bilmirdik və indi bu barədə yeni məlumatlar alırıq. Ermənistanda demokratiya üçün daxili təhlükə yoxdur, bütün təhlükələr xaricidir. Eyni zamanda, demokratiyanın ölkənin təhlükəsizliyini təmin etməyə qadir olub-olmadığını sübut etmək lazımdır, lakin buna inam var", - Paşinyan əlavə edib. Ermənistan Baş naziri mətbuat və internet azadlığına da toxunaraq, bunu nailiyyət deyil, adi vəziyyət adlandırıb. "Demokratiyaya sadiqliyi 2021-ci il növbədənkənar seçkilər də nümayiş etdirdi", - Paşinyan yekunlaşdırıb.
30-05-2023, 17:53
Serbiya prezidenti Bratislavaya səfərini ləğv etdi


Serbiya prezidenti Bratislavaya səfərini ləğv etdi

Serbiya Prezidenti Aleksandar Vuçiç Kosovanın şimalında və Metoxiyada vəziyyətin gərginləşməsinə görə Bratislavaya səfərini ləğv edib. Bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb. “Bratislavaya, Slovakiyanın əsas şəhərinə iki günlük səfərimi ləğv etdim, çünki xalqımın yanında olmaq mənim üçün daha vacibdir”, - Prezident qeyd edib.
30-05-2023, 17:48
İtaliyanın “Sartis” şirkəti Ermənistanda fabrik açdı


İtaliyanın “Sartis” şirkəti Ermənistanda fabrik açdı

İtaliyanın "Sartis" şirkəti Ermənistanda fabrik açıb. TEX tekstil fabriki Vanadzorda yerləşir. Fabrikdə ümumilikdə 775 nəfər üçün iş yeri olacaq. "Sartis" şirkəti hələ sovet illərində tikilmiş və sonradan tərk edilmiş fabrik binasını bərpa edib. Paltar istehsalı ilə məşğul olan şirkət geyim dizaynından tutmuş son məhsula qədər fəaliyyət göstərə bilir.
30-05-2023, 17:09
Kılıçdaroğlu istefa versə, sədrliyə namizəd olacaq - Gürsel Tekin


Kılıçdaroğlu istefa versə, sədrliyə namizəd olacaq - Gürsel Tekin

Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq baş katibi Gürsel Tekin "Millət İttifaqı"nın prezidentliyə namizədi olmuş Kamal Kılıçdaroğlunun istefası ilə bağlı çağırışlardan danışıb. O, CHP sədri postunda iddialı olduğunu bildirib. Gürsel Tekin qeyd edib ki, Kılıçdaroğlu istefa versə, sədrliyə namizəd olacaq: "Zaman yetişdikdə bu barədə düşünəcəyik. Sədrimiz geri çəkilərsə, inşallah, namizəd olacağam. Çünki mən onunla yol yerimişəm. Nə olur-olsun, bizim fitrətimizdə satqınlıq yoxdur". Qeyd edək ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu baş tutub. AKP lideri Rəcəb Tayyib Ərdoğan 52.16% səs toplayaraq ölkəni daha 5 il idarə etmək hüququ qazanıb. CHP lideri Kamal Kılıçdaroğlu isə 47,8 faiz səslə məğlub olub. Bundan sonra onun partiya sədrliyindən istefası məsələsi gündəmə gəlib.

30-05-2023, 16:16
Ukrayna Ali Radası hərbi qeydiyyat üçün yaş həddini azaltdı


Ukrayna Ali Radası hərbi qeydiyyat üçün yaş həddini azaltdı

Ukrayna Ali Radası çağırışçıların hərbi qeydiyyata alınması üçün maksimum yaş həddinin 27-dən 25-ə endirilməsi barədə qanun layihəsini dəstəkləyib. Bu barədə parlamentin deputatı Yaroslav Jeleznyak "Telegram" kanalında məlumat yayıb. Onun sözlərinə görə, 304 deputat qanunun lehinə səs verib.
30-05-2023, 14:21
Cəsarətli qərarlar lazımdır - Şarl Mişel


Cəsarətli qərarlar lazımdır - Şarl Mişel

Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Moldovanın paytaxtı Kişineuda keçiriləcək görüşü səbirsizliklə gözləyirik. Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel özünün "Twitter" hesabında yazıb. "Bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti yenidən təsdiqləmək və sərhədlərin delimitasiyası üzrə irəliləmək, həmçinin sərhəd bölgələrində riskləri azaltmaq vacibdir. Bakı ilə keçmiş DQMV-də yaşayan ermənilər arasında onların hüquqları və təhlükəsizliyi ilə bağlı dialoq indi mühüm əhəmiyyət kəsb edir. Maksimalist mövqelərdən çəkinmək və dialoqu hədəfləmək vacibdir. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması üçün vaxta ehtiyac var. Cəsarətli qərarlar lazımdır”, - deyə Mişel vurğulayıb.
30-05-2023, 14:00
Paytaxt regionuna pilotsuz təyyarə hücumunun arxasında Kiyev dayanır


Paytaxt regionuna pilotsuz təyyarə hücumunun arxasında Kiyev dayanır

"Rusiya Federasiyası mayın 28-də Ukraynada qərar qəbul edən mərkəzlərdən birini vurub". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Moskvaya PUA hücumu Kiyevin qərar qəbuletmə mərkəzlərindən birinə zərbə endirilməsinə cavabdır. Kreml əmindir ki, paytaxt regionuna pilotsuz təyyarə hücumunun arxasında Kiyev dayanır. İndi Moskva vilayətinin sakinləri üçün heç bir təhlükə yoxdur. Hücum edən dronların haradan buraxıldığı barədə məlumat yoxdur. Hava hücumundan müdafiə sistemi də yaxşı işlədi", - Peskov bildirib. "Putin və Ərdoğan telefon danışığında qaz qovşağının yaradılması və taxıl müqaviləsi ilə bağlı konkret detalları müzakirə etməyiblər. Rusiya BRİKS sammitində (Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika) lazımi səviyyədə iştirak edəcək", - o əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!