Tramp: Biz hücum etməsəydik, İran edəcəkdi .....                        Dubaydakı ABŞ Konsolosluğuna PUA hücumu .....                        Türkiyə lideri regiondakı gərginliyi dəyərləndirdi .....                        İsrail Tehranda SEPAH komandirini öldürüb .....                        Tezliklə İranın yeni liderinin adı açıqlanacaq .....                        Sabunçuda qətl: Şübhəli saxlanıldı .....                        İsrail İranın gizli nüvə obyektinə hücum edib .....                        Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtları .....                        Ərəb ölkəsi İranla müharibəyə hazırlaşır - KİV .....                       
4-02-2026, 23:53
"Görüş əsaslı və məhsuldar keçdi" - Umerov


"Görüş əsaslı və məhsuldar keçdi" - Umerov

Ukrayna nümayəndə heyəti Rusiya-Ukrayna müharibəsinin həllinə yönəlmiş Rusiya və ABŞ ilə üçtərəfli danışıqların ilk günündən sonra Prezident Volodimir Zelenski üçün hesabat hazırlayır.
Bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov məlumat verib.
“Görüş əsaslı və məhsuldar idi, konkret addımlara və praktik həllərə yönəlmişdi. Hazırda Prezident Zelenski üçün hesabat hazırlayırıq,” – deyə Umerov bildirib.
O həmçinin qeyd edib ki, danışıqlar 5 fevral, cümə axşamı günü davam etdiriləcək.
4-02-2026, 18:48
İmamoğlu barəsində "casusluq işi" üzrə ittiham aktı hazırlanıb


İmamoğlu barəsində "casusluq işi" üzrə ittiham aktı hazırlanıb

İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu, Necati Özkan, Hüseyn Gün və Merdan Yanardağ barəsində “casusluq işi” üzrə ittiham aktı hazırlanıb.
İttiham aktı İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində tərtib edilib.
Əkrəm İmamoğlu barəsində “siyasi casusluq” maddəsi ilə cinayət işi açılıb.
Qeyd olunur ki, ötən ilin oktyabr ayında Əkrəm İmamoğlu, onun seçki kampaniyasının rəhbəri Necati Özkan və jurnalist Merdan Yanardağla bağlı casusluq ittihamı əsasında istintaqa başlanılıb.
Xatırladaq ki, ötən ilin mart ayında İstanbul Böyükşəhər Bələdiyyəsində aparılan araşdırma çərçivəsində Əkrəm İmamoğlu saxlanılıb. Onun evində axtarış aparılıb, daha sonra tibbi müayinəyə aparılıb. Həmin iş üzrə ümumilikdə 100-dən çox şəxs saxlanılıb.
Əkrəm İmamoğlu 2019-cu ildə Cümhuriyyət Xalq Partiyasının namizədi kimi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçilib.
4-02-2026, 18:17
Ermənistanın Baş naziri: "Sülh hər kəsə lazımdır"


Ermənistanın Baş naziri: "Sülh hər kəsə lazımdır"[/color]

“Zayed İnsan Qardaşlığı Mükafatı” xalqlarımızın əldə etdiyi nailiyyətlərə verilən qiymətdir. Həmçinin bizim iradəmizi, gələcəyə yönələn baxışlarımızı göstərir".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində bildirib.
“Biz bundan sonra düşünməliyik ki, dəyişikliklər edə və öz xalqlarımız üçün əmin-aman gələcəyi təmin edə bilərik”, - deyən Ermənistanın Baş naziri diqqətə çatdırıb ki, bu istiqamətdə atılan addımlar etimada əsaslanır. “Sülh hər bir kəsə lazımdır”, - deyə o əlavə edib.
3-02-2026, 17:53
Rusiya vədini pozdu, cavabı olacaq - Zelenski


Rusiya vədini pozdu, cavabı olacaq - Zelenski

Rusiya vədini pozub və ABŞ-ın Əbu-Dabidəki görüşdən sonra təklif etdiyi gərginliyin azaldılması addımlarını faktiki olaraq pozub.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
"Tramp Putindən bir həftə enerji zərbələrindən çəkinməsini istəyib. Ya Rusiya həftədə yalnız dörd günün olduğunu düşünür, ya da onlar həqiqətən müharibənin davamını istəyir. Ukrayna Rusiyanın hansı güzəştlərə getməyə hazır olduğunu eşitmək istəyir".
Ukrayna prezidenti bildirib ki, zərbə razılaşmaları pozur və nəticələrə səbəb olmalıdır.
3-02-2026, 17:34
16 yaşı olmayanlara sosial şəbəklər qadağan olunur


16 yaşı olmayanlara sosial şəbəklər qadağan olunur

İspaniyada 16 yaşdan kiçik uşaqların İnstaqram və TikTok da daxil olmaqla sosial mediadan istifadəsini qadağan etmək planlaşdırılır.
Ölkənin Baş naziri Pedro Sançes bu yaş qrupu üçün sosial mediadan istifadəsini qadağan etmək niyyətində olduğunu və platformalardan yaş təsdiqləməsini tətbiq etməyi tələb etdiyini açıqlayıb. O, sosial medianı dezinformasiya və nifrət nitqinin təşviq edildiyi "uğursuz dövlət" adlandırıb.
Bu təşəbbüs ümumavropa trendini izləyir. Belə ki, oxşar məhdudiyyətlər artıq Avstraliyada tətbiq edilib və Fransada təsdiqlənib. İspaniya qanunvericiliyi həmçinin platforma rəhbərləri üçün qanunsuz və ya nifrət dolu məzmunu silmədiklərinə görə hüquqi və cinayət məsuliyyəti nəzərdə tutur.
3-02-2026, 17:30
Məşhur diktor vəfat etdi


Məşhur diktor vəfat etdi

Sovet televiziya aparıcısı və Mərkəzi Televiziyanın diktoru, KVN-nin ilk aparıcısı Svetlana Jiltsova 89 yaşında vəfat etdi.
Bu haqda onun həmkarı, televiziya aparıcısı Andrey Malaxov Telegram kanalında yazıb.
"Bir əfsanə dünyasını dəyişdi: Svetlana Jiltsova bir dövrün səsi və siması, Mərkəzi Televiziyanın ən tanınan diktorlarından biri", - deyə o bildirib.
O, "Gecəniz xeyirə qalsın, balaca uşaqlar!", "Zəngli saat" və "İlin mahnısı" kimi ən yüksək reytinqli verilişlərin diktoru kimi çalışıb. Jiltsova sovet televiziya aparıcısının təcəssümü hesab olunurdu.
3-02-2026, 17:07
Sarkisyanın ən böyük arzusu Paşinyanla bağlıdır


Sarkisyanın ən böyük arzusu Paşinyanla bağlıdır

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan müxalifəti birləşdirmək istədiyini bildirib.
O bunun asan olmayacağını deyib.
Onun sözlərinə görə, qarşıdan gələn parlament seçkilərində Respublika partiyasının iştirakı ilə bağlı hələlik konkret qərarlar qəbul edilməyib.
"Əsas məqsəd hazırkı baş nazir Paşinyanın vəzifədən kənarlaşdırılması olaraq qalır. Müxalifəti birləşdirmək çox çətin bir işdir. Və biz vahid siyahı şəklində iştirak etməkdən danışmırıq. Amma görəcəyik", - o deyib.
3-02-2026, 16:42
Məşhur fəvvarəyə giriş pullu oldu


Məşhur fəvvarəyə giriş pullu oldu

Romada turistlərin adətən sikkə atdığı məşhur Trevi fəvvarəsinə yaxınlaşmaqla bağlı yeni qərar qəbul edilib.
Yeni qaydalara əsasən, saat 09:00-dan 22:00-dək fəvvarəyə girmək istəyənlər 2 avro ödəməli olacaqlar.
Beş yaşadək uşaqlar, əlilliyi olan şəxslər və Roma şəhərinin sakinləri bu ödənişdən azaddırlar. Gecə saatlarında və səhər tezdən isə fəvvarəyə yenə də pulsuz yaxınlaşmaq mümkün olacaq.
Şəhər rəhbərliyinin hesablamalarına görə, bilet satışından ildə 6,5–20 milyon avro gəlir əldə olunacaq. Toplanan vəsaitin texniki xidmət xərclərinə və işçi heyətinin əməkhaqlarına yönəldilməsi planlaşdırılır.
Turistlərin fəvvarəyə atdığı sikkələr isə əvvəlki kimi katolik xeyriyyə təşkilatı “Caritas di Roma”ya təhvil veriləcək.
Qeyd edək ki, hər il Trevi fəvvarəsindən ümumilikdə təxminən 1,5 milyon avro dəyərində sikkə çıxarılır. Bu vəsaitin ehtiyacı olan insanlara yardım üçün istifadə olunduğu deyilir.
3-02-2026, 16:08
NATO Ukraynaya qoşun göndərməyə hazırlaşır - Baş katib


NATO Ukraynaya qoşun göndərməyə hazırlaşır - Baş katib

NATO baş katibi Mark Rutte bildirib ki, Avropa orduları sülh razılaşması əldə edildikdən dərhal sonra Ukraynada yerləşdiriləcək
Ali Radada çıxış edən baş katibin sözlərinə görə, Qərb ölkələrindən ibarət "könüllülər koalisiyası" müharibədən sonrakı təhlükəsizlik zəmanətləri məsələsində irəliləyiş əldə edib.
"Sülh razılaşması əldə edilən kimi, razılığa gələn NATO üzvləri dərhal silahlı qüvvələr, havada təyyarələr və dəniz dəstəyi göndərəcək".
O əlavə edib ki, digər NATO üzvləri başqa yollarla Ukraynaya kömək edəcəklər.
2-02-2026, 17:06
Nyu-Yorkda 14 nəfər soyuqdan ölüb


Nyu-Yorkda 14 nəfər soyuqdan ölüb

Son həftə ərzində şaxtalı hava şəraiti nəticəsində Nyu-York şəhərində on dörd nəfər həlak olub.
Yerli mediada yayılan bu məlumat şəhər meri Zöhran Mamdani tərəfindən də təsdiqlənib. İlkin məlumata görə, ölənlərdən səkkizi hipotermiya səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, yanvarın 25-də güclü qar fırtınası nəticəsində Nyu-Yorka rekord miqdarda qar yağıb. Merin sözlərinə görə, küçələrin buzdan təmizlənməsi üçün 188 milyon funt duzdan istifadə olunub.
Şəhər administrasiyası evsizlərə kömək üçün müxtəlif tədbirlər həyata keçirib. Onlar üçün təknəfərlik sığınacaqlar və isitmə məntəqələri açılıb. Həmçinin şəhər daxilində isitmə xidmətləri təklif edən 20 avtobus yerləşdirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!