Maduro istefa verməyə hazırdır - BİR ŞƏRTLƏ .....                        Zelenski xəbərdarlıq etdi: “...çox şey dəyişə bilər” .....                        İran vitse-prezidentinin həyat yoldaşı qəzada öldü .....                        Polad Bülbüloğlunun oğluna yeni vəzifə verildi .....                        Azərbaycan neft hasilatı barədə qərarı dəstəklədi .....                        Zelenskini bu şəxs əvəz edə bilər - AD AÇIQLANDI .....                        Cüdoçumuz Əbu-Dabidə medal qazandı .....                        Ukrayna üçün taleyüklü danışıqlar başladı .....                        Zelenskinin planı dəyişir .....                       
11-10-2025, 18:33
Ərdoğan Qəzzaya gedəcək - "Öncə mən, sonra siz!"


Ərdoğan Qəzzaya gedəcək - "Öncə mən, sonra siz!"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın gələcəkdə Qəzza zolağını ziyarət etməyi planlaşdırdığını bildirib.
O, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının Rizə vilayətində keçirilən toplantısında çıxışı zamanı danışıb.
Ərdoğan partiya üzvlərinin zalda səsləndirdiyi “biz də gedəcəyik” replikasına cavab olaraq deyib: “Əvvəlcə mən ora gedəcəyəm, sonra siz.”
Prezident qeyd edib ki, atəşkəs razılaşmasından sonra bölgədə döyüşlərə qayıdış olmamalıdır. Onun sözlərinə görə, İsrail tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və regionun sabitliyini, həmçinin öz vətəndaşlarının təhlükəsizliyini təhdid edən aqressiv siyasətdən imtina etməlidir.
Ərdoğan həmçinin vurğulayıb ki, Qəzzaya humanitar yardımın çatdırılması heç bir maneə ilə üzləşməməlidir.
Türkiyə lideri çıxışının sonunda iki dövlətin yaradılmasını Yaxın Şərqdə “daimi sülhün açarı” adlandırıb.
Ərdoğanın Qəzzaya nə vaxt gedəcəyi məlum deyil.
11-10-2025, 17:52
Yaxşı variantlar var - Zelenski-Tramp danışığı olub - YENİLƏNİB


Yaxşı variantlar var - Zelenski-Tramp danışığı olub - YENİLƏNİB

Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Söhbət zamanı xüsusilə Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.
Bu barədə Ukrayna lideri öz Telegram kanalında bildirib.
"Prezident Trampı onun həqiqətən təmin etdiyi Yaxın Şərq üzrə uğur və razılaşmaya görə təbrik etdim və bu, güclü nəticədir. Əgər biz bu regionda müharibəni dayandıra bilsək, şübhəsiz ki, digər müharibələr də, o cümlədən Rusiya müharibəsi dayandırıla bilər", - Zelenski bildirib.
Prezident əlavə edib ki, Trampla söhbətdə Ukraynadakı hadisələrə də toxunulub. Konkret olaraq, Zelenski Ağ Ev rəhbərini Rusiyanın Ukraynanın enerji sektoruna zərbələri barədə məlumatlandırıb.
"Bizi dəstəkləmək istəyinizə görə minnətdaram. Biz hava hücumundan müdafiə sistemimizi gücləndirmək imkanlarını və bununla bağlı hazırladığımız müqavilələri müzakirə etdik. Bizi həqiqətən necə gücləndirmək barədə yaxşı variantlar, güclü ideyalar var. Bizə rusların əsl diplomatiya ilə məşğul olmağa hazır olması lazımdır. Buna güc yolu ilə nail olmaq olar. Təşəkkür edirəm, cənab prezident!", - Zelenski Trampa xitab edərək deyib.

***

ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında telefon danışığı aparılıb.
Bu barədə Zelenskinin ofis rəhbəri Andrey Yermak Telegram-da bildirib.
Söhbətin mövzusu dəqiqləşdirilməyib.
Ukrayna lideri bir gün əvvəl Finlandiya prezidenti Aleksandr Stubb, Böyük Britaniyanın baş naziri Key Starmer və Almaniya kansleri Fridrix Merzlə danışıb.
Bundan başqa, Zelenski baş nazir Yuliya Svırıdenkonun başçılıq etdiyi nümayəndə heyətinin gələn həftə ABŞ-a səfər edəcəyini açıqlayıb. O qeyd edib ki, Vaşinqtonla Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, enerji sektorunun qorunması, sanksiyalar tədbirləri müzakirə olunacaq.
11-10-2025, 17:45
Ankarada Türkiyə-Suriya danışıqları aparılacaq


Ankarada Türkiyə-Suriya danışıqları aparılacaq

Türkiyə və Suriya təhlükəsizlik nümayəndə heyətləri oktyabrın 12-də Ankarada görüşəcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Nümayəndə heyətlərinin tərkibinə hər iki ölkənin xarici işlər nazirləri, müdafiə nazirləri və Milli Kəşfiyyat xidmətlərinin rəhbərləri daxildir.
Danışıqlar təhlükəsizlik sahəsində əməkdaşlıq və cari hadisələri müzakirə etmək üçün keçirləcək.
11-10-2025, 17:10
Türkiyə polisi məşhur narkobaronu həbs edib


Türkiyə polisi məşhur narkobaronu həbs edib

Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları Don Vito təxəllüsü ilə tanınan narkobaron Abdulla Ayp Üstün və onun cinayətkar qrupunun maliyyə əməliyyatlarına cavabdeh olan Həsən Laləni həbs ediblər.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində yazıb.
Don Vitonun “CHROOKE” adlı cinayətkar qruplaşmaya rəhbərlik etdiyi, Həsən Lalənin isə həmin qrupun maliyyə işləri ilə məşğul olduğu açıqlanıb. Hər iki şəxs İnterpol tərəfindən beynəlxalq axtarışa verilib.


11-10-2025, 16:37
Ermənistanda kilsədə qətl hadisəsi


Ermənistanda kilsədə qətl hadisəsi

Ermənistanda Kotayk rayonunun Çarentsavan şəhərində yerləşən kilsədə qətl hadisəsi yaşanıb.
Bıçaqlanan şəxs xəstəxanaya çatdırılsa da, özünə gəlmədən ölüb.
Onun niyə qətlə yetirildiyi ilə bağlı məlumat verilməyib. Araşdırma aparılır.
11-10-2025, 16:11
Türkiyə Qəzzaya əsgər göndərir - Parlament məsələyə baxacaq


Türkiyə Qəzzaya əsgər göndərir - Parlament məsələyə baxacaq

Türk əsgərlərinin “Qəzzanın güc bölmələri”ndə iştirakını nəzərdə tutan prezidentin qərar layihəsi ekspert qiymətləndirmələri başa çatdıqdan sonra Türkiyə parlamentinə təqdim olunacaq.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Ədalət və İnkişaf Partiyasının fraksiya sədri Abdulla Gülər ​​bildirib ki, artıq Xarici İşlər Nazirliyi, Milli Müdafiə Nazirliyi və Milli Kəşfiyyat Xidməti məsələnin təfərrüatları üzərində işləyir.
O qeyd edib ki, əvvəlcə çərçivə və şərtlər hazırlanacaq - məsələn, qətnamənin müddəti, səlahiyyətlərinin xüsusiyyətləri və Qəzzadakı vəziyyətin xüsusiyyətləri.
Gülər ​​əlavə edib ki, bu ay müddəti bitən digər qətnamələr də (Suriya-İraq, Livan, Mərkəzi Afrika və Mali ilə bağlı) parlamentə təqdim olunacaq. Bütün şöbələr təhlillərini başa vurduqdan sonra sənəd parlament rəhbərliyinə göndəriləcək.
Bundan əlavə, Gülər ​​Türkiyənin “Fələstin xalqının tərəfində qaldığını” və bu istiqamətdə tələb olunan bütün lazımi təşəbbüslərin parlamentə gətiriləcəyini vurğulayıb.
11-10-2025, 15:22
Melaniya ilə Putin nə barədə razılaşıblar? - AÇIQLAMA


Melaniya ilə Putin nə barədə razılaşıblar? - AÇIQLAMA

ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya prezidenti Vladimir Putinin oğurlandığı iddia edilən ukraynalı uşaqlarla bağlı məktubuna cavab verdiyini bildirib.
“Avqustda prezident Putin mənim məktubumu aldıqdan sonra çox şey baş verib. O, məktuba yazılı cavab verdi, mənimlə birbaşa əlaqə saxlamağa hazır olduğunu bildirdi və Rusiyada olan ukraynalı uşaqlarla bağlı ətraflı məlumat verdi. O vaxtdan prezident Putinlə mənim aramda ünsiyyət kanalı açılıb”, - Melaniya deyib.
ABŞ-ın birinci xanımı həmçinin Ukraynada tezliklə sülhün bərqərar olacağına ümid etdiyini bildirib.
Melaniya Tramp deyib ki, onun nümayəndəsi birbaşa Rusiya prezidentinin komandası ilə işləyir.
“Mənim nümayəndəm uşaqların ailələri ilə təhlükəsiz birləşməsini təmin etmək üçün birbaşa prezident Putinin komandası ilə çalışır”.
Daha əvvəl bildirilmişdi ki, Melaniya Tramp Putinə ünvanladığı məktubda Rusiya liderindən sülhü bərqərar etməklə uşaqları müharibədən qorumağı xahiş edib. Xanım Melaniyanın mesajını ABŞ prezidenti Donald Tramp Alyaskada keçirilən görüşdə Rusiya liderinə çatdırıb.
Tramp Putinin Melaniyanın məktubuna reaksiyasından danışarkən bildirib ki, Rusiya lideri ABŞ-ın birinci xanımından məktubu çox yaxşı qəbul edib.
Avqust ayında Tramp Melaniyanın məktubunun mətnini dərc edib. Melaniya məktub vasitəsilə Putini uşaqları qorumağa çağırıb. Onun sözlərinə görə, indi bunun vaxtıdır.
Sentyabrın 24-də Melaniya Tramp Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb. Prezidentlərin həyat yoldaşları ümumi dəyərləri və uşaqların müdafiəsini müzakirə ediblər.
Zelenskaya həmçinin Donald Trampın Alyaskada Vladimir Putinə verdiyi məktuba görə Melaniyaya təşəkkür edib.
11-10-2025, 14:40
Bəşər Əsədin nə iş gördüyü açıqlandı - Moskvada 20 mənzili var


Bəşər Əsədin nə iş gördüyü açıqlandı - Moskvada 20 mənzili var

Suriyanın devrilmiş keçmiş prezidenti, ölkəni tərk etdikdən sonra Rusiyada sığınacaq alan Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvada yaşayır və saatlarla onlayn oyunlar oynayır.
Bu barədə Almaniyanın “Zeit” qəzeti Əsəd ailəsinin ən yaxın çevrəsindən olan mənbəyə istinadən yazıb.
Amma nəşr yazıb ki, bu məlumatı yoxlamaq mümkün deyil.
“Zeit” həmsöhbətinin dediyinə görə, Əsədin altında ticarət mərkəzi olan elit çoxmərtəbəli binada üç mənzili var və o həmin mənzillərdə yaşayır.
Bundan başqa, keçmiş prezident tez-tez Moskva yaxınlığındakı bağ evində qalır. Onun evini özəl mühafizə şirkəti qoruyur.
İddialara görə, Əsəd ailəsinin Moskva şəhərində təxminən 20 mənzili var.
2024-cü ilin dekabrında silahlı müxalifət Dəməşqə daxil olub, bundan sonra Bəşər Əsəd istefa verib və ölkəni tərk edib. Rejimin devrilməsində əsas rol oynamış “Həyat Təhrir əl-Şam” qrupuna rəhbərlik edən Əhməd əl-Şaraa Suriyada müvəqqəti prezident təyin edilib.
Əsəd ailəsi ilə birlikdə Rusiyadan sığınacaq alıb. Moskva Suriyanın yeni hakimiyyət orqanları ilə diplomatik əlaqələri davam etdirir. Rusiya Xarici İşlər Nazirliyi Əsədin Rusiyada olduğunu və təhlükəsiz yaşadığını təsdiqləyib.
“Reuters” agentlyi Bəşər Əsədin Suriyadan qaçmazdan əvvəl 500 min dollar götürə bildiyini yazıb.
“The Financial Times” hələ 2019-cu ildə Əsəd ailəsinin Moskva şəhərində daşınmaz əmlak aldığını yazmışdı. Nəşrin məlumatına görə, 2013-2019-cu illərdə Əsədin qohumları - əmisi Məhəmməd Maxloufun ailə üzvləri Moskvada 40 milyon dollar dəyərində daşınmaz əmlak alıblar.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiyada “azad bazar” var və Kreml Əsədin qohumlarının mənzil almasından xəbər tutmağa borclu deyil. O, həmçinin əlavə edib ki, xarici vətəndaşların paytaxtda daşınmaz əmlak alması geniş yayılmış təcrübədir.
11-10-2025, 11:57
İsraillə HƏMAS arasında əsir mübadiləsi başladı


İsraillə HƏMAS arasında əsir mübadiləsi başladı

İsrail mənbələri cümə günü günortadan sonra rəsmi olaraq qüvvəyə minən atəşkəs razılaşmasının imzalanmasından sonra əsirlərin mübadiləsinə başlanıldığını təsdiqləyib.
İsrail KİV-nin məlumatına görə, artıq fələstinli məhbuslar qarşı tərəfə təhvil verilir.Müvafiq orqanlar İsrail həbsxanalarından azad edilməli olan fələstinli məhbusları köçürməyə başlayıb.
Fələstinin HƏMAS qrupu da öz növbəsində israilli girovları bazar ertəsi azad etmək üçün hazırlığa start verib.
Cəsədlərin təhvil verilməsinin bir qədər vaxt aparacağı gözlənilsə də, HƏMAS liderlərinin sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu son günlər “ölü və diri girovların” birlikdə qaytarılacağını dəfələrlə vurğulayıb.
Bundan əvvəl İsrail hökuməti HƏMAS ilə Qəzza zolağında atəşkəs və razılaşdırılmış xətt üzrə İsrail qoşunlarının çıxarılmasına dair razılaşmanı ratifikasiya edib.
ABŞ prezidenti Donald Trampın Qəzza planının fələstinli məhbuslar müqabilində israilli məhbusların azad edilməsi üçün təyin etdiyi 72 saatlıq müddət başlayıb.
HƏMAS-ın 72 saat ərzində 20 israillini azad edəcəyi, bundan sonra İsrailin müharibə zamanı Qəzzada həbs edilmiş 1700 nəfərdən əlavə, İsrail həbsxanalarında uzun müddət cəza çəkən 250 fələstinlini azad edəcəyi gözlənilir.
İsrail Ədliyyə Nazirliyi açıqlanması gözlənilən 250 addan ibarət təfərrüatlı siyahısını dərc etsə də, o, HƏMAS-ın azad edilməsini tələb etdiyi bir neçə tanınmış Fələstin liderinin, məsələn, “Fəth” lideri Mərvan Barquti, Fələstinin Azadlıq Xalq Cəbhəsinin baş katibi Əhməd Səadət və başqalarının adlarını ehtiva etmir.
Qəzzada hələ də 48 girov var: 20-si sağdır, 26-sı ölüb, 2-si isə itkin düşüb.
Qeyd edək ki, Misirin Şarm əl-Şeyx şəhərində İsrail və HƏMAS arasında vasitəçilərin himayəsi altında aparılmış dolayı danışıqlardan sonra imzalanan anlaşma memorandumunda konkret fələstinli məhbusların adları ilə azad edilməsi müqabilində saxlanılan bütün canlı israilli girovların azad edilməsini nəzərdə tutan bənd yer alırdı.
İsrail həbsxanalarında əməliyyat əvvəlki oxşar mübadilələrdə olduğu kimi birbaşa mediada işıqlandırılmadan, silahlı və ya bayram nümayişləri olmadan aparılacaq. “Əl-Ərəbiyyə” xəbər verir ki, yalnız Qırmızı Xaç yerdə əməliyyata nəzarət edəcək və aşkar edilən pozuntular barədə məlumat verəcək.
11-10-2025, 09:59
Trampa Nobel mükafatı düşür? - Putin cavab verdi


Trampa Nobel mükafatı düşür? - Putin cavab verdi

Rusiya prezidenti Vladimir Putin bildirib ki, ABŞ prezidenti Donald Tramp bütün dünyada mürəkkəb və uzun müddətdir davam edən münaqişələrin həlli üçün çox işlər görür.
O, ABŞ liderinin Nobel Sülh Mükafatına layiq olub-olmaması ilə bağlı sualı cavablandırarkən belə deyib.
Xatırladaq ki, mükafat dünən Venesuelanən müxalif siyasətçisi Mariya Korina Maçadoya verilib.
“ABŞ-ın hazırkı prezidenti Nobel mükafatına layiqdir, ya yox, bilmirəm, amma o, həqiqətən də mürəkkəb, onilliklər boyu davam edən böhranları həll etmək üçün çox şey edir”, - Putin deyib.
O, həmçinin qeyd edib ki, Tramp səmimi şəkildə Ukraynadakı münaqişənin həllinə çalışır. Putin Nobel Komitəsinin “sülh üçün heç nə etməyən” insanlara mükafat verməsi halları barədə də danışıb. Rusiya prezidenti hesab edir ki, bu cür qərarlarla onlar Nobel mükafatının reputasiyasına böyük zərbə vurublar.
“Mükafatın reputasiyası fikrimcə, əhəmiyyətli dərəcədə zədələnib”, – Putin deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!