Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                       
23-10-2024, 22:32
BRICS liderlərindən COP29-a dəstək


BRICS liderlərindən COP29-a dəstək

BRICS üzvü olan ölkələrin dövlət başçıları COP29-un Bakıda keçirilməsini dəstəklədiklərini bildiriblər.
BRICS sammitinin Yekun Bəyannaməsində COP29-un Bakıda uğurla keçirilməsinə sadiqlik ifadə olunur.
“Biz Azərbaycanda Konfransın uğurla keçirilməsinə sadiqik və təsirlərin yumşaldılması, uyğunlaşdırılması, itkilərin və zərərin bərpası sahələrində milli səviyyədə müəyyən edilmiş cari və gələcək fəaliyyət və məqsədlərə nail olmaq üçün əsas vasitə kimi inkişaf etməkdə olan ölkələr üçün iqlimin maliyyələşdirilməsi üzrə mənalı nəticələr gözləyirik”, - deyə sənəddə bildirilib.
Yekun Bəyannamədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC), onun Kioto Protokolunun və Paris Sazişinin məqsədlərinə, prinsiplərinə və müddəalarına hörmət edilməsinin vacibliyi vurğulanır və iqlim dəyişmələri ilə mübarizə və ətraf mühitin qorunması bəhanəsi ilə tətbiq edilən birtərəfli tədbirlər pislənir.
BRICS dövlət başçıları xatırladırlar ki, BMT İDÇK, o cümlədən illik COP iclasları iqlim dəyişmələri probleminin bütün ölçülərdə müzakirəsi üçün əsas və qanuni beynəlxalq platformadır, onlar Misirdə və BƏƏ-də keçirilən Tərəflər Konfransının nəticələrini yüksək qiymətləndiriblər, COP30-un təşkilində Braziliyanın aparıcı rolunu, eləcə də Hindistanın 2028-ci ildə COP33-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürməsini dəstəkləyiblər.
Qeyd edək ki, Yekun Bəyannamə Kazanda keçirilən BRICS sammitində qəbul edilib.
23-10-2024, 22:20
Türkiyədə ölənlərin sayı artdı: terror aktını kim törədib?


Türkiyədə ölənlərin sayı artdı: terror aktını kim törədib?

Türkiyənin Ankara şəhərində yerləşən TUSAŞ aerokosmik korporasiyasının obyektində törədilən terror aktı nəticəsində ölənlərin sayı 5-ə, yaralıların sayı isə 22-yə çatıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Məlumata görə, hücumda bir kişi və bir qadın olmaqla iki silahlı iştirak edib. Onların hər ikisi zərərsizləşdirilib. Şirkətin əməkdaşları üçün təhlükə yoxdur. Nazirin sözlərinə görə, hücumun arxasında PKK terror təşkilatı dayanıb.
Yerli mətbuatın verdiyi məlumata görə, terrorçular taksi ilə hadisə yerinə gəlib və sürücünü öldürüblər. Daha sonra silahlılar atəş açaraq obyektin xidməti girişinə tərəf yönəliblər.
23-10-2024, 18:32
Ankarada 3 terrorçudan ikisi zərərsizləşdirildi


Ankarada 3 terrorçudan ikisi zərərsizləşdirildi

Türkiyənin paytaxtı Ankara şəhərində TUSAŞ şirkətinin obyektinə hücum edən terrorçuların zərərsizləşdirilməsi əməliyyatı davam edir.
Hücumda iştirak edən 3 terrorçudan ikisi zərərsizləşdirilib.
Digər terrorçunun zərərsizləşdirilməsi üçün polis xüsusi təyinatlıları əməliyyatı davam etdirir.
Hadisə baş verən obyektin içərisində girovların olduğu bildirilir. Ölü və yaralıların olduğu barədə xəbərlər var.
Terror aktı ilə əlaqədar istintaq başladılıb.
23-10-2024, 18:10
İrəvan "3+3" çərçivəsində sülhə "YOX" deyir


İrəvan "3+3" çərçivəsində sülhə "YOX" deyir

Ermənistan “3+3” formatını Azərbaycanla danışıqlar meydançası kimi görmür.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin bu gün keçirilən iclasında deyib.
“3+3” regional məsləhət platformasıdır və biz dəfələrlə demişik ki, biz qonşularla münasibətlərə, regionumuzdakı vəziyyətə önəm veririk və əlaqələrimiz olan tərəfdaşlarla münasibətləri inkişaf etdirməyə, əlaqələrimiz olmayan qonşularla münasibətləri normallaşdırmağa çalışırıq", - nazir qeyd edib.
O bildirib ki, Ermənistan bu regional formatda ilk başdan iştirak edib və iştirakını davam etdirəcək.
"O ki qaldı bu formatın Ermənistan-Azərbaycan danışıqları üçün platforma olub-olmamasına, demək istəyirəm ki, bu təklif masada deyil və belə olsa belə, biz bu təklifə müsbət cavab verməyi məqsədəuyğun saymayacağıq. Çünki bizim Azərbaycanla ikitərəfli danışıqlarımız formatı var, üstəlik, bütün istiqamətlərdə, həm sərhədlərin demarkasiyası, həm də sülh müqaviləsi ilə bağlı.
Bütün çoxtərəfli formatlarda olduğu kimi, müxtəlif ölkələr eyni vaxtda bir məkanda olmaq və ikitərəfli görüşlər keçirmək üçün bu fürsətdən istifadə edirlər. Bu dəfə Azərbaycanın xarici işlər naziri ilə də istisna olmadıq. Danışıqların növbəti raundunu keçirdik, biz sülh sazişinin mətninə diqqət yetirdik, çalışdıq ki, daha bir müsbət irəliləyiş, sazişin mümkün qədər tez bağlanması təmin edilsin”, - Mirzoyan qeyd edib.
Xatırladaq ki, 18 oktyabr 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında İstanbulda "3+3" regional məşvərət platforması çərçivəsində görüş keçirilib.
Tərəflər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş ilə bağlı danışıqları davam etdirib, ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər.
23-10-2024, 00:35
İsrail təsdiqlədi: Hizbullahın yeni lideri də öldürüldü


İsrail təsdiqlədi: Hizbullahın yeni lideri də öldürüldü

İsrail Müdafiə Qüvvələri Hizbullah qruplaşmasının icra şurasının rəhbəri Haşim Səfiəddin və kəşfiyyat qərargahının rəhbəri Hüseyn Əli Zimin öldürüldüyünü təsdiqləyib.
Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Səfiəddin və Hüseyn Əli Zim təxminən üç həftə əvvəl Beyrutun kənarındakı Daahe bölgəsindəki kəşfiyyat qərargahına endirilən hava hücumunda öldürülüb. Hücumda onlarla yanaşı, digər komandirlər də zərərsizləşdirilib.
İsrail ordusunun mətbuat xidməti qeyd edib ki, hücum zamanı qərargahda qruplaşmanın 25 üzvü, o cümlədən Livan kəşfiyyat qərargahının komandiri Belal Sayev Ayaş və Suriyadakı kəşfiyyat qərargahının rəhbəri Mahmud Məhəmməd Şahin olub.
"Al Hadath" telekanalı məlumat yayıb ki, Livanın Mülki Müdafiə Xidmətinin rəsmiləri Beyrutun kənarındakı dağıntıları təmizləyərkən Səfiəddinin meyitini aşkar ediblər.
Qeyd edək ki, Haşim Səfiəddin Hizbullahın öldürülən baş katibi Həsən Nəsrullahın əmisi oğludur. Media onun baş katibin ehtimal olunan varisi adlandırıb.
22-10-2024, 21:15
Sülh sazişi Cənubi Qafqaza sabitlik gətirəcək - Bayden


Sülh sazişi Cənubi Qafqaza sabitlik gətirəcək - Bayden

ABŞ Prezidenti Co Bayden Ermənistanın Baş naziri Nikol Paşinyana məktub göndərib.
Məktub Paşinyana ABŞ prezidentinin xüsusi köməkçisi Maykl Karpenter və Dövlət Departamentinin Cənubi Qafqaz üzrə danışıqlarla bağlı müşaviri Lui Bononun İrəvana səfəri zamanı verilib.
“Mən sizin ölkəniz və Azərbaycan arasında sülh sazişi bağlamağa doğru davamlı irəliləyiş əldə etdiyinizi görməkdən məmnunam. Bu saziş iki ölkəniz arasındakı münasibətləri normallaşdıracaq", - o qeyd edib.
Bayden ABŞ-ın uzunmüddətli və ləyaqətli bir sülh sazişini dəstəkləməyə hazır olduğunu vurğulayıb və əsrlər boyu davam edən münaqişəyə son qoyulacağına əminlik ifadə edib:
“Sülh sazişi bütün Cənubi Qafqaz regionuna təhlükəsizlik və sabitlik gətirəcək”.
ABŞ Prezidenti vurğulayıb ki, indi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və sülhün fundamental prinsiplərinə sadiqliyi təsdiqləmək vaxtıdır.
"Parlaq gələcək artıq yaxınlıqdadır və mən onun qaçırılmaması üçün sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm", - məktubda deyilir.
22-10-2024, 18:04
İsrail “Hizbullah”ın gizli bunkerini tapdı: 500 milyon dollar, qızıl…


İsrail “Hizbullah”ın gizli bunkerini tapdı: 500 milyon dollar, qızıl…

İsrail Müdafiə Qüvvələri Beyrutdakı xəstəxanalardan birinin altında Livanın “Hizbullah” təşkilatına məsus yeraltı bunker aşkarlayıb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü kontr-admiral Daniel Haqari bildirib. Onun sözlərinə görə, bunker şəxsən “Hizbullah”ın öldürülən lideri Həsən Nəsrullaha məxsus olub. Sığınacaqda 500 milyon dollardan çox nağd pul və qızıl olub.
İsrail növbəti dəfə İranı “Hizbullah” maliyyələşdirməkdə ittiham edib.
“Bu pul Livanın yenidən qurulması üçün istifadə oluna bilərdi, amma bunun əvəzinə “Hizbullah”ı gücləndirmək üçün istifadə olundu”, - “The Times of Israel” Haqaridən sitat gətirib.
22-10-2024, 15:48
İran prezidenti Rusiyaya getdi – Putinlə də görüşəcək


İran prezidenti Rusiyaya getdi – Putinlə də görüşəcək

İran prezidenti Məsud Pezeşkian Kazanda başlayan BRİCS sammkitində iştirak etmək üçün Rusiyaya gedib.
İran prezidentini BRİCS liderlərinin 16-cı sammitinə Rusiya prezidenti Vladimir Putin dəvət edib.
Prezident Pezeşkian Rusiyaya getməzdən əvvəl Mehrabad hava limanında mətbuata verdiyi açıqlamada deyib ki, BRICS-ə üzvlük və Rusiyada keçirilən sammitdə iştirak İranın dünya ilə əlaqələrini gücləndirmək və Amerika totalitarizminə bütün dünyada son qoymaq üçün yaxşı fürsətdir.
Pezeşkianın Putinlə ikitərəfli görüş keçirəcəyi də gözlənilir.
Rusiyanın ev sahibliyi ilə oktyabrın 22-24-də Kazanda BRICS Liderlərinin sammiti keçirilir.
İnkişaf etməkdə olan ölkələrin beynəlxalq məsələlərdə daha çox söz sahibi olmasını istəyən Braziliya, Rusiya, Hindistan və Çin 2006-cı ildə BRIC qrupunu yaradıblar. Qrup öz adını bu ölkələrin ingiliscə baş hərflərindən götürüb. 2011-ci ildə Cənubi Afrikanın da qoşulması ilə qrupun adı BRICS olub.
2024-cü il yanvarın 1-də Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də BRİCS-ə qoşulub.
Qrupun genişləndirilmiş versiyasının adı açıqlanmayıb, lakin qrupun adının “BRICS+” olacağı düşünülür.
BRICS ölkələri illik sammit toplantılarında qərarlar qəbul edirlər.
Qrupa üzv olan ölkələr öz növbəsində bir il müddətinə qrupun rotasiya edən prezidenti olurlar.
21-10-2024, 20:28
Ukraynaya 400 milyon dollarlıq yardım


Ukraynaya 400 milyon dollarlıq yardım

Amerika Birləşmiş Ştatları Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketi ayıracaq.
Bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kiyevə səfəri zamanı məlumat verib.
“Co Baydenin rəhbərliyi ilə ABŞ Ukraynaya dəstəyi artırmağa davam edir. Bu gün mən Prezidentin 400 milyon dollarlıq yardım paketini ayırması haqqında məlumatı vermək istəyirəm”, - deyə Ostin bildirib.
Onun sözlərinə görə, yeni paketə Ukrayna üçün silah-sursat və hərbi texnika daxil olacaq.
Xatırladaq ki, Ostin bu gün Kiyevə qeyri-rəsmi səfər edib. Onun planlarına Ukraynaya gələcək yardımın müzakirə edilməsi, o cümlədən bu yardımın ABŞ-da qarşıdan gələn prezident seçkilərinin nəticəsindən asılılığı məsələləri daxildir.
21-10-2024, 17:26
Moldovada keçirilən referendumun ilkin nəticələri


Moldovada keçirilən referendumun ilkin nəticələri

Moldova Mərkəzi Seçki Komissiyası (MSK) Avropa İttifaqına daxil olmaqla bağlı Konstitusiya referendumunun protokollarının 99,05 faizini işləyib.
Referendum protokollarının ümumi səs sayından 99,05 faizi işləndikdən sonra müəyyən olunub ki, seçicilərin 50,30 faizi respublika Konstitusiya referendumunda “lehinə”, 49,70 faizi isə “əleyhinə” səs verib.
Moldova MSK-ın məlumatına görə, seçkilərdə 1 milyon 546 min 757 seçici iştirak edib ki, bu da seçici siyahılarında qeydə alınmış seçicilərin 51,4 faizini təşkil edir. Onlardan 1 478 958 milyon seçici referendumda bülleten almaq üçün seçici siyahılarında imza atıb ki, bu da 49,81 faiz təşkil edir.
Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karaman brifinqdə qeyd edib ki, dairə seçki şuralarının protokollarını aldıqdan sonra komissiya seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsinə hesabat təqdim edəcək, o da öz növbəsində 10 gün müddətində referendumun nəticələrini öz qərarı ilə təsdiq və ya təkzib edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!