13-10-2024, 16:36
Baydenin Almaniyaya "vida" səfəriABŞ prezidenti Cozef Bayden gələn həftə Almaniyaya səfər etməyi planlaşdırır.
Bu barədə Almaniyanın “Der Spiegel” jurnalı mənbələrə istinadən məlumat yayıb.
Bayden əvvəlcə “Milton” qasırğası səbəbindən Almaniyaya planlaşdırılan səfərini ləğv edib. Bundan sonra Almaniyadakı “Ramşteyn” aviabazasında Ukrayna üzrə təmas qrupunun görüşü də təxirə salınıb.
ABŞ prezidentinin ölkə seçkiləri ərəfəsində Berlinə yüksək səviyyəli “vida” səfərinin planlaşdırılması Almaniya hökuməti və təhlükəsizlik qurumları daxilində artıq pərdəarxasında aparılır.
“Spiegel”in məlumatına görə, Baydenin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və kansler Olaf Şoltsla rəsmi görüşləri cari təqvimlə oktyabrın 18-nə planlaşdırılıb.
13-10-2024, 16:10
Qəzzada ölənlərin sayı açıqlandı2023-cü il oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 42 227 nəfərə çatıb.
Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daha 98 464 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, təkcə son 24 saat ərzində Qəzza zolağında azı 52 nəfər ölüb, 128 nəfər yaralanıb.
13-10-2024, 15:26
Hava limanına ildırım düşdü — Yaralı varTürkiyənin Rize Artvin Hava Limanında İstanbul istiqaməti üzrə uçuşundan öncə təyyarə qapısının bağlandığı zaman ildırım düşüb.
Hadisə nəticəsində təyyarənin əməliyyat məmuru huşunu itirərək yerə yıxılıb.
Hadisə yerinə tibbi yardım briqadaları gəlib və yaralı işçi xəstəxanaya aparılıb. Bu müddətdə park mövqeyinə yaxın yerlərdə ildırım düşməsi hadisələri davam etdiyi üçün əməliyyatlar müvəqqəti olaraq dayandırılıb. 24 dəqiqəlik gözləmədən sonra əməliyyatlar bərpa edilib.
Xəsarət alan şəxsin vəziyyətinin yaxşı olduğu bildirilib.
13-10-2024, 15:08
Ermənistanda hərbçi güllələndiErmənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbçisi Aqasi Serojeviç Dallakyanın güllə yarası almış cəsədi aşkar edilib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
"Baş vermiş hadisənin bütün təfərrüatlarının tam aydınlaşdırılması məqsədilə araşdırma aparılır", - nazirlikdən bildirilib.
Müdafiə Nazirliyi hərbçinin ailə üzvlərinə, yaxınlarına və həmkarlarına başsağlığı verib.
13-10-2024, 13:24
Ərdoğandan Putinə ad günü hədiyyəsiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə doğum günü şərəfinə gözəl vaza hədiyyə edib.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Jurnalistin müvafiq sualına cavabında Yuri Uşakov deyib: “Ərdoğanın Vladimir Putinə hədiyyəsi haqqında deyə bilərəm ki, bu, gözəl bir vaza idi”.
12-10-2024, 19:54
Ermənistan silkələndiErmənistanda zəlzələ baş verib.
Yeraltı təkanlar Cermuk rayonunda (İstisu rayon - red) 21 kilometr şimal-qərbdə qeydə alınıb.
Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib, yeraltı təkanlar episentrdə 2-3 maqnituda təşkil edib.
Zəlzələ hiss edilib. Dağıntı və ya tələfat barədə məlumat verilmir.
12-10-2024, 18:44
Ermənistan Prezidenti Kurtulmuşla görüşdüErmənistan Prezidenti Vaaqn Xaçaturyan Türkiyə Böyük Millət Məclisinin spikeri Numan Kurtulmuşla görüşüb.
Bu barədə Xaçaturyan özü məlumat verib.
Görüş Türkmənistanın paytaxtı Aşqabadda baş tutub.
“Çox qısa söhbətimiz oldu. Əsasən sülh şəraiti, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması haqqında danışdıq”, - Ermənistan Prezidenti deyib.
12-10-2024, 17:50
Türkiyə siyasi qərar versə, sabah sərhədlər açılacaq - RubinyanErmənistanla Türkiyə arasında münasibətlərdə bir böyük maneə var: Ermənistanla münasibətləri normallaşdırmaq üçün Türkiyənin siyasi qərarının olmaması.
Bunu Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndə Ruben Rubinyan bu gün, oktyabrın 12-də “Sülh qovşağı” adlı forumda deyib.
“Ermənistan və Türkiyə arasında münasibətlərin həlli prosesinin iki dövlət arasında qalması çox vacibdir. Razılaşma və barışıq iki fərqli şeydir. Bunlar dərin mövzulardır. Türkiyədə belə bir yanlış fikir var ki, erməni diasporunun mövqeyi Ermənistanla Türkiyə arasında münasibətlərin nizamlanmasına maneə olur. Bu səhvdir. Bir böyük maneə var: Ermənistanla münasibətləri normallaşdırmaq üçün Türkiyədən siyasi qərarın olmaması. Sabah qərar verilsə, sabah sərhədlər açılacaq”.
Rubinyanın fikrincə, erməni diasporunun Ermənistan ilə Türkiyə arasındakı əlaqələrə müdaxilə edə biləcəyi mövqe səhvdir.
12-10-2024, 17:22
Yanacaqdoldurma məntəqəsində partlayış: Ölü sayı 4-ə çatdıÇeçenistanın paytaxtı Qroznıda yanacaqdoldurma məntəqəsində qaz çəni partlayıb və yanğın baş verib.
Bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Mash Telegram kanalının məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 4-ə çatıb, partlayış qurbanları arasında təxminən 3 və 5 yaşlı iki uşağı olan qadın da var.
12-10-2024, 16:55
Livanda öldürülən SEPAH generalının cəsədi tapıldıİsrailin Beyrut hücumunda ölən iranlı general Abbas Nilforuşanın cəsədi dağıntılar altından tapılıb.
Bu barədə İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr Bölməsi açıqlamasında bildirib.
Qeyd edək ki, İsrailin Beyruta endirdiyi hava hücumunda ölən general Abbas Nilforuşan SEPAH-ın Livandakı müşaviri idi.
Məlumata görə, sentyabrın 27-də “Hizbullah” lideri Həsən Nəsrullahla birgə öldürülən general Abbas Nilforuşanın cəsədi axtarış qrupları tərəfindən tapılıb.
Nilforuşanın cənazəsinin İrana təhvil vaxtı və dəfn mərasimi ilə bağlı təfərrüatlar daha sonra açıqlanacaq.