Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 9-06-2016, 14:56
ŞAİR HAQQINDA OXUCU SÖZÜ


(Knyaz Aslan – 55)

Oxuyanda ki, Knyaz Aslanın 55 yaşı tamam olur, özümdən asılı olmayaraq ürəyimin hökmü ilə qələmə sarıldım. Dünənə kimi üzünü belə görmədiyim, 2000-ci ildən “Borçalı” qəzetindən, eləcə də digər mətbuat səhifələrindən tanıdığım Knyaz Aslan oxucu kimi o vaxtlardan mənim də qəlbimə yol aça bilmişdi.

Qələm sahibinin yaradıcılığı olduqca rəngarəngdir. Bu rəngarənglikdə neçə-neçə söz qatarı ilmələnib, naxışlanıb, buta bağlayıb. Onun misralara düzülən duyğularını oxuduqca həmdəm kəsilməyə bilmirsən. Durna qatarı kimi sıralanmış bu qoşqularda nəyə rast gəlmirsən, nəyi eşitmirsən, nəyi görmürsən? Həmin şeirləri oxuduqca addım-addım ona yaxınlaşırsan, doğmalaşırsan. Görəsən bu yaxınlığın səbəbi nədir?

Bəlkə ilham pərisi sığınıb onun qoynuna? Öz bənzərsizliyi ilə tanınan Bağ Borçalının dağlar qoynuna sığınan Hamamlı elində dünyaya göz açan şair bəlkə də oranın buz bulaqlarından, laylay çalan, nərə çəkən dağ çaylarından, Əyriqardan, Yastıqardan alıb ilhamını? Kim bilir? Bəlli olan odur ki, o hərarət onun misralarına hopub, binələnib, sanki ümmanlaşıb.
ŞAİR HAQQINDA OXUCU SÖZÜ

Knyaz Aslanın poetik dünyasına nəzər saldıqda Qarabağ, Mehri, Zəngəzur, Göyçə, İrəvan torpaqlarının, bir sözlə, güneyli-quzeyli məmləkətimizin dərd-sərinin bədii ifadəsini görməmək mümkün deyil:

Fəqət tapılmadı dərdin əlacı,
Sahildən sahilə yetmədi əllər…
Bu sevgi dastanı qaldı yarımçıq,
Bir eşqin bağında saraldı güllər…

Bir neçə gün öncə təsadüfən “Bütöv Azərbaycan” qəzetinin 17-23 dekabr 2015-ci il tarixli sayında “Alim və şair haqqında alim sözü” başlıqlı bir yazıya rast gəldim. Bakı Dövlət Universitetinin Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor Xəlil İsmayılovun öz tələbəsi Knyaz Aslan haqqında ürəkdolusu yazını diqqətlə oxudum.
ŞAİR HAQQINDA OXUCU SÖZÜ

Müəllif yazır: “Knyaz Aslan özünəməxsus şəxsi nüfuzu, qeyri-adi peşəkarlığı, yüksək intellektual məziyyətləri, peşə səmimiyyəti və s. etibarilə kompleks şəxsiyyətdir. Məhz Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov tərəfindən də bacarıqlı kadr, səriştəli mütəxəssis, universal ziyalı və şəxsiyyət kimi Knyaz Aslanın müsbət keyfiyyətləri yüksək dəyərləndirilmişdir. Elə bunun nəticəsidir ki, rektorun müvafiq əmri ilə 2012-ci ildə o, BDU-nun Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir.

Mən uzun illər ali təhsil sistemində müxtəlif rəhbər strukturlarda çalışmış bir insan kimi məhz Knyaz Aslanın bu məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəldiyi, bacarıqlı təhsil təşkilatçısı kimi fəaliyyətinin olduqca məqsəduyğun və məhsuldar olduğu qənaətindəyəm”.
Əlbəttə, hörmətli rektorun bu əmri, eləcə də bir neçə gün öncə Knyaz Aslanın 55 yaşının tamam olması ilə bağlı xüsusi təbriki təqdirəlayiqdir…
Mən elə indicə Knyaz Aslanın”Üzü yaza gedən cığır” adlı .eirlər və poemalar kitabının səhifələrini sona yetirdim. Səmimi, sadə anlaşılan və son dərəcə etiraf dolu yazdıqları şeirlərin içərisindən bir neçəsi, xüsusilə bir şeir açığını deyim ki, lap mənim iliyimə işlədi və indiyədək həmin şeirin təsirindən çıxa bilmirəm, özümdə rahatlıq tapa bilmirəm:

Uçub getdi başımdаkı nağıllаr,
İlğım imiş хоş аrzulаr, nоğullаr,
Mәni keçdi mәndәn nаşı оğullаr,
Bахt yоlumu soraqlayа bşqmәdim,
Mәn özümә gün ağlayа bilmәdim...

Tilsimdəyәm, sehirdəyәm, dаrdаyаm?!
Şахtаdаyаm, bоrаndаyаm, qаrdаyаm?!
Bәlkә elә qәbirdәyәm, gоrdаyаm?!
Mәnzilimi soraqlayа bilmәdim,
Mәn özümә gün ağlayа bilmәdim...

Yülә dendü fәsillәrim, illәrim,
Yеtinimәdi yаxşılаrа әllərim...
Хәzаn оldu çiçəklәrim, güllәrim,
Öz bаğçаmdаn gül qохlаyа bilmәdim,
Mәn özümә gün ağlayа bilmәdim...

Ömür еtdü – hoy vеrәnim оlmаdı,
Оvum itdi – yаd verәnim оlmаdı,
Hаrаy çәkdim – hay vеrәnim оlmаdı,
Sеvinc qаçdı – heç qохlаyа bilmәdim,
Mәn özümә gün ağlayа bilmәdim...
ŞAİR HAQQINDA OXUCU SÖZÜ

Zаlım hәyаt bir yаnıqlı tütәkmiş,
Sinəm üоtә çаlın-çаrpаz dаğ çəkmiş...
Hәqiqi dоst, sаdiq yоldаş tək-təkmiş,
Hәr yеtənə bеl bаğlаyа bilmədim,
Mәn özümә gün ağlayа bilmәdim...

Bахtım niyə yаtdı mәnim, görәsәn?
Tахtım niyə аtdı mәni, görəsәn?
Kimin аhı tutdu mәni, görəsən?
Günahızı günаhlаyа bilmədim,
Mәn özümә gün ağlayа bilmәdim...

Mәn ucadа dаyаnmışаm dezümdәn,
Nеçə ürәk işıq аldı sözümdәn..
Ömrüm bоyu bаş аçmаdım özümdәn,
Sirr yuvаsı sirr sахlаyа bilmәdi?!
Mәn özümә gün ağlayа bilmәdim...

Çinаr idim – külәk әydi, qırıldım,
Аslаn idim – оvçu gördü, vuruldum,..
Qаyğılаrdаn cаnа dоydum, yоruldum,
İlhamımca bir çağlayа bilmədim,
Mәn özümә gün ağlayа bilmәdim...
Mәn özümә gün ağlayа bilmәdim...

Sözün düzü, bu yazdığım misralar azacıq da olsa təsəlli kimi mənim qəlbimə hökm saldı:

Ürəklərdə qövr eylədi arzular,
Sızıldadı neçə-neçə diləklər,
Baş açmadı bu işdən də fələklər,
Ürəyimcə bir çağlaya bilmədim,
Mən şairə gün ağlaya bilmədim…

Qatar-qatar ilmələndi naxışlar,
Dəstə-dəstə gül-çiçəkli baxışlar,
Tez ərisin buz bağlamış ürəklər,
Ürəyimcə bir çağlaya bilmədim,
Mən şairə gün ağlaya bilmədim…

Ulu Tanrı hökm eyləyər zamanda,
Səbəb məndə, səbəbkarın yanında,
Gec eyləyər, güc eyləyər anında,
Ürəyimcə bir çağlaya bilmədim,
Mən şairə gün ağlaya bilmədim…

Misraların məlhəm oldu vaxtında,
Gül-çiçəkli yağışlardı baxtında,
Yer almısan ucalığın taxtında,
Ürəyimcə bir çağlaya bilmədim,
Mən şairə gün ağlaya bilmədim…

Sulu təpə bağ-bağatın yeridi,
Knyaz Aslan ürəyimə yeridi,
Zahid sənə bir komacıq tikəydi,
Ürəyimcə bir çağlaya bilmədim,
Mən şairə gün ağlaya bilmədim…

Amma azacıq təsəlli kimi də bu cavab mənə sonda toxtaqlıq vermir.
Bir qəlbin sınmasını belə istəməyən şair yazır:

Ucа Tаnrım, səndən bir diləyim vаr:
Hеç kəs diləyindən yаrаlаnmаsın!
Bir gülsüz, bülbülsüz qаlmаsın bаğlаr,
Çəmən çiçəyindən yаrаlаnmаsın!

Qаrtаl qаnаdındаn, durnа gözündən,
Cеyrаn аyаğındаn, cüyür üzündən,
Dаğ kəli döşündən, pələng dizindən,
Аslаn biləyindən yаrаlаnmаsın!

Bülbül qаn аğlаyаr bоğulsа səsi,
Mаrаlın buynuzu qırаr qəfəsi.
Hədəfdən yаn kеçsin nаmərd gülləsi,
İgid kürəyindən yаrаlаnmаsın!

Аyrı yаrаnmаmış nə хеyir, nə şər,
Həyаt həm kədərdir, həm də ki, nəşə...
Аtаsız-аnаsız qаlmаsın bəşər,
Körpə bələyindən yаrаlаnmаsın!

Zirvəni buludsuz nеcə çəkim mən?!
Göydən ulduzlаrı nə cür söküm mən?!
Knyаz Аslаn dеyər, аğаc kökündən,
İnsаn ürəyindən yаrаlаnmаsın!..
Neçə minilliklər yol gəlmiş el bayatısında deyildiyiı kimi:

Göy üzü dammar-damar,
Göydən yerə nur damar.
Ürək ki, var şüşədir,
Sındırarsan kim yamar?

Bir el bayatısı da pərişan-pərişan uçan durna qatarı kimi göz önündə sıralandı:

Su axır samanlıqdan,
Çay keçir dumanlıqdan.
Çalış yaxşılıq eylə,
Nə çıxar yamanlıqdan?


Yeri gəlmişkən onu da deyim ki, öz işimlə bağlı hər gün Bakı Dövlət Universitetini dörd dolandığımdan təsadüfən bir mənzərənin də canlı şahidi oldum. Dəstə-dəstə tələbələrin ad günü münasibəti ilə Knyaz Aslanı təbrik etmələrinin, qatara düzülüb onunla xatirə şəkilləri çəkdirmək istəyən, xoş münasibət bəsləyən tələbələrin, eləcə də müəllimlərin nurlu baxışlarının şahidi oldum. Sevincdən hər şeyi bir anlığa unutdum. Ürəyim sanki bir oxucu kimi dağa döndü. Bu gözəl xoş münasibətdən yüksək qiymət ola bilərmi? Məncə, yox. Mənə elə gəlir ki, Knyaz Aslanı da yaşadan bu isti münasibət, sevgi və istəkdir.
Şairin poetik dünyasını seyr etdikcə açıq-aydın görürsən ki, onun həyatı da yaradıcılığı kimi enişli-yoxuşlu yollardan, sıldırımlı qayalardan keçir. İsti ata ocağından ayrılan gündən o, ailəsi ilə birlikdə Şüvəlan qəsəbəsindəki Ədliyyə Nazirliyinin ailəvi yataqxanasında şəraiti o qədər də münasib olmayan mənzildə yaşayıb-yaradır. Hər gün bu uzaq yolu ölçüb-biçən, hər qaranlıq gecənin bir işıqlı səhərinin olduğunu bilən Knyaz Aslan da bu aydınlığa can atır...
Təki üzümüzə gələn yazın isti nəfəsi don bağlamış insanların buzunu əridə bilsin. Parıldayan günəş şəfəqlərindən Knyaz Aslan dünyasına da bir pay düşsün. O istiliyə bir şair ürəyi də qızına bilsin. Hər halda bir oxucu kimi mən buna inanmaq istəyirəm…

Şair dostumuz Əflatun Baxşəliyev yazır:

İnsan sarvan, həyat səhra, ömür köç,
Hər yolda bir keşməkeş var, demir keç.
Zirvəyə ucalan çoxdur, amma heç
Gözümüzdə ucalmayır nədənsə.

İstərdim ki, zirvələrə ucalanlarımız ən azı dünya malında belə gözü olmayan, öz nəfsinə qul olmayan, öz təmiz adını hər şeydən uca saxlayan Knyaz Aslan ucalığında olsun!

Ad günün mübarək!
Adınla yaşa, Knyaz Aslan!

Zahid HÜSEYNLİ,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Bakı Dövlət Universitetinin elektriki


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!