TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 12-01-2026, 13:25
Dünyaya əbədi   nurdur Məhəmməd


Səhra Rezayi
Yazar, jurnalist və tərcüməçi


Dünyaya əbədi

nurdur Məhəmməd


«Dünyaya əbədi nurdur Məhəmməd» hər cümləsinin əvvəlində yer alan bu beyt, şairin ilahi ruhundan və ənbiyalara bağlılığından xəbər verir. Müasir dövrün Dədə Qorqudu kimi görünən şairimiz Mirəli Abbası illər sonra yenidən gördük və onun dərin mənalı, könül oxşayan qəzəllərinin qonağı olduq. İllər öncə nəşriyyatda tanış olduğum ağsaqqal şair, xəstələnib yatağa düşsə də, dili heç zaman haqq söz deməkdən, qələmi həqiqətləri yazmaqdan vaz keçməyib.
Türk dünyasına böyük hörmət və sarsılmaz inam bəsləyən Mirəli Abbas hər zaman türklərin birliyini dilə gətirib və ən böyük arzusu yazdığı ilahi kəlmələri və düşündürücü sözləri bütün türk millətinə çatdırmaqdır. Onlarla kitabın müəllifi olan bu böyük sənətkar, son əsəri «Mən sizinlə görüşə gəlmişəm»də bütün türk dünyasına müraciət edərək onları dürüstlüyə və birliyə çağırır. Atalar sözləri və gözəl qəzəllərlə bəzənmiş bu kitabın üz qabığı da məna yükü daşıyır: Türk xalqlarının bayraqları ilə işlənmiş, ay-ulduz işığında görünən qılınc və saz türklüyün iki əzəli rəmzi kimi bu müqəddəs dünyanı qoruyur və işiqlandırır.
Mirəli Abbas - 1950-ci il iyulun 2-də Ağsu rayonunun Şahbəyli kəndində dünyaya göz açıb. Tam orta təhsillidir. Şair öz bacarığı nəticəsində hərbi sirlərə, astronomik elmlərə, Qurani-Kərimə, islamşünaslıq elminə, əxlaqi-nasirə yiyələnib.
Uzun müddət Neft daşlarında, sonra DİN-nin orqanlarında və Ağsu rayonunda Su-meliorasiya idarəsində çalışıb. Hazırda təqaüdçüdür. Müdrik kəlamlar və gözəl qəzəllər müəllifi kimi tanınır. 6 kitab müəllifidir. AYB-nin və AJB-nin üzvüdür. "Atatürk", "Zira" və "Qızıl qələm" mükafatları laureatıdır. Mirəli Abbas hazırda Azarbaycanın Ağsu şəhərində yaşayır. Bu sadə insan dünyəvi dinlərin incəliklərindən məlumatlıdır və sərirəştəsi var. Çox maraqlı insandır.

Mirəli Abbasın yaradıcılıq həyatına qısa bir baxış

Yaradıcılığı ilə tanış olduğum şair Mirəli Abbas haqqında söz deməyə heç kəs çətinlik çəkə bilməz. Onun əsərlərindən məlum oldu ki şair öz dinini, islamını, türkçülüyünü, göz bəbəyi kimi qorumağı bacaran bir şairdir. Onun hər cümləsi millətini köməyə, səfərbərliyə çağırır. Şair bir sözlə dərdini dünyaya, millətinə öz oğlanlarına çatdırıb. "Oğul vətən əmanəti ha" bu cümlə ilə demək istəyir ki, yad ellərin bir məqsədi var. Mənim vətənimi, sərvətimi, dinimi və dilimi almaq istəyirlər. Yalnız məqsəd budur.
Birinci kitabı kimi ikinci kitabında da şair başqa bir müdrik cümlə ilə kitabının üz qabığını bəzəmişdir:
"Oğul sən məndən böyüksən səngər dalında" adlı ikinci kitabında, vətən səngərində dayanan oğulları vətənin ən böyük və cəsur oğulları adlandırıb, vəsf eyləmişdir. O oğul ata anasının qeyrətini və dövlət rəmzi olan bayrağını, ərazi bütövlüyünü qoruyur. Şairin bu kitabındakı yazılar birliyə çağırır. Islam dünyasına çağırışdır. Şairin "Mənim Allahım" poeması Allaha inanmayan insanlara işarədir.
Mirəli Abbas islam dininin banisi Məhəmməd peyğəmbəri əsas götürərək İslamı qəbul edən millətlərə qardaşdır və qardaş da olacaq deyərək, bütün İslam dunyasını birliyə, ədalətə, paklığa, biri-birinə arxa olmağa və olmuş səhvləri güzəştə getməyə çağırır. Şairin yaradıcılığına baxanda fikirləri peyğəmbərin fikirlərinə, Qurana, islamşünaslıq elminə söykənir. İslam dünyası, Məhəmməd Peyğəmbər (s)dən sonra İslam ölkələrində Quran-Kərimdən bəhrələnmiş dahi şairlərin əsərlərini oxumuş, onların dünya ədəbiyyatına verdiyi xeyri açıqlamağı bacarır.
Şairi zaman özü yetişdirmişdir. Onda ilahi qüvvəsinin öz köməyi var. Onun yaradıcılığında fəlsəfi dəyərlər tapıntılar çoxdur. Bir şeirinə baxaq:

Peyğəmbər elmindən mən dərs almışam,
Böyük Nizamidən cilalanmışam.
Səməd Vurğun sadə dilimdi mənim,
Cavid sərkərdəm, elimdi mənim.

Şəhriyar soy köküm, belimdi mənim,
Ustadlar dilində bir Allahım var.
Dünya həqiqətdən tutubdu qərar,
Axtarsan, oxusan həqiqətim var.


Günəş Nurdur, Torpaq Məhəbbət
İslam dininin mahiyyətini dərk edib onu qəbul edən insan əvvəlcə öz əxlaqi tərbiyəsini nəzərdən keçirməlidir. Analıq tərbiyəsi isə daha da kamilləşdirilməlidir. Müəllif bu mövzuya aydınlıq gətirmək üçün iki yüzdən artıq atalar sözünü nümunə olaraq toplamışdır. Məsələn, o, müxtəlif məna çalarlarına sahib atalar sözlərini diqqətlə araşdırmış və əsərdə yer vermişdir.
«Atalar Sözü» Mirəli Abbasın ədəbi irsinin ən nurlu səhifələrindən biridir. Bu kitabda şair, əsrlərin yaddaşından süzülüb gələn türk­məişətli məsəlləri yeni bir nəfəs, yeni bir hikmətlə yenidən dirildir. Lakin «Atalar Sözü» yalnız toplanmış deyimlərin kitabı deyil; o, bir el ağsaqqalının – Mirəli Abbasın – həyatın dərin qatlarından süzülüb gələn söz sınaqlarının göstəricisidir.
Mirəli Abbas, öz müdrikliyinin, el sevgisinin və illərin müşahidəsinin bəhrəsi olan bir çox məsəlləri özünün yaratdığı kimi, onları türk dünyasının ədəbi xəzinəsinə də əbədi yadigar etmişdir. Bu kitabda yer alan hər söz, bir nəsihət işığı, bir yol göstəricisi, bir ömür dərsidir. O, xalqını doğru yaşamağa, düz yol tutmağa, insanlığın və mərifətin həqiqi mənasına qovuşmağa çağırır.

Günəş nurdur, torpaq məhəbbət.
Nəfsi çox olan oğru olar, ya dilənçi.
Falçı gəzən qadın şeytanın bacısıdır.
Çox ağac əkən cənnətə gedər.
Bir yalanın bəlasın bir el çəkər.

Qəzəllər və Gözəllər», klassik şeir nəfəsinin müasir duyğularla qovuşduğu nadir bir əsərdir. Bu kitabda söz, həm könülün sirlərini açır, həm də gözəlliyin ən incə çalarını naxış-naxış oxucuya bəxş edir. Şairin qələmində hər qəzəl bir pıçıltı, hər misra bir nəfəs, hər obraz isə həyatın içindən süzülüb gələn bir nur kimidir.
«Vicdan lövhələri», sözün qəlbin dərinliyinə düşdüyü, insanın içində gizlənən sükutun səsini oyatdığı poetik bir yolçuluqdur.
Şeirlərdəki sadəliklə dərinlik bir-birinə qarışır: bəzən bir kəlmə bir ömürlük düşüncəyə açar verir, bəzən bir misra unudulmuş duyğuları oyaq salır.

Şairin Iranda çap olunan əsərləri

«Mənim Allahım» kitabı 2017-ci ildə Təbriz, Tehran və Zəncan şəhərlərində nəşr edilmişdir. Kitabın ön sözü onun uzun poeması- «Mənim Allahım»dır.
Bu kitab şairin dərin dini, fəlsəfi və ilahi düşüncələrini əks etdirən müxtəlif şeirlərdən, qəzəllərdən və rübailərdən ibarətdir. Eyni zamanda vətən sevgisi və milli ruh da əsərin əsas mövzularındandır.
2022-ci ildə nəşr olunmuş «Oğul, sən məndən böyüksən səngər dalında» şeir toplusu vətən sevgisi, qürur və şərəf mövzusunda ilhamverici əsərdir. Şair bu əsərdə tarixə iz qoymuş qəhrəmanların ruhunu oxucuya çatdırır, vətənə bağlılığı, gənclərin gələcəyə inamını və sönməyən ümidini ön plana çıxarır.
Şairin son əsəri “Mən Sizlə Görüşə Gəlmişəm”, 2025-ci ildə Təbriz və Tehranda nəşr olunmuşdur və tezliklə onun bir nüsxəsini səbrlə gözləyən əziz şairə çatdıracağam.
«Mən sizinlə görüşə gəlmişəm» son nəfəs kimi içdən, səmimi bir əsərdı.
Mir Əli Abbasın yeni kitabı oxucunu ilk sətrindən özünə çəkən, insanın iç aləminə açılan bir pəncərə kimidir. Bu kitabda müəllif illərin süzgəcindən keçmiş duyğularını, yaddaşın dərin qatlarında qalmış insanları, görüşə gəlmiş bir qonaq təmizliyi ilə oxucusunun qarşısına çıxarır. Bu kitab, müəllifin oxucusuna «mən burdayam, sizinlə danışmağa, bölüşməyə gəlmişəm» deyən sakit, dərin və poetik bir salamıdır.
Bu dəyərli kitabın əhəmiyyəti təkcə ədəbiyyat çevrəsi ilə məhdudlaşmır. «Mən sizinlə görüşə gəlmişəm» artıq böyük bir mənəvi yol keçərək Şəhriyar Ev-Muzeyinin rəflərində öz yerini alıb. Bu, Mir Əli Abbasın söz dünyasının ustad Şəhriyarla eyni məkanda nəfəs alması, iki sənət nəfəsinin bir araya gəlməsi kimi simvolik və dərin mənalı bir hadisədir.
Kitabın yaxın günlərdə İstanbulda Dünya Türklüyü Həmrəylik Muzeyinə də hədiyyə ediləcəyi xəbəri isə onun sözlərini sərhədlərdən kənara aparacaq bir körpü kimidir. Bu addım, həm müəllifin yaradıcılığına verilən dəyərin, həm də türk dünyasının mədəni bağlarının daha da möhkəmlənməsinin gözəl bir işarəsidir.
Nəhayət, son söz...
İllər əvvəliydi… Arazın o tayından uzaqlardan bir qonaq gəlmişdi evimizə. Qapını açanda qarşımızda uca boylu, nurüzlü bir qoca dayanmışdı -sanki günəşin ilk şüaları onun üzündə əriyib evimizi işıqlandırmışdı. Onu Azərbaycan nəşrlərində tanımışdım; indi isə Ağsudan, Zəngandan kilometrlərlə uzaq bir yerdən, ürəyi dolu səmimiyyətlə evimizin qonağı olmuşdu. Atamla anam bu görüşdən sevinc içində idi; sevincləri qəlblərində çırpınır, gözlərindən parlaq işıq saçılırdı. Arazın bu tayındakı adət-ənənələrə uyğun olaraq, qonağa səmimi ev sahibliyi etməyə hazırlaşırdılar. Şair isə, sanki hər bağdan bir gül gətirmiş, şeirlər oxuyur, hikmət dolu sözlər söyləyirdi - hər sözündə həyatın mənası və insanlığa sevgisi əks olunurdu.
Bəli, o Mirəli Abbas idi - illər boyu söyləmədiklərini bağçamızın torpağına əkmiş, hər gül və hər yarpaq ilə bizə xatirə qoymuşdu. Bizi tərk edən şair Məşhəd ziyarətinə müşərrəf oldmuşdu. Zaman keçsə də, anam bu dünyanı tərk etsə də, biz və Arazın bu tayındakı bütün azərbaycanlılar sevimli qonağımız, şairimiz Mirəli Abbası səbrsizliklə gözləyirik. Xəstə yatağında yatan şairə uca rəbbimdən şifalar diləyib gözəl ve təmiz urəkli şairimizə yeni-yeni uğurlar arzulayırıq!..


Paylaş



Bölmə: Ədəbiyyat / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!