Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
16-04-2025, 00:13
KÖVRƏK DUYĞULAR

KÖVRƏK DUYĞULAR


(Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə)

Həyat hər kəsə eyni cür ola bilmir. O, kimə şirin, kimə acıdır. İnsan ilkin fəaliyyətindən çalışır ki, həyatı özünə şirin etsin. Həssas qəlbli insanlar həyatın sərt tələblərinə tab gətirməyəndə taleyindən, həyatından şikayət edir və bədbinləşirlər. Belə insanlar içində şairlər və yazıçılar ön sıradadırlar. Hegelin təbirincə desək, "əsl sənətin başlandığı sahənin hüdudlarına girişmək üçün böyük fitri bədii istedad gərəkdir" ki, qarşısına qoyduğu məqsədə nikbinliklə nail olsun, bədbinliyə uğramasın.
Son dövr nəfis şəkildə çap olunmuş şeir kitablarını nəzərdən keçirməli oldum. Bu kitabların arasında gürcü əsilli üç xalqın şairi (ifadə Qarabağ qazisi, çair Maşallah Məftuna məxsusdur) kimi tanınan tərcüməçi, publisist, ləyaqətli vətəndaş Giya Paçxataşvilinin özünün yazdığı “Doğum şəhadətnaməsi”, yaxından tanıdığım və yaradıcılıqlarına dərindən bələd olduğum Zemfira və Qiymət Məhərrəmlilərin yazdıqları “Givinin Qarabağnaməsi” Məhərrəmlilərin söz yükündə” və Qənbər Ağayevlə Nizami Tağısoyun (Məmmədov) müəllif olduqları “Azərbaycan ədəbiyyatında Giya Paçxataşvilinin yeri” adlı kitablar bu qəbildəndir. Bir-birindən gözəl tərtib edilmiş bu kitablarda insanı düşündürən, ovqatını oxşayan şeirlər diqqətimi daha çox cəlb etdi. Söz yığımından ibarət olmayan bu kitablarda insan zövqünü oxşayan, qəlbə nüfuz edən şeirlər tapmaq mümkünsüzdür.
"Doğum şəhadətnaməsi" adlı kitabında söz, sənət meydanına atılan şairin bəhrələndiyi əsas qaynaqlar müasir həyatımız, siyasi mühitimiz, vətən və onun insanlarıdır. Onun poeziyasında sevgi, sədaqət, hicran, vüsal, Vətənə, yurda məhəbbət, insanlara hörmət mövzuları əsas yer tutur. Şairin qəlbi həzin duyğularla zəngin olub doğma xalqımızla bağlıdır. Onun lirik yaradıcılığı sanki nəğmə çələngini xatırladır. Müəllif bu kitabında ömür-gün yoldaşı Xatirə xanımla bağlı sevgisini, məhəbbətini, ülvi düşüncələrini ön plana çəkib. Onun kitabında gah sevib-sevilmə, vüsal, gah da yar həsrətilə üzləşirik.
Givinin şeirləri ilə tanış olarkən onun həssas, incə, eyni zamanda kövrək qəlbi gözlərimiz önünə gəlir. O, özünün Xatirə xanımla uğurlu taleyindən, sevincindən, ömür-gün yoldaşına rast gələnədək həyatın ona ağır təsirindən şikayətlənir, problemlərdən çıxmaq üçün yollar axtarır, mümkün imkanların olduğunu sözün gücü ilə oxuculara təqdim edir.
G.Paçxataşvili müxtəlif dövrlərdə qələmə aldığı “Can-can”, “Sən-mən”, “Mübarək”, “Qoru”, “Sən gələli”, “O – sənsən”, “Xəstəxana zarafatı”, “Xatirə - 45”, “Doğum günün”, “Yenə sənə” və bu kimi xeyli şeirini ömür-gün yoldaşı Xatirə xanıma həsr edib.
Givinin ən böyük varı,
Yeni ömrünün memarı.
Ürəyinin şah damarı,
Xatirəm, o – sənsən.
Və yaxud:
Mərdanə sevgili, sadiq həbibim,
Aşbazım, xəttatım, könül təbibim.
Şeir müəllifi, ömür sahibim,
Xatışım, doğulan günün mübarək!
Həyatın təsirli anları onun həssas qəlbini titrədir, çox ağrıdır.
Sevgi Giya üçün hər şeydən üstündür. O, insanın ali əxlaqi keyfiyyətlərinə sevgi prizmasından baxır, onunla qiymət verir:
Ehtiyac ard-arda problemlər düzür,
Reseptlər pulsuzluq gölündə üzür…
Bu olay Xatışımı yamanca üzür.
Qəlbində yurd salıb, qorxu, həyəcan,
O isə gülərək söyləyir: “Can-can”.
Bu iki cütlüyün sevgi dünyasında hər şey pakdır, səmimidir. Mərkəzdə olan insan onlar üçün gerçək varlıqdır, onların nəzərində sevgidən küsmək dünyadan küsmək deməkdir:
Əvəzlənsin
Minalanmış sahələri,
Savaşın “doğduğu” qəbirləri
Solmayan Gülüstan…
Yazılsın
“Sən – Mən” adlı
Əbədi dastan.
“Sən gələli” şeirində deyildiyi kimi:
Saf eşq şərbəti içildi,
Kələ-kötür yol keçildi.
Bayramdayam düz 3 ildi,
Sən gələli…

Vüsala yetmək şair üçün təskinlik deməkdir. Kitabdakı poetik nümunələrlə tanışlıqdan sonra deyə bilərəm ki, Givinin Xatirə xanımla bağlı sevgi dünyasına həsr olunmuş şeirləri insana xoş bir ovqat bəxş edir. Ümidvaram ki, şair nikbin şeirlər də yazacaq, həyatın gözəlliklərini tərənnüm edəcək, onun kövrək duyğuları doğma vətən torpağında getdikcə möhkəmlənəcək.
Giya Paçxataşvili ədəbiyyata coşqun bir ilhamla gəlib. Onun şeirlərində yüksək bədiilik, dərin məzmun və özünəməxsus üslub keyfiyyətləri var. Oxucular G. Paçxataşvilinin şeirlərini həmişə rəğbətlə qarşılayır.
İstedadlı şairin bu yaxınlarda buraxılmış şeirlər kitabı – “Doğum şəhadətnaməsi” qarşımızdadır. Kitabı vərəqlədikcə sanki mənalı keçən bir ömrün şeir dolu səhifələrini oxuyursan. Gecə-gündüz şeir-sənət eşqi ilə yanan, həyata, insanlara qırılmaz tellərlə bağlanan, həmişə narahat olan, daim sonsuz və intəhasız axtarışlarda keçən şair ömrünün səhifələrini...
“Doğum şəhadətnaməsi”. Şeirlər kitabının adı da mənalıdır. Səmimi hisslərlə, kövrək duyğularla yazılmış həmin şeirlər şairin bədii yaradıcılığa, sənətə olan məhəbbətini müəyyənləşdirmək üçün də çox maraqlıdır.
Giyanı
Erkən yetimlik haqladı,
Yoxluğu
Nənəsini “bıçaqladı”…
Tanrı onu
Pənahında saxladı,
Gələcəyi
Gülə-gülə ağladı…
“Doğum şəhadətnaməsi”
Şair Giya Paçxataşvilinin şeirdən, bədii söz sənətindən tələbi böyükdür. Ona görə şeir həyata möhkəm bağlanmalı, həyatın nəbzini tutmalı, əsrin yüksək ideallarına vaxtında cavab verməlidir.
Kitabda verilmiş bir sıra şeirlərdə şairin özünə olan tələbkarlığı qabarıq şəkildə ifadə edilib. Şair şeirin daşlı-kəsəkli yoluna düşərək uzaqlara baxmaq istəyir. Görəsən, onun nəğməsi dillərə düşə biləcəkmi? O, yaxşı bilir ki, əsrin imtahanları hələ qabaqdadır:
Tanrı
İnsanları suyla
Çəkib imtahana,
Mesaj göndərdi Cahana…
Hamını səsləyərək
Vicdana
Göydən Yerə
Həyəcan təbili yüksəldi –

Tanrı dilə gəldi:
“Qatqılı qidaları yığışdırın,
Haramzadaları sıxışdırın…
Yoxsa gələrəm odla,
Küləklə,
Sınayaram Sizləri Çörəklə…”
Giyaya belə gəlir ki, şairin ömrü yaratdığı nəğmələrin ömründədir. Əsl ömür odur ki, o, nəğmələrdə yaşasın. Buna görə də şair narahatdır, həmişə axtarır, düşünür, yadda qala biləcək şeirlər yaratmaq eşqi ilə yaşayır.
… Şeirlərin xətrinə dəyməyin,
Şeirlərin qamətini əyməyin.
Sözümüzü həqiqətə dikin –
“Şeir binaları” tikin!

… Şeirlə gözəldir ölkə,
“Şeir binaları” tikilsə.
Şeirlərin ömrü
Uzandı bəlkə…
“Şeir gəldi imtahana”

“Doğum şəhadətnaməsi” kitabında şairin ithaflarına da rast gəlirik. Hamımızın yaxşı tanıdığımız mərhum hüquqşünas, jurnalist, publisist Əyyub Kərimovun müqəddəs ruhuna həsr etdiyi “Qanun öldü” şeirində dostunun mübarizliyindən söz açaraq kiçik bir parçada onun ölümünün səbəbini açıqlayır:
… Beləcə “Qanun” elegiyası,
Dəm qazında bitdi.
Yerdən qanunu götürüb,
Qoltuğuna vurub…
Səmanı hifz etmək üçün
Əyyub göylərə getdi…
getdi….

Başqa bir dostumuz “Yeni təfəkkür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Şəmsiyyə Kərimovanın sevgisini bədii sözün qüdrəti ilə dilə gətirir:
Tovuzdan qanadlanan,
Torpağına bağlanan.
Kədərlənən, şadlanan,
Şəmsiyyənin sevgisi.

Yerdən, göydən halidir,
Alidir, kamallıdır.
Pətəklərin balıdır,
Şəmsiyyənin sevgisi.
49-cu baharını onsuz qarşıladığımız mərhum millət vəkili Qənirə Paşayevaya həsr etdiyi şeirində də onun xarakterik xüsusiyyətlərini diqqət mərkəzində saxlayır və sonda deyir:
Ahu-zarın yoxdur yeri,
Qayıtmayacaqsan geri…
Givinin əbədi şeiri,
Qənirə, ah Qənirə.

Görkəmli alim, istedadlı jurnalist və dəyərli söz adamı Qiymət Məhərrəmliyə həsr etdiyi şeirlərində isə o bambaşqadır. Qiymət xanıma bir neçə şeir yazıb. Giya Qiymət xanımı həyat yoldaşı Gülməmməd bəylə belə vəsf edir:
Mələkdilər, gözəlliyə təndilər,
Eşq adlı bir bütöv bədəndilər.
Azadlığa can atan vətəndilər,
Vətənpərvər Qiymət ilə Gülməmməd.


Şeirə, sənətə çox gərəkdilər,
Bir-birinə söykənən kürəkdilər…
Giviyə qaytarılmış ürəkdilər –
Bərk vururlar Qiymət ilə Gülməmməd,
Bərq vururlar Qiymət ilə Gülməmməd.

Mən Giyanın mənə təqdim etdiyi Zemfira və Qiymət Məhərrəmlilərin yazdıqları “Givinin Qarabağnaməsi” Məhərrəmlilərin söz yükündə” və Qənbər Ağayevlə Nizami Tağısoyun (Məmmədov) müəllif olduqları “Azərbaycan ədəbiyyatında Giya Paçxataşvilinin yeri” adlı kitabları haqqında bir kəlmə belə söz açmadım. Qismət olsa, yaxın gələcəkdə bu əsərlər barəsində də fikrimi bildirərəm.
Və sonda deyim ki, “Doğum şəhadətnaməsi” şeirlər kitabı oxucunu düşündürən, ona poetik hisslər aşılayan bir əsərdir. Oxucular şair Giya Paçxataşvilidən daha sanballı sənət inciləri gözləyirlər. Şairin ən yaxşı töhfəsi urəklərə yol tapan şeirləridir. Oxucuları gözəl və mənalı yaşamağa və yaratmağa çağıran şeirlər.

Daşdəmir ƏJDƏROĞLU
14-04-2025, 17:25
Cəbrayıl stadionunu şumlayıb kartof əkirlər - ETİRAZ


Cəbrayıl stadionunu şumlayıb kartof əkirlər - ETİRAZ

İşğaldan azad edilmiş Cəbrayıl şəhərindəki stadionun ərazisinin şumlanması yerli idman ictimaiyyətinin etirazı ilə qarşılanıb.
Stadionun hazırkı vəziyyətini əks etdirən videogörütü şəhər sakinləri tərəfindən sosial şəbəkədə ictimialəşdirilib və aidiyyatı qurumlardan kömək istənilib.
Qeyd edilib ki, işğaldan əvvəl 2500 azarkeş tutumu olan stadion indi əkin üçün kimlərəsə icarəyə verilib. Hətta artıq orada kartof və digər bitkilərin əkildiyi də bildirilib.
Sakinlər deyirlər ki, şəhərin “Dəyirman dərəsi” məhəlləsində yerləşən stadion ərazisinin gələcəkdə “Cəbrayıl” futbol klubunun inkişafı üçün bərpasını arzu edirlər.
Bunun üçün AFFA-ya da çağırış edilib.
Qeyd edək ki, “Cəbrayıl” futbol klubu hazırda Azərbaycan çempionatın I Liqasında çıxış edir. Hazırda Bakıda məskunlaşan komandanın yaxın gələcəkdə doğma rayona qayıdışı istisna olunmur.
10-04-2025, 19:31
PROFESSOR KƏRİM HƏSƏNOV (VƏKİLOV) - 90


PROFESSOR KƏRİM HƏSƏNOV (VƏKİLOV) - 90

Hər bir xalqın milli dəyərini onun yetişdirdiyi ziyalısının bu keyfiyyətlərə bağlılığı şərtləndirir. Ziyalı anlayışı mücərrəd bir nəsnə deyil. O, özünü insanın davranışında, mənəvi-keyfiyyətlərində, milli məsələlərə münasibətində funksionallaşır. Bu keyfiyyətlər həmin şəxsin ictimai məsələlərə münasibətini özündə ehtiva edir. Bu gün haqqında söz açacağımız şəxsiyyət də belələrindəndir. Bu şəxs 90 illik yubileyini qeyd etdiyimiz dəyərli ziyalı, mərhum professor Kərim Hüseyn bəy oğlu Həsənovdur (Vəkilov).
10 aprel 1935-ci ildə Şərur rayonu, Danzik kəndində doğulan Kərim Hüseyn bəy oğlu Həsənov (Vəkilov) Azərbaycan tarixində müstəsna xidmətləri olan, vəkilovlar nəslindəndir. O, vəkilovlar nəslinə qarşı ağır repressiyalardan xilas olmaq məqsədi ilə bir çox nəsildaşları kimi soyadını dəyişdirmək məcburiyyətində qalmışdır.
Kərim Həsənovun anası Gülarə Gülmməd qızı Dərələyəz mahalının Amağu kəndində doğulub. Onun ailəsinin 12 nəfər üzvü 1918-ci ildə Amağu kəndində həyata keçirilən soyqırımı zamanı erməni vəşiliyinin qurbanı olub. Bu faciəvi günlərdə Gülarə xanımın atası Gülməmməd kişi Danzik kəndində qızı Gülarə xanımgildə qonaq olub. Faciəvi xəbərləri alan Gülməmməd kişinin ürəyi dayanaraq dünyasını dəyişib. Ailə üzvlərinin kütləvi şəkildə soyqırıma məruz qalmasını Gülarə xanımda və həyat yoldaşı Hüseyn bəy Vəkilovda dərin sarsıntıya səbəb olub. Gülarə xanım ömrünün sonuna qədər bu hadisələrin təsirindən çıxa bilməyib. Gularə xanım uzun müddət gərgin emosional vəziyyətdə olmasını əsas gətirən bəzi adamlar Hüseyn bəyə yenidən evlənməyi tövsiyə etsələrdə o, bundan imtina edərək ailəsinə sadiqlik nümayiş etdirərək ailə şərəfini hər şeydən uca tutur.
Göründüyü kimi Kərim müəllim kristal milli və ailə dəyərlərinə bağlı bir mühitdə böyüyüb. O, səkkiz illik ilk orta təhsilini Şərur rayonun Danzik kəndində aldıqdan sonra 9-10-cu sinifləri Şərur rayonun Yeyicə kəndində başa vurmuşdur. O, Yeyicə kəndində görkəmli dilçi alim professor Yusif Seyidovla bir məktəbdə oxumuş onunla qohumluq münasibətləri olduğu üçün yaxın dostluq münasibətləri yaranmışdır.

Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universiteti qəbul olmuş və (indiki BDU) 1961-ci ildə kitabxanaçılıq fakültəsini bitirmişdir. O, bütün həyatını Bakı Dövlət Universitetinə həsr etmişdir. 1963-cü ildən BDU-da pedaqoji fəaliyyət göstərmiş, müəllim, baş müəllim, dosent işləmişdir. O, görkəmli yazıçı, professor Mircəlal Paşayevin elmi rəhbərliyi ilə filologiya elmləri namizədi dərəcəsi almışdır. Xeyirxah insan, dəyərli ziyalı Mircəlal Paşayevlə doğmalaşan Kərim müəllim yazıçı dünyasını dəyişənə qədər bu münasibət davam etmişdir.
Bundan sonra 1988-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsi almış 1992-ci ildən isə BDU-nun professoru olmuşdur.
Kərim müəllim Azərbaycanda nəsil şəcərəsi janrında yazılmış ilk avtobioqrafik araşdırmanın müəlliflərindəndir. Qeyd edək ki, 1992-ci ildə Vəkilovlar nəslinin tarixinə həsr edilmiş “Nəsil şəcərəsi” adlı əsər bu mövzuda yazılmış ilk kitabdır.
Kərim Həsənovun çoxşaxəli fəaliyyətini ağıdakı kimi təsnifatlaşdıra bilərik:
Elmi pedoqoji fəaliyyəti-müəllimlik, elmi tədqiqat, kitabxana və nəşriyyat işinin təşkili.
İnzibati-prorektorluq fəaliyyəti
İctimai sosial -Həmkarlar Təşkilatındakı fəaliyyəti
Universitetin əsaslı kitabxanasının, nəşriyyatının direktoru olan Kərim müəllimin fəaliyyətinin əsasını təşkil edən universitet kitabxanasının yenidən qurulması və müstəqil universitet nəşriyyatının yaradılması çox mühüm hadisə və Azərbaycan elminə verilmiş böyük töhfə idi.

Universitet kitabxanasını rutubətli zirzəmilərdən cıxarıb müasir səviyyəli numunəvi kitabxana halına gətirən Kərim müəllim minlərlə qiymətli kitabların və dərs vəsaitlərinin məhv olasının qarşısını almışdır. Respulikamızda ilk olaraq kitabların cilidlənməsi, uzlənməsi və ceşidlənməsin emalatxanasını yaratmısdır. Gorulən bu işlər universitetdə təsilin keyfiyyətinin və tələbələrin intellktual səviyyəsinin artmasın köməklik göstərmişdir.
Kərim müəllimin ADU-nin kitabxanasına rəhbərlik etdiyi dovrdə kitabxananın inkişafına böyük onəm verilmişdir. Qısa zamanda fondun fəaliyyət dairəsinin genişliyinə və zənginliyinə görə respubıika kitabxanalarının metodik mərkəzi hesab edilərək 1974-cü ildə “Elmi Kitabxana“ statusu verilmişdir. Universitet Elmi Kitabxansı 2.5 milyondan artıq ədəbiyyat fonduna malik olmaqla 12 qiraət zalı 5 abonement söbəsinə malik elmi mərkəzə cevrilməklə bu gundə fəaliyyətini davam etdirir.

Respubilikamızda elm təhsil müəsisələrində azərbaycan dilində elmi kitabların və dərs vəsaitlərin catışmamazlığı müəllim və tələbələrin təhsil prosesinə böyük çətinliklər yaradırdı. Universitetin elmi kitabxanasının rəhbəri kimi bu poroblemlərin aradan qaldırılmasında cıxış yolunu yeni nəşriyyatın yaradımasında görur və respubilka rəhbərliyi qarsısında məsələ qaldırır. Kərim müəllimin təklifi müsbət qarşılanır və nəşriyyatın yaradılması ona həvalə olunur.Uzun mübarizədən sonra Kərim müəllimin qətiyyətli səyi nəticəsində Zaqafqaziyada ilk universitet nəşriyyatının yaradılması ucun SSRİ rəhbərliyindən icazəsi alındı. Tez bir zamanda unuversitetdə böyük nəşriyyat yaradılır. İllərlə nəşr olunmaq ucun Azərbaycan dilində yazılmış coxlu sayda elmi kitablar dərs vəsitləri işıq uzu görur. Bunlarda respublikamızda təhsilin inkişafına böyük təsir göstərir. Ömrünün sonuna qədər nəşriyyata rəhbərlik edir. Beləliklə o, necə-necə alimlərin, ixtiracıların , yazaraların elmi kitablarını çap elədrib azərbaycan elminə boyuk töhfələr vermişdir.

Kərim müəllim pedaqoji fəliyyətillə yanaşı universitetin ictimai sosial həyatındada yaxından iştirak edir. Uzun müddət universitetin Həmkarlar İttifaqının sədri vəzifəsində calışır. Bu vəzifədə işləyərkən o, universitet ucun və tələbələr ucun mühüm işlər görur. Universitetin yeni idman komandalarının yaradıması, musiqi və rəqs ansanbılının bilavasitə yaradıması və respublikamızın tanınmış incəsənət xadimlərinin ansambıllara cəlb edilməsini təşkil etmişdir. Görulən işlər universiteti SSRİ məkanında layiqincə təmsil olunmasına və tanaınmasına səbəb olmusdur. O zaman respublikaya rəhbərlik edən böyük dövlət adamı Heydər Əliyev bu sahədə görulən işləri yuksək qiymətləndirmişdir. Həmin dövrdə Kərim Həsənov respublikanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görulmüşdur.
Eyni zamanda universitetin müəllim və tələbələrinin sosial şəraitinin yaxşılaşdırılmasıda böyük xidmətləri olmüşdur. Respublikada ilk dəfə olaraq Kərim müəllimin təşəbusu ilə Quba rayonunun Nügədi kəndi ərazisində univesitetin tədris-təcrubə və istirahət mərkəzi yaradılmışdır. Eyni zamnada müəllimlərin mənzillərlə təmin olunması, tələbə yataxanalarında şəraitin yaxşılaşdırılmasında böyük əməyi olmuşdur.

O, 1992-ci ildən Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru idi. Çağdaş Azərbaycan ədəbiyyatına dair monoqrafik tədqiqatların, məlumat-biblioqrafiya vəsaitinin, 100-dən çox elmi məqalənin müəllifidir.
Professor Kərim Həsənov(Vəkilov) 26.04.1996-cı il tarixində Bakı şəhərində dünyasını dəyişib, Mehdiabad qəbristanlığında dəfn edilib.
Doxsan illiyini qeyd etdiyimiz Kərim müəllimin çoxşaxəli fəaliyyətinin kiçik bir hissəsini əhatə edən bu məqalə onun parlaq ruhuna ittihaf edilir. Ruhu şad olsun!

Səməd Vəkilov
Tədqiqatçı-hüquqşünas

Leyla Calalova
ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, t.ü.f.doktoru
Fotolar




10-04-2025, 19:27
PROFESSOR KƏRİM HƏSƏNOV (VƏKİLOV) - 90


PROFESSOR KƏRİM HƏSƏNOV (VƏKİLOV) - 90

Hər bir xalqın milli dəyərini onun yetişdirdiyi ziyalısının bu keyfiyyətlərə bağlılığı şərtləndirir. Ziyalı anlayışı mücərrəd bir nəsnə deyil. O, özünü insanın davranışında, mənəvi-keyfiyyətlərində, milli məsələlərə münasibətində funksionallaşır. Bu keyfiyyətlər həmin şəxsin ictimai məsələlərə münasibətini özündə ehtiva edir. Bu gün haqqında söz açacağımız şəxsiyyət də belələrindəndir. Bu şəxs 90 illik yubileyini qeyd etdiyimiz dəyərli ziyalı, mərhum professor Kərim Hüseyn bəy oğlu Həsənovdur (Vəkilov).
10 aprel 1935-ci ildə Şərur rayonu, Danzik kəndində doğulan Kərim Hüseyn bəy oğlu Həsənov (Vəkilov) Azərbaycan tarixində müstəsna xidmətləri olan, vəkilovlar nəslindəndir. O, vəkilovlar nəslinə qarşı ağır repressiyalardan xilas olmaq məqsədi ilə bir çox nəsildaşları kimi soyadını dəyişdirmək məcburiyyətində qalmışdır.
Kərim Həsənovun anası Gülarə Gülmməd qızı Dərələyəz mahalının Amağu kəndində doğulub. Onun ailəsinin 12 nəfər üzvü 1918-ci ildə Amağu kəndində həyata keçirilən soyqırımı zamanı erməni vəşiliyinin qurbanı olub. Bu faciəvi günlərdə Gülarə xanımın atası Gülməmməd kişi Danzik kəndində qızı Gülarə xanımgildə qonaq olub. Faciəvi xəbərləri alan Gülməmməd kişinin ürəyi dayanaraq dünyasını dəyişib. Ailə üzvlərinin kütləvi şəkildə soyqırıma məruz qalmasını Gülarə xanımda və həyat yoldaşı Hüseyn bəy Vəkilovda dərin sarsıntıya səbəb olub. Gülarə xanım ömrünün sonuna qədər bu hadisələrin təsirindən çıxa bilməyib. Gularə xanım uzun müddət gərgin emosional vəziyyətdə olmasını əsas gətirən bəzi adamlar Hüseyn bəyə yenidən evlənməyi tövsiyə etsələrdə o, bundan imtina edərək ailəsinə sadiqlik nümayiş etdirərək ailə şərəfini hər şeydən uca tutur.
Göründüyü kimi Kərim müəllim kristal milli və ailə dəyərlərinə bağlı bir mühitdə böyüyüb. O, səkkiz illik ilk orta təhsilini Şərur rayonun Danzik kəndində aldıqdan sonra 9-10-cu sinifləri Şərur rayonun Yeyicə kəndində başa vurmuşdur. O, Yeyicə kəndində görkəmli dilçi alim professor Yusif Seyidovla bir məktəbdə oxumuş onunla qohumluq münasibətləri olduğu üçün yaxın dostluq münasibətləri yaranmışdır.

Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universiteti qəbul olmuş və (indiki BDU) 1961-ci ildə kitabxanaçılıq fakültəsini bitirmişdir. O, bütün həyatını Bakı Dövlət Universitetinə həsr etmişdir. 1963-cü ildən BDU-da pedaqoji fəaliyyət göstərmiş, müəllim, baş müəllim, dosent işləmişdir. O, görkəmli yazıçı, professor Mircəlal Paşayevin elmi rəhbərliyi ilə filologiya elmləri namizədi dərəcəsi almışdır. Xeyirxah insan, dəyərli ziyalı Mircəlal Paşayevlə doğmalaşan Kərim müəllim yazıçı dünyasını dəyişənə qədər bu münasibət davam etmişdir.
Bundan sonra 1988-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsi almış 1992-ci ildən isə BDU-nun professoru olmuşdur.
Kərim müəllim Azərbaycanda nəsil şəcərəsi janrında yazılmış ilk avtobioqrafik araşdırmanın müəlliflərindəndir. Qeyd edək ki, 1992-ci ildə Vəkilovlar nəslinin tarixinə həsr edilmiş “Nəsil şəcərəsi” adlı əsər bu mövzuda yazılmış ilk kitabdır.
Kərim Həsənovun çoxşaxəli fəaliyyətini ağıdakı kimi təsnifatlaşdıra bilərik:
Elmi pedoqoji fəaliyyəti-müəllimlik, elmi tədqiqat, kitabxana və nəşriyyat işinin təşkili.
İnzibati-prorektorluq fəaliyyəti
İctimai sosial -Həmkarlar Təşkilatındakı fəaliyyəti
Universitetin əsaslı kitabxanasının, nəşriyyatının direktoru olan Kərim müəllimin fəaliyyətinin əsasını təşkil edən universitet kitabxanasının yenidən qurulması və müstəqil universitet nəşriyyatının yaradılması çox mühüm hadisə və Azərbaycan elminə verilmiş böyük töhfə idi.

Universitet kitabxanasını rutubətli zirzəmilərdən cıxarıb müasir səviyyəli numunəvi kitabxana halına gətirən Kərim müəllim minlərlə qiymətli kitabların və dərs vəsaitlərinin məhv olasının qarşısını almışdır. Respulikamızda ilk olaraq kitabların cilidlənməsi, uzlənməsi və ceşidlənməsin emalatxanasını yaratmısdır. Gorulən bu işlər universitetdə təsilin keyfiyyətinin və tələbələrin intellktual səviyyəsinin artmasın köməklik göstərmişdir.
Kərim müəllimin ADU-nin kitabxanasına rəhbərlik etdiyi dovrdə kitabxananın inkişafına böyük onəm verilmişdir. Qısa zamanda fondun fəaliyyət dairəsinin genişliyinə və zənginliyinə görə respubıika kitabxanalarının metodik mərkəzi hesab edilərək 1974-cü ildə “Elmi Kitabxana“ statusu verilmişdir. Universitet Elmi Kitabxansı 2.5 milyondan artıq ədəbiyyat fonduna malik olmaqla 12 qiraət zalı 5 abonement söbəsinə malik elmi mərkəzə cevrilməklə bu gundə fəaliyyətini davam etdirir.

Respubilikamızda elm təhsil müəsisələrində azərbaycan dilində elmi kitabların və dərs vəsaitlərin catışmamazlığı müəllim və tələbələrin təhsil prosesinə böyük çətinliklər yaradırdı. Universitetin elmi kitabxanasının rəhbəri kimi bu poroblemlərin aradan qaldırılmasında cıxış yolunu yeni nəşriyyatın yaradımasında görur və respubilka rəhbərliyi qarsısında məsələ qaldırır. Kərim müəllimin təklifi müsbət qarşılanır və nəşriyyatın yaradılması ona həvalə olunur.Uzun mübarizədən sonra Kərim müəllimin qətiyyətli səyi nəticəsində Zaqafqaziyada ilk universitet nəşriyyatının yaradılması ucun SSRİ rəhbərliyindən icazəsi alındı. Tez bir zamanda unuversitetdə böyük nəşriyyat yaradılır. İllərlə nəşr olunmaq ucun Azərbaycan dilində yazılmış coxlu sayda elmi kitablar dərs vəsitləri işıq uzu görur. Bunlarda respublikamızda təhsilin inkişafına böyük təsir göstərir. Ömrünün sonuna qədər nəşriyyata rəhbərlik edir. Beləliklə o, necə-necə alimlərin, ixtiracıların , yazaraların elmi kitablarını çap elədrib azərbaycan elminə boyuk töhfələr vermişdir.

Kərim müəllim pedaqoji fəliyyətillə yanaşı universitetin ictimai sosial həyatındada yaxından iştirak edir. Uzun müddət universitetin Həmkarlar İttifaqının sədri vəzifəsində calışır. Bu vəzifədə işləyərkən o, universitet ucun və tələbələr ucun mühüm işlər görur. Universitetin yeni idman komandalarının yaradıması, musiqi və rəqs ansanbılının bilavasitə yaradıması və respublikamızın tanınmış incəsənət xadimlərinin ansambıllara cəlb edilməsini təşkil etmişdir. Görulən işlər universiteti SSRİ məkanında layiqincə təmsil olunmasına və tanaınmasına səbəb olmusdur. O zaman respublikaya rəhbərlik edən böyük dövlət adamı Heydər Əliyev bu sahədə görulən işləri yuksək qiymətləndirmişdir. Həmin dövrdə Kərim Həsənov respublikanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görulmüşdur.
Eyni zamanda universitetin müəllim və tələbələrinin sosial şəraitinin yaxşılaşdırılmasıda böyük xidmətləri olmüşdur. Respublikada ilk dəfə olaraq Kərim müəllimin təşəbusu ilə Quba rayonunun Nügədi kəndi ərazisində univesitetin tədris-təcrubə və istirahət mərkəzi yaradılmışdır. Eyni zamnada müəllimlərin mənzillərlə təmin olunması, tələbə yataxanalarında şəraitin yaxşılaşdırılmasında böyük əməyi olmuşdur.

O, 1992-ci ildən Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru idi. Çağdaş Azərbaycan ədəbiyyatına dair monoqrafik tədqiqatların, məlumat-biblioqrafiya vəsaitinin, 100-dən çox elmi məqalənin müəllifidir.
Professor Kərim Həsənov(Vəkilov) 26.04.1996-cı il tarixində Bakı şəhərində dünyasını dəyişib, Mehdiabad qəbristanlığında dəfn edilib.
Doxsan illiyini qeyd etdiyimiz Kərim müəllimin çoxşaxəli fəaliyyətinin kiçik bir hissəsini əhatə edən bu məqalə onun parlaq ruhuna ittihaf edilir. Ruhu şad olsun!

Səməd Vəkilov
Tədqiqatçı-hüquqşünas

Leyla Calalova
ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, t.ü.f.doktoru
Fotolar




8-04-2025, 08:01
“Dərbənd Xeyriyyə İctimai Birliyi - 30 il“ adlı kitab çapdan çıxıb


“Dərbənd Xeyriyyə İctimai Birliyi - 30 il“ adlı kitab çapdan çıxıb

2025-ci il 25 fevral tarixində “Dərbənd Xeyriyyə İctimai Birliyi - 30 il“ adlı kitabın II (896 səh.) və III (464 səh.) hissələri nəşr olunmuş və birliyin yaranmasının 30 illik yubileyinə həsr olunmuşdur. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabların müəllifi “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyevdir.
Təqdim olunan kitablarda Azərbaycan və Dağıstan xalqları arasındakı əlaqələrin inkişafında “Dərbənd” Xeyriyyə İctimai Birliyinin oynadığı mühüm rol vurğulanır və iki dövlət arasında bütün sahələrdə münasibətlərin daha da möhkəmlənməsi üçün fəaliyyətinə nəzər salınır, həmçinin Azərbaycan Respublikanın ictimai-siyasi həyatında birliyin üzvlərinin yaxından iştirakı və Dərbənd şəhərində həmyerlilərimiz ilə keçirilən müxtəlif tədbirlər barədə KİV-də və mətbuatda dərc edilmiş məlumatlar verilir.

Qeyd edilməlidir ki, birlik 1994-cü ildə Azərbaycan Respublikasının «Dərbənd» Xeyriyyə Cəmiyyəti kimi yaradılmış və fəaliyyət göstərmişdir. Həmin ildə «Dərbənd» Xeyriyyə Cəmiyyətinin ilk sədri Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, Rusiya Peşə təhsili Akademiyasının həqiqi üzvü, iqtisad elmləri namizədi Həmid Ənvər oğlu Zeynalov seçilmişdir və onun yaradılmasının təşəbbüskarları kimi əsli Dərbənddən olan Bakı ziyalıları çıxış etmişlər. Cəmiyyətin ilk təsisçiləri arasında: tanınmış hüquqşünas, 3-cü dərəcəli Dövlət müşaviri, general-mayor Əhməd Şahlar oğlu Ələkbərov, Azərbaycan Respublikasının Veteranlar Şurasının sabiq sədri, sərhəd xidməti general-mayoru Mustafa Cəfər oğlu Nəsirov, yüksək dərəcəli hüquqşünas, polkovnik Əli Mahmud oğlu Əliyev, Azərbaycan Respublika kooperasiya təhsilinin təşkilatçısı, professor Murad Bəylər oğlu Tabasaranski, professor, genetik İ.M.Sadıxov, həmçinin Dərbəndin ən qocaman sakini və Dərbənd şəhər tarixinin böyük bilicisi Səftər Əliyar oğlu Sultanov, dövlət xadimi və kənd təsərrüfat işçisi Əsgər Mirsaleh oğlu Seyidov, kooperasiya istehsalatının veteranı və Respublika zadəganlar iclasının üzvü Rafiq Tagı oğlu Rəhimov idi.
Mövcudluğu dövrdə cəmiyyətin fəalları yubileylərə həsr olunmuş təntənəli tədbirlərin iştirakçısı olmuşlar: onlar dahi Azərbaycan şairi Füzulinin anadan olmasının 500 illik, görkəmli şərqşünas-alim Məhəmməd Mirzə Kazımbəyin anadan olmasının 200 illik, general-leytenant Hüseyn Rəsulbəyovun anadan olmasının 80 illik yubileyləri və s. iştirak etmişlər. «Dərbənd» Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycan televiziyasında Dərbənd haqqında silsilə verilişlər verilmişdir: «Dərbəndin generalları», «Qala-qapı Dərbənd», Azərbaycan musiqisinə böyük töhfələr vermiş məşhur Azərbaycan bəstəkarları Asəf Zeynallıya və Hacı Xanməmmədova həsr olunmuş konsertlər və s. nümayiş etdirilmişdir.

“Dərbənd” Xeyriyyə cəmiyyəti 2016-ci il 21 iyul tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən “Dərbənd” Xeyriyyə İctimai Birliyi yeni adı ilə qeydiyyata alınmış və ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Arif oğlu Əliyev birliyin sədri seçilmişdir. Hazırda «Dərbənd» Xeyriyyə İctimai Birliyinin üzvləri Azərbaycan Respublikasının siyasi, ictimai və mədəni həyatında aktiv iştirak edir və iki dövlət arasında dostluğun və əməkdaşlığın inkişafı, həmçinin Dərbəndə yaşayan soydaşlarımız ilə əlaqələrin möhkəmləndirilməsi üçün ictimai birliyin irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirilir. Həmçinin, Dərbənd şəhərinin məktəblərində Azərbaycan dilinin dərindən və geniş öyrənilməsinə hərtərəfli köməklik göstərilir. Azərbaycan Respublikası Prezident Aparatının, Milli Məclisin və AMEA-nın nümayəndələrinin iştirakı ilə «Dərbənd» Xeyriyyə İctimai Birliyi Ulu öndər Heydər Əliyevin, görkəmli dövlət xadimi Əziz Əliyevin, görkəmli bəstəkar Asəf Zeynallının və Dərbəndin tanınmış dövlət xadimlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirmişdir. İctimai birlik müntəzəm olaraq görüşlər keçirir və həmyerlilərinin vəziyyəti ilə maraqlanır. İctimai birliyin üzvləri imkan daxilində bir-birinə kömək edir.

Təqdim olunan kitablar ge¬niş oxucu auditoriyasi üçün nəzərdə tutulub, ondan ölkəmizdə fəaliyyət göstərən ictimai birliklər və təşkilatlar vətənpərvərlik ruhunun tərbiyə olunmasında istifadə edə bilərlər.

“Bütöv Azərbaycan”
6-04-2025, 22:15
Doğma ocağımıza qayıdacaq, yenə qurub yaradacağıq


Doğma ocağımıza qayıdacaq, yenə qurub yaradacağıq-FOTOLAR

Aprelin 5-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qafan rayonunun kənd icma rəhbərlərinin hesabat yığıncağı keçirildi. Qafan Rayon İcmasının sədri, professor Eldar Abbasov gündəlikdə duran məsələlər barədə məlumat verdi. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının icma qarşısında qoyduğu tələbləri və bu ali məqsədə çatmaq üçün icma üzvlərinin üzərinə düşən vəzifələri, məsuliyyəti bir daha xatırlatdı. Qeyd etdi ki, erməni faşistlərinin silahlı təzyiqi nəticəsində Qafan rayonunun kəndləri boşaldı. Hazırda həmin kəndlərdən yalnız 33-nün sakinləri təşkilatlanaraq fəaliyyət göstərir. Ona görə də o ağır mahalın siyahıya alınması, lazım olan sənədlərin toplanması, əcdadlarımızın min illərlə yaşadığı o yerlərin toponimləri, maddi- mədəniyyət abidələri haqqında bilgilərimizi gələcək nəsillərə ötürmək missiyası bizim üzərimizə düşür.

Qərbi Azərbaycan İcmasının baş kordinatoru Faiq Kərimov bildirdi ki, Qərbi Azərbaycana aid olan bütün faktlar toplanıb tarixi sənəd kimi, küĺiyyat halında çap olunacaq. Yeri gəldikcə dövlətimiz də, gələcək nəsillər də, tarix tədqiqatçıları da həmin sənədlərdən ilkin mənbə kimi istifadə edə biləcəklər. Ona görə də 1960-1987- ci illər ərzində siyasi təzyiqlər nəticəsində köçürülənlərin siyahısını da təkminləşdirmək lazımdır.
Ermənistanın siyasi demaqoqiya ilə məşğul olan baş naziri Nikol Paşinyan mesaj verir ki, Qərbi Azərbaycana qayıdış məsələsini unudun. Bu hay balası anlamır ki, biz əcdadlarımızın min illərlə yaşadığı, özümüzün doğulub boya-başa çatdığımız yurdlarımızı unudan deyilik. Gec-tez dağıdıb viran qoyduqları doğma ocaqlarımıza qayıdacaq, yenə də qurub yaradacağıq.

Qərbi Azərbaycan İcmasının qurucularından olan Polad Poladov Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsinin 2-ci mərhələ məlumatlarının hazırlanması ilə baglı tapşırığın icrası barədə kənd icma rəhbərlərinin verdikləri hesabatı diqqətə çatdırdı.
Müsəlləm Kənd İcmasının kordinatoru Əkrəm Mustafayev ötən əsrdə Qafan rayonunda pedaqoji fəaliyyət göstərmiş müəllimlər haqqında ensiklopedik məlumat kitabının çapa hazırlıq vəziyyəti barədə məlumat verdi.

Qafan Rayon İcma rəhbərliyinin təmsilçilərindən fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyev, Seyfulla Abbasov, Kurud-Kirs İcmasının sədri Səxavət Hacıyev, Keypəşin İcmasının sədri Cəmaləddin Əmirov və başqaları qaldırılan məsələlər ətrafında fikir mübadiləsi apardılar, təkliflərini bildirdilər. Yekunda Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından irəli gələn tapşırıqların yerinə yetirilməsinin sürətləndirilməsi və yaxın zamanlarda daha geniş tərkibdə görüşün təşkil olunması qərara alındı.


Qafan Rayon İcmasının mətbuat xidməti
6-04-2025, 14:25
Türk xalqlarının ədəbi yaddaşına işıq salan kitab


Türk xalqlarının ədəbi yaddaşına işıq salan kitab

Mahmud Kaşğari adına Beynəlxalq Fondun layihəsi əsasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” (təkmilləşdirilmiş və əlavələr edilmiş yeni nəşr) dərsliyi işıq üzü görüb.
Layihənin rəhbəri və ön sözün müəllifi fondun prezidenti, millət vəkili Cavanşir Feyziyev, elmi redaktoru akademik İsa Həbibbəylidir. Nəşrə akademiklər Gövhər Baxşəliyeva, Nizami Cəfərov, professorlar Mahirə Hüseynova, Qəzənfər Paşayev, Əskər Rəsulov (Azərbaycan), Şohrat Sirojiddin (Özbəkistan), Şükrü Haluk Akalın, Selçuk Kırlı, Alev Sınar Uğurlu və Nazife Güngör (hər üçü Türkiyədən) kimi Türk dünyasının görkəmli elm xadimləri rəy veriblər.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən dərslik kimi təsdiq olunan kitabın məsləhətçiləri isə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova, TÜRKSOY-un baş katibi Sultan Rayev, Türkiyənin Azərbaycandakı səfiri professor Birol Akgün, Özbəkistan səfiri Bahrom Aşrafxanov və Qırğızıstan səfiri Maksat Mamıtkanovdur. Kitabın ölkəmizlə yanaşı, bütün Türk dünyasının ali təhsil ocaqlarında ortaq türk ədəbiyyatı dərsliyi kimi istifadəsi nəzərdə tutulur.
Bakıda “Elm və təhsil” nəşriyyatında çap olunan 864 səhifəlik kitabda Azərbaycan, Türkiyə, özbək, türkmən, qazax, qırğız, tatar, İraq-türkman ədəbiyyatlarının yaradıcılıq mərhələləri, ayrı-ayrı görkəmli sənətkarlarının həyat və yaradıcılıqları geniş şəkildə tədqiq və təhlil edilib.
“Türk xalqları ədəbiyyatı” dərsliyinin əvvəlki nəşri 2022-ci ildə Daşkəndə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə özbək dilinə, 2024-cü ildə isə Türkiyə türkcəsinə uyğunlaşdırılaraq çap olunub.
Türkdilli dövlətlərin bir çox universitetlərində tədris olunan kitab türk xalqları ədəbiyyatının geniş şəkildə təbliği və öyrənilməsi sahəsində qiymətli mənbədir.
Professor Elman Quliyev kitabda türk xalqlarının qohumluq əlaqələrini əsas götürərək mövzunu ümumtürk ədəbi-mədəni hadisəsi kontekstində təhlilə cəlb edib. Kitabda türklərin bəşər sivilizasiyasının inkişafında, dünya ədəbi-bədii fikrinin formalaşmasında oynadığı müstəsna rol diqqətə çatdırılır, bu zəngin irsin təbliği və öyrənilməsinin zəruriliyi vurğulanır.
29-03-2025, 20:02
Eluca Atalı görüşünüzə gəlib

Eluca Atalı görüşünüzə gəlib

Əziz Bütöv Azərbaycançılar, sizləri İsveçdə yaşayan Asif Ata Ocağının evladı, tarixi əsərlər müəllifi və animalist yazıçı kimi tanınan, Güney Azərbaycan mücadiləsinə "İran Hizbullah zindanında" kimi dərdlərimizə tərcüman olan bir əsər bəxş etmiş filosof Eluca Atalının görüşlərinə dəvət edirik:
7 aprel 2025-ci il saat 11:00-da Nərimanov rayon Mərkəzi Kitabxanasında,
8 aprel 2025-ci il tarixində saat 11:00-da Səbayıl rayon Mərkəzi Kitabxanasında,
10 aprel 2025-ci ildə saat 15:00-da Neftçala rayonundakı Heydər Əliyev Mərkəzində görüşləri olacaq.

13-17 apreldə yazarımız balaca tamaşaçılarla birgə Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində "Odunçunun nağılı" və Naxçıvan Dövlət Kukla Teatrında "Ənqa quşu" tamaşalarını izləyəcək. Həmçinin Naxçıvan Mərkəzi Kitabxanasında "Ağ Göyərçin", "Əgər quşlar olmasaydı" və "Bir cüt göz" kitablarının təqdimatı və Naxçıvan Dövlət Universitetində görüşü keçiriləcək.
22 aprel 2025-ci ildə saat 15:00-da Ağstafa rayon Mədəniyyət Evində,
24 aprel 2025-ci il tarixində saat 14:00-da Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində görüşü olacaq.
Yaradıcılığında insan və onu əhatə edən dairədən bəhs edən yazarımızın qələmə aldığı mövzular rəngarəng və bədii təhlilləri dərin olduğundan oxucularını öz təsir dairəsinə salmağı bacarır. "Ənqa quşu" romanını oxuduqda özümüzü yerdə yox, səmada hiss etdiyimiz kimi.
İnanırıq ki, oxucuları müəlliflə görüşdən zəngin təəssüratla dönəcəklər.
Sizləri bu görüşlərdə suallarınızla birgə gözləyirik.


23-03-2025, 00:15
BİR ÖMRÜN SALNAMƏSİ


Cəlal ALLAHVERDİYEV,
filologiya üzrə fəlsəfə doktoru, dosent

BİR ÖMRÜN SALNAMƏSİ

Həyatımda çox insanlarla rastlaşmışam, çox hadisələrin şahidi olmuşam. Yaxşılıq da görmüşəm, yamanlıq da. Həmişə düşünmüşəm ki, dünya yaxşılığın üzərində bərqərar olur. Xeyirxah və işıqlı insanların əməlləri ilə gözəlləşir, nəsillər bir-birini əvəz etdikcə xeyirxah və ürəyi nurlu insanlar yaddaşlara köçür, acılı-şirinli xatirələrin işığında bizi dünənimizə qaytarır, yaddaşımızı təzələyir. Bu mənada, ömrünü vətən övladlarının elmə, təhsilə yiyələnməsinə həsr edən böyük şəxsiyyətlərin adı isə həmişə hörmət və ehtiramla çəkilir. Belə tanınmış şəxsiyyətlərdən biri də Qərbi Azərbaycanda milli maarifimizin inkişafında mühüm yer tutan, azərbaycanlı müəllim kadrların yetişdirilməsində böyük rol oynayan, xalqımızın mənəvi təkmilləşməsinə, milli yüksəlişinə xidmət edən tanınmış, fədakar ziyalılarımızdan biri də Baba Mehrəli oğlu Məmmədov olmuşdur. Onun bu sahədəki xidməti həyatlarını İrəvanda xalqımızın savadlanması, maariflənməsi yolunda əvəzedilməz işlər görmüş Mehdi Kazımov, Əşrəf Bayramov, Mustafa Hüseynov, Əhməd Əhmədov, Əkbər Rzayev, Cəfər Əhmədov, Həbib Məhəmmədzadə kimi əsl milli maarif mücahidlərimizin nəcib əməlləri ilə yanaşı duracaq dərəcədə mühüm olmuşdur.

Baba müəllim 1937-ci ilin dekabr ayında Ağbaba mahalının Göllü kəndində anadan olmuşdur. Baba müəllim Ağbaba mahalının sayılıb-seçilən və böyük tarixi ənənəsi olan, bölgədə nəcib və xeyirxah əməlləri ilə böyük nüfuz qazanmış dərzililər tayfasından idi. Stalin repressiyasının vurduğu ağır yaralar, çəkdiyi çalın-çarpaz dağlar bu ailədən də yan keçməmişdir. Babası Dərzili Məmməd “kulak” adı ilə Qa¬zaxıstana sürgün edilmişdir. Stalin vəfat etdikdən sonra geri qayıdıb, bir neçə il yaşadıqdan sonra vəfat etmişdir. Amma bu ağrılara, acılara, çətinliklərə baxmayaraq, təhsil almaq Baba müəllimin ən böyük arzularından idi. O vaxtlar Göllü kəndində məktəb olmadığından Baba müəllim hər gün kilometrlərlə yol qət edib, orta təhsilini qonşu kəndlərində tamamlamışdır. Onun böyük arzularından biri də İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində ali təhsil almaq idi. Amma taleyin qisməti ilə Baba müəllim Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olur. Universiteti bitirdikdən sonra öz doğma kəndinə qayıdır.
1959-cu ildə ilk pedaqoji fəaliyyətinə Göllü kənd yeddillik məktəbində başlayır. Qısa zamanda öz pedaqoji fəaliyyəti, bilik və bacarığı, yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən Baba müəllim 1963-cü ildə Göllü kənd 8 illik məktəbinə Azərbaycan dili və ədəbiyyatı, 1964-cü ildə məktəbin tədris hissə müdiri, 1969-cu ildə isə direktoru vəzifəsinə təyin olunur. Həmin illərdə Göllü kənd orta məktəbində qaynar və şəffaf bir ab-hava hökm sürmüşdü.
Baba müəllimin fəaliyyət dairəsi təkcə onun pedaqoji fəaliyyəti ilə məhdudlaşmır. O, pedaqoji fəaliyyətlə yanaşı Amasiya rayonunun ictimai həyatında da aktiv iştirak etmiş, həmçinin kolxoz ilk partiya təşkilatının katibi vəzifəsində də çalışmışdı. Mövcud dövrün tələbləri baxımından bu sahəyə xüsusi siyasi savad tələb olunurdu. Baba müəllimin dərin biliyə və erudisiyaya malik olması onun bir sıra sahələrdə uğurlu fəaliyyətinə zəmin yaratmışdır.
1970-ci illərin əvvəllərində kənd sovetinə ali təhsilli kadrlar yerləşdirərkən Qara Namaz və Göllü kəndlərini birləşdirən Qara Namaz kənd sovetinə sədr seçilmiş, uzun müddət bu vəzifədə ləyaqətlə çalışmışdır. Onun milli və siyasi iradəsi sayəsində həmin sovetliyə daxil olan kəndlərin içməli su məsələsi, kəndlərarası yolların təmiri, klub-kitabxana işinin qaydaya salınması, kəndlərdə kino qurğlarınınu qoyulması, gənc azərbaycanlı ailələrinə yaşayış evlərinin tikilməsi üçün torpaq sahələrinin ayrılması və bir çox məsələlərin həll edilməsində böyük xidmətləri olmuşdur.
1970-ci illərdə Amasiya rayonunda mövcud olan problemlərdən biri kəndlərin rayon mərkəzi ilə gəliş-gedişini təmin etmək üçün nəqliyyat probleminin aradan qaldırılması idi. Bu problemin aradan qaldırılması hər zaman Baba müəllimi dərindən düşündürmüş, onun təşəbbüsü, səyi və bacarığı sayəsində Qara Namaz-Göllü- Sultanabad-Təpəköy-Amasiya nəqliyyat marşrutu açılmışdı. Həmin nəqliyyatdan Düzkənd, Çaybasar, Balıqlı kəndlərinin əhalisi də yararlanırdı.

Baba müəllimin milli ictimai zəminə söykənən fəaliyyəti haqqında çox danışmaq olar. Onun milli təəssübkeşliyi, ömrü boyu xalqına bağlılığı və xidməti barəsində olan bir sıra məqamlardan birini xüsusi qeyd etmək istərdim. Bir dəfə Amasiya rayonunun birinci katibi büro iclaslarının birində rayondakı tarixi abidələrin qorunması haqqında söhbət açarkən, o vaxt Qara Namaz kənd sovetinin sədri işləyən Baba müəllim söz alıb danışmaq istədiyini bildirir. O, hər bir kəndin söykəndiyi dağda olan qalaçalardan danışıb, əsl tarixi abidələrimizin elə qəbirstanlıqlar olduğunu büro üzvlərinin diqqətinə çatdırır. Kənd¬lərin qəbiristanlıqlarının əksəriyyətinin yol kənarında olduğunu və mal-qaranın onların içindən keçdiyini bildirərək, sovetliklərin büdcəsi hesabına qəbiristanlıqların ətrafına çəpər çəkilməsi təşəbbüsünü irəli sürür. Çox çəkmədən Baba müəllim bu təşəbbüsünü gerçəkləşdirərək Qara Namaz və Göllü kəndlərindəki qədim qəbiristanlıqlara paslanmayan metal torla çəpər çəkdirir. Onu da qeyd edək ki, Göllü qəbiristanlığında əski qarapapaq qəbirləri də vardır və Qaçaq Yusifin də qəbri həmin məzarlıqda yerləşirdi.

Uzun müddət direktoru olduğu Göllü kənd 8 illik məktəbin 10 illik tam orta məktəbə çevrilməsi də Baba müəllimin iradəsi və qətiyyəti sayəsində olmuşdur. Çünki şagirdlərin tam orta təhsil alması üçün qonşu kəndlərə gediş-gəlişi qış aylarında çox böyük çətinlik törədirdi. Sədri olduğu sovetliyin inzibati-ərazi vahidliyinə daxil olan kənd məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, kitabxana fondlarının yeni kitablarla zənginləşdirilməsi və digər məsələlərin həll edilməsi hər zaman onun diqqət mərkəzində olmuşdur. Baba müəllim səmərəli pedaqoji-ictimai fəaliyyətinə görə “Əməkdə fərqlənməyə görə”, “Əmək veteranı” adına, bir sıra fəxri fərman və mükafatlara layiq görülmüşdür.
Erməni şovinizmi əhatəsində Baba müəllimin bu fədakar, milli təəssübkeşlik fəaliyyəti heç də asan olmamışdır. Erməni şovinist dairələrinin təqib və təzyiqlərinə baxmayaraq, Baba müəllim azərbaycanlı kəndlərinin ictimai-mədəni, sosial həyatının yüksəldilməsi üçün var qüvvəsi ilə çalışmışdır.
Ermənilərin mənfur siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı kimi Baba müəllim də dədə-baba ocağından, əzəli və əbədi yurdundan zor gücünə deportasiya olundu. Bakıda məskunlaşmağa məcbur oldu. Doğma yurd yerlərinin həsrətini çəkə-çəkə burada da dünyasını dəyişdi. Bu günlərdə bir ömürlük yaşamı ilə xatirələrə çevrilən Baba müəllimin dünyasını dəyişməsinin ildönümüdür. Nəcib və xeyirxah əməlləri ilə böyük bir mahalın, elin, obanın yaddaşına, mənəvi və ictimai tarixinə daxil olmuş Baba müəllim bu gün də minnətdarlıqla yad edilən böyük ziyalılarımızdan və şəxsiyyətlərimizdəndir. Onun xeyirxah, nəcib əməllərini, işıqlı yolunu bu gün fəxr və qürur duyduğumuz övladları ləyaqətlə davam etdirirlər.
22-03-2025, 19:54
POEZİYANIN TƏSDİQLƏDİYİ ŞƏXSİYYƏT

Pünhan Şükür,
jurnalist-tədqiqatçı



POEZİYANIN TƏSDİQLƏDİYİ ŞƏXSİYYƏT

Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” adlı şeirlər kitabı çap olunub.
Gül istərdi ki, bülbül onun solması fəlsəfəsindən uzaqlaşıb fidanı sevsin. Amma heç də hər gülə, yəqin ki, məsələn, küsəyən mimozaya aid etmək olmaz bu sözü.
Rəhmətlik Lamara da istərdi ki, tərk edib getdiyi Givisini etibarlı birinə əmanət etsin. Bir müddət yalnız Lamara ilə bağlı xatirələri ilə yaşadı Givi. Özü demişkən, bir gəzərgi baş daşı kimi yaşadı. Ta ki, Xatirəyə rast gələnə kimi.
Dostların məsləhəti ilə evlənmişlər. Bəlkə də ilk əvvəl ikisinə də elə gəlirdi ki, onların izdivacı gerçək sevgiyə çevrilməyəcək, evlilikləri də sadəcə taleyin hökmü ilə dul qalmış iki bədbəxtin bir damın altında yaşamasından ibarət olacaq. Amma ziyalılıqları ilə dərk etdilər ki, sevginin başlanğıcı da, dayağı da qarşılıqlı hörmətdir. O hörməti qorudular, artırdılar, sözün həqiqi mənasında məhəbbətə çevirdilər və qəlblərindəki deşiyi yamadılar.
Sənin getdiyin beş ildi -
Ürəyin başı deşildi...
İndi Xatirədir
Mələyi ev-eşiyin,
O, saf sevgi ilə yamayır
Ürəyimdəki deşiyi...


Yeni ailə qurandan üç il sonra bu şeiri yazan Giya və Xatirə indi mərhum həyat yoldaşlarının məzarlarını ziyarətə qoşa gedirlər. Əminəm, rəhmətliklərin hər ikisinin ruhu şad olmalıdır. Bəli, Giyanın evinin divarından Lamaranın şəklini götürmədi, əksinə, birini də özü çəkdi rəssamlığı bacaran Xatirə xanım. Beləliklə, Xatirə xanımın sayəsində Giya gəzərgi baş daşından yeriyən şeirə çevrildi. Qonşusu və yeni işıq üzü görmüş kitabının redaktoru, şair – tərcüməçi Nurafiz Hüseynov Giyaya həsr etdiyi, kitabda “Son söz” əvəzi təqdim olunan şeirində yazır:
Bizim məhləmizdə bir nağıl kişi
Yaşayır, - yeriyən şeir kimidi.
Ürəyi ağzında ocaq çatıbdı,
Salam verməyi də xeyir kimidi.

Bizim məhləmizdə bir nağıl kişi,
Bir gözlə mat qoyar təkgözlü Divi.
Givinin bir gözü – Xatirə xanım,
Bizim məhləmizin gözüdü Givi.

Giya Paçxataşvilinin (Givi) son illərdə qələmə aldığı şeirlərdən ibarət yeni kitabı “Doğum şəhadətnaməsi” adlanır. Kitab Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin dəstəyi ilə “CN Poliqraf” MMC-də çap olunub.
Azərbaycanın gürcü oğlu G.Paçxataşvilinin şeirlərinin ön cərgəsində Vətənə və onun vətənpərvər övladlarına həsr olunanlar gedir: “Azərbaycan bayrağı”, “Vətən”, “Mübariz İbrahimova”, “28 may”, “44 günlük müharibə”, “Şəhid bulaqları”, “20 yanvar”, “Bakı – Qroznı uçağı”, “Qara qutu” və s.
Amma nə özünə yar-yoldaş tapmağı, nə də Vətən müharibəsində qələbə Givinin qəbindəki bütün xalları əritmədi. Çünki o xallar bir deyil, iki deyil... İki il əvvəl qardaş Türkiyədə baş verən, on minlərlə insanın həyatına son qoyan dəhşətli zəlzələdən təsirlənən şair bu mövzuda qələmə aldığı şeirləri kitabda ayrıca fəsil kimi “Türkiyə dəftəri” sərlövhəsi altında təqdim edib:

“Quraraq xoş gələcək,
Türkiyə dirçələcək,
Körpələr böyüyəcək,
Qovaraq nəhs illəri
“Zəlzələ Şəhidləri”.

Givi şərik kədərə,
Şeir yazmaz hədərə.
Dua edib min kərə
Xatırlayır Sizləri,
“Zəlzələ Şəhidləri”.


Koronavirus pandemiyası Givinin də qohumları və dostları sırasından xeyli can aldı. Pandemiya şəhidlərinin müqəddəs ruhlarına həsr etdiyi şeirdə yazır:

Həyat –
Ağzında oksigen balonu olan
xəstənin yaşamaq arzusu.
Və...
tibb bacısının verdiyi
bir udum ilıq su...


Öz dini etiqadı xristianlıq olsa da, müsəlman təəssübkeşliyi var şairin. Ərəb ölkələrindən Avropaya miqrasiya edərkən dənizdə boğulan insanlara görə günahı pullu ərəb şeyxlərində görür:
...Məkkədə qoyunlar kəsilir,
Gəmilərdə miqrant tünlüyündən
Dənizin yaşamaq eşqi əzilir.
Şeytana tuşlanan daşlar
Təkrar-təkrar zəvvarlara satılır...
Avropaya üz tutan müsəlmanlar
Allahın ümidinə atılır.


G.Paçxataşvili şeirlərində cəmiyyətin eybəcərliklərini, məsələn, sosial həyatın mənfi təzahürü olan aborta əl atanları qınayır, narkomaniyanın, alkoqolizmin fəsadlarını xatırladır, artıq pul qazanmaq üçün Şimala üz tutandan sonra vətəni, ailəni unudan kişiləri lənətləyir. Şair eyni zamanda cavanlara sağlam həyat tərzini, oxumağı, idmanla məşğul olmağı tövsiyə edir, cüdo üzrə olumpiya çempionu Hidayət Heydərovun nailiyyətini tərənnüm edir.
Kitabda əlahiddə bölüm təşkil edən “Təbiət şeirləri” oxucuya günəşli səmanın, təmiz havanın, şairin öz sözləri ilə desək, “sərinlik bəxş edən mehin, otlara güc verən şehin”, “soyunaraq payızı qarğışlayan, barını səxavətlə xalqa bağışlayan” ağacların, zəng saatı ilə müqayisə etdiyi xoruz banının ecazkar təsirini ötürür. “Şəki, sabahın xeyir!”, “Bakıya yağan yağış”, “Payız”, “Layısqıda payız gecəsi”, “Şəkidə Novruz yağışı” adlı şeirlər ümumiyyətlə, poeziyada təbiət mövzusunda yazılmış gözəl nümunələrdəndir.
Müəllif “Doğum şəhadətnaməsi” kitabında uşaq ədəbiyyatına da yaxşı töhfələr verib. Onun uşaq şeirlərinin ümumiləşdirdiyi qəhrəmanı – Xatirənin qardaşı oğlu Vüsaldır. “Vüsalın var çantası”, “Yeni ilin Vüsalı”, "Vüsalın sualları”, “Qısqanc Vüsal”, “Vüsal günəşə baxır” və başqa bu kimi şeirlər oxucunu məsum uşaq dünyasına səyahətə aparır.
Olduqca dostcanlı adamdır Givi. Kitabında ailəvi dostluq etdiyi mərhumə millət vəkili Qənirə xanım Paşayevaya, şair, alim Qiymət Məhərrəmliyə, xalq artisti, bədii qiraətçi Eldost Bayrama, bəstəkar İqbal Ağayevə, rəssamlar Rais Rəsulzadəyə, Sehran Allahverdiyə, yazıçı Meyxoş Abdullaya, şairlər Vaqif Aslana, Famil Hacısoya, jurnalistlər İlham Abbasova, Əflatun Amaşova, Şəmsiyyə Kərimovaya, İlhamə Qəsəbovaya, göz həkimi Eloğlu Məmmədova, kardioloqlar Eldəniz və Arzu Əliyevlərə ithaf etdiyi şeirlərlə adları çəkilən ziyalıların timsalında İnsanlığın gözəl xüsusiyyətlərinin altını cızır, örnək göstərir. Sadiq dost kimi, analarını itirən Ləman Ələşrəfqızına, İqbal Ağayevə, Pünhan Şükürə təsəlli verir, səbr diləyir.
Nə olur-olsun, kitabda diqqətdən heç cür kənarda qalmayacaq əsas cəhət yenə də Givinin həyat yoldaşı Xatirə xanıma həsr etdiyi şeirlərin sayca xüsusi çəki təşkil etməsidir: “Sən gələli”, “O-Sənsən”, “Yarıma”, “Xatirənin ürəyi”, “Şirinim”, “Şəkilim” və s.
Məncə, belə də olmalıdır. Təsadüfdən bu sətirləri qələmə aldığım bu günkü təqvim - 2 mart 2025-ci il Xatirə Mikayıl qızı Paçxataşvilinin ad günüdür. Elə ona görə də bu yazını Giyanın ömür-gün yoldaşına hədiyyə etdiyi “Mübarək” şeiri ilə yekunlaşdırır, bütün ailə quran cütlüklərə birinci bəxtdən bu cür sevgi arzulayıram:
Günü qamaşdıran, aya naz satan,
Təlx olmuş ovqatın başını qatan,
Dərdi bürmələyib heçliyə atan
Xatışım, doğulan günün mübarək!

Tənhalıq əlindən məni qoparan,
Sevgi dünyasına şəstlə aparan...
Qışda bahar olan, baharda boran
Xatışım, doğulan günün mübarək!

Bakıda bərq vuran Şəki ulduzu,
Evimə yağıştək ələnən ruzu,
Ay böyük ürəkli balaca quzum –
Xatışım, doğulan günün mübarək!

Mərdanə sevgili, sadiq həbibim,
Aşpazım, xəttatım, könül təbibim,
Şeir müəllifi, ömür sahibim,
Xatışım, doğulan günün mübarək!


Xatirənin ad günü, sənin də “Doğum şəhadətnamən” mübarək, Givi! O gün olsun, “Şəxsiyyət vəsiqəsi”ni də yazasan! Hərçənd, sənin kimi şəxsiyyətə, səninki kimi cizgiləri daşıyan adama şəxsiyyətini təsdiq edən heç bir sənəd lazım deyil.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!