Təcili yardım maşınları ilə meyit daşına bilər? - AÇIQLAMA .....                        İnsan beynində mikroplastik aşkarlandı - İLK DƏFƏ .....                        İsveçrədə məktəbə hücum: 10 nəfər öldü .....                        Azərbaycanda meyitlər yandırılacaq? - RƏSMİ .....                        Kadi yenidən "Qarabağ"da .....                        Ərdoğan Suriya prezidenti ilə nələrdən danışdı... .....                        Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ .....                        "Əhmədli"də şübhəli çanta aşkarlandı .....                        Rusiya ifşa edildi: 8 dəqiqə sonra məlumat verilibmiş .....                       
Tarix : 1-12-2024, 01:05
Gığı məktəbinin 100 illiyi qeyd olunub


Gığı məktəbinin 100 illiyi qeyd olunub

Qərbi Azərbaycan İcmasında, Qafan rayonunun Gığı kənd orta məktəbinin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirildi. Tarix dolu bir məkanın təhsil ocağının keçdiyi bir əsrlik yolun təntənəsini qeyd etmək üçün təşkil olunan bu tədbir, həm də vətən sevgisinin, yurd həsrətinin çulğaşdığı mərasim idi.
Tədbir Qərbi Azərbaycanın Qafan Rayon İcmasının sədri, professor Eldar Abbasovun açılış nitqi ilə başladı. İlk növbədə, vətən yolunda canını fəda edən şəhidlərimizin və Gığı kənd orta məktəbinin dünyasını dəyişmiş müəllimlərinin əziz xatirəsi yad edildi. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və tədbir rəsmi olaraq açıq elan olundu.
Məruzə ilə çıxış edən Bəhruz Piriyev Gığı kəndinin tarixi və kənddə yaradılan məktəbin keçdiyi şərəfli yoldan danışdı. O, nitqində məktəbin tarixi missiyasını belə ifadə etdi: "Vətən həsrəti, yurd həsrəti ilə döyünən qəlbimizdə daim ucalan Gığı kənd orta məktəbi Qafan rayonunun ən uca zirvələrindədir."

O, Qərbi azərbaycanlıların özlərini ifadə etmələri üçün yaratdığı şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi və Qərbi Azərbaycana qayıdış yolunda milli birliyin əhəmiyyətindən danışdı.
Tədbir çərçivəsində Gığı kənd orta məktəbinin keçmiş müəllim heyəti və məzunları haqqında hazırlanmış videoçarx nümayiş etdirildi. Bu videoçarxda məktəbin yetirdiyi professorlar və ziyalıların həyat hekayələri, təhsil uğurları təqdim olundu. Tədbir iştirakçıları bu anlarda duyğulu anlar yaşadı, məktəbin əsrlik zəhmətinin şərəfini bir daha hiss etdilər.
AMEA-nın Tarix İnstitutunun əməkdaşı, professor Cəbi Bəhramov tədbirdə çıxış edərək Gığı kəndinin Osmanlı dövrünə aid sənədlərdə adının keçdiyini, Gığı kəndində müsəlman-türklərin yaşadığını qeyd etdi.
Tədbirin digər iştirakçısı, professor, şair Paşa Qəlbinur Sovetlər dönəmində dostları ilə birlikdə Gığı kəndinə etdiyi səyahətdən, kəndin mehriban insanlarının qonaqpərvərliyindən, təbiətinin gözəlliyindən bəhs elədi, o yerlərlə bağlı xatirələrini bölüşdü.

Tədbirin ən vacib mesajı isə iştirakçıların Qərbi Azərbaycana qayıdışa və Azərbaycanın bütövləşəcəyinə olan inam idi. İştirakçılar Prezident İlham Əliyevin rəhbərliyi altında bu arzunun gerçəkləşəcəyi ümidi ilə birləşdilər. Onların qəlbində yurd sevgisi və əqidələrinə sədaqət ən yüksək dərəcədə hiss olunurdu.
Gığı kənd orta məktəbinin 100 illik yubileyi yalnız bir təhsil müəssisəsinin tarixini deyil, həm də bir xalqın əzm və iradəsini nümayiş etdirdi. Tədbir, keçmişin xatirələri ilə gələcəyin ümidlərini birləşdirərək yaddaşlara yazıldı. Sonda xatirə şəkilləri çəkdirildi.
P.S.Tədbirdən hazırlanacaq geniş reportajı “Bütöv Azərbaycan” qəzetində oxuya bilərsiniz.
Tehran YUSİFLİ,
“Bütöv Azərbaycan” qəzetinin
Qərbi Azərbaycan üzrə Xüsusi müxbiri






[center]


Paylaş



Bölmə: Zəngəzur / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!