AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN .....                        Qurumlar Bibiheybət yolundakı sürüşmə ilə bağlı MƏLUMAT YAYDI .....                        Samuxda 34 yaşlı şəxsi dayısı bıçaqladı .....                        İstehlak bazarlarında mallara qarşı qaydalar .....                        Nazirliyinin yeni strukturu - 13 şöbə, 4 sektor .....                        54 yaşlı sürücü sükan arxasında öldü .....                        Evin damını təmir edən şəxs yıxılaraq öldü .....                        Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                       
Tarix : 7-09-2021, 07:09
Salmasda mədəni fəal həbs olunub

Salmasda tanınmış musiqiçi və mədəni fəal həbs olunub
Qərbi Azərbaycan əyalətinin Salmas şəhərindən olan tanınmış musiqiçi və mədəni fəal Abbas Nikrəvan sentyabrın 5-ində təhlükəsizlik məmurları tərəfindən həbs olunub.
Son iki gündə saxlanılanlar kimi onun da nədə ittiham olunduğuna və hara aparıldığına dair məlumat yoxdur.
Abbas Nikrəvan bundan öncədə mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs olunub.
O, 5 iyul 2018-ci ildə Babək qalası yürüşündə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb, bir həftə dindirildikdən sonra ağır girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.
Abbas Nikrəvanın xərçəngdən əziyyət çəkən azyaşlı xəstələrə və kimsəsiz uşaqlara yardım üçün 4-6 fevral 2015-ci ildə Qoşaçayda (Miyandab) keçirilməsi nəzərdə tutulan xeyriyyə konserti təhlükəsizlik məmurlarının basqıları nəticəsində ləğv edilmişdi.
Qeyd edək ki, son iki gündə Sulduz şəhərində mədəni fəal Höccət İsmətzadə və mətbuat işçisi Fərhad Ruzban təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılıblar.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!