Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : 14-09-2017, 14:04
Azərbaycanlı milli-mədəni fəal Ettelaat İdarəsinə çağırılıb




Butov.az GünAz TV - yə istinadən xəbər verir ki, azərbaycanlı milli-mədəni fəal Məhəmməd Zarei Əhər şəhərinin Ettelaat (İran Kəşfiyyat Nazirliyi) İdarəsinə çağırılıb.


Əldə edilmiş məlumata görə, Ettelaat İdarəsi sentyabrın 10-da fəala göndərdiyi çağırış vərəqəsində ondan 3 gün sonra Əhər şəhərinin Ettelaat İdarəsinə müraciət etməsini istəyib.

Sentyabrın 13-də Ettelaat İdarəsinə müraciət edən Məhəmməd Zarei haqda dosye təşkil olunduğu bildirilir. O, azərbaycanlı siyasi məhbus Siyamək Mirzayinin azadlığını tələb edən banner daşıdığına görə sistemin əleyhinə təbliğ ittihamı ilə üzləşib.

Ettelaat İdarəsində fəala dosye təşkil olunduqdan sonra, o, ilkin istintaq işləri ilə bağlı ikinci şöbədə müstəntiq Fazil Niyanın yanına aparılıb. Fəal nəhayət ki, 15 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Bundan öncə də bildiriş yaymaq, plakat qaldırmaq, şüar səsləndirmək və s. kimi yollarla azərbaycanlı siyasi məhbuslara dəstək verən bir çox fəal Ettelaat İdarəsi tərəfindən təhdid edilib və saxlanılıb.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!