Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribatın qarşısı alınıb .....                        Gəncədə 38 yaşlı kişini BIÇAQLADILAR .....                        "Fənərbağça" İngiltərə klubuna uduzub - YENİLƏNİB .....                        UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçildi .....                        Sülh Netanyahunun dəstəyi ilə mümkün olub .....                        Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB .....                        Bu şəxslərin hərbi xidmət QAYDASI DƏYİŞƏCƏK .....                        Tokayev Tramp adına sülh mükafatı təklif edib .....                        Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb - YENİLƏNİB .....                       
Tarix : 25-08-2017, 11:34
Azərbaycanlı milli-mədəni fəal Kəleybər məhkəməsinə çağırılıb


Butov.az GünAz TV - yə istinadən xəbər verir ki, azərbaycanlı milli-mədəni fəal, Təbriz sakini Milad Əkbəri Kəleybər şəhərinin İnqilab Məhkəməsinə çağırılıb.

Fəal çağırış vərəqəsini avqustun 23-də təhvil aldıqdan sonra 5 gün ərzində məhkəməyə müraciət etməlidir.

Milad Əkbəri iyunun 30-da Güney Azərbaycanın Kəleybər şəhəri yaxınlığında yerləşən Babək qalasında (Bəzz qalası) keçirilən yığıncaqda iştirak etdiyinə görə, daha 13 fəalla birlikdə saxlanılmışdır. M.Əkbəri və daha bir neçə fəal döyülərək yaxalandıqdan sonra Təbriz İslam inqilabı Keşikçilər Korpusunun (“Sepah”) təcridxanası, sonra isə Əhər zindanına intiqal edilmişdir. 8 gün saxlandıqdan sonra Əhər zindanından zəmanətə buraxılan fəallar, sistemin əleyhinə təbliğ və ictimaiyyəti təşvişə salmaq ittihamı ilə üzləşib. M.Əkbəri həmin dosye ilə əlaqədar məhkəməyə çağırılıb.

Xatırladaq ki, bundan öncə M.Əkbəri haqda çıxarılan 4 aylıq həbs qərarı Təbriz Apelyasiya Məhkəməsinin 19-cu Şöbəsi tərəfindən təsdiq edilib.

M.Əkbəri 2016-cı il iyunun 30-da Təbriz Ettelaat İdarəsinin əməkdaşları tərəfindən yaxalanaraq 16 gün saxlandıqdan sonra 2016-ci il iyulun 16-da Təbriz zindanının karantin bölümünə köçürülüb, nəhayət 100 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb. Fəalın dosyesinə Təbriz İnqilab Məhkəməsinin 7-ci Şöbəsində baxılıb, o, sistemin əleyhinə təbliğ və əhalini qanunsuz yığıncağa təşviq etməkdə ittiham olunub. M.Əkbəri Təbriz Ettelaat İdarəsinin təcridxanasında saxlandığı zaman təhlükəsizlik qüvvələrinin qeyri-insani davranışlarına etiraz olaraq aclıq aksiyası keçirib.

M.Əkbəri həmçinin 2015-ci il Raməzan ayının son cümə günündə (İranda Qüds günü adlanır) Əhər şəhərində daha bir neçə fəalla birlikdə uyğur türklərinə dəstək vermək, casusluq və bölücülük kimi saxta ittihamlara görə saxlanılmışdır.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!