ABŞ Azərbaycan qazı üçün dəhliz hazırlayır .....                        Ukrayna münaqişəsi ilə bağlı mühüm danışıqlar başa çatıb .....                        İran sualtı gəmilərini işə saldı .....                        Qrenlandiya ilə bağlı əmr: Döyüşə hazır olun! .....                        Ermənistana gələnlər gedənlərdən çox olub - 35 ildə ilk .....                        ABŞ bazalarına ölümcül zərbələr endirəcəyik - SEPAH generalı .....                        Dəm qazından ölən gənc şəhid əmisinin adını daşıyırmış - YENİLƏNİB .....                        Deputat partiya sədri seçildi .....                        Hardan baxsan şəffaf, tərtəmiz görünür… .....                       
Tarix : 2-08-2022, 11:57
“Tehran Türkiyə və İsrailin Güney Azərbaycanı silahlı üsyana qaldıra biləcəyindən narahatdır”-“Əl-Ərəbiya”

“Tehran Türkiyə və İsrailin Güney Azərbaycanı silahlı üsyana qaldıra biləcəyindən narahatdır”-“Əl-Ərəbiya”

Ər-Riyadda fəaliyyət göstərən "Rəsane" adlı İran üzrə beynəlxalq tədqiqat mərkəzi təhlil yazısında İranda yaşayan azərbaycanlıların vəziyyətini araşdırıb. Nəşr müxtəlif amillərə, o cümlədən Tehranla Bakı arasında yaranmış gərginliyə, həmçinin regionda və dünyada baş verən proseslərin bu məsələyə nəticələrini nəzərdən keçirib. Məlumata görə, sözügedən araşdırma institutunun tədqiqatçısı Nəvid Əhməd İranla ölkədə yaşayan azərbaycanlılar arasında əlaqələrdəki problemləri sadalayıb.
Nəvid Əhməd onların mərkəzi hökumətlə əlaqələrinin tarixçəsini araşdıraraq bu qənaətə gəlib ki, son on illiklərdə eniş-yoxuşlu əlaqələr İranın şimal-qərbində baş verən kütləvi etirazlarla nəticələnib. Yazıda müəllif Qarabağ müharibəsinin Tehran-Bakı əlaqələrinə, habelə müharibənin İranda yaşayan türklərə təsirinə toxunub. Araşdırmaya görə, rəsmi Tehran narahatdır ki, İran türkləri guya Türkiyə və İsrailin, habelə digər xarici amillərin yardımı ilə silahlı üsyana əl ata bilərlər.
Yazıda qeyd edilir ki, Bakı və Tel-Aviv arasında hərbi əlaqələr daim Tehranı narahat edib və İran rəsmiləri türkçülük məfkurəsi qarşısında “İranda şiə cəmiyyətinin birliyinin və bütövlüyünün sarsılmasından vahiməyə düşüb”.
Araşdırmanın müəllifi hesab edir ki, həm İran, həm də Ankara və Bakı birgə böyük “xəyal qurmağa” o qədər də həvəsli deyillər. Bu səbəbdən İran Azərbaycanla ikili münasibətdə inam yaratmağa və “Bakını razı salmaq strategiyasını” başa çatdırmaq üçün bu ölkə ilə ticarət əlaqələrini genişləndirməyə çalışır. Müəllifin fikrincə, hər iki tərəfin müəyyən cəhdlərinə baxmayaraq, inamsızlıq mühiti hələ də Tehranla Bakının münasibətlərinə kölgə salır. Azərbaycan-İsrail münasibətləri, Azərbaycan-Türkiyə-İsrail üçlü müttəfiqliyi bu inamsızlığın yaranmasında ən mühüm amillərdəndir.
Navid Əhmədin fikrincə, Azərbaycanın Ermənistan üzərində qələbəsi İran türkləri arasında etnik əhval-ruhiyyənin çiçəklənməsinə səbəb olsa da, “rəhbərliyin olmaması və hərəkatların xaricdən dəstəklənməməsi” səbəbindən bu hisslər bir qədər sonra səngiyib. (Azad İran)
Cavidan


Paylaş



Bölmə: Güneyin sesi / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!