Türkiyədə ailə faciəsi: Azadlığa çıxan şəxs dörd nəfəri öldürüb .....                        Zelenski: "Təhlükəsizliklə bağlı vacib beynəlxalq görüşlər planlaşdırılır" .....                        Zaqatala sakini Oğuzda damdan yıxılıb .....                        Zaqatala sakini Oğuzda damdan yıxılıb .....                        Fidan Azərbaycan-ABŞ əlaqələrindən danışdı .....                        Pezeşkianla dövlət televiziyası arasında gərginlik: canlı yayım kəsildi .....                        İsraildə İran agentləri ilə əlaqədə şübhəli bilinən şəxs saxlanılıb .....                        Bakıda nazirin başına iş gəldi - 60 min dollarlıq QALMAQAL .....                        Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar .....                       
Tarix : 18-07-2017, 13:08
İran prezidentinin qardaşı azadlığa buraxılıb


Butov.az GünAzTV - yə istinadən xəbər verir ki, İran prezidentinin qardaşı və onun özəl köməkçisi Hüseyn Firudin azadlığa buraxılıb. Bu barədə İran saytları məlumat yayıb.

Məlumatda bildirilir ki, Hüseyn Firudin iyulun 17-si axşam saatlarında 50 milyard tümənlik dəyərində mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb. Onun son üç gündə “Sepah” ETTELAAT-ının təcridxanasında saxlanıldığı bildirilir.

Qeyd olunur ki, iyulun 17-i sübh saatlarında ifadə verməsi üçün hökümət işçilərinə məxsus prokurorluğa aparılan Hüseyn Firidunun səhhəti birdən-birə pisləşib və onun qan təzyiqi qalxıb. Səhhətindəki nasazlığı nəzərə alaraq Tehranın Dey özəl klinikasına aparılan İran prezidentinin qardaşı bir neçə saat həmin klinikada həkimlərin nəzarəti altında yatmalı olsa da, o həmin gün axşam saatlarında onudan tələb edilən 50 milyard tümənlik mülki vəsiqə girovu qoyaraq sərbəst buraxılıb. Məsələnin detalları mediaya açıqlanmayıb.

İran prezidentinin qardaşı azadlığa buraxılıb


İran Məhkəmə Sisteminin sözçüsü axund Qulamhüseyn Möhsüni Ejei iyulun 16-da jurnalistlərlə görüşündə ölkə prezidentinin qardaşının həbsindən danışıb. O bildirmişdi ki, prezidentin qardaşı iyulun 15-də bir sıra maliyyə məsələləri ilə əlaqədar əleyhinə sürülən ittihamlarla bağlı həbs edilib: “Onun müvəqqəti azadlığa buraxılması qarşılığında mülki girov vəsiqəsinin qoyulması tələb edilib. Lakin girov vəsiqəsi təmin edilmədiyinə görə o zindana köçürülüb. Vəsiqənin məbləği təmin ediləcəyi təqdirdə o, müvəqqəti olaraq sərbəst buraxılacaq”.

Möhsüni Ejei, öz açıqlamasında Hüseyn Firudinin işi ilə bağlı daha bir neçə nəfərin də həbs edildiyini bəyan etmişdi.

Xatırladaq ki, Hüseyn Firudin ötən ilin yayında bir sıra rəsmilərin tutduğu vəzifələrdən sui-istifadə edərək özlərinə astronomik maaşlar yazması məsələsində rolu olmaqda və Refah bankının rəisinin təyin edilməsində müdaxilədə günahlandırılsa da, o həmin ittihamları rədd etmişdi. Bəzi mənbələr isə onun tutduğu vəzifədən sui-istifadə etməkdə, maliyyə fırıldaqçılığında və dövlət əmlakını mənimsəməkdə günahlandırıldığını bildirirlər.

Hüseyn Firudinə qarşı irəli sürülən ittihamlar təzə olmasa da, onun məhz indi tutulması, “Sepah”ın, o cümlədən də hakimiyyətin dini liderə yaxın qatı mühafizəkar qanadından olan bəzi cərəyanların Həsən Ruhaniyə və onun hökumətinə təzyiqi kimi qiymətləndirilir.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!