Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                       
25-11-2022, 07:54
Əli Xameneyinin bacısı qızı həbs olundu

Əli Xameneyinin bacısı qızı həbs olundu

İran İslam Respublikasının rəhbəri Əli Xameneinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani çərşənbə günü, noyabrın 23-də həbs edilib.
“Azad İran” xəbər verir ki, bu barədə siyasi fəalın qardaşı Mahmud Muradxani tviterdə yazıb.
O bildirib ki, bacısı noyabrın 23-də məhkəmə qərarını ona çatdırmaq üçün prokurorluğa gedərkən tutularaq həbsxanaya aparılıb.
Qeyd edək ki, vətəndaş cəmiyyəti fəalı olan xanım Muradxani bu il yanvarın 13-də Tehranda evinə qayıdarkən ETTELAAT tərəfindən həbs edilmişdi və may ayında 10 milyard tümən girov qarşılığında və istintaq müddəti başa çatanadək Tehran vilayətini tərk etmək məhdudiyyəti ilə müvəqqəti azadlığa buraxılıb.
Fəridə Muradxani həbsindən bir neçə ay əvvəl məhbuslara dəstək kampaniyasına start verib.
2018-ci ilin iyununda isə o, Sənəndəc şəhərinə getdikdən və İslam Respublikasına qarşı fəaliyyətə görə edam edilən siyasi məhbus Ramin Hüseyn Pənahinin ailəsi ilə görüşdükdən sonra həbs edilib.
25-11-2022, 07:45
Təbrizdə dərman çatımazlığı davam edir

Təbrizdə dərman çatımazlığı davam edir

Sosial media istifadəçilərinin verdiyi məlumata görə, Təbriz şəhərində dərman qıtlığı yaşanır və bir çox apteklərdə vacib dərmanların əldə edilməsi çətinləşib.
Təbrizin Tibb Elmləri Universitetetinin başçısı Bəhmən Nəqipur məsələni təsdiq edib.
O, dərman çatışmazlığına səbəb kimi bir çox dərmanların qiymətinin kəskin bahalaşmasını göstərib və əlaqədar qurumların problemin aradan qaldırılması üçün birgə məsləhətləşmələr apardıqlarını deyib.
Qeyd edək ki, dərman istehsalı müəssisələrinin verdiyi məlumata görə, xammal vaxtında təmin olunmadığı üçün bir sıra istehsal bölmələri bağlanıb.
Dərman Sənayesi Sahibləri Birliyinin yaydığı xəbərdarlıqda durumun belə davam edəcəyi təqdirdə avqust ayından başlayaraq bütün müəssisələrin bağlanacağı və dərman çatışmazlığının pik həddə çatacağı qeyd olunur.
Bir müddət bundan əvvəl Dərman Sənayesi Sahibləri Birliyinin başçısı Məhəmməd Əbdzadənin verdiyi məlumata görə, hazırda ölkədə 300 adda dərman tamamilə yoxa çıxıb və adi antibiotik və serum çatışmazlığı yaşanır.
21-11-2022, 20:05
VİLAYƏTİNİN DEMAQOGİYASI


Vidadi Mustafayev:

VİLAYƏTİNİN DEMAQOGİYASI

Rəhbərin Xarici siyasət üzrə MÜŞAVİRİ özünü bilməzliyə vuraraq Şimali və Cənubi Azərbaycana və azərbaycanlılara/AZƏRİLƏRƏ guya xoş sözlər deyərək, yeni sloqan deyir: "Bütün azərilər iranlı, bütün iranlılar azəridirlər".
Bu hiyləgər fars millətçisi utanmadan bütün azərilərin adından danışaraq, kor gözləri ilə Azərbaycan Respublikasının varlığını görmür və bütün azərbaycanlıları iranlı elan edərək Şimali azərbaycanlılara qarşı kimlik iddiası ilə çıxış edib, başından yekə qələt edir. İkincisi, bu siyasi elmlər professoru guya etnik və siyasi/vətəndaşlıq kimlikləri arasında fərqi bilmir.
Cənubi azərbaycanlılar bu gün İran vətəndaşı olaraq iranlıdırlar, burada vətəndaşlıq kimliyi ön plana çıxır, əsas fərqləndirici əlamətdir, lakin etnik baxımdan İran xalqlarının öz kimlikləri var, bu zaman etnik dil, mədəniyyət və digər fərqləndirici əlamətlər ön plana çıxır. Azərbaycanlıların etnik kimliyinin əsasını etnik dil, etnik/milli şüur, mədəniyyət və s. təşkil edir.
Vilayəti iranlı deyəndə digər millətçilər kimi farsları nəzərdə tutur.

Bu halda azərilərin özlərini fars və farsların özlərini azəri hesab edib-etməyəcəyi haqqında bir söz deyə bilməsək də Vilayətiyə bir təklifimiz var. Qoy cəmi bir il azərilər status baxımından iranlı/fars rolunu yerinə yetirsinlər. Yəni İran cəmiyyətinə rəhbərlik etsinlər və Azərbaycan dili dövlət dili olsun. Əgər farslar bunu qəbul edib qayda və ənənə halına salınmasına razı olsalar, onda deyə bilərik ki, azərilər iranlı/fars, farslar isə azəri/iranlıdırlar.
Görək Vilayəti buna razı ola bilərmi. Belə olsa, onda azərilər və farslar bərabər hüquqlu və statuslu etnik birliklər kimi bütün İranı idarə və təmsil edə bilərlər.
20-11-2022, 14:51
Əsranın 40 mərasimində qarşıdurma yaşanıb

Əsranın 40 mərasimində qarşıdurma yaşanıb

Dünən, Noyabrın 19-da Ərdəbildə hökumət məmurları tərəfindən öldürülən Əsra Pənahinin 40 mərasimi keçirilib.
Güney dəki mənbəmizin Butov.az-a verdiyi məlumata görə, İran polisi və mülki geyimli hökumət məmurlarının mərasimə müdaxiləsi, əhalini qəbristanlıqdan çıxmağa məcbur etmələri şəhərin küçələrində yerli əhalinin etiraz aksiyası keçirməsi ilə nəticələnib.
""Azərbaycan oyaqdı, öz qızına dayaqdı, "Azərbaycan milləti, çəkəmməz bu zilləti" və "Azadlıq, Ədalət, Milli hökumət" şüarları səsləndirən etirazçılarla məmurlar arasında ciddi qarşıdurma olub.
Xatırladaq ki, oktyabrın 12-də Ərdəbilin "Şahid" orta məktəbinin şagirdləri məmurların hökumət lehinə mitinq tələbini rədd edərək hökumət əleyhinə şüarlar səsləndirmişdilər.
Hökumət qüvvələrinin sərt müdaxiləsi və şagirdlərin amansızcasına döyülməsi nəticəsində Əsra Pənahi Xanqah adlı şagird həyatını itirib.

11-11-2022, 21:48
Molla rejimi azərbaycanlılara  qarşı düşmən mövqedədir...

Molla rejimi azərbaycanlılara
qarşı düşmən mövqedədir...


Milli azadlıq hərəkatının 77-ci ilində

Dünyada dövr edən hazırkı siyasi ovqat heç də ürəkaçan nəticə vermir. Azərbaycana qarşı düşmən mövqedə duranlar bu dəyişən situasiyada ən çox məğlubiyyət acısı dadanlardır. Məsələn, İranın ermənipərəst mövqeyi onu ölkəmizin inkişafını istəməyən ovqatda göstərir. Atalarımız demişkən: “Su səhəngi suda sınar”. Bu mənada, İranda vəziyyət daha da gərginləşir. Aksiyaların miqyası durmadan genişlənir. Zahidan, Xaş, Gilan, Lahican, Rəşt, Tehran, Kərəc, Təbriz, Ərdəbil və başqa şəhərlərdə camaat küçələrə, meydanlara axışır, Xameneinin şəkillərini yandırır, "Xameneiyə ölüm!” şüarları səsləndirirlər.
Kərəc şəhərində keçirilən aksiyaya molla rejimi maneələr törətmək istəyib, ancaq bu aksiya qarşıdurma ilə nəticələnib. Molla rejimi silaha əl atıb, nəticədə 17 yaşlı gənc güllələnib. Bu, İranın hazırkı dönəmdə necə çirkin siyasət yürütdüyünə aşkar bir nümunədir. Ümumiyyətlə, molla rejiminin apardığı yarıtmaz siyasət oradakı Azərbaycan türklərinə qarşı həmişə kəskin olub. Bu rejimin ikitirəli münasibəti cənubda yaşayan azərbaycanlıları qane etməyib. Üstəlik, onlar zaman-zaman bütün hüquqlarından məhrum ediliblər. Baxmayaraq ki, dəfələrlə söz verilib ki, Azərbaycan türklərinə öz ana dillərində məktəb açılacaq, onlar öz ana dillərində təhsil alacaqlar, əksinə olub. Azərbaycanlılar din pərdəsi altında sıxışdırılıb, təəssüf ki, bu siyasət hazırda da davam etdirilir.
İrandakı rejimə və bu qaragüruh addımı dəstəkləyənlərə xatırlatmaq istəyirik ki, Güneydə yaşayan soydaşlarımıza qarşı nə qədər amansız olsalar da, 35 milyondan çox soydaşımızın ürəyindən Azərbaycan sevgisini silə bilməyəcəklər. Onlar birdəfəlik bilməlidirlər ki, oradakı Azərbaycan türkləri özləri öz müqəddəratlarını həll etmək iqtidarındadırlar və bu hüquqa malikdirlər. Şübhəsiz, hər kəs bir gün bunu anlayacaq və görəcək.
Bizi tez-tez bir məsələ düşünməyə məcbur edir: Görəsən molla rejimi azərbaycanlıların öz dillərində təhsil almaq istəyindən, bir olmaq cəhdindən nə üçün bu qədər narahatlıq keçirir? Məlumdur, onlar yaxşı blilrlər ki, Arazın o tayı da, bu tayı da Azərbaycandır və Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil... Ən əsası, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz çox güclü dövlətlər arasında özünə məxsus yerdə dayanır... Belə görünür ki, molla rejimi Azərbaycanın sürətlə inkişafından, dövlət quruculuğundan ciddi narahatdır. Tarix də bunu təlqin edir.
Bu rejimin ermənilərə qucaq açması da bir çox gizli mətləblərdən xəbər verir. Hazırkı çirkin əməllərdən də görünür ki, 30 il Ermənistanın işğalı altında qalmış şəhər və kəndlərimizi fars-molla rejimi ilə erməni qardaşları birlikdə talayıb, viran qoyublar. Özünü dost göstərən bu rejimin ürəyində həmişə bir Ermənistan sevgisi görünüb. İşğal dövründə Azərbaycan ərazilərindən öz çirkin məqsədləri üçün istifadə edən qaraçı kökənli fars-molla rejimi eyni kökdən olan ermənilərin məscidlərmizdə donuz saxlamasına və dini abidələrimizi məhv etməsinə göz yummuş, dırnaqarası özlərini qonşularla mehriban göstərmişdir.
1945-ci il dekabrın 12-də 21 Azər hərəkatının qələbəsi ilə əlaqədar Cənubi Azərbaycan Demokrat Firqəsi fəaliyyətə başlamış, Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvəri Milli Hökumətin Baş naziri təyin edilmişdir. Artıq həmin vaxtdan 77 il ötür. Bu gün Güney Azərbaycanda başlayan xalq hərəkatı Seyid Cəfər Pişəvəri hərəkatının davamıdır. Bu hərəkatın da əsas aparıcı simalarından biri Seyid Cəfər Pişəvərinin layiqli davamçısı doktor Mahmudəli Çöhrəqanidir.
Mahmudəli Çöhrəqani 1958-ci ildə Güney Azərbaycanın Şəbistər mahalının Çöhrəqan kəndində anadan olub. Təbriz universitetinin xarici dillər fakültəsini bitirmişdir. Sonra orada dekan müavini işləmişdir. Çohrəqani elmi dərəcə alandan sonra Milli Azadlıq hərəkatına qoşulmuş, bunun üçün işdən qovulmuşdur. Onun "Fars dilində türk sözləri" kitabı (1994) ona şöhrət qazandırmışdır.
Mahmudəli Çöhrəqani İranın federativ ölkə olması üçün çalışırdı. Təbrizdən seçilən məclis nümayəndəsi Güney Azərbaycanın hüquqlarını müdafiə etdiyi üçün həbs olunmuşdur. Həbsdən azad ediləndən sonra ABŞ-a getmiş, orada "Oyanış TV"ni yaratmışdır.

Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqani uzun müddətdən sonra Azərbaycan televiziyalarına geniş müsahibələr verib. O, İranda son günlər gedən azadlıq hərəkatına öz dəstəyini vermiş, ABŞ Prezidenti Co Baydenin "İranlılar özləri özlərini azad edəcəklər və biz də prosesə dəstəyimizi göstərəcəyik" fikirinə münasibət bildirmişdir:
“Bəlkə də İranda inqilab biz dediyimizdən də tez olsun. Bu rejim çox fəsad törədib, 100 illik təhqir, həqarət, istismar yetər. Molla rejimi 70 min erməniyə Tehranda abidə qoydu, ancaq 300 min azərbaycanlı İran-İraq müharibəsində şəhid oldu, onların adlarını əbədiləşdirmək üçün heç nə etmədilər. Bu, aşkar göstərir ki, molla rejimi oradakı azərbaycanlılara qarşı düşmən mövqedədir, bu gün də öz çirkin niyyətindən əl çəkmir...Bir daha atalarımızdan sitat gətirərək deyirik: “Su səhəngi suda sınar”. Yaxud, “Almayın məzlumun ahını, çünki çıxacaq ahəstə-ahəstə”...
İranda etiraz aksiyalarının 56-cı günüdür. Güneyli soydaşlarımızın verdikləri xəbərə görə 50-si uşaq olmaqla 321 molla rejiminə qarşı etirazçı hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilib. Camaat molla rejiminin dəyişməsini istəyir, ancaq molla rejimi tərəfindən ölkədə hər gün yüzlərlə etirazçı saxlanılır.
Molla rejimi isə ABŞ, İsrail və Azərbaycanı şərləyərək şantaj edir. Bununla da Tehranın daha çox hədələmə taktikasını seçdiyinin şahidi oluruq.
Öz ölkəsinin daxili problemlərini həll etməyi bacarmayan molla rejimi Azərbaycanı qorxutmaq istəyir.
Prezident, Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şuşada hərbiçilər qarşısında çıxışı zamanı SEPAN-ın Azərbaycanla sərhəddə keçirdiyi təlimlərə və bu ölkə rəsmilərinin hədələyici çıxışlarına cavab verib:
"İndiki Azərbaycan Ordusu iki il bundan əvvəlki Azərbaycan Ordusundan daha güclüdür. Bunu hər kəs bilməlidir, Ermənistan və hər kəs!.. Çünki yenə də deyirəm, mən heç vaxt müqayisə aparmaq istəmirəm, - amma indi dünyada heç nəyi gizlətmək mümkün deyil, hər şey göz qabağındadır, - bir çox ölkələr daxili problemlərin içində çabalayır, bir çox ölkələrdə daxili böhran hökm sürür, qarşılıqlı inamsızlıq, ictimai asayişin pozulması, xalq-iqtidar arasındakı uçurum...”
Prezident bu çıxışı ilə molla rejiminə və Ermənistandakı son hadisələrə münasibətini bildirib.

Hüseyn İsaoğlu
(Məmmədov) Yazıçı,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü

9-11-2022, 10:04
PANFARSİST TULALARI HÜRMƏYƏ BAŞLADILAR

PANFARSİST TULALARI HÜRMƏYƏ BAŞLADILAR

İran İslam Respublikasının Azərbaycan Respublikasına yönəlik siyasəti prezident İbrahim Rəisinin komandası (2021-ci il avqustundan) öz vəzifəsini icra etməyə başlayandan sonra yeni prinsiplərə əsaslanmağa başlayıb. Həmin prinsiplərin nədən ibarət olduğunu təsəvvür etmək üçün Təbrizdə İran Radio-Televiziya Şirkəti rəhbərliyinin 2021- ci ilin oktyabr ayında dörd Cənubi Azərbaycan vilayəti radioteleviziya idarələrinin rəhbərliyi ilə keçirilən birgünlük toplantında qəbul edilmiş qərarlar yada salınmalıdır.
Toplantının yekununda elan edilmişdir ki, bundan sonra İran mediası İran–Azərbaycan münasibətlərinin ideoloji aspektini tamamilə yeni prinsiplər əsasında, yeni məzmunda təqdim edəcək.
Həmin prinsiplər aşağıdakılardır:
1.İran-Azərbaycan münasibətlərini fars-türk deyil, türk-türk münasibətləri kimi nəzərdən keçirmək;
İranın Azərbaycan Respubliasına yönəlik siyasətinin ideolji əsası indiyə qədər türk/azərbaycanlı/(Şimali Azərbaycan)-fars(İran) kim təsəvvür edilirdi. Artıq belə yanaşmanın vaxtı keçdiyindən, həmin münasibətləri türk/azərbaycanlı (Cənubi Azərbaycan)-türk/azərbaycanlı (Şimali Azərbaycan) münasibətləri, rəqabəti kimi təqdim etmək qərara alınmışdır.
2.Cənubi azərbaycanlıların dini kimliyini gücləndirmək;
Cənubi azərbaycanlıları Şimali azərbaycanlılara qarşı qoymaq üçün onların dini kimliyini gücləndirmək və guya dövlətin dini strukturlarında mövqelərini möhkəmlətmək və statuslarını yüksəltmək planlaşdırılır.
3.Cənubi azərbaycanlılarda Şimali Azərbaycanın ədalətsizliyi hissini gücləndirmək;
Cənubi azərbaycanlılardan Şimali Azərbaycan dövlətinə qarşı istifadə etmək üçün Şimali Azərbaycanın İranla bağlı hərəkətləri və siyasətini ədalətsiz kimi qələmə vermək nəzərdə tutulur.
Biz bu yeni siyasətin ilk təzahürünü artıq kimliksiz, millətinin düşməni olan birinin aşağıda qeyd olunan böhtan və iftiralarında görürük. İran tərəfi Şirazda mavzoley kompleksində baş verən (26.10.2022) terror hadisəsində Azərbaycan Respublikasının vətəndaşının( İŞİD-çi adlandırılan) guya aparıcı rol oynadığını bütün dünyaya elan etdi. Halbuki, nəinki dünyada, eləcə də İranda, terrorun İran xüsusi xidmət orqanları tərəfindən törədildiyni yaxşı bilir və bəyan edirlər. Bununla belə, Cənubi Azərbaycanda həmişə panfarsistlərə qulluq edən və öz milli hüquqları və milli kimliyindən imtina edən şəxsləri, az da olsa, görmək olar. Belələrindən biri, hətta ana dilinin fakultativ fənn kimi məktəblərdə tədris olunmasının, azərbaycanlıların türk kimliyi və ümumiyyətlə ayrıca etnik kimliyə malik oması əleyhinə mübarizə aparan keçmiş SEPAH zabiti və uğursuz siyasətçi olmuş, hazırda nə işlə məşğul olduğu bilinməyən bir yaramazdır (bax: “ANAJ” saytı, 8 noyabr 2022).
O, yuxarıda qeyd edilən provakasiya xarakterli, əsasız ittiham və düşünülmüş böhtandan ilham alaraq, həyasızcasına Azərbaycana qarşı ağasından daha böyük ittiham və böhtanlar irəli sürərək deyir: ”Təəssüflər olsun ki, Qarabağ terrorçuların əlinə keçib, Türkiyə və Azərbaycan hökuməti terrorçuları ora toplayıb, onlara təlim keçmək, manevr etmək imkanı verib”.
Belə həyasızlıqla iftira atan bu şərəfsiz daha da irəli gedərək müstəqil Azərbaycan dövlətinə zooloji düşmənçiliyini açıq aydın bəyan edir, Azərbaycan hökumətinə qarşı ağasının başından böyük hədələr irəli sürür. Təbii ki, bu tör-töküntü yuxarıda qeyd edilən siyasətin aciz bir piyadasıdır, ona görə onun hədyanlarını burada təkrar etməyə ehtiyac yoxdur. Onun niyə və nə demək istədiyinə aidiyyatı qurumlar daha yaxşı qiymət verə bilərlər. Amma əsas məsələ zahirən Cənubi azərbaycanlı birisinin Şimali Azərbaycana qarşı ideolji müharibə cəbhəsini açmasıdır.
İnsan şərəfsiz və ləyaqətsiz olanda, bir qab yal üçün hara, kimə, özününkünə, özgəyə, nə vaxt desən, hürməyə hazırdır. Biz əminik ki, belə ləyaqətsiz, şərəfsiz və milli kimliksiz şəxslərin sayı ketdikcə nəinki Cənubi Azərbaycanda, eləcə də bütün İranda daim azalacaq.
Vidadi Mustafayev,
dosent, tarix üzrə fəlsəfə doktoru,
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin müdiri
17-10-2022, 08:19
14 maddəlik birgə mübarizə prinsipləri


Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi 14 maddəlik birgə mübarizə prinsiplərini qəbul etdi

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi ortaq prinsiplərin yayılması ilə bağlı açıqlama yayıb.
Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinin 14 maddədən ibarət prinsipləri qəbul edilib.

Prinsiplər aşağıdakılardan ibarətdir:
1. Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi Türk milli düşüncəsinin təməl ilkələri (prinsipləri) üzərində qurulub.
2. GATİM Güney Azərbaycanda baş vermiş 100 illik Vətən işğalına qarşı bütün milli, tarixi, insani ayaqlanmaları özünün zəngin təcrübəsi hesab edir.
3. GATİM-in əsas fəaliyyət və amacı ”Azadlıq, Ədalət və Milli Hökumət”dir.
4. GATİM-in qəbul və ya himayə edəcəyi Güney Azərbaycanın milli-siyasi xəritəsi Vətən sınırları və toxunulmaz torpaq bütövlüyünü göstərir.
5. GATİM-ə üyə olan qurumlar Azərbaycan coğrafi sınırlarını Vətən sayır, onun topraq bütünlüyünə inanır və ”Güney Azərbaycan İran Deyil!” ilkəsinə dayanır.
6. GATİM-in təməl amacı Güney Azərbaycanda milli hakimiyyəti qurmaqdır. Güney Azərbaycanda yaşayan azınlıqların haqları milli hakimiyyətin güvəncəsi altındadır.
7. GATİM sekular ilkələrə dayanaraq, hər türlü irqçiliyə və ayrı-seçkiliyə qarşıdır.
8. GATİM-ə görə Güney Azərbaycanda olan milli, iqtisadi, ictimai, işçi, çevrə, eləcə də qadın, uşaq və insan haqları kimi qonular milli-qurtuluş mücadiləsinin ayrılmaz hissəsi olaraq, Güney Azərbaycan Milli Hərəkatı içində dəyərləndirilməlidir.
9. GATİM Güney Azərbaycanın varlığını danan, Türk düşmənçiliyi edən irançı və Güney Azərbaycanın torpaq bütünlüyünə iddia edən hər hansı terrorçu qruplarla işbirliyi aparmır.
Yalnız zaman və gəlişən şərtlər doğruntusunda silahlı terrorçu qruplar istisna olmaqla, hər hansı siyasi qurum-quruluşlarla rəsmi müzakirə gərəyi GATİM şərtləri altında incələnir və qərar alınır.
10. GATİM-ə üyə təşkilat və qurumlar İran işğalçı rejiminin Güney Azərbaycan Milli Hərəkatının əleyhinə yönəltdiyi çeşidli təxribatları nəzərə alaraq, İran rejimi ilə iş ortaqlığı hesab edilən hər hansı işbirliyini yolverilməz sayır.
11. GATİM-ə üyə olan qurumlar qəbul etdikləri bu ilkələrə bağlı qalmaq şərtilə öz fəaliyyətlərində müstəqildirlər.
12. GATİM milli birlik, ulusal dayanışma və uzlaşma ilkələrinə dayanaraq, Azərbaycan dövlətçiliyinə, ədalət və azadlığa doğru fəaliyyət göstərir.
13. GATİM öz fəaliyyətlərini zamanla demokratiya ilkələrinə uyğun gəlişdirməyi hədəfləyir.
14. GATİM üyələr tərəfindən qəbul olunan yuxarıdakı 13 maddəlik ilkələrə dayanaraq iş birliyi edir.
Qərar Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinə daxil olan
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC)
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
Güney Azərbaycan İstiqlal Partiyası (GAIP)
Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) tərəfindən qəbul edilib.
12-10-2022, 12:18
Təşkilat Komitəsinin yaradılmasıyla bağlı bəyanat qəbul edildi

Təşkilat Komitəsinin yaradılmasıyla bağlı bəyanat qəbul edildi
8-10-2022, 15:46
HİCABDAN AZAD OLMAQ ASANDIRMI?

Vidadi Mustafayev:


HİCABDAN AZAD OLMAQ ASANDIRMI?
Müasir Qərb norma və prinsiplərinin orta əsr norma və prinsiplərinin hakimyyəti altında süni şəkidə birləşdirilməsi nəticəsində yaranan İran İslam Respublikası rejiminin elə fəaliyyətə başladığı ilk gündən müasirlik köhnəliyə və köhnə ideyaların daşıyıcılarının ağalığına qarşı hələlik uğursuz mübarizə aparır. Həmin süni quramanın mövcudluğundan ən çox əziyyət çəkən bir anda XX əsrdən VII əsrə qaytarıan qadınlardır. Ona görə də ölkədəki qadınlar bütün etiraz aksiyalarında getdikcə daha fəal iştirak edirlər.
Orta əsrlər qaydasına düzgün əməl etmədiyinə, baş örtüyünün altından saçlarının görünməsinə görə “əxlaq polisi” (gəşte irşad) tərəfindən tətbiq edilən və gənc xanımın ölümü ilə nəticələnən sərt cəza tədbirləri və zorakılığa qarşı sentyabrın 17-dən İranda başlanan etiraz aksiyaları bütövlükdə qadınların hüquq və azdlıqlarının müdafiəsinə yönəlmişdir. Həmin aksiyalarda qadınlarla yanaşı gənc kişilər də fəal iştirak edərək qadınlara dəstək və hakimiyyətin zorakılığına qarşı etiraz nümayiş etdirirlər.
Etiraz aksiyalarının mərkəzində yalnız gənc xanımların deyil həm də bütövlükdə gənc nəslin etirazına səbəb olan və qadınların şəxsi, mədəni azadlıqlarını məhdudlaşdıran icbari HİCAB məsələsi durduğundan həmin məsələ haqqında bir qədər geniş danışmağa ehtiyac var.
Məlum olduğu kimi, İranda modernləşmənin XX əsrin 20-ci illərində yuxarıdan başlayan ikinci mərhələsi daha çox mədəni-məişət sahəsində (geyim, davranış və s.) qərbləşmə kimi özünü göstərirdi.
Ruhanilərin və onlara yaxın ideoloqların da şah rejiminə qarşı təbliğatının mühüm hissəsini ölkədə qərbçiliyin geniş yayılmasına qarşı fəaliyyət təşkil edirdi. Ruhanilərin qərbləşməyə qarşı yönəlmiş həmin təbliğatı şah rejimini əhalini öz kökündən, adət-ənənələrindən, dinindən uzaqlaşdırmağa çalışmaqda ittiham edirdi.
Həmin təbliğat İslam inqiabının baş verməsində və ondan sonra qərbçiliyin qeyd edilən sahələrdə bütün təzahür formalarına qarşı geniş və mütəşəkkil mübarizənin başlanmasında müəyyən rol oynamışdır.
Rza şah qərbləşdirmə syasətini həyata keçirərək müasir dünya ilə ayaqlaşmaq istiqamətində hərəkət etdiyi halda, yeni təsis edilmiş İslam rejimi daha geniş miqyasda və bütün sahələrdə, ilk növbədə mədəniyyət və onun hər gün təzahür etdiyi məişət həyatı sahəsində islamlaşdırma siyasətini həyata keçirməklə geriyə qayıdışa start vermiş oldu. 1978-1979-cu illər inqilabından sonra İranda hakimiyyətə gəlmiş yeni rejim islamlaşdırmaya, onun ilk addımlarına qarşı güclü müqavimət göstərən ali təhsil sisteminin fəaliyyətinin dayandırılması və yenidən qurulmasından başladı.
Mədəniyyət və mədəni fəaliyyət sferasını yenidən qurmaq üçün 1980-ci ildə Mədəni inqilab qurumu təsis edildi və sonra Ali Mədəni İnqilab Şurasına çevrildi. Həmin qurumun rəhbərliyi ilə mədəniyyət, xüsusən təhsil və ali təhsil sistemində “təmizlmə” işləri aparıldıqdan sonra 1982-ci ildə ali məktəblər fəaliyyətlərini bərpa etdilər. Artıq ali məktəblər mərkəzi hakimyyətin dini qolunu təmsil edən əsas və köməkçi nəzarət qurumları və təmsilçiləri ilə təmin edilmişdir.
Beləliklə, İslam rejimi Rza şahın qərbləşdirmə modeleni islamlaşdırma modeli ilə əvəz edərək onu daha geniş şəkildə tətbiq etməyə başlamışdır. Əslində İslam rejimi Rza şahın siyasətini öz maraqları çərçivəsində təkrar edərək qərbləşmə ilə islamlaşma arasında fərqi görə bilmədi və ya görmək istəmədi.
Hər iki model arasında ən üzdə olan fərq onların cəmiyyətin inkişaf meylinə münasibətində əks olunur. Rza şahın qərbləşdirmə modeli zahirən də olsa, İran cəmiyyətinin müasir cəmiyyət səviyyəsinə yüksəldilməsinə xidmət edirdi. Lakin Xomeyninin islamlaşdırma modeli erkən orta əsrlərdən götürüldüyü üçün İran cəmiyyətini nəinki müasir cəmiyyətin qəbul etdiyi normalardan, hətta digər müsəlman cəmiyyətlərindəki mövcud qaydalardan təcrid etməyə və onlara qarşı qoyulmasına xidmət edirdi.
Rza şahın daha çox vesternizasiya (qərbləşdirmə) kimi çıxış edən modernləşdirmə siyasətinin ən əsas xüsusiyyəti ondan ibarət idi ki, cəmiyyətin inkişaf səviyyəsi artdıqca həmin siyasətə nəinki müqavimət azalır, əksinə tərfdarları çoxalırdı. Ona görə artıq XX əsrin 50-ci illərindən sonra icbari modernləşdirmədən danışmaq olmazdı.
İslam Respublikasının islamlaşdırma siyasətininin əsas xüsusiyyəti isə ondan ibarətdir ki, cəmiyyətin inkişaf səviyyəsi yüksəldikcə həmin siyasətə müqavimət də artır. Ona görə modelin qəbul olunduğundan qırx ildən çox vaxt keçməsinə baxmayaraq, onun icbari xarakter daşımadığını demək olmaz.
Qeyd edildiyi kimi, ali təhsil sistemində islamlaşdırma siyasətini həyata keçirmək üçün xüsusi hazırlıq tədbirləri keçirildi. Bunun ardınca ali təhsil sistemində ciddi təşkilati və mənəvi-ideoloji nəzarət sistemi fəaliyyət göstərdiyindən zahirən həmin siyasətə müqavimət göstərilmədiyi təsəvvürü yaranırdı. Lakin zaman keçdikcə islamlaşdırmanın İran variantının insanların azadlığının əsas tələbləri və şəraitinə zidd olduğu daha çox özünü göstərir, etiraz və müqavimətlə üzləşir.
Əgər ruhanilər, onların sosial dayağı olan ənənəvi sosial qruplar və onların ideoloqları modernləşməyə qarşı çıxırdısa, artıq bütün orta təbəqə, xüsusən onun savadlı hissəsi islamlaşdırmaya qarşı çıxır. İranda hər il bir neçə milyon ali təhsil məzunu olduğu nəzərə alınsa, onda müqavimətin açıq və gizli miqyasını təsəvvür etmək çətin olmaz. Bir sözlə, cəmiyyətin savadlı və inkişafın müəyyən bir pilləsində dayanan üzvləri islamlaşdırmaya qarşı çıxır. Yəni ənənəvi qüvvələr qərbləşdirməyə qarşı çıxırdırlarsa, bu gün İran cəmiyyətinin sosial, siyasi və mədəni baxımdan mütərəqqi qüvvələri islamlaşdırmaya qarşı çıxır, ona müqavimət göstərir. Bu səbəbdən də əminliklə demək olar ki, islamlaşmaqdan müasirliyə qayıdış prosesini ləngitmək olar, amma qarşısını almaq olmaz.
Mədəni-məişət sferasının islamlaşdırılmasında cəmiyyətin yarısını təşkil edən qadınların fərdi azadlığı sırasındakı mövcud elementlərindən biri olan HİCAB məsələsi ən mühüm yeri tutur.
Biz bu kiçik yazıda İslamda hicabdan, müsəlman xalqlarının həyatında onun yerindən, o cümlədən hicab örtüyünün tarixindən və onun xüsusiyyətlərindən, ənənələrindən danışmaq istəmirik. Burada çox qısa şəkildə əsas diqqəti XX əsrdə İranda mərkəzi hakimiyyətin hicab sahəsində siyasətinə və əhalinin ona münasibətinə yönəltmək istərdik.
Məlum oduğu kimi İranda modernləşmə siyasəti çərçivəsində 1934-cü ildə dövlət qurumları və təhsil müəssislərində hicabın qadağan olunması haqqında qanun qəbul edilmişdi. Əhalinin əksəriyyətinin həmin qurumlardan kənarda qalması, daha aşağı səviyyədə yaşaması, ruhanilərin təsiri altında olması səbəbindən həmin qanuna geniş kütlələrin passiv və ruhaniərin aktiv müqaviməti müşahidə edilmişdir. Lakin zaman keçdikcə orta təbəqə üzvlərinin sayı artıqca, ona uyğun olaraq hicabdan xilas olanların da sayı artmışdır. Həmin proses təbii şəkidə davam etdiyindən artıq dövlətin məcbur etmə vasitələrindən istifadə etməsinə ehtiyac qalmamışdır. Çünki hicab örtməmək qadınların gündəlik ictimai-siyasi, mədəni fəaliyyəti və həyatının tələbi kimi çıxış edirdi və onlar həmin tələbləri sərbəst şəkildə yerinə yetirə bilirdilər.
XX əsrin 60 -cı illərindən başlayaraq İranda modernləşmənin vesternləşmə sahəsinə qərbpərəstlik adı altında mədəni və ideoloji müqavimət meydana gəlir. Həmin müqavimətin kökündə cəmiyyətin sosial qütbləşməsinin dərinləşməsi durur və həmin qütbləşmə vesternləşmə (qərbləşmə) ilə ənənəvi elementlərin qarşıdurması kimi təzahür edirdi. Ənənəvi sosial qruplar və onların ideoloji, mədəni, mənəvi təmsilçiləri hakim sinif və təbəqələrə qarşı mənfi münasibətlərini qərb mədəniyyəti ünsürlərinin geniş yayılmasına qarşı etirazları şəklində bəyan edirdilər.
Bütün bunlar və digər daha köklü və situativ səbəblər İranda 1978-1979-cu illər antimonarxist inqilabının baş verməsini, onun qalib gəlməsini və ruhani (molla) hakimiyyətinun təsbit edilməsini təmin etdi.
Şəriksiz avtoritetə malik olan inqiab lideri və rəhbəri Ruhulla Xomeyninin tələbi ilə ölkədə İslam Respublikası elan edildi, yeni Əsas qanunda İslam dininin şiə məzhəbi və ruhanilərin ali hakimiyyəti, cəmiyyətin həyatının İslam normaları əsasında tənzimlənməsi təsbit edildikdən və yeni hakimiyyət qolları formalaşdəqdan sonra cəmiyyətin əsaslarının İslam normaları əsasında yenidən qurulmasına başlandı.
Hələ inqilabdan əvvəl, qeyd edildiyi kimi, qərbçiliyə qarşı aşağı təbəqələrdə müəyyən mənfi münasibət olduğundan, əsas diqqət mədəni və mədəni-məişət sferasının İslam qanunlarına tabe edilməsinə yönəldildi. Bunun üçün Mədəni İnqilab qurumu, az sonra onun əsasında Ali Mədəni İnqilab Şurası yaradıldı.
Qərbçiliyin əsas “yuvası” olan ali təhsil müəssisələrinin yeni siyasətə müqavimətini aradan qaldırmaq üçün ali təhsil müəssisələri bağlandı və 2 ildən çox (1980-1982) fəaliyyət göstərmədi və həmin müddətdə təhsil sistemi Qərb ünsürlərindən “təmizləndi”. Rejim üçün ən mühüm nəticə isə bu oldu ki, təhsil sistemi etibarlı kadrlar və İslam nəzarət qurumları ilə təmin edildi.
Mədəni inqilab orqanının əsas işlərindən biri qadınların islam qaydalarına əsaslanan həyat tərzini müəyyən edib tənzimləmək idi. Həmin məsələnin mərkəzi komponentini HİCAB təşkil edirdi. Onun ətrafında müəyyən müzakirələr getsə də, Quran, hədis və ən əsası Xomeyninin sözlərindən çıxış edərək hicabın qadınlar üçün icbari xarakter daşıması haqqında qanun (İslam cinayət məcəlləsi, Maddə 638, 1362/1983;1375/1996) qəbul edildi. Qanuna görə ümumi məkanlarda hicabsız gəzən qadın 10-60 gün həbs və ya 74 şallaq, ya da 50-500 min riyal cərimə cəzasına məhkum edilir. Qanunun tətbiq edilmə mexanizmi və ona əməl olunmasını təmin edən vasitələr müəyyən edilmişdi. Həmin vaxtdan da hicab qanununa əməl olunması sahəsində geniş ideoloji, təbliğatı və operativ fəaliyyət göstərilir.
İranın tanınmış və islahatçı adlandırılan alimlərindən biri olan doktor Sadiq Zibakəlamın hesablamalarına görə, Hicab haqqında qanunun təmin edilməsi ilə 30-dan çox təşkilat məşğul olur və həmin sahəyə büdcədən külli miqdarda birbaşa və ya qeyri-müstəqim şəkildə vəsait ayrılır. Doktor istehza ilə qeyd edir ki, məsələ ilə tanış olan hər bir şəxs güman edər ki, İranın daxili ictimai-siyasi həyatında hicabdan vacib ayrı bir məsələ yoxdur.
Əgər məsələyə maraqlı tərəflərin mövqeyindən yanaşılarsa, onda görərik ki, hicab nəinki büdcə vəsaitinin bölüşdürülməsi sahəsində mühüm rol oynayır, həm də bütövlükdə rejimin mövcudluğunun qorunmasında misilsiz əhəmiyyətə malikdir.
Obrazlı dildə desək, HİCAB rejimin PAPAĞI, fəqərə sütunu, fundamenti hesab edilir. Rejimin hicabdan imtina etməsi öz gələcək varlığından imtina etməsi ilə barışması anlamına gəlir.
NİYƏ?
Rejim hicabın icbari olmaması haqqında qanun qəbul eləsə, nələrin baş verəcəyini ehtimal etmək olar. Hicabın icbari olmaması haqqında qanun əslində belə bir qanunun olmaması anlamına gələcəkdir. Çünki bu halda həmin qanunun icrasını təmin edən qurumlar ya buraxılmalı ya da profili dəyişdirilməlidir. Hicab örtüyünün icbari omaması qadınların geyimlərində yenidən inqiabi dəyişikliyə gətirib çıxaracaq və onlar geyim azadlığına nail olmağa çalışacaq, qanuni olmasa da, praktiki olaraq İslam geyimlərindən imtina edəcəklər. Geyim bir tərəfdən insanın fəaliyyət sahəsi, digər tərəfdən davranışı ilə sıx bağlıdır. Hicab və geyimin sərbəstləşdirilməsi qadınların bütün ictimai, siyasi, mədəni qurumlarda fəaliyyətinin genişlənməsi və fəallaşmasına şərit yaradacaqdır. Çox sadə dillə deyilsə, onlar kişilərlə bərabər eyni yerdə müxtəlif tədbirlərdə rəsmi və qeyri-rəsmi şəkildə iştirak edəcək, indiyə qədər girişləri qadağan edilmiş və ya məhdudlaşdırılmış sahələrə daxil olacaq, bunula da mədəni-məişət sahəsinin tənzimlənmsində İslam normalarına ehtiyac qalmayacaqdır. Əgər tək bir sahədə fəaliyyətin tənzimlənməsində İslam normaları kənara qoyularsa, onda digər sahələrdə də eyni tələblər irəli sürüləcəkdir. Bu halda bütün qanunvericilik, məhkəmə qanun və qərarlarına yenidən baxılmalı və islam normaları həmin sferadan uzaqlaşdırılmalıdır. Əgər bu baş verərsə, onda İslam normalarının günün tələblərinə cavab verməməsi aşkar olar və dinin dövlətdən ayrılması tələbi ortaya çıxar. Həmin tələbin yerinə yetirilməsi isə İslam biliciləri hesab edilən ruhanilərin ali hakimiyyətinin sonu demək olacaqdır. Başqa sözlə, siyasi sistem öz normal formasına qaytmış olacaqdır.
Göründüyü kimi, HİCAB adi bir məsələ deyil, sistemin varlığı ilə bağlı məsələdir. Ona görə mövcud hakimiyyət var gücü ilə hicabın qorunmasına çalışacaqdır. Hicab haqqında qanuna heç bir dəyişiklik etmək və ya onu ləğv etməkdən söhbət gedə bilməz. Sadəcə olaraq qanunun icra olunmasına dırnaq arası baxıla bilər. Bu da bir tərəfdən hicabın vacib element kimi sistemdə varlığını qorumağa, digər tərəfdən insanların müqavimətini azaltmağa yardım edə bilər. Amma belə bir yarımçıqlıq son nəticədə REJİM üçün heç bir müsbət nəticə verə bilməz, olsa-olsa onun ömrünü və əhalinin əzab-əziyyətinin müddətini bir qədər uzada bilər.
Bir sözlə, HİCAB məsələsinə adi bir məsələ kimi baxmaq olmaz. HİCAB taleyüklü məsələdir və rejimin varlığı ona bağlıdır.
06.10.2022

5-10-2022, 07:37

İslam rejimini gözləyən tale...
İslam rejimini gözləyən tale...

Vidadi Mustafayev:


MƏHƏMMƏD RZA ŞAH PƏHLƏVİ VƏ INQILAB RƏHBƏRI SEYID ƏLI XAMENEİ
İranda 10 gündən çox davam etmiş son etiraz və iğtişaşların səbəbləri haqqında ölkənin ictimai-siyasi fikrində iki yanaşma mövcuddur. Ekspert kimi çıxış edən və obyektiv mövqe sərgiləyən ictimai elmlər sahəsinin alimləri hadisələrin səbəbini cəmiyyətdə mövcud olan, həll edilməyən və daim yığılıb artan daxili siyasi, iqtisadi, sosial və mədəni problemlərdə görür, onların həll edilməsinin vacibliyni vurğulayır və xəbərdarlıq edirlər ki, əks təqdirdə etiraz və iğtişaşlar paralel olaraq daim artacaq, necə ki, hər bir kəs neçə ildir dalbadal bunun şahidi olur.
Hakimiyyətdə bilavasitə iştirak edən və ya orada status əldə etmək istəyən ideoloqlar hazırda monopol hakimyyətə sahib olan və mühafizəkar adlanan qüvvələrin mövqeyini əks etdirərək etiraz və iğtişaşların səbəbini xaricdə-Amerikada, İsraildə, Səudiyyə Ərəbistanında və onların iranlı xarici və daxili əlaltıları adlandırdıqları münafiqlər, şahpərəstlər/monarxistlər, separatistlərdə axtarırlar.
11 mehr 1401/3 oktyabr 2022-ci il tarixində Ali Hərbi məktəblərin birində buraxılış mərasimində çıxış edən İnqilab Rəhbəri sonuncu mövqeyi detallı şəkildə təkrar etdi. Etiraz və iğtişaşarın xaricilərin işi olduğunu vurğuladı. Burada 1978-79-cu illər inqilabının gedişində şah mediasının hadisələrə münasibəti yada düşür. Şah rejiminin kütləvi informasiya vasitələri nəinki etiraz və iğtişaşların səbəbəni xaricilərdə görür, hətta küçələrə çıxan minlərlə, on minlərlə insanı da xaricilər adlandırırdı. Şah rejimi xalqın şahpərəst olduğunu və etirazçıların xaricilər olduğunu deyə-deyə hakimyyətdən əl çəkməli odu.
İNDI İNQILAB RƏHBƏRI VƏ ONU ƏHATƏ EDƏN QÜVVƏLƏR DƏ XALQIN İSLAM REJIMINƏ, RƏHBƏRƏ SADIQ OLDUĞUNU VƏ ETIRAZ VƏ IĞTIŞAŞLARIN XARICILƏRIN IŞI OLDUĞUNU DEYƏ-DEYƏ HƏMIN YOLU GEDIR.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!