Masazıra gedənlərin nəzərinə! .....                        Ukrayna üçün vacib sənəd imzalandı .....                        Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat .....                        Ağsuda maşın aşdı - Ölən var .....                        İran dağılır - İnsanları güllələyirlər .....                        Bakıda güclü duman - Sürət həddi endirildi .....                        Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər yayıldı .....                        Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü .....                        İnsan kimi yeriyə bilən robot hazırlandı .....                       
Tarix : 24-09-2021, 09:21
POLKOVNİK-LEYTENANTIN XATİRƏSİ ƏBƏDİLƏŞDİRİLİB

Rəşad Quliyev 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə adı qızıl hərflərlə yazılan qəhrəman oğullardan biridir. 37 yaşında şəhadətə yüksələn bu igid oğulu indi bütün Azərbaycan tanıyır, xatirəsini ehtiramla yad edir. Əgər o, yaşasaydı ömrünün 38-ci baharını qeyd edəcəkdi. Ancaq o, əbədiyyətə qovuşdu, qəhrəmanlığı isə dillərdə dastan oldu Rəşad Rəşid oğlu Quliyev 1983-cü il sentyabrın 23-də Xətai rayonunda anadan olub. 1990-1998-ci illərdə Xətai rayonundakı A.Xəlilov adına 263 nömrəli tam orta məкtəbdə, 1998-2000-ci illərdə isə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə, 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində hərbi təhsil alıb. Təhsilini bitirəndən sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda tabor komandiri Rəşad Quliyev tabeliyində olan igid döyüşçülərlə bərabər Füzuli, Xocavənd, Cəbrayıl uğrunda döyüşlərdə erməni faşistlərinə qarşı kişi kimi savaşıb. Müharibədə göstərdiyi qəhrəmanlıqlara görə döyüş yoldaşları tərəfindən Canavar ləqəbi ilə tanınıb. Vətən müharibəsində şəxsi igidliyi və şücaəti ilə tarix yazan polkovnik-leytenant Rəşad Quliyev 2020-ci il oktyabrın 7-də Cəbrayıl rayonunun erməni işğalından azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Polkovnik-leytenant Rəşad Quliyev İkinci Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovnik-leytenantı Rəşad Quliyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Ailəlidir, Dərya və İnci adında iki qızı var. Sentyabrın 23-də Bakının Suraxanı rayonunun Zığ qəsəbəsində Müzəffər Azərbaycan Ordusunun polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi Rəşad Quliyevin doğum günündə xatirəsinə əbədiləşdirilən bulaq və parkın açılış mərasimi keçirilib. Açılış mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək, hər zaman şəhidlərin və şəhid aillələrinin dövlətimiz tərəfindən diqqət və qaygı ilə əhatə olunmasını, şəhid polkovnik-leytenant Rəşad Quliyevin Cəbrayıl rayonunun azad edilməində böyük qəhrəmanlıqlar göstərməsini, eləcə də hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunan ərazilərimizin bərpa olunmasını və böyük quruculuq işlərinin başlanmasını diqqətə çatdırıb.

Sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, şəhidin anası Mətanət Quliyeva, şəhid döyüşçü Vidadi Cabbarovun atası Cəbrayıl Cabbarov və qazilər polkovnik-leytenant Rəşad Quliyevin rəşadətli döyüş yolundan və Vətənə olan sonsuz məhəbbətindən söhbət açıblar. Mərasimdə şəhidin ailə üzvləri, cəbhə yoldaşları, yaxın dostları, qazilər, şəhid anaları, qəsəbə sakinləri, məktəblilər, 252 nömrəli tam orta məktəbdə şəhidin adı verilən 3e sinfinin şagirdləri, şəhidin döyüşçü yoldaşı Qurban Əbdülrəhmanovun 5 ay öncə dünyaya gələn oğlu Rəşad da iştirak edib. Anım mərasimində 263 nömrəli tam orta məкtəbin şagirdləri şəhidlərə, Vətənə həsr olunan şeirlər söyləyib.

Sonda mərasim iştirakçıları şəhid polkovnik-leytenant Rəşad Quliyevin adına olan bulağın və xatirə lövhəsinin önünə gül dəstələri qoyub.

Təranə CƏBİYEVA


Paylaş



Bölmə: Şəhidlər / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!