TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 29-07-2022, 08:47
Leyla YAŞAR yazır:" Daş adam".

Leyla YAŞAR yazır:" Daş adam".

Nəfəsini bir az dərib, yoluna yenidən davam etdi. Deyilən yerə az qalmışdı. Hava qaralmaga dogru getsə də, batmaq istəməyən günəş, üz - gözünü "turşudub" dayanmışdı. Küçədəki səssizlik, onun ayaqqabılarının taqqıltısını yad qonaq kimi qəbul edirdi. Xəzəllər ayagının altında xışıldadıqca ona ləzzət edir, addımlarını yeyinlədirdi. O, bu gün o müqəddəs yeri gedib görməliydi. Dildən dilə dolaşan “daş adam" əfsanəsinin hardan qaynaqlandığını heç kim bilmirdi. Soraqlaşıb öyrənmişdi. Həqiqətən də belə bir yer vardı.
- Həqiqətənmi adam daşdan imiş? - deyə özünə sual verdi.
Bu yaxınlarda onlara uzaq rayondan qonaq gələn əsgər yoldaşı Mətləb, onun hərdən cızma - qara etdiyini bilirdi. "Daş adam " dan söhbət düşəndə, bu haqda onların kəndində çox məlumatlı olduqlarını deyib, özünün gəlib öyrənməsini tövsiyyə etmişdi.
Avtobusdan Mətləbgilin kəndinin girəcəyində düşüb, Mətləbin dediyi istiqamətə gedirdi. Mətləbə zəng vurmaq üçün dayandı. Bir az nəfəsini dərdi.
- Yaxınlıqda su olsa idi, əl - üzümü yuyardım - deyib özü-özünə pıçıldadı.
Mətləbə zəng vurub evin yerini soruşdu. Sən demə qonaq çağrıldığı evin yaxınlığında imiş. Mətləb ona gələrkən rastına çıxan bulaqda əl - üzünü yumağı məsləhət gördü.
Aha, budur, uzaqdan qaraltı görünür.Bir az da getsə bulağa çatacaq, ordan Mətləbə yenidən zəng vuracaqdı.
Bulağa çatıb, çantasını yerə qoydu. Dördgözlə bulağa tamaşa etməyə başladı.
Divara yan - yana bir - birindən yaraşıqlı dörd cəngavərin şəkili vurulmuşdu. Bir - birinə bənzəyən igidlərin rəsmləri sanki canlı idi. Heyrət dolu baxışlarla oglanlara baxan Rəşadın gözü onlarla üzbəüzdə dizləri üstündə, əlləri göyə doğru uzanmış, dağınıq saçlı qadın heykəlinə sataşdı.
Rəşad burda çox dayana bilmədi. Əl - üzünə su vurmağı da unutdu. Dostuna zəng vurub, onu qarşılamağı xahiş etdi.
Artıq dostugildəydi.
Gəlişinin şərəfinə qoyun kəsmişdilər. Burdan ora stol açıb, üstünü naz- nemətlə doldurmuşdular. Mətləbin sevincinin həddi - hüdudu yox idi. Əsgər yoldaşının gəlişinə həm sevinir, həm də fərəhlənirdi.
Onun gəlişini eşidib, görməyə gələnlərin sayı getdikcə artırdı. Rəşad insanların səmimiliyinə, mehribançılığına heyran qalmaya bilmirdi.
Kəndin ağsaqqallarından olan Fateh kişi onu bağrına basıb, alnından öpdü.
- Oglum, biz sizlərlə fəxr edirik.
Mətləb ona göz vurdu:
- Babayla mehriban ol, bəlkə "daş adam " haqqında bir məlumat ala bildin.
" Daş adam " haqqında əsər yazmaq niyyətində idi.
Bu cavan oğlan yaradıcılığa yeni - yeni addımlarını qoyurdu.
Ona görə çalışırdı ki, öz dəsti - xətti ilə digərlərindən seçilsin.
Qonaqlıq gecə yarısına kimi davam etdi. Çöldəki havanın sızaqlıgını, evdə gurhagurla yanan odun peçi sındırmağa çalışırdı. Hamı peçin qırağında dövrə vurub, maraq dolu baxışlarla Fateh babaya baxırdılar.
Fateh kişi yastığa dirsəklənib, dərindən bir ah çəkib danışmağa başladı.
- Oğlum, yenə də xoş gəlmisən. Mətləb mənə danışıb, sənin istedadın barədə. Çalışacam sənə kömək edim.
Dərindən nəfəs alıb, gözlərini uzaqlara dikən Fateh babanın, bu haqda danışmaqda çətinlik çəkdiyi açıq - aydın hiss olunurdu.
- Bizim kəndin çox sakit, səmimi, mehriban insanları var. Hər kəs bir-birinə əl tutar, həm yaxşı, həm dar günündə yanında olarlar.
1992- ci il idi. Bildiyin kimi dədə - baba torpaqlarımıza göz dikən mənfur qonşularımız, müharibəyə yenidən başlamışdı.
Vətənimizin hər yerindən oldugu kimi bizim kənddən də minlərlə cavan könüllü orduya yazılıb, Vətəni qorumağa getmişdilər. Bir ailə vardı qonşuluqda. Çox sakit, mədəni ailə idi. Öz halal zəhmətləri ilə uşaqlarını böyüdürdülər. Ailənin 4 oglu vardı. Allah onları 10 il sonra vermişdi. Möcüzə idi. Bir - birindən yaraşıqlı bu igidlər, müharibə başlayar-başlamaz könüllü cəbhəyə yollandılar. Ata uşaqlar gedən günü ürək tutmasından keçindi. Yazıq ana nələr çəkdi, bir Allah bilir.
Günlərlə övladlarından xəbər tuta bilməyən ana, təklikdə darıxıb xısın - xısın aglasa da, insanlar arasında özünü tox tutur, ümüdlə uşaqların qayıdacağı günü gözləyirdi .
Fateh kişi bir az ara verib, bir qurtum isti çaydan ağzına alıb, armudu stəkanı nəlbəkisinə qoydu.
- Bizim samovar çayının dadı - tamı bir başqadı, əsas da, içində limon, yanında qənd olanda-deyib gözünü yenə uzaqlara dikdi. Sanki nəyisə xatırlamaga qorxur, danışmaga çəkinirdi.
-Hə, beləcə günlər keçib gedirdi. Cəbhədən agır xəbərlər gəlirdi. Fatma arvad hər gün qapının ağzına çıxıb, əli qoynunda övladlarını gözləyirdi.
- Bir gün kəndə xəbər yayıldı. Elsəvər şəhid olmuşdu. Nəşini gətirəcəkdilər.
- Həmin gün Fatma arvadı bir görsəydiniz. O acını yaşayan bilər. Allah düşmənimə də övlad acısı göstərməsin.
Fatma arvad qol götürüb oynadı. Hamı dəli olduğunu düşündü. Yox, yox, dəli olmamışdı.
- Bəs niyə?
- Deyəcəm.
Elsəvərin 7- si çıxmamış Ehtiramın şəhid olma xəbəri gəldi. Onu da gətirəndə Fatma arvad qol götürüb oynadı.
Çox agır mənzərə idi. İki oğlunun cənazəsinə girən qəhrəman ana , onları yoldaşının yanında dəfn etdirdi. Oglanların 4-ünün də cəbhədə düşmənə qarşı qəhrəmanlıqla döyüşdüyünü, neçə - neçə iti gəbərtdiyini bütün el-oba bilirdi. Fəxr ediləsi oğullar idi. Qalan iki oğlundan- Etibar və Ehtimaddan xəbər yox idi.
Günlər keçdikcə Fatma arvadın beli bükülür, saçları ağarırdı.
Artıq atəşkəs elan olunmuşdu. Uşaqlardan heç bir xəbər ala bilməyən ana, bir gün onları yuxuda gördüyünü bütün qohum - qonşuya sevinə - sevinə danışdı.
Yuxusunda oğlanlarının sağ olduğunu, əsirlikdə olduqlarını görmüşdü.
Həqiqətən də uşaqlar əsir düşüblərmiş.
Ana çox qürurlu , mətin qadın idi.
Bir dəfə ona niyə oğlanlarını gətirəndə oynadın, deyə sual verdilər.
Cavabı bilirsiniz nə oldu?
- Nə ?.- hər tərəfdən səs qalxdı.
- Şəhid anası olduğum üçün oynadım .
Sonralar Etibarın əsirlikdən ölüm xəbəri gəldi.
Ehtimaddan heç bir xəbər olmadı.
Ana yenə də səbrlə, inamla həyata davam edir, sonbeşik oğlunun qayıdacağı günü gözləyirdi.
Bir gün ananın oglanlarının adına bulaq tikiləsi oldu.
Ana 4 oğlunun şəklini də orda görmək istədiyini dedi.
Bir oğlunun sağ olduğunu bilə - bilə onu şəhid sayan ananın xətrinə heç kim dəymədi.
- Gələndə gördüyün bulaq həmən bulaqdı, bala.
Hər gün bulağın yanına gedən ana, orda əllərini göyə açıb, öz -özünə nəsə danışırmış. Əlləri göydə , dizləri yerdə elə ordaca gözlərini bu əbədi dünyaya yummuşdu. Orda gördüyün həmən qadın heykəli həmən ananın şərəfinə ucaldılıb.
İllər keçdi Ehtimad əsirlikdən qaça bildi.
Hamı təəccüblə Fateh kişiyə baxdı;
- Nəəəə?
-Hə, demişdim sizə xoş xəbərim var.
Əsirlikdən qaçan Ehtimad kəndə qayıtmağa utanıb Rusiyaya üz tutur, orda ailə qurur. Hal-hazırda bir oglu var.
Adı Elsevərdi.
- Ay Fateh baba, bizə bu haqda niyə deməmisən?
Mətləb incik halda agzını büzdü.
- Oğlum, dedim dostuna danışım, əsərinə yazsın.
- Hələ bu harasıdı, Elsevər bu gün sizlərin arasındadı.
- Harda, harda?
- Oğlum, bura gəl.
Hündür gülərüz oğlan otağa gəldi. Hamı heyranlıqla, həm də təəccüblə gah cavan oğlana, gah da Fateh babaya baxırdı.
- Ehtimad mənim oglumla eyni şəhərdə yaşayır.
Ehtimad orda vətənpərvər bir insan kimi tanınır. Əsirlikdə çox əziyyətlər çəkib .
Oğlumla təsadüfən görüşüblər. Bir azərbaycanlı ailəni yanğından xilas edibmiş.
Oğlum da bu qəhrəmanlığı Ehtimadın etdiyini öyrənib, tapıb onunla görüşüb.
Sonra da bunları mənə danışdı. Mən də Ehtimadı kəndə dəvət etdim.
Sağ olsun, Elsevəri göndərib .
Bir - bir hamıyla görüşən Elsevər, Fateh babanın yanında oturdu .
Fateh baba üzünü Rəşada tutub:
- Oğlum bax, mükəmməl bir əsər yaz.
- Hə, yadımdan çıxmışdı,
" daş adam" bilirsən kimdi?
- Kim?
- Həmin o Ana. 4 oğlunu Vətənə qurban edən Ana .
Allahın verdiyi o boyda dərdə mərdliklə dözən, oğlanlarının şəkli önündə daşa dönən Ana. O gündən o bulağın adı " Daş adam " olaraq qalıb.



Paylaş



Bölmə: Şəhidlər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!