Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs saxlanılıb .....                        "Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var" .....                        Tramp Azərbaycanı Vaşinqtona dəvət etdi .....                        Suriyada daşqınlar: Üç nəfər ölüb, ikisi uşaqdır .....                        Əsədin son günləri: Reallıqdan qopmuş, videooyunlara aludə lider .....                        Gəncədə iki avtomobil toqquşdu, piyada xəsarət aldı .....                        Zelim Tçkayev Paris “Böyük Dəbilqə”sində finala yüksəldi .....                        Sabahdan Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq .....                        Qubada bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərlənib .....                       
Tarix : 30-04-2023, 19:03
240 saylı məktəbdə kitab təqdimatı


240 saylı məktəbdə kitab təqdimatı

Nəsimi rayonu 240 saylı məktəbdə şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi "Qəlbimizdə yaşayanlar" kitabının təqdimatı keçirilib. Tədbir şəhid Tural Eyyubovun adını daşıyan sinifdə baş tutub. Tədbirdə şəhid ailələriylə yanaşı məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbir ilk olaraq şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiylə başladıqdan sonra çıxış üçün ilk söz məktəbin direktoru Esmira Məmmədovaya verilib. Direktor qonaqları salamlayaraq günün əhəmiyyətindən danışaraq bildirib ki, məktəbdə 40 dənə şəhid adı daşıyan otaq var. Onlardan biri də məhz şəhid Tural Eyyubovun adını daşıyır.

8 a sinif rəhbəri Yusifova Səbinə müəllimə və şagird kollektivi həmçinin 6 c sinif rəhbəri Həmidova Səbinə müəllimə və şagirdləri adından şəhid anasına şəhidin şəklinin yer aldığı xalçanı təqdim edib. Daha sonra şagirdlər öz çıxışları ilə qonaqların alqışlarını alıblar.
Sonda şəhid Tural Eyyubovun da yer aldığı "Qəlbimizdə yaşayanlar" kitabının müəllifi Esmira Günəşə söz verilib. Şairənin musiqi müəlliminin müşayiəti ilə qiraəti hər kəsi kövrəltsə də, sonda qonaqlara oğlunun şəhidlər haqqında söylədiyi şeirlə qürurverici anlar yaşadıb. Şəhid anasını səhnəyə dəvət edərək kitabı təqdim edən şairənin çıxışı şagirdlər tərəfindən gül buketləri ilə qarşılanıb. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırılıb.


Paylaş



Bölmə: Şəhidlər / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!