Pakistan Taliban liderini öldürüb? .....                        Nəzrinin ölümünə görə həbs olunan həkimə hökm oxundu .....                        Tramp administrasiyası Nobel qərarından qəzəblidir .....                        İrəvanla Bakı “3+3” formatı ilə bağlı razılığa gəlməlidir .....                        Oqtay Şirəliyevin yerinə YENİ TƏYİNAT .....                        AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq başa çatır - Putin .....                        Azərbaycan və Ermənistan deputatları İstanbulda görüşəcək? - AÇIQLAMA .....                        Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vuruldu .....                        Abşeronda qətl - 60 yaşlı kişi öldürüldü .....                       
Tarix : 7-11-2023, 15:09
İlham Əliyev şəhid polislərin təltif edilməsiylə bağlı Sərəncam imzaladı


İlham Əliyev şəhid polislərin təltif edilməsiylə bağlı Sərəncam imzaladı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Təltif olunanlar arasında bu ilin sentyabrın 19 şəhid olan polis əməkdaşları da var.
Polis serjantları - Şirinov Ramil Arif oğlu, Zamanov Xəzər Azər oğlu, Mahmudov Seymur Elsevər oğlu, Məmmədov Rasim Oktay oğlu, Əsgərov Ələsgər Zakir oğlu, Abdullayev Seyfi Fəqan oğlu və Camalzadə Asim Knyaz oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunublar.
Qeyd edək ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci il təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.
Bundan başqa, sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində polis serjantları Ələsgər Əsgərov, Seyfi Abdullayev və Rasim Məmmədov şəhid olmuşdular.


Paylaş



Bölmə: Şəhidlər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!