Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : 8-12-2020, 11:19
“Şirməmməd Hüseynov mükafatı”nın təqdimatı 2021-ci ilə qaldı
Tərəfsiz Jurnalistlər Birliyi (Parlament) ötən il elan etdiyi “Şirməmməd Hüseynov mükafatı”nın təqdimatı təxirə salınıb.

Butov.az Modern.az-a istinadən xəbər verir ki, bununa bağlı “Şirməmməd Hüseynov mükafatı”nın Ekspert Komissiyasının sədri Elşad Paşasoy mətbuata verdiyi açıqlamasında bildirib.

Onun sözlərinə görə, mükafatın təqdimat mərasiminin Şirməmməd Hüseynovun doğum günündə - 17 dekabrda keçirilməsi nəzərdə tutulsa da, pandemiya səbəbindən qərarı reallaşdırmaq mümkün olmayacaq:

“Hələ yay aylarında elan etdiyimiz kimi, “Şirməmməd Hüseynov mükafatı”nın ilk qalibi böyük araşdırmaçı, 1-ci dərəcəli müşavir-diplomat Ramiz Abutalıbov elan olunub. Əvvəlcə mükafatın Milli Mətbuat günündə təqdim edilməsini planlaşdırsaq da, Şirməmməd müəllimin ailə üzvlərinin təklifi əsasında təqdimat üçün böyük ziyalımızın doğum gününü seçdik. Ancaq bütün dünyada, həmçinin ölkəmizdə koronavirus təhlükəsinin yaratdığı reallıqlar və dövlətimizin qəbul etdiyi qərarlar, mövcud məhdudiyyətlər nəzərdə tutduğumuz tədbirin keçirilməsinə imkan vermir. Bu mənada həm Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər xanımla, həm də mükafatın qalibi Ramiz müəllimlə əlaqə yaratdıq. Onların hər ikisi fikirlərimizi anlayışla qəbul etdilər və mükafatın təqdimat mərasiminin ertələnməsinə razılıqlarını bildirdilər. Yeri gəlmişkən, Ülkər xanım Şirməmməd müəllimin anadan olmasının 96-cı ildönümü münasibətilə gözəl bir kitab üzərində işləyir”.


E.Paşasoyun sözlərinə görə, hazırda Moskvada yaşayan R.Abutalıbov 2021-ci ilin may ayında Azərbaycana gəlməyi planlaşdırdığını deyib:

“Biz də düşünürük ki, o vaxtadək koronavirus bəlası başımızın üstündən yox olub gedər və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümündə Cümhuriyyət sevdalı ziyalımızın adına olan mötəbər mükafatı böyük ziyalımıza təqdim edərik”.


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!