Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 15-09-2021, 12:06
Bir övlad borcu, bir dost borcudur Şuşa torpağı


44 günlük vətən müharibəsinin yolu – Zəfər yolu dövlətimizin siyasi mərkəzi Bakı şəhərindən, ölkəlimizin mədəniyyət beşiyi Şuşa şəhərinə qədər sözün bütün mənalarında bir yoldur. Bu yol məfkurəmizin, düşüncəmizin yoludur. Bu yol Azərbaycan Əsgərinin, Ali Baş Komandanın yoludur. İllərdir hər birimiz, gücümüz çatdığı qədər, bütün varlığımız ilə bu yolun yolçularıyıq. Bəli, biz bu yoldayıq, amma hər yolun, hər bir məfkurənin bir rəhbəri var. Zəfər yolu məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun öz canları və qanları ilə çəkdiyi şərəf və qeyrət yoludur. Bu yol uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi önündə baş əyir, Azərbaycan Ordusu və Cənab Ali Baş Komandana sonsuz təşəkkürümüzü bildiririk.

Gözlənilən yolçuluq!
Var gücümüzlə babalarımızın yaşadığı torpaqlarda daha tez məskunlaşmalıyıq. Dövlət tərəfindən məhz bu istiqamətdə paralel işlər həyata keçirlməkdədir. Mina təmizləmə, tikinti-quruculuq və s. işlərlə paralel olaraq, işğaldan azad olunmuş ərazilərə səfərlər təşkil olunur. İslahatlar dalğasından sonra hökumətin müsbət addımlarından biri də, həyata keçirilən tədbirlərə kompleks yanaşma sərgiləməsidir. Ötən dövrdə müxtəlif xarici və yerli siyasətçilərin, deputatların, yerli və xarici jurnalistlərin müxtəlif təşkilatların nümayəndələrinin və Şuşa sakinlərinin bu mədəniyyət ocağına səfərləri təşkil edilmişdir. Bu çərçivədə sentyabrın 11 və 12-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə 300-ə yaxın QHT nümayəndəsinin də Şuşa şəhərinə səfəri təşkil olundu. Əslində Ağdam səfərində bu haqda məlumatımız var idi və yaxın müddətdə Şuşaya gedəcəyimizi bilirdik. Amma vaxt və zaman keçmək bilmirdi.
Vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin də səbirsizliklə və sevinclə gözlədiyi gün gəldi. İnsafən təşkilatçılar maksimum çalışmışdılar ki, daha çox QHT bu səfərdə təmsil olunsun. Bu səfərləri təşkil etmək (Xüsusən hazırda QHT Agentliyin indi-indi formalaşdığı dövrdə) kifayət qədər çətindir. Hamı getmək istəyir və hər bir şəxsin mövqeyinə də dözümlü yanaşmaq vacibdir.
Yol uzundur, ona görə yox ki, məsafə uzaqdır, sadəcə daha tez çatmaq arzusu var hər bir şəxsin ürəyində. Hamı sakitdir, çünki vacib bir yerə, bir görüşə tələsir. QHT varsa, ictimai siyasi məsələlər də müzakirə olunur heç şübhəsiz. Amma sakit, ən çox 2-3 həmkarla.
Eyni mənzərə, eyni ağrı, eyni dərd və düşmənə qarşı artan nifrət.
Yol boyu işğaldan azad olunmuş ərazilərdən keçirik. Eyni mənzərə, eyni ağrı, eyni dərd və düşmənə qarşı artan nifrət. Erməni deyərkən vəhşilik, qəddarlıq gəlir illərdir ağlımıza, düşüncəmizə. Amma illərdir erməninin bu vəhşiliyi, qəddarlığı insana, bir türkə qarşı etdiyin düşünmüşük. Sən demə düşündüyümüzdən daha qəddar, daha vəhşi imiş bunlar. Təbiəti, torpağı, binanı, körpünü gözlə görünən hər şey alt-üst etməyə hazır imiş bu cəlladlar. Bütün ərazilərimizdə bu vəhşilikləri amansızcasına edib alçaqlar.
Arzuların və ümidlərin yeni müjdəsi
Füzulidən keçirik. Bu yaxınlarda açılışı olan möhtəşəm hava limanını görürük. Tikilən, ucaldılan hər bir bina, hər mərkəz, hava limanı arzuların və ümidlərin yeni müjdəçisidir. Biz bildiyimiz qədər çox vacibdir. Amma bilmədiyimiz qədər daha vacibdir. Atılan hər addımda ölkəmizin təhlükəsizliyinin qorunması üçün o qədər məqamlar var ki, onu bilmək üçün 44 günlük müharibənin necə ustalıqla aparılmasın bilmək lazımdır və yaxud inanmaq lazımdır.

Paytaxt Şuşa
Cənab Prezident Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Artıq Şuşa təkcə ölkəmizin deyil, bütün Azərbaycanın, dünyada yaşayan 50 milyondan çox azərbaycanlının paytaxtıdır. Şuşa ötən dövrlərdə də paytaxt olub. Şuşa ürəklərin, elə Qarabağımızın da paytaxtı olub. Şuşada olmaq çox qürurvericidir, amma insan çox qarışıq hisslər keçirir. Sevinc və kədər, qürur və məyusluq, sevgi və nifrət…
Onlarca bu tip qarışıq hisslər insanı rahat buraxmır. Şəhəri gəzdikcə Azərbaycan ordusunun gücü ilə qürurlanıb, öz şəhərimizi hansı cəsarətlə qaytardığına sevinib, sevgi ilə bu hissləri və hətta sevinc göz yaşlarını paylaşırsan. Eyni zamanda mədəniyyət ocağına vurulan zərbələri görüb kədərlənirsən, Şuşada və digər ərazilərdə ermənilərin törətdiyi bu vəhşiliklərə görə dünyanın laqeydliyinə təəssüflənirsən və bütün bu sadaladığım, sadalamağa zamanın yetməyəcəyi faktlara görə, erməniyə və onun timsalında haqsızlığa qarşı kin və nifrət püskürürsən.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun çox böyük qəhrəmanlığı nəticəsində Şuşa işğaldan azad edilib. Şuşanın hər yerində bu qəhrəmanlığı və qüruru hiss edirsən.
Hesab edirəm bu qələbə bütün təmtərağı ilə Şuşanın hər tərəfini bəzəməlidir. Zaman keçdikcə Şuşa sakinləri ilə yanaşı şəhərə gələn qonaqlar bu əziməti və qələbəni görməli və dünyaya ötürməlidirlər.
Səfər zamanı hər addımda Şuşada aparılan abadlıq və quruculuq işlərini hiss etdik. Şuşa artıq öz sakinlərinin və sahiblərinin nəfəsi ilə yaşayır, tarixi görkəmini saxlamaqla qurulur və yaxın zamanda ölkəmizin ən inkişaf etmiş guşəsinə çeviriləcək.
Müqəddəs torpaq, hava və çörək.

Şəhərə gələn sakinlər və qonaqlar hər biri o müqəddəs torpaqdan bir ovuc götürür. İllərlə Şuşa həsrəti ilə yaşayan, lakın ömrün vəfa etmədiyi, dünyasını dəyişdiyi şuşalılar üçün torpaqdan müqəddəs nə ola bilər? Şuşaya səfər edən şəxslərdən ən çox istənilən rica – Şuşa torpağıdır.

Bir övlad borcu, bir dost borcudur Şuşa torpağı.

Həmin borcu geniş anlamda Ali baş komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycan Ordusu tariximizə qaytardı.
Şuşada olarkən gözəl Qarabağ havasını hiss edirsən. Şuşalılar heç şübhəsiz gözü bağlı bu hava ilə öz vətənlərini tanıyarlar. Şuşaya səfər edib, evə qayıdarkən müqəddəs nemətdən – bərəkətdən yaxınlarına, dostlarına gətirmək istəyirsən. Tam səmimiyyətlə deyirəm ki, Şuşa çörəyi fərqli bir nemət idi. O, sahibkara çox təşəkkür edirəm ki, dedikləri kimi doğrudan da fərqli keyfiyyətdə çörək istehsal edirlər.
Şəhər nə qədər dağılsa da, laqeydliyə məruz qalsa da, hər küçəsi ilə, hər döngəsi ilə tarixin canlı əfsanəsi olduğunu büruzə verir. Çox təəssüf ki, hər addımda da, işğal altında olduğu, baxımsız qaldığı acı bir xatirə kimi gözümüzün önündən getmir. 30 il bundan öncəki görkəmindən də əsər-əlamət qalmayıb. Amma dövlətimiz saatbasaat, günbəgün gözəlliyini, tarixini və müasirliyi bərpa etmək, qurmaq və yaratmaq üçün çalışır. Zəfər yolu ilə gedərkən, Şuşaya daxil olarkən bu bərpanın və quruculuğun sürətlə getdiyinə və qısa müddətdə yekunlaşacağına heç kimin şübhəsi qalmır.
Cıdır düzü
Cıdır düzü – adından da məlum olduğu kimi, tarixən Qarabağ xanlarının və bəylərinin cıdır yarışlarını keçirdiyi yer olmuşdur. Bundan başqa, Cıdır düzü şuşalılar üçün həm də, toplaşma, müxtəlif bayram və mərasimlərin keçirilmə yeri funksiyasını daşıyıb.
İndi Cıdır düzü həm də Xankəndində yaşayan ermənilər üçün ürəklərinə xəncər kimi sancılacaq üçrəngli bayrağın dalğalandığı yerdir.

Cəsarət Hüseynzadə
“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai birliyinin sədri,
QHT.az saytının rəhbəri






Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!