Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 15-01-2016, 13:08
“AZƏRBAYCAN RESPUBLİKASINDA DƏNİZ NƏQLİYYATI SAHƏSİNDƏ MƏSULİYYƏTİN ARTIRILMASINDA DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASINA DƏSTƏK”


“AZƏRBAYCAN RESPUBLİKASINDA DƏNİZ NƏQLİYYATI SAHƏSİNDƏ MƏSULİYYƏTİN ARTIRILMASINDA DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASINA DƏSTƏK” ADLI TVİNNİNQ LAYİHƏSİNİN AÇILIŞI KEÇİRİLİMİŞDİR

Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsinin həyata keçirilməsinə 2015-ci il 16 noyabr tarixindən başlanılıb. Bu gün açılışı baş tutan bu layihədə əsas məqsəd Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar Beynəlxalq Konvensiyalarda nəzərdə tutulmuş məsuliyyət prosedurlarının Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə həyata keçirilməsində və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialının gücləndirməkdən ibarətdir. Bundan başqa dəniz nəqliyyatı sahəsi üzrə inzibati məsuliyyəti müəyyən edən normativ hüquqi aktlar, İnzibati Xətalar, Cinayət və Ticarət Gəmiçiliyi Məcəllələrinin müvafiq hissələrinin bir daha nəzərdən keçirilməsi, dəyişikliklərin edilməsi, inzibati prosedurların yenidən işlənib hazırlanması nəzərdə tutulur.

Açılış mərasimində Dövlət Dəniz Administrasiyasının rəis müavini Şahlar Məmmədov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməliyyatlar bölməsinin rəhbəri Yerun Villems, üzv dövlətin Layihə rəhbəri Benito Nunez Quintanilla, Rezident tvinninq müşaviri Fernando Juan Collado Simon, eləcə də Nazirlər Kabineti, İqtisadiyyat və Sənaye, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndələri iştirak ediblər. Çıxışı zamanı Dövlət Dəniz Administrasiyasının rəis müavini Şahlar Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son dövrlərdə ölkədə dəniz nəqliyyatının inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm işlər görüldüyünü vurğulayıb: “Yeni Gəmiqayırma Zavodunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanın tikintisi, eləcə də Xəzər Dəniz Gəmiçiliyi ilə SOCAR-ın tərkibində olan Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması da mühüm addımlardandır. Ən əsası da dəniz nəqliyyatı sahəsi üzrə milli qanunvericliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kifayyət qədər iş görülüb”.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməliyyatlar bölməsinin rəhbəri Yerun Villems isə çıxışı zamanı təmsil etdiyi qurumla ölkəmiz arasındakı əlaqələrə toxunaraq dəniz üzgüçülüyünün təhlükəsizliyi və dəniz mühitinin mühafizəsinə böyük önəm verdiklərini vurğulayıb. O, həmçinin Avropa İttifaqının maliyyələşdirdiyi TRASEKA-nın SASEPOL və Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin (EMSA) “TRASEKA: dənizin mühafizəsi və təhlükəsizliyi II” layihələri barədə danışıb. Cənab Yerun Villems 2014-cü ildə uğurla yekunlaşan Dövlət Dəniz Administrasiyasının benefisiarı olduğu “Azərbaycan Respublikasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında tvinninq layihəsi” barədə də ümumi məlumat verib.

1995-ci ilin may ayından Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (BDT) tam hüquqlu üzvlüyünə qəbul olunandan sonra Azərbaycan 18 konvensiya və 8 protokolu ratifikasiya edib. Bu konvensiyaların milli qanunvericiliklə uzlaşdırılması üçün 10 oktyabr 2012-ci ildə “Azərbaycan Respublikasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında tvinninq layihəsi”nə başlanılıb və 07 oktyabr 2014-cü ildə layihə müvəffəqiyyətlə başa çatdırılıb.

Bu ilk tvinninq layihəsi uğurla icra edilib və Avropa İttifaqının üzv dövlətlərindən biri olan İspaniyanın dəniz nəqliyyatı sahəsi üzrə mütəxəssisləri ilə birgə “Dəniz Limanları haqqında” Qanun layihəsi hazırlanıb və 2014-cü ilin 18 aprel tarixində Milli Məclisdə qəbul olunub. Bu qanundan da irəli gələrək Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli, 395 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilib. Tvinning layihəsi çərçivəsində “Azərbaycannın Ticarət Gəmiçiliyi” və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi, eləcə də ətraf mühitin mühafizəsi ilə əlaqədar qaydaların layihələri hazırlanıb.

Qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsinə daim üstünlük verən Dövlət Dəniz Administrasiyasının Avropa Qonşuluq və Tərəfdaşlıq Proqramları çərçivəsində reallaşdırılan Tvinninq layihələrindən də gözləntiləri böyükdür.
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin məlumatı


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!