Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 23-02-2016, 15:23
Jurnalistlərə informasiya verməyən məmur 500 manatadək cərimələnəcək


Jurnalistlərə informasiya verməyən məmur 500 manatadək cərimələnəcək -İnzibati Xətalar Məcəlləsi


Jurnalistə informasiyanın verilməsi üzərinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Martın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsi jurnalist hüquqlarının pozulmasına görə də cəzalar nəzərdə tutur.

Məcəllənin 382-ci maddəsinə görə, jurnalist sorğusuna qanunla müəyyən edilən müddətdə cavab verməyənlər 200 manatdan 300 manatadək cərimə ediləcəklər. Qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiya verilməsindən imtina edənlər daha çox – 300 manatdan 500 manatadək cərimələnəcəklər.

Yeni məcəllə «İnformasiya əldə edilməsi» haqqında qanunu pozan dövlət qurumlarının, onların vəzifəli şəxslərinin cəzalandırılması mexanizmini də ifadə edir. Məcəllənin 374-cü maddəsinə əsasən, ictimai məzmunlu bilgiləri qapalı tutan fiziki şəxslər 100 manatdan 150 manatadək, vəzifəli şəxslər isə 500 manatdan 700 manatadək cərimələnəcəklər. Bu halda hüquqi şəxsləri isə 1500 manatdan 2500 manatadək cərimə gözləyir.
Hüquqları pozulanlar bunun üçün inzibati qaydada məhkəməyə müraciət etməlidirlər.
Prezident İlham Əliyev fevralın 15-də yeni İnzibati Xətalar Məcəlləsini təsdiq edib. Məcəllə martın 1-dən qüvvəyə minəcək.

Maddə 381. Kütləvi informasiya vasitələrinin yayılmasına mane olma Kütləvi informasiya vasitələri məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa və ya dövri mətbu nəşrin tirajının pərakəndə satışına qanunla nəzərdə tutulmayan məhdudiyyətlər qoyulmasına görə- fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Maddə 382. Jurnalistlərin hüquqlarının pozulması

382.1. Qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə- iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. 382.2. Qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsi üzərinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. /AZƏRTAC/


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!