Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 8-04-2016, 14:12
DAK dünya azərbaycanlılarına müraciət etdi:


DAK dünya azərbaycanlılarına müraciət etdi; “Atəşkəs daimi ola bilməz!”

İllərdir Azərbaycan Ermənistanın işğalçılıq siyasətindən və bundan irəli gələn humanitar fəlakətdən, erməni terror dalğasından ciddi əziyyət çəkir. Erməni terror təşkilatları Azərbaycanda 300-dən artıq terror aktı törədib, Dağlıq Qarabağ və ətraf bölgələrdəki şəhər və kəndlərimiz yerlə-yeksan edilib, nəticədə minlərlə vətəndaşımız qətlə yetirilib, yaralanıb və itkin düşüb, bir milyondan artıq qaçqınımız var. Bu illər ərzində beynəlxalq təşkilatların çağırışına və beynəlxalq hüquqa hörmət olaraq məsələnin sülh yolu ilə həllinə üstünlük verən Azərbaycan Respublikası 25 ildən artıqdır ki, Ermənistan tərəfinin təxribatlarına rəğmən birtərəfli şəkildə atəşkəsə əməl edir. 1994 – cü ildən rəsmi atəşkəs elan olunmasına baxmayaraq Ermənistan qoşunları və onların Dağlıq Qarabağdakı ekstremist hərbi birlikləri tərəfindən mütəmadi olaraq atəşkəs dəfələrlə pozulub, rəsmi müharibə olmasa da bu müddət ərzində də çoxlu əsgər itkimiz olub.

Münaqişənin həlli istiqamətində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən 4 qətnaməsinin qəbul edilməsinə baxmayaraq bu aktlardan irəli gələn vəzifələr indiyədək beynəlxalq qurumlar tərəfindən icra edilməmişdir. Ermənistan işğalçı qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı beynəlxalq təşkilatların çoxsaylı çağırışları yalnız kağız üzərində qalmışdır. Bu məqsədlə yaradılmış ATƏT-in Minsk qrupu məsələnin həlli yolunda heç bir imkandan istifadə etməmiş, Ermənistanın hərbi təcavüzü qarşısında beynəlxalq hüququn prinsiplərinə zidd olaraq ona gərəkən təzyiqi göstərməmişdir. İşğalçı Ermənistan öz havadarlarına arxalanaraq yenə də bu siyasətini davam etdirir , işğal faktını unutduraraq Dağlıq Qarabağı müstəqil erməni təşkilatı kimi tanıtdırmağa çalışır. Lakin son günlər Azərbaycan Ordusu qoşunların təmas xəttində düşmənin növbəti təxribatına layiqli cavab verdi, öz döyüş bacarığını və potensialını göstərərək az vaxt ərzində bir neçə strateji nöqtəni, müəyyən ərazilərimizi azad edərək düşmənə ağır tələfat verdirdi.

Son günlərdə baş verən hadisələr Azərbaycan xalqının iradəsinin heç bir savaşla və terrorla qırmağın mümkün olmadığını göstərdi. Bəlli oldu ki, Azərbaycan ordusu 25 il öncənin ordusu deyil və istənilən vaxt torpaqlarımızı düşmən işğalından azad edə bilər. Biz yenidən milli birliyimizin, xalqla ordunun birliyinin, millətin böyük səfərbərlik gücünün şahidi olduq. Dünyanın müxtəlif guşələrindən Azərbaycanın haqq işini müdafiə edən səslər yüksəldi. Güney Azərbaycanda keçirilən mitinqlər milli birliyimizi bir daha nümayiş etdirdi.

Biz Dünya Azərbaycanlıları Konqresi olaraq Azərbaycan dövlətinin Dağlıq Qarabağ siyasətini müdafiə edir və son günlərdə erməni işğalçılarına verilən layiqli cavabı dəstəkləyir və davamını diləyirik.

Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün soydaşlarımızı Vətənimizə dəstək aksiyaları keçirməyə və Azərbaycan Respublikasının ətrafında daha sıx birləşməyə çağırırıq.

İşğal edilmiş bütün torpaqlarımızın azad edilənə, milyondan artıq qaçqın və köçkünümüz öz yurdlarına qayıdana qədər bu mübarizə davam edəcəkdir!

DAK həmsədrləri Sabir Rüstəmxanlı, Firudin Pərvizniya


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!