Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 21-06-2025, 16:52
40 il əvvəl ölən anasının qəbrini tapa bilmir - Məhkəməyə müraciət etdi


40 il əvvəl ölən anasının qəbrini tapa bilmir - Məhkəməyə müraciət etdi]

Saatlı sakini 40 il əvvəl psixonervoloji xəstəxanaya yerləşdirilən anasının qəbrini tapa bilmir.
O, anasının qəbir yerinin müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət edib.
Arxiv məlumatına görə Ə.Ağayeva 1972-1975-ci il və 1976-1982-ci il tarixlərdə 3 saylı Psixonevroloji xəstəxanada müalicədə olunub. Onun psixi vəziyyətinin yaxşılaşması səbəbindən xəstəxanada uzun müddət saxlanılması qanuna zidd olduğu üçün Azərbaycan SSR Sosial Təminat Nazirliyinin göstərişi ilə 1984-cü ildə 7 saylı Əlillər Evinə şəxsi məlumatları dəyişdirilmədən köçürülüb.
Ə.Ağayevanın 1985-ci ildə vəfat etdiyi məlum olub. Ancaq onun dəfn yeri dəqiq məlum deyil. Mərhumun oğlu məhkəməyə müraciət edərək Sosial Xidmətlər Agentliyindən anasının dəfn yerini müəyyən etməsini tələb edib.
Sosial Xidmətlər Agentliyin tabeliyində olan 3 saylı psixonevroloji sosial xidmət müəssisənin köhnə əmr jurnallarına əsasən, 20 fevral 1985-ci ildə - 50 yaşında vəfat edən Ə.Ağayeva Göygöl rayon Qızılca kənd ərazisində müəssisə üçün ayrılan qəbirstanlıqda kimsəsiz şəxs kimi dəfn olunub, dəfni həyata keçirən əməkdaşların vəfat etməsi səbəbindən qəbrin yerini təyin etmək mümkün deyil.
Agentlikdən məhkəmənin sorğusuna cavab olaraq bildirilib ki, müəssisədə vəfat etmiş kimsəsiz şəxslər Göygöl Rayon İcra Hakimiyyətinin Yeni Qızılca inzibati ərazisində müəssisə üçün ayrılmış torpaq sahəsində dəfn olunurlar. Dəfn olunduqdan sonra, həmin məzarlar dəmir lövhə ilə nömrələnir. Dəfn yerlərinin qeydiyyatı 2015-ci ilin iyun ayından hal-hazıra kimi “Müəssisədə vəfat etmiş və müəssisə tərəfindən dəfn olunan sakinlərin qəbrlərinin sıralama kitabında” aparılır. Həmin kitabda sakinlərin məzar nömrələri ilə məlumatları qeyd olunur. İddiaçının anasının dəfni haqqında müəssisənin arxiv sənədlərində heç bir məlumat mövcud deyil.
Məhkəmə mərhumun dəfn olunduğu yerin dəqiq müəyyən edilməsinin mümkün olmadığına qərar verib və vətəndaşın iddiasını mümkün saymayıb.


Paylaş



Bölmə: Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!