Ermənilərin məhkəməsində Ballıqaya qətliamından danışıldı .....                        “İstisu” Belarusda da satılacaq .....                        Naxçıvanda 8 min manatlıq siqaret oğurluğu .....                        Bakıda qayınata gəlinini qətlə yetirdi .....                        Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərində - FOTO .....                        Bu məktəbə Aşıq Ələsgərin adı verildi .....                        “Qarabağ”dan növbəti qələbə .....                        Şeyx Patriarx Kirillə erməni revanşizmindən danışdı .....                        Suriya Prezidenti Azərbaycana dəvət edildi - FOTO .....                       
8-03-2024, 17:19
Leyla Əliyevadan təbrik mesajı


Leyla Əliyevadan təbrik mesajı

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib.
Bu barədə o, “Instagram” hesabında paylaşım edib.

8-03-2024, 17:04
"Arvad" sözü kobud səsləndiyi üçün sənədlərdən çıxarılsın


"Arvad" sözü kobud səsləndiyi üçün sənədlərdən çıxarılsın

"Arvad" sözü müasir dövrlə səsləşmədiyi və kobud səsləndiyi üçün Milli Məclisə təklif edirəm ki, bu kəlmənin müəyyən sənədlərdə dövriyyədən çıxarılmasını müzakirəyə qoysun.
Və bundan sonra Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı idarələri "Nikah haqqında şəhadətnamə"lərə "arvad" kəlməsinin əvəzinə "xanım" sözünü yazsınlar.
İnanıram ki, hörmətli deputatlardan biri, bu vətəndaş təklifini yaxın vaxtlarda parlamentdə səsləndirəcək.
8-03-2024, 16:41
Sumqayıtda yanğın


Sumqayıtda yanğın

Sumqayıt şəhərində ümumi sahəsi 25 m² olan tikilinin (fəhlələrin soyunub-geyinməsi üçün istifadə olunur) yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
8-03-2024, 16:10
Zelenski Türkiyədə səfərdədir


Zelenski Türkiyədə səfərdədir

Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edib.
Bu barədə TRT kanalı məlumat yayıb.
Zelenski və onu müşayiət edən nümayəndə heyətini daşıyan təyyarə Atatürk hava limanına enib.
Səfər çərçivəsində Zelenski Ərdoğanla görüşəcək.
8-03-2024, 15:22
"Baykar" şirkəti Azərbaycan Müdafiə Nazirliyi ilə saziş imzaladı


"Baykar" şirkəti Azərbaycan Müdafiə Nazirliyi ilə saziş imzaladı

Türkiyənin pilotsuz uçuş aparatları (PUA) və digər insansız texnologiyalar istehsalı ilə məşğul olan "Baykar" şirkəti Azərbaycan Müdafiə Nazirliyi ilə saziş imzalanıb.
Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə “Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsal üzrə Əməkdaşlıq Sazişi” imzaladıq", - açıqlamada bildirilir.
Sazişi şirkətin direktoru Haluk Bayraktar və Azərbaycan müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov imzalayıb.
Qeyd edək ki, Azərbaycan "Baykar" şirkətindən "Bayraktar TB2" və "Akıncı" adlı zərbə tipli PUA-lar alıb.
7-03-2024, 22:29
DYP əməkdaşları Xankəndidə xidmətə başladı


DYP əməkdaşları Xankəndidə xidmətə başladı

Xankəndi şəhərində DYP əməkdaşları da xidmətə başlayıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, şəhər ərazisində yol-hərəkəti qaydalarının təşkili və tənzimlənməsi həyata keçirilir.
"Hərəkət iştirakçılarına polis əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyi ilə bağlı izahlar verilir, profilaktik işlər aparılır. Səngərsiz Vətəndə xidmətimizdən qürur duyuruq", - deyə bildirilib.
7-03-2024, 22:24
Hakan Fidan ABŞ görüşündə Ermənistan-Azərbaycanı müzakirə etdi


Hakan Fidan ABŞ görüşündə Ermənistan-Azərbaycanı müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Görüş zamanı Ermənistan-Azərbaycan normallaşma prosesi müzakirə olunub.
Tərəflər iki ölkə arasındakı münasibətlərdə əldə olunacaq irəliləyişin Cənubi Qafqaz üçün həlledici olacağını vurğulayıb.
Tərəflər Qəzzadakı vəziyyət və Rusiya-Ukrayna müharibəsini də müzakirə edib.
7-03-2024, 22:08
Papikyan Rəisi ilə görüşdü


Papikyan Rəisi ilə görüşdü

Ermənistan müdafiə naziri Suren Papikyan Tehrana iki günlük rəsmi səfəri çərçivəsində İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.
Bu barədə Papikyan özünün feysbuk səhifəsində yazıb.
“Görüş zamanı biz Ermənistan və İran arasında əməkdaşlıq, o cümlədən müdafiə sahəsində əməkdaşlıqla bağlı məsələləri müzakirə etdik.
Biz regional təhlükəsizliklə bağlı məsələlərə öz yanaşmalarımızı təqdim etdik”, - Papikyan bildirib.
7-03-2024, 21:39
Azərbaycanı "Avroviziya-2024"də bu il o təmsil edəcək


Azərbaycanı "Avroviziya-2024"də bu il o təmsil edəcək

İctimai Televiziya və Radio Yayımları Şirkəti "Avroviziya-2024" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adını açıqlayıb.
Bu il ölkəmizi İsveçin Malmö şəhərində Fahree - Fəxri İsmayılov təmsil edəcək.
Xatırladaq ki, bu il seçim prosesi 2 əsas mərhələdən ibarət olub. Birinci mərhələdə iştirakçılar yerli musiqi və səhnə peşəkarlarından ibarət jüri qarşısında mahnılarını canlı olaraq ifa ediblər. Yerli jüri səsverməsi nəticəsində 15 ifaçıdan 6-sı beynəlxalq jüri səsverməsinə keçə bilib. Fahree səsvermənin lideri olmaqla 2024-cü ildə Azərbaycanın Avroviziya təmsilçisi adına layiq görülüb.
Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq, bu ilki seçimlərdə hər bir ifaçı məhz Avroviziya səhnəsində ifa etmək istədiyi mahnı ilə iştirak edib. Qalib mahnıda müasir pop və ənənəvi etno elementlərinin sintezi əksini tapir.
İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya-2024" mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək.
7-03-2024, 20:18
Tələbə yoldaşımızın sevincini paylaşıram.

Tələbə yoldaşımızın sevincini paylaşırıq.

Sevinc elə hissdir ki, paylaşdıqca artır. Bu ilki 8 Mart Beynəlxalq Qadınlar Günü həyatıma bir ayrı bayram ovqatı qatdı. Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif edildim. Sevincimi sizlərlə də bölüşürəm.
"Lənkəran Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova “Çalışdığı müddət ərzində göstərdiyi səmərəli fəaliyyətinə, mətbuat və kütləvi informasiya vasitələrində LDU-nun təhsil fəaliyyətinin işıqlandırılmasında göstərdiyi xidmətlərinə görə” Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif edilir".

Bayram tədbirində Fəxri mükafatı Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov təqdim etdi. Əməyimə verilən yüksək dəyərə görə Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinin direktoru Ülkər xanım Səttarovaya, agentliyin bütün əməkdaşlarına, LDU-nun rektoru hörmətli prof. Natiq İbrahimova ürəkdən təşəkkür edirəm. Öz növbəmdə agentliyin və LDU-nun bütün xanım əməkdaşlarını, bütün Azərbaycan qadınlarını səmimi qəlbdən təbrik edir, ən xoş bayram arzularımı bildirirəm.
Bayramımız mübarək!

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!