Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq" .....                        6 il əvvəl yanan "Diqlas"ın yerinə nə tikilir? .....                        "Əsirlikdən qayıdanların birinin başına "kislota" vurmuşdular" - MƏHKƏMƏ .....                        Rusiya-Ukrayna danışıqları sabah keçiriləcək .....                        Dənizdə boğulduğu ehtimal edilirdi - 7 ay sonra sağ tapıldı .....                        Zelenskidən danışıqlarla bağlı yeni format .....                        Marko Rubio Türkiyədə .....                        Zelenski Ərdoğanla bağlı paylaşım etdi .....                        İlham Əliyev Albaniyaya getdi - FOTO .....                       
28-02-2024, 18:52
Ermənistan konstitusiyasında ərazi iddiaları qəbuledilməzdir


Ermənistan konstitusiyasında ərazi iddiaları qəbuledilməzdir

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüşdə Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarının, qeyri-konstruktiv mövqe və ritorikasının davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb.
28-02-2024, 17:46
Azərbaycan və Ermənistan XİN Başçılarının üçtərəfli görüşü davam edir


Azərbaycan və Ermənistan XİN Başçılarının üçtərəfli görüşü davam edir

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlindəki görüşü üçtərəfli formatda davam edir.
Bu gün Berlində danışıqlardan sonra Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və Almaniya XİN rəhbəri Annalena Berbok arasında üçtərəfli formatda görüş davam edir.
28-02-2024, 17:31
Mirzoyan alman həmkarıyla görüşdü - FOTO


Mirzoyan alman həmkarıyla görüşdü - FOTO

Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Bu barədə "Armenpress" məlumat yayıb.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Berbok Mirzoyanı salamladıqdan sonra iki nazir arasında görüş başlayıb.

28-02-2024, 17:23
Cozep Borrelin səhhətində problemlər yarandı


Cozep Borrelin səhhətində problemlər yarandı

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin səhhətində problemlər yaranıb.
Bu barədə o, özünün "X" hesabında bildirib.
Borrel qeyd edib ki, səhhətində yaranan problemə görə Avropa Parlamentinin iclasında iştirak etməyib.
"Təəssüf ki, səhhətimdə yaranan kiçik problemə görə Avropa Parlamentində bu həftə keçiriləcək müzakirələrini buraxmalı oldum və həkimlər mənə ictimai tədbirləri bir neçə gün təxirə salmağı məsləhət görüblər. Tezliklə tam cədvəlimi bərpa etməyi səbirsizliklə gözləyirəm", - o yazıb.
28-02-2024, 17:17
Növbəti köç karvanı Laçına çatdı - FOTO


Növbəti köç karvanı Laçına çatdı - FOTO

Fevralın 28-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonuna çatıb. Laçın şəhəri və rayonun Zabux kəndinə yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Modern.az-a verilən xəbərə görə, mərasimdə Komitə və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 78 nəfər, Zabux kəndinə 4 ailə - 11 nəfər köçürülüb.
Bununla da Laçın şəhərində 451 ailənin, yəni 1705 nəfərin, Zabux kəndində 211 ailə, 808 nəfərin daimi məskunlaşması təmin edilib.





28-02-2024, 16:59
Bizim olan nə varsa, Azərbaycanındır - Cahit Baxçı


Bizim olan nə varsa, Azərbaycanındır - Cahit Baxçı

Bizim olan nə varsa, Azərbaycanındır.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı “X”də yazıb.
O, Azərbaycanda səfərdə olan Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpayla görüşdüyünü bildirib.
Səfir qonağa görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, Ş.Alpay Azərbaycanda rəsmi səfərdədir.
28-02-2024, 16:40
Erməni həmkarlarımızın mövqeyi ucbatından iş dalana dirənib - Zaxarova


Erməni həmkarlarımızın mövqeyi ucbatından iş dalana dirənib - Zaxarova

"Moskva 2021-2022-ci illərdə regionda baş verən məlum hadisələr zamanı KTMT-nin İrəvan qarşısında mandat və öhdəliklərini yerinə yetirməməsi ilə bağlı Ermənistan hakimiyyətinin qınaqlarını qəti şəkildə qəbul etmir".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib:
“Hərbi-texniki yardımın göstərilməsini nəzərdə tutan təşkilatın bu balanslaşdırılmış qərarının Ermənistan hakimiyyəti tərəfindən rədd edilməsi bizim günahımız və digər KTMT üzvlərinin də günahı deyil”.
"Ermənistan hakimiyyəti suverenlik prinsipləri əsasında regional kommunikasiyalar açmağa hazır olduqlarından danışıb, mövzu baş nazirin müavinləri səviyyəsində üçtərəfli qrup çərçivəsində ətraflı müzakirə edilib. İndi çox təəssüf ki, erməni həmkarlarımızın mövqeyi ucbatından iş dalana dirənib", - o qeyd edib.
"Rusiya sərhədçilərinin Mehri marşrutu üzərində nəzarətinə gəlincə, onlar Ermənistanla İran arasındakı sərhədi qoruyurlar - bu həm maddi-texniki, həm də iqtisadi baxımdan məntiqlidir. “Sülhün kəsişməsi”nə gəlincə, biz bunun Mehri və ya digər marşruta alternativ olduğuna inanmırıq, əksinə, bu, regional kommunikasiyaların gələcəyinə daha geniş baxışdır", - sözçü əlavə edib.
Zaxarova Zelenskinin İrəvana mümkün səfəri ilə bağlı deyib ki, Ermənistan müttəfiq kimi Moskvanın Kiyevə münasibətdə mövqeyini yaxşı bilir.
28-02-2024, 00:25
Sumqayıt hadisələrindən 36 il ötür


Sumqayıt hadisələrindən 36 il ötür

Bu gün Sumqayıt hadisələrinin 36 ili tamam olur.
1988-ci ilin fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı azərbaycanlı olub. Bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərlə birgə həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi.
Həmin hadisənin baş verməsində Sumqayıtda yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.
Qeyd edək ki, 1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlamışdı. Mitinq iştirakçıları “Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistan yalnız ermənilər üçündür!” kimi şüarlar irəli sürürdülər. Mitinqlərin üçüncü günü İrəvanda salamat qalmış yeganə məscid binası (XX əsrin əvvələrində şəhərdə 8 məscid olmuşdu) və azərbaycanlıların orta məktəbi, C.Cabbarlı adına İrəvan azərbaycanlı Dram Teatrının ləvazimatı yandırıldı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vuruldu.
Bakının 30 km-də yerləşən Sumqayıt şəhəri təsadüfən seçilməmişdi. Həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 41 mindən artıq azərbaycanlıların əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı və ermənilərin onlara qarşı törətdikləri vəhşiliklərə görə qəzəb içərisində idilər.
Sumqayıtda öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi. Zərərçəkmiş Sumqayıt sakini L.Meclumyan bildirirdi ki, “Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı”.
Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqa bildirmişdi ki, “Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxarmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü”.
İstintaq materiallarında göstərilir ki, E.Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M.Petrosyanın mənzilinə daxil olub, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salıb.
E.Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürüb, 8 erməni qadınını zorlayıb. Bununla bağlı faktlar çoxdur. Erməni təşkilatları bu cür cinayətlər törətmiş E.Qriqoryanı ağır cəzadan qurtara bildilər. Məhkəmə azərbaycanlı Əhməd Əhmədov haqda ölüm hökmü çıxardı və hökm dərhal yerinə yetirildi. E.Qriqoryana isə yalnız 12 il iş verildi və bir neçə ildən sonra azadlığa buraxıldı.
SSRİ DTK-sının himayə etdiyi həmin qruplar şəhərin müxtəlif yerlərində qətliamlar törədib. 26 erməninin qətlə yetirilməsini məhz bu dəstələr həyata keçirib. Şəhərə yeridilən general Krayevin rəhbərlik etdiyi ordu hissələri isə bunları kənardan izlədikdən sonra fevralın 29-da hadisələrə müdaxilə edib. Nəticədə 6 azərbaycanlı tankların altında qalaraq şəhid olub, 400 nəfər xəsarət alıb, 200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yararsız hala salınıb.
Martın 1-dən Sumqayıtda komendant saatı tətbiq olunub. Azərbaycanın o zamankı rəhbərliyi Sumqayıt hadisələrinin səbəblərini araşdıran istintaq qrupunun ermənilərin xeyrinə işləməsini təkcə susmaqla müşayiət etməyib, ədalətsiz qərara imza atıb.
Hadisələrin səbəbini araşdıran keçmiş SSRİ Prokurorluğu və DTK-nın nümayəndələrindən ibarət istintaq qrupu baş verənləri bütövlükdə azərbaycanlıların üzərinə qoymaqla əsl həqiqəti ört-basdır edib. Təəssüf ki, həmin istintaq qrupuna daxil olan Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri haqsızlığa qarşı çıxmaq əvəzinə günahsız insanların mühakiməsində iştirak ediblər. İstintaq dövründə zorla müttəhim elan edilmiş, ikinci qrup əlil, insulindən asılı yaşayan Elçin Güləliyev Bayıl türməsində müəmmalı şəkildə öldürülüb. Onun işinə məhkəmə baxışı zamanı günahsızlığı üzə çıxıb.
Ziyalı ailədən olan Taleh Ismayılova 15 il iş kəsilib, cəzasını ”siyasi məhbus” kimi çəkmək üçün Tbilisiyə göndərilib, bir ildən sonra meyiti gəlib.
Hadisələrdən sonra M.Qorbaçov demişdi ki, Sumqayıt hadisələri bir qrup şəxsin xuliqanlığı nəticəsində baş verib. Onun hadisəyə belə münasibəti cinayətin ört-basdır edilməsilə nəticələndi.
27-02-2024, 23:27
Laçında Su çərşənbəsi böyük coşquyla qeyd olunur - FOTO


Laçında Su çərşənbəsi böyük coşquyla qeyd olunur - FOTO

Dağlar qoynunda yerləşən Laçın torpaqları 32 ildən sonra yenidən çərşənbə bayramına ev sahibliyi edir. Doğma sakinləri ilə birlikdə Laçında adət-ənənələrimiz yenidən çiçəklənir, Su çərşənbəsi böyük coşqu ilə qeyd edilir.
Laçında Su çərşənbəsi münasibətilə bayram şənliyi təşkil olunub. Bayram toplantısında Azərbaycan Respublikası Prezidentinin Laçın üzrə xüsusi nümayəndəliyinin, "Bakı Abadlıq Xidməti" MMC-nin, "Laçın Abadlıq Xidməti" ASC-nin rəsmiləri, Laçın sakinləri iştirak ediblər.
“Gilabi Ceramics” Yaradıcılıq Mərkəzində keçirilən bayram şənliyində çərşənbənin rəmzi olan tonqal qalanıb, ətrafında yallı rəqsi oynanılıb. Laçınlılar öz evlərində hazırladığı şirniyyatlarla süfrələri bəzəyib, milli adət-ənənələrə uyğun olaraq gənc qızlar bayatılar söyləyib. Su aydınlıq, saflıq rəmzi olduğu üçün qızlar bulaqdan su götürərək çiçəklərə, ağaclara və ətraf ərazilərə səpiblər. Bayram iştirakçıları əvvəlki illərdə Laçında keçirdikləri çərşənbə günlərini xatırlayaraq xoş təəssüratlarını bölüşüblər. Həmçinin mərkəzdə uşaqlar üçün ustad dərsləri təşkil olunub, onlar yumurta bəzəyib və gildən əl işlərinin hazırlamasına dair sirləri öyrəniblər. Su çərşənbəsinin “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzində təşkil edilməsi də təsadüfi olmayıb. Suyun yaradılış rəmzi olduğu və burada ərsəyə gələn əl işlərinin məhz gil ilə suyun qarışığından düzəldilməsi haqda uşaqlara ətraflı məlumat verilib.




27-02-2024, 21:38
ABŞ Ukraynaya qoşun göndərməyəcəyini bildirdi


ABŞ Ukraynaya qoşun göndərməyəcəyini bildirdi

Ağ Ev Co Baydenin daha əvvəl ABŞ-ın Ukraynaya döyüşmək üçün qoşun göndərməyəcəyini açıq şəkildə bildirdiyini xatırladıb.
Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrien Uatson bildirib.
Xanım Uotson əlavə edib ki, ABŞ prezidentinin fikrincə, Ukraynanın qələbəyə aparan yolu Konqresdən Ukrayna qoşunlarının silah və sursata malik olması üçün hərbi yardım paketini qəbul etməsidir.
Qeyd edək ki, fevralın 26-da Fransa prezidenti Emmanuel Makron Parisdə bir sıra Avropa dövlətlərinin başçıları ilə görüşündən sonra mətbuat konfransında deyib ki, o, Qərb ölkələrindən Ukrayna ərazisinə hərbçilərin göndərilməsini istisna etmir.
Polşa, İsveç, Almaniya, Slovakiya, Çexiya, Macarıstan, İtaliya və Böyük Britaniya öz qoşunlarını Ukraynaya göndərmək niyyətində olmadıqlarını bəyan ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!