İlham Əliyev Baş nazirlə işçi naharda .....                        MDB dövlətləri təhlükəsizlik orqanlarının rəhbərləri Tacikistanda .....                        Əfv Komissiyasının iclasları başa çatdı - Siyahı Prezidentə təqdim olunacaq .....                        Əliyev-Paşinyan görüşündə danışılan bəzi detallar .....                        Ərdoğan Avropa Siyasi Birliyində nələr dedi... .....                        "Abzas Media" işinin məhkəmə istintaqı yekunlaşdı .....                        Xocasəndə taxta yeşikləri sexində yanğın .....                        Hakan Fidan Rusiya və Ukrayna tərəfinə çağırış etdi .....                        UFC ulduzları Bakıya gəlir .....                       
26-02-2024, 15:15
Əvəz Zeynallının məhkəmə prosesi yekunlaşdı


Əvəz Zeynallının məhkəmə prosesi yekunlaşdı

“Xural” internet telekanalının həbsdə olan rəhbəri Əvəz Zeynallı və Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm elan edilib.
Prokuror Əvəz Zeynallının 10 il, Elnur Şükürovun isə 5 il azadlıqdan məhrum edilməsini istəyib.
Hökmə əsasən, Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə ittiham irəli sürülüb.
26-02-2024, 14:39
Xocalı soyqırımı qurbanlarının xatirəsi Çində anılıb


Xocalı soyqırımı qurbanlarının xatirəsi Çində anılıb

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycanın Çindəki səfirliyində anım mərasimi keçirilib.
Diplomatların, Çin ictimaiyyətinin nümayəndələrinin, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlıların iştirak etdikləri tədbirdə əvvəlcə səfirliyin ərazisindəki “Xarıbülbül” barelyefinin önünə gül dəstələri qoyulub, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov 32 il əvvəl Xocalıda törədilmiş insanlıq əleyhinə cinayətdən bəhs edib, bunun bir qətliam, soyqırımı olduğunu deyib. Bildirib ki, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə erməni millətçiləri Xocalıda yaşından, cinsindən asılı olmayaraq dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik edib. Xocalı müsibəti ermənilərin zaman-zaman Azərbaycan-türk əhaliyə qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən acı səhifələrindən biridir.

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi və ötən ilin lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünü, suverenliyini bərpa etməklə yanaşı, Azərbaycan ərazisində separatizmin kökünü də kəsdi. Bu Zəfər həm də bütün şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı quranlarının qisasının alınması idi.
Azərbaycan Silahlı Qüvvələrinin Çindəki hərbi attaşesi Teyfur Rüstəmov Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi əməliyyatlardan, mülki insanlara qarşı törədilən cinayətlərdən danışıb.
Tədbir iştirakçıları dünya mətbuatında Xocalı soyqırımından bəhs edən məqalələrdən ibarət sərgi ilə tanış olublar. Bundan başqa, Xocalı faciəsini əks etdirən videoçarx təqdim olunub.

26-02-2024, 13:53
DTX-nin əməkdaşları Xocalı abidəsini ziyarət etdilər


DTX-nin əməkdaşları Xocalı abidəsini ziyarət etdilər

DTX-nin əməkdaşları Xocalı abidəsini ziyarət ediblər.
Bu barədə DTX Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Bakı şəhərinin Xətai rayonunda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

26-02-2024, 13:38
Paşinyan XİN-in baş katibini vəzifədən azad etdi


Paşinyan XİN-in baş katibini vəzifədən azad etdi

Ermənistanın Xarici İşlər Nazirliyinin baş katibi Boris Saakyan tutduğu vəzifədən azad edilib.
Baş nazir Nikol Paşinyan bununla bağlı qərar imzalayıb.
Xəbəri hökumətin mətbuat xidməti yayıb.
26-02-2024, 13:17
Hakan Fidan Xocalı soyqırımıyla bağlı başsağlığı verdi


Hakan Fidan Xocalı soyqırımıyla bağlı başsağlığı verdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib.
O, bu barədə "X" hesabında paylaşım edib.
"32 il əvvəl Xocalıda dünyanın gözləri qarşısında qətlə yetirilən qardaşlarımızın xatirəsini yad edir, can Azərbaycana başsağlığı verirəm. Türkiyə hər zaman Azərbaycanın yanındadır", - deyə nazir vurğulayıb.
26-02-2024, 13:16
ABŞ-da Xocalı soyqırımıyla bağlı aksiya keçirildi


ABŞ-da Xocalı soyqırımıyla bağlı aksiya keçirildi

ABŞ-nin Vaşinqton, Nyu-York, Atlanta və Hyuston şəhərlərində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar geniş məlumatlandırma aksiyası keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Dövlət Komitəsinin dəstəyi, Yuta-Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Qarayevanın təşkilatçılığı ilə baş tutan aksiyada Xocalı həqiqətlərini əks etdirən ekran quraşdırılmış avtomobillər şəhərlərin izdihamlı mərkəzi küçələri boyunca hərəkət edib.
Ekranlarda Azərbaycan bayrağı, xəritəsi, Xocalı soyqırımı qurbanlarının adları və fotoları nümayiş etdirilib. Təsvirlər «Xocalıya ədalət!», «Xocalı soyqırımını tanıyın!», «Ermənistanın insanlığa qarşı cinayəti», «Ermənistanın Xocalıdakı bir gecəlik soyqırımı», «Azərbaycanlılar ədalət tələb edir!», «Xocalını xatırla!», «Biz xatırlayırıq!», «Xocalı üçün dua et!», «Xocalıda 63 uşaq, o cümlədən yeni doğulanlar öldürülüb!», «1992-ci il 26 fevral. 613 azərbaycanlı, 106 qadın, 63 uşaq, 70 ahıl şəxs qətlə yetirilib. 1275 nəfər azərbaycanlı girov götürülüb. 76 uşaq əlil olub. 25 uşaq hər iki valideynini itirib. 130 uşaq valideynlərindən birini itirib, 8 ailə tamamilə məhv edilib» şüarları və müxtəlif çağırışlar ilə müşayiət olunub.
Məlumatlandırma aksiyası yerli ictimaiyyətin marağına səbəb olub.
Qeyd edək ki, artıq bir neçə ildir Xocalı soyqırımı ərəfəsində ABŞ-nin müxtəlif şəhərlərində təşkil olunan məlumatlandırma aksiyasının məqsədi yerli sakinlərin diqqətini Xocalı həqiqətlərinə çəkməkdir.
26-02-2024, 13:09
Baş Prokurorluğun rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət etdi


Baş Prokurorluğun rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət etdi

Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Baş Prokurorluğun rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib.
Baş Prokurorluqdan bildirilib ki, abidə önünə gül dəstələri düzüb, faciə qurbanlarının xatirələri dərin ehtiramla anılıb.
26-02-2024, 12:56
Xocalıda yerləşən məktəbdə son tamamlanma işləri aparılır - Nazir


Xocalıda yerləşən məktəbdə son tamamlanma işləri aparılır - Nazir

Xocalıda yerləşən məktəbdə son tamamlanma işləri aparılır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yeni tədris ilində məktəbdə tədris prosesinin başlaması nəzərdə tutulur: “Məktəbdə təxminən 150-ə yaxın şagirdin təhsil alacağı gözlənilir. Ayrıca idman və akt zalı olacaq. Əhalinin köç prosesi müddətində yerli əhalinin sayına uyğun məktəbdə yer olacaq”.
Nazir onu da bildirib ki, işğaldan azad olunan Kəlbəcər, Zəngilan və digər ərazilərdə də məktəblərin təmir-tikinti işləri davam edir.
E.Əmrullayev söyləyib ki, Xankəndidə yerləşən ümumtəhsil müəssisələri ilə bağlı müvafiq invertarlaşma işləri görülür: “Azad edilən bütün ərazilərdə tədris ocaqlarının uçotu aparılır, müxtəlif vəziyyətdə olan binalar var. Onların hər biri də ölkənin tədris standartlarına uyğunlaşdırılır”.
26-02-2024, 09:01
25-02-2024, 23:27
Addım səsi


Addım səsi

Atılan addımlar hər insan üçün fərqlidir. Bu addımlarda insan üçün ən qiymətli olan qəlbin döyüntüsü, saatın saniyəsi vardır. Ümumiyyətlə, irəli-geri atılan addımlar görüləcək işin nüvəsidir. Hər şey burada gizlidir. Bu mənada addımlar böyük və kiçikliyindən asılı olmadan cəsarətlə atılmalıdır.
Bəziləri kimisə geri qaytarmaq, həyatında yeni səhifələr açmaq və ya aylarla qəlbində gizlətdiyi sirrlərin parıldamasını görmək üçün hərəkətə keçir. Fəqət elə addımlarda var ki, onu atsaq da xeyiri yoxdur. Sanki yerimizdə sayırmış kimi addımlayırıq. Buna misal kimi xatirələrdə yaşayan insanlar üçün atılan addımları misal göstərmək olar, məhz bu addımlar yararsız olur.
Bəzən düşünürsən ki, hər ayrılıqda da addım səsi vardır. Bax, bu səs çox vaxt qulaqda ağrılı-acılı zümzüməyə çevrilir. Ancaq üzüntü onların getməsi deyil, doyunca zaman keçirə və içimizdəki sevgini ötürə bilmədiyimizin səsidir. Ancaq ağır da olsa ayrılıq addımları ilə xoş xatirələrdə qalmağı da təsəlli hesab etmək olar. Və onları xatırladıqca qəlb az da olsa rahatlıq tapır. Qəlb hərdən acı da çəkir, görəsən, "nə edir, nə yeyir-içir?", "məni ağlından keçiribmi, nəsə məni ona xatırladıbmı", deyə öz-özünə pıçıldayır... Əlbəttə, ayrılıq addımları qüssəlidir, ölüm ondan da betər. Mahnıda deyildiyi tək:
Bir ayrılıq, bir ölüm,
Heç biri olmayaydı!

İnsan düşünəndə ki, addım ayrılığa, daha betəri əbədiyyətə doğru atılır, o zaman insan içdən göynəyir... Bəzən şirin dünyadan köçən insanlar yada düşür. Məzarının başına gedib saatlarca danışıb, göz yaxşı axıtsan da nə dəyişəcək? Ünvanlanan suallar da bir daha çiçək açmayan ağac kimi quru və cavabsız qalır. Amma onları qəlbdən, ağıldan silmək dəvəni iynə dəliyindən keçirməyə bənzəyir. Zaman keçir, həyat davam edir. İnsanlarda da həyatlarına davam edir. Gülsələr də o təbəssümün fonunda qəmli notlar gizlənir. "Davam etmək" heç də elə-belə, sadə ibarə deyil. Onun qüvvəti, qüdrəti Tanrı qədər müqəddəsdir. Atdığınız addımlarda, dediyiniz sözlərdə çox diqqətli olun. Elə sözlər var ki, onların deyilməsi insanı canlı ölüyə çevirə bilər. Sevgidən qorxmayın, qaçmayın, sevin, sevilin. Ən başlıca özünüzü olduqca çox sevin, özünüzlə çox vaxt keçirin. İçində sevgi olmasa ətrafına sevgi verə bilməzsən. Addımlarınızı sevgi ilə atın və daim cəsarətli olun. Unutmayın kiçik addımlar qayalıqda çiçəyin böyüməsi üçün bir damcı su ola bilər.

Tərlanə Abdullayeva,
BDU Jurnalistika fakültəsinin tələbəsi
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!