Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
12-10-2024, 22:16
TƏBİB-də yeni təyinat


TƏBİB-də yeni təyinat

Aysel Pənah qızı Bayramova TƏBİB-in İnzibati İdarəetmə departamentinin Satınalma və təchizat şöbəsinin müdiri təyin olunub.
Bu barədə TƏBİB rəhbəri qərar verib.
Qeyd edək ki, A.Bayramova bu təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baş məsləhətçi vəzifəsində çalışıb.
12-10-2024, 21:47
58 yaşlı qadın toyda öldü


58 yaşlı qadın toyda öldü

Sumqayıtda 58 yaşlı qadın toyda ölüb.
Hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən şadlıq saraylarının birində qeydə alınıb.
Toy mərasimində iştirak edən 1966-cı il təvəllüdlü Nargilə Gülməmməd qızı Şabanovanın halı pisləşib və o elə restoranda dünyasını dəyişib.
Fakt araşdırılır.
12-10-2024, 21:05
Direktorluqdan imtina etdi: Xankəndiyə müəllimi kimi qayıtdı


Direktorluqdan imtina etdi: Xankəndiyə müəllimi kimi qayıtdı

Bəzən həyat bizə gözlənilməz və bir o qədər də əlamətdar seçimlər təqdim edir.
“Azərbaycan müəllimi”nin həmsöhbət olduğu Günay Musayeva da bu cür seçimlərdən biri ilə qarşılaşıb. Biz onunla Xankəndidə ezamiyyətdə olduğumuz zaman tanış olduq. Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin gənc müəllimi Günay Bərdədə uğurlu pedaqoji karyerasında direktor vəzifəsini icra edərkən, böyük arzularını həyata keçirmək üçün Böyük Qayıdış proqramının bir parçası olmağa qərar verib.
“Mən əslən Xankəndidənəm. İlk pedaqoji fəaliyyətimə Bərdə rayon 2 nömrəli tam orta məktəbdə müəllimlərin işə qəbulu üzrə müsabiqədən keçərək, ibtidai sinif müəllimi kimi başlamışam. Daha sonra Qarabağ Regional Təhsil İdarəsinin təşkil etdiyi direktorların işə qəbulu müsabiqəsindən uğurla keçərək Bərdə rayon Heydər Xəliloğlu adına Qullar kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışmışam”, - deyə Günay müəllim sözə başladı.
O, ətrafımızdakı məktəb tənəffüsü səs-küyünə, müsahibənin təbii stresinə baxmayaraq o qədər səlis və ruh yüksəkliyi ilə danışırdı ki, verdiyi qərarın düzgünlüyünə əminliyi, bundan məmnunluğu aydın hiss olunurdu:
“Böyük Qayıdış prosesində iştirak etmək imkanım olduğunu biləndə tutduğum vəzifədən imtina edərək Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbində ibtidai sinif müəllimi kimi çalışmaq qərarına gəldim. Bu, mənim reallığa çevrilən xəyallarım, uşaqlıq arzularım idi, çin olan yuxularım idi. Burada canla-başla öz vəzifəmi yerinə yetirirəm. Nə yaxşı ki, biz buradayıq”.
O, özünə Xankəndi şagirdlərinin müəllimi deyirdi. Özünü belə adlandırırdı söhbət əsnasında hiss etdim ki, bu onun üçün qəbul edilmiş bir fikirdir:
“Mən Xankəndi şagirdlərinin müəllimiyəm. Hər gün dərsə mütləq vətənpərvərlik mövzusu ilə başlayıram. Burada şagird kontingentinin əsas hissəsini hərbçilərin və polislərin övladları təşkil edir. Bu vətəni qoruyan insanların övladları ilə Xankəndidə, doğma torpaqlarda, üçrəngli bayrağın altında dərsə vətənpərvər ruhda başlamaq və bu hissləri şagirdlərə aşılamaq mənim borcumdur. Yeni vətənpərvər nəsil yetişir. Nəinki bu məktəbdə, Xankəndidə hamımız birimiz üçün çalışırıq”.
Günay Musayeva kimi gənc müəllimlərin varlığı, bizə göstərir ki, təhsil yalnız bilik verməklə məhdudlaşmır, müəllimin vəzifəsi həm də gələcəyin vətənpərvər vətəndaşlarını yetişdirməkdir. Onun da bir parçası olduğu Böyük Qayıdış proqramı yalnız məktəbin, təhsilin deyil, eyni zamanda bir cəmiyyətin yenidən dirçəlişinə işarədir. Bu cür insanlar ilə gələcəyimiz daha parlaqdır, çünki onlar əsl vətənəpərvərlərdir!
12-10-2024, 20:16
Hərbçilərimiz Türkiyədə


Hərbçilərimiz Türkiyədə

Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak ediblər.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X”dəki səhifəsində məlumat yayıb.
Qeyd edilir ki, Türkiyənin Dağ, Desant Məktəbi və Təlim Mərkəzi tərəfindən dəvət olunmuş Azərbaycan hərbçiləri üçün "Alpinizm təlimi" keçirilib.
12-10-2024, 19:54
Ermənistan silkələndi


Ermənistan silkələndi

Ermənistanda zəlzələ baş verib.
Yeraltı təkanlar Cermuk rayonunda (İstisu rayon - red) 21 kilometr şimal-qərbdə qeydə alınıb.
Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib, yeraltı təkanlar episentrdə 2-3 maqnituda təşkil edib.
Zəlzələ hiss edilib. Dağıntı və ya tələfat barədə məlumat verilmir.
12-10-2024, 19:45
Bu rayonumuzu su basdı


Bu rayonumuzu su basdı

Oktyabrın 12-də Hacıqabul rayonuna leysan xarakterli güclü yağış yağıb.
Bu barədə ETSN-in Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata əsasən, güclü yağış nəticəsində Muşov dağdan gələn sel suları nəticəsində rayonun çox hissəsini su basıb.
Yağıntının miqdarı 45 mm olub. Bu da aylıq normanın 147 %-ni təşkil edir.
12-10-2024, 18:44
Ermənistan Prezidenti Kurtulmuşla görüşdü


Ermənistan Prezidenti Kurtulmuşla görüşdü

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Türkiyə Böyük Millət Məclisinin spikeri Numan Kurtulmuşla görüşüb.
Bu barədə Xaçaturyan özü məlumat verib.
Görüş Türkmənistanın paytaxtı Aşqabadda baş tutub.
“Çox qısa söhbətimiz oldu. Əsasən sülh şəraiti, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması haqqında danışdıq”, - Ermənistan Prezidenti deyib.
12-10-2024, 18:19
Keçmiş məcburi köçkünlər gələn ildən Turşsuya qayıdacaqlar


Keçmiş məcburi köçkünlər gələn ildən Turşsuya qayıdacaqlar

Dövlətimizin başçısının iştirakı ilə təməli qoyulan Turşsu qəsəbəsində işlər davam etdirilir.
Bu barədə jurnalistlərə açıqlamasında Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib.
Onun sözlərinə görə, Turşsuda hazırda yeni konsepsiyaya uyğun olaraq ilk 50 evin inşası aparılır və əsas infrastruktur tamamilə yenidən qurulur. Həmçinin bu kənddə də turizm infrastrukturu olacaq.
“Düşünürəm ki, gələn il artıq Turşsuya keçmiş məcburi köçkünlərin qayıtmasını təmin etməyə başlayacağıq”, - deyə o əlavə edib.
12-10-2024, 18:03
Toy karvanı qəza törətdi: Yaralanan var


Toy karvanı qəza törətdi: Yaralanan var

Cəlilabadda toy karvanında yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində baş verib.
Toy karvanında qatılan "VAZ-21015" markalı minik avtomobili bəyin olduğu avtomobillə toqquşub. Qəza nəticəsində bir nəfər ağır bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
12-10-2024, 17:50
Türkiyə siyasi qərar versə, sabah sərhədlər açılacaq - Rubinyan


Türkiyə siyasi qərar versə, sabah sərhədlər açılacaq - Rubinyan

Ermənistanla Türkiyə arasında münasibətlərdə bir böyük maneə var: Ermənistanla münasibətləri normallaşdırmaq üçün Türkiyənin siyasi qərarının olmaması.
Bunu Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndə Ruben Rubinyan bu gün, oktyabrın 12-də “Sülh qovşağı” adlı forumda deyib.
“Ermənistan və Türkiyə arasında münasibətlərin həlli prosesinin iki dövlət arasında qalması çox vacibdir. Razılaşma və barışıq iki fərqli şeydir. Bunlar dərin mövzulardır. Türkiyədə belə bir yanlış fikir var ki, erməni diasporunun mövqeyi Ermənistanla Türkiyə arasında münasibətlərin nizamlanmasına maneə olur. Bu səhvdir. Bir böyük maneə var: Ermənistanla münasibətləri normallaşdırmaq üçün Türkiyədən siyasi qərarın olmaması. Sabah qərar verilsə, sabah sərhədlər açılacaq”.
Rubinyanın fikrincə, erməni diasporunun Ermənistan ilə Türkiyə arasındakı əlaqələrə müdaxilə edə biləcəyi mövqe səhvdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!