Ermənistanda baş nazir vəzifəsinə namizəd irəli sürüldü - Paşinyana rəqib .....                        İlham Əliyev Baş nazirlə işçi naharda .....                        MDB dövlətləri təhlükəsizlik orqanlarının rəhbərləri Tacikistanda .....                        Əfv Komissiyasının iclasları başa çatdı - Siyahı Prezidentə təqdim olunacaq .....                        Əliyev-Paşinyan görüşündə danışılan bəzi detallar .....                        Ərdoğan Avropa Siyasi Birliyində nələr dedi... .....                        "Abzas Media" işinin məhkəmə istintaqı yekunlaşdı .....                        Xocasəndə taxta yeşikləri sexində yanğın .....                        Hakan Fidan Rusiya və Ukrayna tərəfinə çağırış etdi .....                       
23-02-2024, 15:51
Ağdamda partlamamış döyüş sursatları aşkarlandı - VİDEO


Ağdamda partlamamış döyüş sursatları aşkarlandı - VİDEO

Qarabağ bölgəsində əraziyə baxış zamanı Ağdam rayonunda partlamamış döyüş sursatları aşkar edilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş müxtəlif çaplı artilleriya mərmiləri, əl qumbaraları və digər döyüş sursatları təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadirə edilib.
Azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər davam etdirilir", - məlumatda qeyd olunub.

[media=https://youtu.be/b94Fi_bTmNM]
23-02-2024, 15:43
Ərdoğan gənc qızla Çanakkale türküsünü ifa etdi


Ərdoğan gənc qızla Çanakkale türküsünü ifa etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Denizliyə səfəri zamanı maraqlı anlar yaşanıb.
O, skripka ifadə edən gənc qızı müşayiət edərək Çanakkale türküsünü ifa edib.
Türkiyə prezidenti qızı öz avtobusuna dəvət edib. Ərdoğan istedadlı ifaçıya ud çalmağı da öyrənməyi tövsiyə edib.
O, qızın anasından və şəhərin merindən skripka ifaçısı olan gənclə maraqlanmağı xahiş edib.
23-02-2024, 15:22
ABŞ Rusiyaya 500-dən çox sanksiya tətbiq etdiyini təsdiqlədi


ABŞ Rusiyaya 500-dən çox sanksiya tətbiq etdiyini təsdiqlədi

ABŞ prezidenti Co Bayden Vaşinqtonun Rusiya Federasiyasına qarşı 500-dən çox sanksiya tətbiq etdiyini təsdiqləyib.
Bu barədə Ağ Evdən bildirilib.
Bayden bildirib ki, Birləşmiş Ştatlar Rusiya Federasiyasına dəstək verdiyi üçün təxminən 100 şirkətə ixrac məhdudiyyətləri tətbiq edir.
Ətraflı
O, ABŞ-ın Rusiya Federasiyasına qarşı yeni tədbirlərin bir hissəsi olaraq enerji resurslarından gəlirlərini "azaltmaq" üçün tədbirlər görəcəyini söyləyib.
Baydenin sözlərinə görə, Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümünə görə də sanksiyalar tətbiq edilib.
“Bu sanksiyalar Navalnının həbsi ilə əlaqəli şəxsləri, o cümlədən Rusiyanın maliyyə sektorunu, müdafiə sənayesi bazasını, təchizat şəbəkələrini və bir çox qitələrdə sanksiyalardan yayınanları hədəf alacaq”, - Amerika prezidenti bildirib.
23-02-2024, 15:18
“Qarabağ”ın 1/8 final mərhələsində rəqibi bəlli oldu


“Qarabağ”ın 1/8 final mərhələsində rəqibi bəlli oldu

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
"Qarabağ" Almaniyanın "Bayer" klubuna rəqib olub.
"Qarabağ" bu mərhələdə ilk oyununu öz meydanında keçirəcək.

1/8 final cütləri

"Sparta" Praqa (Çexiya) - "Liverpul" (İngiltərə)

"Marsel" (Fransa) - "Vilyarreal" (İspaniya)

"Roma" (İtaliya) - "Brayton" (İngiltərə)

"Benfika" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)

"Frayburq" (Almaniya) - "Vest Hem" (İngiltərə)

"Sportinq" (Portuqaliya) - "Atalanta" (İtaliya)

"Milan" (İtaliya) - "Slaviya" Praqa (Çexiya)

"Qarabağ" (Azərbaycan) - "Bayer" (Almaniya)

Qeyd edək ki, 1/8 mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də olacaq.
23-02-2024, 14:55
Şagird sayı 500-dən çox olan məktəblərdə direktorların yerdəyişməsi başlayıb


Şagird sayı 500-dən çox olan məktəblərdə direktorların yerdəyişməsi başlayıb

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500 nəfərdən çox olan ümumi təhsil müəssisələrinin vakant direktor vəzifəsinə yerdəyişmə məqsədilə qeydiyyat başlanıb.
Bu barədə Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində sonuncu iş yeri üzrə 3 ildən artıq müddətdə direktor vəzifəsində çalışan şəxslər müraciət edə bilərlər.
Vakant yerlərin siyahısı linkdə yerləşdirilib.
Qeyd edək ki, müraciətlər fevralın 27-dək qəbul ediləcək.
23-02-2024, 14:41
Fransa və Ermənistan nazirlərinin birlikdə fotosu yayıldı


Fransa və Ermənistan nazirlərinin birlikdə fotosu yayıldı

Xəbər verdiyimiz kimi, Fransa müdafiə naziri Sebastian Lekornu Ermənistana səfər edib.
Lekornu İrəvanda bir sıra görüşlər keçirib.
Nazir ermənistanlı həmkarı Suren Papikyan, eləcə də baş nazir Nikol Paşinyanla görüşüb.
Birgə brifinq keçirən Fransa və Ermənistan MN başçıları mühüm açıqlamalar veriblər. Brifinqin sonunda tərəflər sağollaşıb.
23-02-2024, 14:30
Xocalıda basdırılmış kütləvi insan qalıqları aşkarlandı


Xocalıda basdırılmış kütləvi insan qalıqları aşkarlandı

İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması barədə fevralın 21-də Xocalı rayon prokurorluğuna məlumat daxil olub məlumat daxil olub.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Baş Prokurorluğunun peşəkar əməkdaşları hadisə yerinə ezam olunmaqla, Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi» Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib.
Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir.
Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Axtarış işləri tam yekunlaşdıqdan və müavfiq ekspertiza nəticələri müəyyən olunduqdan sonra ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.
23-02-2024, 13:43
Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədriylə görüşdü


Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədriylə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 23-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetindən bildirilib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
İki ölkə arasında əlaqələrin dövlət başçılarının səyləri nəticəsində strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı bildirilib.
Dövlət başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ilk rəsmi səfərini Türkiyə Respublikasına etməsinin önəmi qeyd olunub, bunun iki ölkə rəhbərliyi arasında bir ənənəyə çevrilməsindən məmnunluq ifadə olunub.
23-02-2024, 13:26
Ermənistan və Fransa hərbi sahədə əməkdaşlığı davam etdirəcək


Ermənistan və Fransa hərbi sahədə əməkdaşlığı davam etdirəcək

“Heç kim Ermənistan ordusunu müdafiə qabiliyyətini gücləndirdiyinə görə tənqid edə bilməz”.
Bunu İrəvanda keçirdiyi mətbuat konfransında Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekorn deyib.
“Ermənistana hansı texnikanın gələcəyi barədə təfərrüata varmayacağam, lakin onların hamısının müdafiə əhəmiyyəti var, çünki bu regionda həm əhalinin, həm də sərhədlərin mühafizəsi prioritet məsələdir.
Hava hücumundan müdafiə sistemləri haqqında da deməliyəm ki, əgər Ermənistana bu sistemlər lazımdırsa, o zaman sizin də ixtiyarınızda qısa, orta və digər uzaqmənzilli raketlər olacaq”, - deyə fransız nazir bildirib.
Fransalı nazir bildirib ki, hazırda əsas məsələ silahların alınması və onlardan istifadənin öyrədilməsidir.
“Biz müəyyən nəzarət materialları olmadan sərhəd təhlükəsizliyindən danışa bilmərik. Biz hər dəfə erməni tərəfdaşlarımızın ifadə etdiyi əməliyyat ehtiyaclarından çıxış edəcəyik. Və biz bu ehtiyaclara uyğun olaraq müvafiq təkliflər verəcəyik, istər silah, istərsə də müdafiə məqsədilə təlim”, - deyə Sebastyen Lekorn bildirib.
O, Ermənistan və Fransanın hərbi sahədə əməkdaşlığı davam etdirəcəklərini bildirib.
Nazir xatırladıb ki, Ermənistanın müdafiə naziri Suren Papikyanın Parisə səfəri zamanı Ermənistanın bir sıra silahlar almasına dair sənədlər imzalanıb.
Lekorn xatırladıb ki, Ermənistanla imzalanmış sənədlər Ermənistana hava hücumundan müdafiə sistemlərinin tədarükünü də nəzərdə tutur.
Nazir əlavə edib ki, onlar Ermənistan hərbçilərinin yenidən hazırlanması ilə bağlı sənəd imzalayıblar və bu sənəd çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin zabitləri Fransada yenidən hazırlıq keçəcəklər.
“Fransa hərbi müəssisələri zabitlərin hazırlanması üçün sizin ixtiyarınızdadır. Biz bütün təlim proseslərinə çox sürətlə başlayacağıq”, - Fransanın Silahlı Qüvvələr naziri vurğulayıb.
Sebastyen Lekorn onu da əlavə edib ki, “Bastion” zirehli texnikasının partiyası yaxın vaxtlarda İrəvana gələcək.
“Sizin Parisə səfəriniz zamanı biz gecəgörmə cihazlarının satışına dair müqavilə imzaladıq. Dünən gecə ilk göndərişinizi aldınız. “Bastion” markalı avtomobillərin partiyası tezliklə İrevanda olacaq”, - fransalı nazir bildirib.
23-02-2024, 13:17
Cəbrayılda ilk yaşayış kompleksinin inşası bu il yekunlaşacaq


Cəbrayılda ilk yaşayış kompleksinin inşası bu il yekunlaşacaq

Cəbrayıl şəhərində ilk yaşayış kompleksinin inşası bu il yekunlaşacaq.
Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən məlumat verilib.
Məlumata görə, Cəbrayıl şəhərində tikilən Cəbrayıl Yaşayış Kompleksinin ümumi sahəsi 7,87 hektar təşkil edir. Yaşayış kompleksi 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil olacaq.
Qeyd edək ki, dördmərtəbəli və beşmərtəbəli binalarda mənzillərin 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8-nin ikiotaqlı studio tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulur. Birotaqlı mənzillərin sahəsi 40-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edəcək.
Altı kvartaldan ibarət kompleksdə bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək.
Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!