Britaniyadan razı qalmadım - Tramp .....                        Torpaq çərşənbəniz mübarək! .....                        İrandakı müharibə nə vaxt başa çatacaq? .....                        İran Avropa ölkəsini təhdid etdi: cavab verəcəyik! .....                        Bakı metrosunda YENİ QADAĞA .....                        Avropa Birliyi Ermənistana xüsusi qrup göndərir - Rusiyaya qarşı .....                        İranda öldürülən növbəti general .....                        ABŞ səfirliyinə hücum - partlayışlar olub .....                        Müctəba Xamenei sağdır, yoxsa ölüb? - Trampdan müəmmalı açıqlama .....                       
26-01-2025, 22:25
Ermənistanda rus hərbçinin meyit tapıldı

Ermənistanda rus hərbçinin meyit tapıldı

Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci bazasının hərbçisinin asılmış meyiti tapılıb.
Bildirilir ki, yerli vaxtla saat 17:20 radələrində Rusiya vətəndaşı Vitali Şevçenko polisə zəng edərək Gümrü şəhərinin Aram Xaçatryan küçəsindəki evlərdən birində asılmış meyitin tapılması barədə məlumat verib.
Polis və müstəntiqlər binadakı mənzildə Rusiyanın 102-ci bazasının hərbi qulluqçusu, 23 yaşlı Rusiya vətəndaşı Aleksey Yampolskinin meyitini aşkar ediblər.
Faktla bağlı intihar və ya intihara cəhd maddələri ilə cinayət işi açılıb. Meyitin məhkəmə-tibbi ekspertizası təyin edilib.
26-01-2025, 22:16
Qurbanovdan xəbərdarlıq: "Hər şey əldən gedə bilər.."

Qurbanovdan xəbərdarlıq: "Hər şey əldən gedə bilər.."

İstəməzdik ki, məğlub olaq.
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XX turunda "Turan Tovuz"a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, futbolçuları 90 dəqiqə ərzində üstün mübarizə aparıblar: "Lakin futbolun belə acı tərəfləri olur. Daha hazırlıqlı olmaq lazımdır. Çempion olmaq çətindir. Bir neçə oyunda da xal itirsək, hər şey əldən gedə bilər. Arxayınlaşmaq olmaz. Üç xala yaxın idik, iki dəqiqə içərisində hesab dəyişdi".
Baş məşqçinin sözlərin görə, 20 gün öncə iki futbolçu ilə danışıqlar olub: "Danışıq oldu, lakin məsələ orada da qaldı. Transfer xətrinə futbolçu gətirmək istəmirik".
26-01-2025, 21:40
Lukaşenko 7-ci dəfə prezident seçildi

Lukaşenko 7-ci dəfə prezident seçildi

Belarus Gənclər Təşkilatları Komitəsinin exit-pollunun nəticələrinə görə, ölkənin hazırkı prezidenti Aleksandr Lukaşenko 87,6% səslə prezident seçkilərində qalib gəlib.
Exit-poll 300-dən çox seçki məntəqəsində, iri şəhərlərdə və kənd yerlərində keçirilib.
İlkin nəticələrə görə, Lukaşenko 7-ci dəfə ölkənin prezidenti olub.
Qeyd edək ki, Belarusda seçicilərin 50 %-dən çoxu prezident seçkilərində səs verib, seçkilər baş tutub.
26-01-2025, 21:18
"Roma"dan səfər qələbəsi

"Roma"dan səfər qələbəsi

İtaliya A Seriyasında XXII turun növbəti oyunu keçirilib.
"Roma" səfərdə "Udineze"nin qonağı olub. Görüş paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Roma"nın qollarını Pelleqrini və Dovbik vurublar. Meydan sahiblərinin yeganə qoluna isə Lorenzo Luçça imza atıb.
Bu nəticədən sonra xallarını 30-a çatdıran "Roma" 9-cu pillədə qərarlaşıb. Udine klubu isə 26 xalla 11-ci yerdədir.

26-01-2025, 15:56
HƏMAS atəşkəs razılaşmasını pozub - İsrail

HƏMAS atəşkəs razılaşmasını pozub - İsrail

İsrail rəsmiləri HƏMAS-ın Qəzza ilə bağlı atəşkəs razılaşmasını pozduğunu bildirib.
Bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, geri qaytarılması nəzərdə tutulan girovlardan biri olan Arbel Yehud azad edilməyib. Həmçinin girovların siyahısı təqdim olunmayıb.
Bildirilib ki, buna görə də Qəzza sakinlərinin anklavın şimalına qayıtmasına icazə verilməyəcək.
Xatırladaq ki, bundan əvvəl HƏMAS atəşkəsin pozulmasına görə İsraili ittiham etmişdi.
Qeyd edək ki, yanvarın 19-da İsrail iqtidarı atəşkəs rejiminin tətbiq olunduğunu elan edib və HƏMAS hərəkatı ilə razılaşma çərçivəsində üç israilli girovun əvəzinə fələstinli 90 məhbusu azad edib. Daha sonra Qəzza zolağında saxlanılan dörd israilli qadın girovun yəhudi dövlətinə təhvil verilməsindən sonra Ofer və Ketsiot həbsxanalarından 200 fələstinli məhbus azad edilib.
26-01-2025, 15:41
Belarusda prezident seçkiləri baş tutmuş elan edildi

Belarusda prezident seçkiləri baş tutmuş elan edildi

Belarusda seçicilərin 50 %-dən çoxu prezident seçkilərində səs verib, seçkilər baş tutub.
Bu barədə MSK sədrinin müavini Aleksey Başan bildirib.
Son məlumata görə, seçici iştirakı 56,64 % təşkil edib.
Hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun rəqibləri Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, sahibkar Anna Kanopatskaya, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov və Əmək və Ədalət Respublika Partiyasının sədri Aleksandr Xindyardır.
2020-ci il prezident seçkilərində seçici fəallığı 84,28 faiz təşkil edib ki, bunun da 41,70 faizi vaxtından əvvəl səs verib. Həmin vaxt səsvermədə iştirak edən seçicilərin 80,10 %-i A.Lukaşenkoya səs verib.

26-01-2025, 15:27
"Erməni soyqırımı" abidəsi SÖKÜLƏCƏK?

"Erməni soyqırımı" abidəsi SÖKÜLƏCƏK?

Ermənistanın Baş naziri Nikol Paşinyan Davos iqtisadi forumunda iştirak məqsədilə İsveçrədə olub. Paşinyan Zürixdə erməni diasporu ilə biraraya gəlib. O burada "erməni soyqırımı" məsələsindən danışıb və bunun yenidən araşdırılmasının zəruri olduğunu deyib.
"Biz erməni "soyqırımı"nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə "soyqırımı" gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu", - Paşinyan Sürixdə İsveçrədəki erməni diasporu ilə görüşündə deyib.
Erməni mətbuatının iddiasına görə, Paşinyanın 1915-ci il hadisələri ilə bağlı yeni göstəriş verib və həmin illərdə ölən ermənilərin siyahısının tərtib olunmasını istəyir. Paşinyanın bu təşəbbüsünü “çox təhlükəli” adlandıranlar da var. Müxalifətçilər iddia ki, bu inkar tezisidir və bunu türklər ötən əsrin 60-cı illərindən dövriyyəyə buraxıb. Hətta bu addıma görə Nikol Paşinyan hökumətini Türkiyədən tapşırıq almaqda ittiham edənlər də az deyil.
Mövzu ilə bağlı Milli Məclisin komitə sədri Musa Quliyev bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Zürixdə erməni diasporu ilə görüşdə cəsarətli və və aktual fikirlər söyləyib:
"Erməni cəmiyyəti üçün bu fikirlər hər halda yenidir və fərqli görüşün ortaya qoyulmasıdır. Məsələyə belə münasibət bəslənilməsini Türkiyə və Azərbaycan 30 ildən çox müddətdir ki, irəli sürüblər. 1915-ci il hadisələrinə yalnız erməni soyqırımı kimi yox, o dövrün reallığı kimi baxmaq və qiymətləndirmək lazımdır. Cənab Rəcəb Tayyib Ərdoğan dəfələrlə Türkiyənin arxivlərin açılmasına hazır olduğunu, ermənilərin də əlindəki arxiv materiallarını açmasını və birgə komissiyada məsələnin siyasətçilər yox, tarixçilər tərəfindən öyrənilib, qiymətləndirilsini təklif edib. Bu, daha doğru fikir idi. Paşinyanın indiki çıxışı da həmin fikrə əsaslanan yeni tezisdir. Ölən ermənilərin adbaad siyahısı tərtib olunsa, məlum olacaq ki, həmin hadisələrdə 1,5 milyon erməni yox, ondan qat-qat az insan tələf olub. Ölənlərin böyük hissəsi də birbaşa öldürülənlər deyil. Ölüm halları Osmanlı dövlətinin qərarı ilə Anadoluda yaşayan və çar Rusiyası tərəfinə keçərək Osmanlıya qarşı üsyana qalxıb, savaşan ermənilərin ölkənin cənub və mərkəz əyalətlərinə, indiki Suriya və Livana köçü zamanı baş verib. Arxivlər açıldıqda ölən ermənilərin sayının az olduğu məlum olacaq. Anadoluda qətlə yetirilən türk və kürdlərin sayı ermənilərdən bəlkə də çox olacaq".
Komitə sədri Qərbi Azərbaycandan deportasiya edilənlərin də adbaad və kəndbəkənd siyahısının tərtib edilməsinin müsbət hal olacağını deyib:
"Yaxşı olardı ki, cənab Paşinyan həmin hadisələrdə ölən şəxslərin adbaad siyahısını çıxartmaq təşəbbüsündədirsə, deportasiyaya uğrayan və etnik təmizləməyə məruz qalan azərbaycanlıların da adbaad və kəndbəkənd siyahısını hazırlasınlar. Onda məlum olacaq indiki Ermənistan adlanan ərazilərin bütün əhalisi,demək olar ki, azərbaycanlılardan ibarət olub. Rəsmi məlumatlara görə iki il ərzində 1 milyondan çox azərbaycanlı dədə-baba torpaqlarından deportasiya edilib və yüz minə yaxın insan qətlə yetirilib. Qarşılıqlı ittihamlar irəli sürüldüyü təqdirdə bizim söyləyəcəyimiz sözlər daha çoxdur. Digər məsələ ondan ibarətdir ki, başda Paşinyan olmaqla Ermənistan hökuməti başa düşür ki, müstəqil və suveren dövlət kimi qalmaq istəyirlərsə, qonşu dövlətlərlə, xüsusilə Türkiyə və Azərbaycanla normal qonşuluq münasibəltəri qurmalıdır. Saxta soyqırımı iddialarını davam etdirməklə, səmimi dostluq, qonşuluq münasibətləri bərpa etmək mümkün deyil. Bu mənada Paşinyanı qaldırdığı bu məsələ eyni zamanda Ermənistanın daxili auditoriyasına yönəldilən mesajdır. Paşinyan doğru olaraq vurğulayır ki, 1939-cu ilə qədərə bu məsələdən danışılmırdı. Çünki İkinci Dünya Müharibəsindən sonra erməni diasporu formalaşır.Onların əsas məqsədləri xarici ölkələrdə yaşayan erməniləri SSRİ-yə qarşı qaldırmaq olub. SSRİ isə Türkiyəyə qarşı özünün iddialarını, siyasi qərəzini nümayiş etdirmək üçün erməni kartından istifadə edirdi. 1950-ci illərdə ilk dəfə "erməni soyqırımı" məsələsi gündəmə çıxıb. Bu zaman söhbət 300-350 min erməninin qətlindən gedirdi. Sonradan rəqəmləri artırdılar. Ermənistandakı saxta milliyyətçilər, Paşinyana qarşı müxalif olan qüvvələr bu fikirləri yaxına qoymurlar ki, saxta soyqırımından istifadə etsinlər".
M.Quliyev "erməni soyqırımı" abidəsinin aradan götürülməyəcəyini vurğulayıb:
"Onun artıq önəmi yoxdur. Ermənistan Türkiyə və Ermənistanla münasibətləri normallaşdırmalıdır. Bundan sonra orada abidənin olub-olmamasının o qədər də ictimai,siyasi əhəmiyyəti qalmayacaq".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
Foto
Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!